Məhkəmə qərarları › İş №2(102)-6263/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6263/2019

04.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6263/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli, 2(103)3893/2019 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6 65/2018 saylı işi üzrə 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 və və Cavabdeh2 müştərək qaydada 23 aprel 2013-cıi il tarixli, 1958A saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 13 567.14 manat, faiz borcu üzrə 484.21 manat, 23 aprel 2013-cü il tarixli, 1959A saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7 332 manat, faiz borcu üzrə 281.12 manat, cəmi 21664.47 manat borc LPO “İddiaçı ” ASC-nin xeyrinə tutulması, iddia tələbinin “DAF XF-105.41 OT” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı, "Yarımqoşqu GS OTİBK-120-3000” markalı. **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi və həmin avtomobil açıq hərracda satılması, bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməsi, avtomobillərin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, avtomobillərin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh1 verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyindən, iddiaçı LPO İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 69%-i, yəni 20 manatı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, qalan 31%-i, yəni 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 470, 472, 741-ci maddələrinə; "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 34, 36.2, -cü maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə is tinadən qeyd edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan cavabdeh öhdəliyi icra etməlidir, yəni kredit borcu, ona hesablanmış faiz borcu və cərimə borcunun bir hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.Həmçinin, zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməlidirlər, yəni kredit borcu, ona hesablanmış faiz borcu və cərimə borcunun bir hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. LPO "İddiaçı” ASC tərəfindən verilmiş 27.11.2018-ci il tarixli arayışa əsasən 1958A saylı müqaviləyə əsasən Cavabdeh1 banka 13 567.14 manat əsas, 484.21 manat faiz borcu olduğundan, iş materiallarında olan LPO İd diaçı ASC tərəfindən verilmiş 27.11.2018-ci il tarixli arayışa əsasən 1959A saylı müqaviləyəəsasən Cavabdeh1 banka 7 332 manat əsas, 281.12 manat faiz borcu olduğundan, 31 oktyabr 2018-ci il tarixli, 4696 saylı ekspert rəyinə əsasən əldən çıxmış faydaya görə borcu olmadığından iddia qalan hissədə rədd edilməlidir. Həmçinin, iddia tələbi “DAF XF-105.41OT” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı, “YarımqoşqııGS OTİBK-120-3000” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməli, həmin avtomobillər açıq hərracda satılmalı, bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməli, avtomobillərin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməlidir. Avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsi Cavabdeh1 verilməlidir. Məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin cavabdehlərdən tutulması “İcra Haqqında" haqqında Qanunla tənzimləndiyindən və icra məmurunun səlahiyyətinə aid olduğundan iddia bu hissədə rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli, 2(103)3893/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qa rşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 23 aprel 2013-cü il tarixli 1958 A saylı kredit müqaviləsi üzrə yaranmış 13617,14 manat məbləğində əsas borc, 534.21 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 5166 manat olmaqla, cəmi 19317,35 manat məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus “DAF XF105.410T” yük (tip-yəhəri dartıcı, buraxılış ili-2006, banXLRTE47MSOE744888. rəngi-ağ, dövlət nömrə nişanı- 99- DV-262) markalı avtomobilə yönəldilməsi, onun açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, 23 aprel 2013- cü il tarixli 1959 A saylı kredit müqaviləsi üzrə yaranmış 8482 manat məbləğində borc, 331,12 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə, 3382 manat olmaqla, cəmi 12195,12 manat məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus “GS OTİBK-120-3000” yarım qoşqu (tip-özü boşaldan, buraxılış ili-2000, ban-XL**********04985, rəngi-qırmızı, dövlət nömrə nişanı- **-ZA-***) avtomobilə yönəldilməsi, onun açıq hərracda satılması yolu əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin əsas ən cavabdehlərdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun əldən çıxmış faydanın təmin edilməməsi hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, məhz əldən çıxmış faydanın tutulması hissəsində məhkəmə Kon stitisiya Məhkəməsi Plenumun 24 dekabr 2014-cü il tarixli Qərarının məcburi tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.05.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, m əhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hə rəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və subutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilm əli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları ilə bağlı müəyyən etdiyindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödəniş 23.10.2015-ci il tarixdə həyata keçirilməli idi. İddiaçı bankın lisenziyası isə Azərbaycan Mərkəzi Bankının 25 yanvar 2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin vaxtında ödəmədiyi kredit məbləğini məhkəmədə iddia qaldırdığı vaxtadək yenidən kreditə verilməsi qeyri-mümkün olmuşdur. Ona görə də, əldən çıxmış faydan ın tələbi düzgün olaraq əsassız hesab edilməklə rədd edilmişdir. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli, 2(103)-3893/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar