Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-626/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərardadından Cavabdeh2 və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «razılaşmanın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya mə hkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli, 2(001)9029/2015 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilmiş, qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 iyul 2016-cı il tarixli, 2(103)-5893/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mülki iş birinci instansiya məhkəməsinə qaytarılmış, qətnamə qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. Həmin tarixdən təxminən 2 il keçdikdən sonra, 02 avqust 2019-cu ildə digər Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli, 2(001)9029/2015 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, ş ikayətə həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(001)9029/2015 saylı qərardadı ilə Cavabdeh2 təfəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi və şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli 2(103)-12499/2019 saylı qərardadı ilə iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «razılaşmanın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli 2(001)-9029/2015 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrim ümkün hesab edilməsi, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayətdə qeyd etmişdirlər ki, qanunsuzluqların aradan qaldırılması və hüquqlarının məhkəmə müdafiəsinin davam etdirilməsi üçün ötürülmüş prosessual müddətin bərpası və apellyasiya şikayəti vermişdir. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)12499/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilməli mülki işə mahiyyəti üzrə baxılaraq yeni qərar qəbul edilməlidir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin qey d edilən qərardadının ləğv edilərək, ötürülmüş prosessual müddətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə ə sasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, digər Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə bir dəfə apellyasiya qaydasında mahiyyəti üzrə baxılmış, həmin məhkəmə iclasında tərəflər, o cümlədən hazırki apellyant Cavabdeh2 iştirak etmişdir. Cavabdeh apellyasiya şikayətinə tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmiş, birinci instansiya məhkəməsi isə ərizəyə mahiyyəti üzrə baxmaq əvəzinə (ərizənin təmin və ya rədd edilməsi) müddətin buraxılmamasını qeyd etməklə kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, eyni zamanda nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 iyul 2016-cı il tarixli, 2(103)-5893/2016 saylı qətnaməsi ilə artıq işə apellyasiya qaydasında baxılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli, 2(001)-9029/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası onları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmu ş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinə tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmiş, birinci instansiya məhkəməsi isə ərizəyə mahiyyəti üzrə baxmaq əvəzinə (ərizənin təmin və ya rədd edilməsi) müddətin buraxılmamasını qeyd etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə r azılaşaraq qeyd edir ki, mülki iş şikayətin mülki qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-626/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-626/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver