Məhkəmə qərarları › İş №2(102)-6265/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6265/2019

04.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6265/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X3 və X2 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Kərimov İmran Kərim oğlunun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Rüstəmov Ayət Aslan oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.05.2019-cu il tarixli, 2(103)-5029/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İdd iaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5009/2017 saylı iş üzrə 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması, İddiaçı 168 000 (bir yüz altmış səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-286/18 saylı 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5009/2017 saylı iş üzrə 28 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(102)-4482/18 saylı qəra rı ilə, kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-286/18 saylı 15 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(103)-10010/18 saylı qətnaməsi ilə İddiaçı Elbrus oğlunun apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5009/2017 saylı iş üzrə 28 iyul 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməklə, İddiaçı ilə Cavabdeh arasında 07 yanvar 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 18 saylı notariat kontorunda 3M-6 saylı reystr nömrəsi ilə qeydə al ınmış kredit müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(102)-1528/19 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(103)-10010/18 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(103)-5029/19 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5009/2017 saylı iş üzrə 28 iyul 2017-ci il tarixli qətnaməsi ilk iddia üzrə i ddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq edilmiş 07 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 168 000 (bir yüz altmış səkkiz min) ABŞ dolları məbləğində pulun alın araq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, onunla İddiaçı *** oğlu arasında 07 yanvar 2016-cı il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı ona 168 000 (bir yüz altmış səkkiz min) ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı pulu İran İslam Respublikasından bitum məhsulunu alıb Gürcüstan Respublikasında tanıdığı şirkətlərə satmaqla bağlı biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün müxtəlif vədlər verərək almış, sonradan ondan pulun qaytarılması tələb olunsa da o, müxtəlif bəhanələrlə bundan yayınaraq bildirmişdir ki, Gürcüstandakı şirkətlər pulun ödənilməsini gecikdirirlər. Buna görə də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübari zə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmiş, İddiaçı idarədə ifadə verərkən bağlanılmış kredit müqaviləsini əlində əsas tutaraq cinayət məsuliyyətindən kənarda qalmaq üçün borclu olduğunu, bu işin cinayət işi deyil, mülki xarakterli iş olduğunu qeyd edərək, pulu tez bir zamanda qaytaracağı vədini vermişdir. Kredit müqaviləsində göstərilən 168 000 ABŞ dolları pul ona məxsusdur və tərəfindən İddiaçı şəxsən verilmişdir. Əks halda İddiaçı kredit müqaviləsini bağlamazdı. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini x ahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya inistansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmadan yalnız cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə istinad etmişdir. Əgər pulun 2015-ci ildə verilməsi faktı məlum idi isə bu halda bağlanan müqavilə kredit müqaviləsi deyil, borcun etirafına dair mücərrəd müqavilə olmalı idi. Mülki Məcəllənin 882.1- ci maddəsinə əsasən borcun etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Bu maddi normanın mənasına görə bu cür müqavilələr bağlanarkən borcun alınmasının etiraf edilməsi müqavilədə öz əksini tapmalıdır. Bundan başqa, tərəfindən Bakı şəhəri 1 8 saylı notariat kontorunun xüsusi notariusu Anar Bəşirov iddia ərizəsində 3-cü şəxs kimi göstərilsə də notarius cavabdeh kimi işə cəlb edilməli və işdə iştirakı təmin edilməli idi. İş üçün əhəmiyyətli olan xüsusi notariusun məhkəməyə dəvət olunması barədə vəsatətləri təmin olunmasına, notariusun özü iclasa gəlməsə də apardığı notariat hərəkatları barədə sənədlərin surətini məhkəmə kollegiyasına təqdim etməsinə baxmayaraq onun apardığı notariat əməliyyatlarda da ciddi qüsurlara və aidiyyatı Təlimatın 2-ci, 6-cı, 10-cu, 16-cı maddələrinə və "Notariat haqqında" qanuna zidd hərəkətlərə yol verilməsi onlarda da narazılığa səbəb olmuşdur. Belə ki, Xüsusi notarius işdə vicdanlılığın və obyektivliyin təmin olunması üçün mütləq məhkəmə iclasına gəlib sözü gedən müqavilənin uydurma və əsassız olmas ını etiraf etməli idi. Hazırda da gecdə olsa ondan bu hərəkəti gözləyirlər. Məhkəmə qətnaməsini əsasən onun idda müddətini buraxmağı ilə əsaslandırmışdır. Ancaq o, onun tərəfindən iddia müddəti buraxılmamışdır. Orxan, Elşən və Mikayıl adlı şəxslər onu aldadaraq Mikayılın atası Məhərrəmlə formal müqavilə bağlatmışlar və onu inandırmışlar ki, bu formal müqavilədir sadəcə olaraq Məhərrəmi sakitləşdirmək üçündür. Onlar tərəfindən aldadıldığını, yəni onların onun etibarından sui-istifadə etdiklərini ona qarşı DİN-nin BMCQM İdarəsinə şikayət verdikdən sonra bilmişdir. Barəsində şikayət verildikdən sonra cavabdehlə arasında bağlanmış kredit müqaviləsinin sadəcə olaraq onun etibarından sui-istifadə edilməklə ümumi borcun onun üzərinə qovulması olmuşdur. Ona görə məhkəmə iddia müddətinin buraxılm ası əsasından iddianın rədd edilməsi qənaətinə gəlməsi tamamilə əsassızdır. İddia ərizəsində o, 18 saylı notariat kontorunu 3-cü şəxs qismində göstərsə də məhkəmə onu cavabdeh kimi işə cəlb etməli idi. Ona görə ki, yuxarıda qeyd edildiyi kimi kredit müqaviləsi bağlansa da notarius Anar Bəşirov faktiki olaraq pulun Məhərəm Abdullayevdən alınıb ona verilməsini sübut etməli idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Kərimov İmran Kərim oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarş ılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Rüstəmov Ayət Aslan oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinin dediklərinə uyğun izahat verərək, həqiqətən də kredit müqaviləsində öz əksini tapmış borc oğlu Mikayılla İddiaçı arasında olan bizness münasibətləri ilə bağlı oğlunun verdiyi puldan ibarətdir. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin ilkin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 24.05.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsini qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 07 yanvar 2016-cı il tarixli kredit müqaviləsində Cavabdeh İddiaçı 168 000 ABŞ dolları borc pul verdiyi, İddiaçı isə həmin pulu hər ay 30 000 ABŞ dolları ödəməklə 07.07.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müvafiq kredit müqaviləsinə qiymət verərkən müəyyən etmişdir ki, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq v ə s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri bu cür müqavilənin etibarsızlığını tələb edərək qarşı tərəfdən hər hansı bir məbləğdə borc almadığını iddia etdiyi halda, digər tərəf notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən qarşı tərəfdən pul tələb edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verərək müqavilənin kredit müqaviləsi formasında rəsmiləşdirilsə də, faktiki olaraq tərəflər arasında kredit münasibətlərini deyil, biznes münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat alma q və s.) üçün borc müqaviləsi adı altında bağlanmış müqavilə olduğunu müəyyən etmişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu müqavilənin özü-özlüyündə kredit müqaviləsi olmaması ilə bağlı müəyyən etdiyi bu hallara rəğmən pulun tutulmasından ibarət qarşılıqlı iddia tələbini məhz maddi hüquq norması qismində kredit münasibətlərini tənzimləyən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. Kassasiya kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müqavilənin kredit müqaviləsi olmasını istisna edən və ilkin iddia üzrə cavabdeh tərəfindən mübahisələndirilməyən işin müəyyən edilmiş faktiki halları həmin müq avilədə qeyd edilən 168.000 ABŞ dolları məbləğinin iddiaçı *** tərəfindən İddiaçı borc verməsini də istisna edir. Həmin məbləğin qarşılıqlı iddia üzrə iddiaçı *** tərəfindən İddiaçı verilmiş borcdan ibarət olduğunun istisna edildiyi halda, nəyi ehtiva etməsi, nədən yaranması, yəni şəxsən özü ilə onun arasında yaranmış biznes münasibətlərindən yaranan zərər və s.-dən ibarət olması üzrə sübutetmə yükü artıq bu pulu tələb edən şəxsin üzərinə düşür ki, o da bunun öhdəsindən gələ bilməmişdir. İşdən göründüyü kimi, ilkin iddia üzrə İddiaçı tərəfindən həmin müqavilədə əks olunmuş məbləğin hazırki iş üzrə cavabdeh olan X1 birgə biznes fəaliyyəti üçün aldığı vəsaitdən ibarət olduğu bildirilmişdir. Nə qədər ki, *** İddiaçı bu izahı ilə razılaşmamışdır, həmin məbləğin başqa əsasla yaranmasını da özü sübut etməlidir. Xüsusilə vurğulanmalıdır ki, qeyd edilən müqavilə kredit müqaviləsi şəklində tərtib edildiyindən və M.Allahverdiyev tərəfindən müqavilədə əks olunmuş məbləğin başqa əsaslarla yaranmış borcu deyil, məhz kredit müqaviləsi üzrə verilmiş borcu ehtiva etməsini bildirməsi baxımından onun borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymətləndirilməsi də mümkünsüzdür. Buna baxmayaraq, məbləğin özü-özlüyündə müqavilədə qeyd edilməsi, hətta həmin müqavilənin borcun etirafı müqaviləsi şəklində qeyd edildiyi halda belə, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respubliklası Mülki Məcəlləsinin: 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı ha qqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Göründüyü kimi, hətta hazırki müqavilənin borcun etirafı müqaviləsi qismində qiymətləndirildiyi halda belə, bu müqavilədə borcun, mübahisələndirilməsi istisna edilən hansı başlıca əqddən irəli gəldiyi də müəyyən olmalıdır. Buna baxmayaraq, bu müqavilə bu tələblərə də cavab vermir. Belə olduğu halda apellyasiya instansiya məhkəməsinin qarşılıqlı iddanın təmin edilməsindən ibarət qənaəti maddi hüquq normasının pozulması ilə qəbul edildiyindən qətnamə həmin hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar iş üzrə yeni qərarın qənbul edilməsinə imkan verdiyindən kassasiya kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlər baxımından qarşılıqlı iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsas ının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, qarşılıqlı iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia rədd edilməlidir. İlkin iddianın rədd edilməsi ilə bağlı apellyasiya instansiyası məhk əməsinin qənaətini isə kollegiya maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında notarial qaydada kredit müqaviləsi bağlanmış və bu faktı, yəni notarial qaydada müqavilənin bağlanmasını tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə ilk iddiaçının qeyd olunan kredit müqaviləsi üzrə ilk iddia üzrə cavabdehdən hər hansı bir məbləğdə borc almadığını, müqavilənin uydurma olduğunu bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki ilk iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etmək lə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Əvvəla, ilk iddia üzrə iddiaçı 07 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə ilk iddia üzrə cavabdehdən hər hansı bir məbləğdə pul almadığını, müqavilənin uydurma əqd olduğunu qeyd etsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanların a müraciət edərək mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri bu cür müqavilənin etibarsızlığını tələb edərək qarşı tərəfdən hər hansı bir məbləğdə borc almadığını iddia etdiyi halda, digər tərəf notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən qarşı tərəfdən pul tələb edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı mü nasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansa da ilk iddiaçı bunu uydurma əqd hesab edir və bu müqavilə üzrə qarşı tərəfdən hər hansı bir məbləğdə borc almadığını bəyan edərək kredit müqaviləsinin etibarsızlığını tələb edir. Lakin ilk iddiaçının mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, ilk iddiaçı da notariat qaydasında bağlanmış müqavilənin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkə mənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Belə ki, ilk iddiaçı bunun biznes şəriki olduğu Mikayıl ilə atası Cavabdeh arasında pulla bağlı narazılıq yarandığından və münasibətləri kəskinləşdiyindən Mikayılın təklifini digər şəriklərlə birgə qəbul edərək 07 yanvar 2016-cı il tarixdə Mikayılın təklifi ilə Orxan və Elşən ilə birgə Bakı şəhəri 18 saylı notariat kontoruna gedib Orxan, Elşən və Mikayılın məsləhəti ilə bağladığını, məqsədləri müqaviləni bağlayıb Cavabdeh sakitləşdirmək və bundan sonra Gürcüstandakı pulların alınması ilə birgə məşğul olmaq olduğu, əslində isə 07 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ona bir manat da pul vermədiyini qeyd etsə də, bu halların həqiqiliyi təsdiq edilmədiyindən inandırıcı və ağlabatan hesab edilə, müqavilənin etibar sız hesab edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, mübahisələndirilən kredit müqaviləsi 07 yanvar 2016-cı il tarixdə bağlanmış, İddiaçı məhkəmədə həmin müqavilənin etibarsız hesab olunması barədə iddianı 11 may 2017-ci ildə, yəni müqavilənin bağlandığı vaxtdan 1 il 4 ay sonra qaldırmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən ilk iddia üzrə Cavabdehyazılı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı iddianın Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş müddət ötürülməklə verildiyini bildirmiş və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə buraxılmış müddətin üzrlü hesab olunması barədə ərizə vermişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisələndirmə (kəsici) müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulduğundan, ilk iddiaçı isə müqavilənin bağlandığı vaxtdan 1 il 4 ay sonra məhkəməyə müraciət etdiyindən qeyd olunan müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət kəsici müddət olduğundan həmin müddətin tətbiq edilməsi yaxud bu müddətin bərpa edilməsi üçün ərizə verilməsinə zərurət yoxdur və həmin müddətin bərpası da ərizə ilə təmin edilə bilməz. Çünki, bu müddət kəsici müddət olduğundan onun keçməsi avtomatik olaraq iddianın təmin edilməməsi üçün müstəqil əsasdır. Bundan əlavə, Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(102)1528/19 saylı qərarında şərh edilən göstərişlərin icrası ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri 18 saylı notariat ofisinə sorğu verərək məhkəmə iclasında üçüncü şəxs qismində şəxsən iştirakının vacib olduğu bilidirilmiş, həmçinin kredit müqaviləsində göstərilən 168000 ABŞ dollarının notariusun bilavasitə iştirakı ilə yaxud bank vasitəsi ilə verilib-verilməməsi barədə məlumat istənilmişdir. 18 saylı notariat ofisinin notariusu Anar Bəşirov 21 may 2019-cu il tarixli məktubla onların iştirakı olmadan işə baxılmasını və kredit müqaviləsi ilə əlaqədar pulun bilavasitə notariusun iştirakı ilə verilməsinin qanunda nəzərdə tutulmadığını göstərmişdir. Bundan başqa, Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(102)1528/19 saylı qərarında şərh edilən göstərişlərin icrası ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə mür aciət edərərk, həmin idarədə Cavabdeh şikayəti üzrə hansı nəticəyə gəlindiyini, istintaqın nə ilə nəticələndiyini, nə kimi qərar qəbul olunduğunu, İddiaçı həmin İdarədə izahat verərkən məhz müstəntiqin təkidi, hədəsi ilə kredit müqaviləsində göstərilən məbləği aldığını göstərdiyini nəzərdə tutuan izahatın mövcud olub-olmamasını, mövcuddursa göndərilməsinin təmin edilməsi istənilmişdir. Həmin İdarə tərəfindən sorğuya verilmiş cavabdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, şikayət üzrə cinayət işinin başlanmadığı, yalnız araşdırma aparıldığı və toplanmış araşdırma materialı mövcuddur. Həmçinin göndərilmiş materialların içərisində İddiaçı həmin İdarədə izahat verərkən məhz müstəntiqin təkidi, hədəsi ilə kredit müqaviləsində göstərilən məbləği aldığını göstərdiyini nəzərdə tutuan izahat ın mövcudluğu da aşkar olunmamışdır. Göstərilənlərdən savayı, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, istinad edilən kredit müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilməz. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakt er daşıyır. Hazırki kredit müqaviləsinin uydurma əqd olduğunu yalnız ilk iddiaçı iddia edir. Müqavilənin digər tərəfi isə əksinə bu müqavilənin etibarlı əqd olduğunu israr edir. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durur və onu bağlamaqla cavabdeh başa düşüb və dərk edib ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onun üçün hüquq əmələ gələcək. Apellyasiya instanisyası məhkəməsinin bu qənaəti Kassasiya kollegiyasının qarşılıqlı iddianın rədd edilməsindən ibarət gəldiyi nəticə ilə də tam şəkildə uzlaşır. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilməli, ilkin iddianın rədd edilmiş hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.05.2019-cu il tarixli, 2(103)5029/2019 nömrəli qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. Cavabdeh İddiaçı qarşı 168000 (bir yüz altmış səkkiz min) ABŞ dolları məbləğində borcun tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamə ilkin iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar