Məhkəmə qərarları › İş №2(102)-626/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-626/2024

16.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-626/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, podrat müqaviləsi üzrə öhdəliyin icrası, öhdəliklərin icrası zamanı vicdanlılıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-4661/2023 nömrəli, 20 s entyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra- iddiaçı) ilə cavabdeh "xxxx" MMC (bundan sonra – cavabdeh, yaxud MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə ilə (bundan sonra – müqavilə) Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin (bundan sonra – mübahisəli mənzil) dəyəri hər kv.m sahəsi üçün 1000 manat olmaqla, ümumilikdə 140900 manat müəyyən edilmiş, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənildikdən və tikinti işləri başa çatdıqdan sonra mənzi lin MMC tərəfindən iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuşdur.

2. Sözügedən mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı iddiaçıya eyni tarixli maliyyə arayışı verilmişdir.

3. Tərəflər arasındakı mübahisə mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin müqavilədə göstərilən şərtlərlə iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən həmin mənzil üzərində iddiaçının istifadə və sahiblik hüququnun tanınması barəd ə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, müqavilə bağlandıqdan sonra sözügedən mənzil iddiaçıya təqdim olunmuş, onun tərəfindən mənzilin giriş qapısına dəmir qapı qoyularaq mənzilin qapısı kilidlənmişdir. Binada gedən təmir işləri ilə əlaqədar mənzilin giriş qapısının açarının bir nüsxəsi binanın komendantına verilmişdir. Müqavilənin 8.2-ci maddəsinə əsasən təhviltəslim aktı hər iki tərəfin imzası ilə təsdiqlənmiş akt əsasında qanuniləşdirilir. Artıq binada inşa işləri demək olar ki, yekunlaşdığından, mənzilin müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya təhvil verilməsi və mənzildə təmir-tikinti işlərini həyata keçirərək mənzili təmir etmək üçün iddiaçı tərəfindən cavabdehə mürac iət edilmişdir. Lakin cavabdeh hərhansı bir səbəb olmadan mənzilin müqavilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya təhvil verməsini dolayısı ilə yubadaraq, mənzildə təmir işlərinin aparılmasına maneəçilik yaradır. Mənzilin təmir işlərinin gecikdirilməsi, iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına, layiqli həyat şəraitinin təmin olunmasına maneə yaradır.

6. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirərək rədd olunmasını xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(004)-1640/2023 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürd üyü öhdəliklərin iddiaçı tərəfindən tam icra edilməsi və mənzilin dəyərinin ödənilməsi, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və mənzilin iddiaçıya təhvil verilməməsi müəyyən edilmişdir. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 425ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə ödənişlər yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. Lakin iddiaçı ödəniş etdiyini bildirs ə də, ödənişlə bağlı kassa mədaxil qəbzi əldə etməmişdir və onun ödəniş etməsi sübut olunmur. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Məhkəmə baxışı zamanı işlə əlaqədar bir sıra şahidlər olmuşdur. Onların dinlənilməsi çox vacib olsa da, şahidlərin dinlənilməsi təmin olunmamışdır. Məhkəmə nəzərə almamışdır ki, evin dəyərinin ödənilməsi müqaviləyə zidd olmuşdur. Buna görə də evin dəyərinin ödənilməsi faktı iddiaçı tərəfindən sübuta yetirilmir.

12. Cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsinin iclasında iştirak etməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4661/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin arasında bağlanmış xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqavilənin 4.3-cü bəndinə və cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, iddiaçı mənzilin dəyərini cavabdehə tam ödəmiş və tikinti başa çatdıqdan sonra cavabdeh mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin iddiaçı tərəfi ndən tam icra edilməsi və mənzilin dəyərinin ödənilməsi, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və mənzilin iddiaçıya təhvil verilməməsi müəyyən edilmişdir.

15. Mövcud vəziyyətdə cavabdehin mübahisəli mənzilə sahiblik və ondan istifadə edilməsi ilə bağlı iddiaçıya maneənin yaradılması üçün hər hansı əsası yoxdur və bu istiqamətdə cavabdeh tərəfindən görülən bütün tədbirlər qanunsuzdur.

16. Hər bir halda, cavabdehin əsas dəlili iddiaçı tərəfindən mübahisəli mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərinin ödənilməsini təsdiq edən kassa qəbzinin əldə edilməməsi ilə bağlıdır. Başqa sözlə, müqavilənin tərəfi olan cavabdeh iddiaçının həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyini bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut mövcud deyil, əksinə bu halı təkzib edən maliyyə arayışı mövcuddur. Tərəflər arasında olan mövcud müqavilə və müqavilə üzrə götürülən öhdəliyin iddiaçı tərəfindən yerinə yetirilməsinə dair maliyyə arayışının mövcudluğu mübahisələndirilmir. Yalnız mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərinin ödənilməsini təsdiq edən kassa qəbzinin olması baxımından cavabdeh tərəf iddianı qəbul etmir ki, bu da iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

17. İşlə bağlı şahidlərin dindirilməsinin zəruri olmasına münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, qeyd edilən məsələyə dair cavabdeh birinci instansiya məhkəməsində vəsatət verməmiş, şikayətdə irəli sürdüyü dəlilini isə kifayət qədər əsaslandırmamışdır.

18. Eyni zamanda, prosessual qanunvericiliyin tələbləri baxımından qanuna və ya digər normativ hüquqi akt lara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki halda işdə olan sübutlara münasibətdə şahid ifadələri vasitəsi ilə həmin sübutların təkzib edilməsi təsdiq edilə bilməz.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 178.8, 385.1, 389.1, 399.1, 404.1, 404.2, 405.1, 425.1, 425.2, 442, 448.1-ci, Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayətində apellyasiya şikayətinin də lilləri təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, hüquqları həyata keçirərkən və vəzifələrini icra edərkən cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etdiyi halda, iddiaçı bundan sui-istifadə edərək öhdəliklərinin icrasından yayınmışdır.

22. Məhkəmə kollegiyası formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə baxışı zamanı işlə əlaqədar bir sıra şahidlər olmuşdur. Onların dinlənilməsi vacib olsa da, işlə bağlı həmin şahidlərin dinlənilməsi təmin olunmamış və iş ətraflı araşdırılmadan yekunlaşdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun rədd edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yana şı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər gö stərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhd əliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlid ir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxış ının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

41. K assasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Çünki tərəflərin arasında bağlanmış xx.xx.2020-ci iul tarixli müqavilənin 4.3-cü bəndində həm də qeyd olunmuşdur ki, bu müqavilə ilə müəyyən olunmuş mənzilin qiymətindən 100 % miqdarında, yəni 140900 manat məbləğində ödənilib.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilm iş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4661/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar