Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6266/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pulun geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, X1, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2013/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Cavabdeh2 Yaşma Bağları ərazisində 41 saylı bağ sahəsində yerləşən 600 kv metr torpaq sahəsi verilmişdir. “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Cavabdeh1 Yaşma Bağları ərazisində 42 saylı bağ sahəsində yerləşən 600 kv metr torpaq sahəsi verilmişdir. 06.05.2014-cü il tarixli etibarnamə ilə Cavabdeh2 X5 “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 41 saylı bağ sahəsində yerləşən 600 kv metr torpaq sahəsini üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X5 etibar etmişdir. 06.05.2014-cü il tarixli etibarnamə ilə Cavabdeh1 X4 “Po limer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 42 saylı bağ sahəsində yerləşən 600 kv metr torpaq sahəsini üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X4 etibar etmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 41 saylı bağ sahəsi 15.08.1989-cu il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə 17.12.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X3 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 28.04.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 42 saylı bağ sahəsi 15.1 2.1988-ci il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə 17.12.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 26.04.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən 06.05. 2014-cü il tarixdə Yaşma Bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv metr ölçüdə olmaqla 41 və 42 saylı bağ torpaq sahələrini etibarnamə ilə almış, həmin bağ torpaq sahələri üçün o cavabdehlərə ümumilikdə 10000 manat məbləğində pul ödəmişdir. O, bağ sahələrini yaxın qohumları olan X9 və X2 adına almış və cavabdehlər etibarnaməni həmin şəxslərə vermişdir. 2018-ci ilin oktyabr ayında həmin bağ torpaq sahələrini özəlləşdirmək üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin bağ torpaq sahələri tamamilə başqa şəxslərin adına özəlləşdirilmişdir. Bundan sonra o cavabdehlərlə əlaqə saxlayıb bu barədə məlumat verib, bildirmişdir ki, ya məsələni həll e din, ya da onun ödədiyi ümumilikdə 10000 manat məbləğində pulunu qaytarsınlar. Lakin bu günə kimi heç bir nəticə olmamışdır. Cavabdehlər onu aldadıb pulunu mənimsəmişdir. Cavabdehlər iddia ərizəsinə etiraz verərək, etirazı onunla əsaslandırmışlar ki, ümumiyyətlə iddiaçını tanımırlar, onunla heç bir işləri olmamışdır. Bağ sahələrinə dair bildirirlər ki, onlar 1998 və 2000-ci illərdə Yaşma adlanan ərazidə hərəsi 600 kv metr torpaq sahəsinin sahibi olmuşlar. 2014-cü ildə torpaqlarını satmaq istəmişlər və makler vasitəsilə X9 ilə tanış olduqdan sonra onlar həmin bağ sahələrini 5800 manata satmağa razılığa gəlib, bağ sahələrinin özəlləşdirilməsi və alıcının adına sənədləşdirilməsi üçün ona və arvadı X4 etibarnamə vermişlər. Bundan sonra Qamiddin Hacaliyevi görməmişlər. İddiaçının hazırkı tələ blə bağlı heç bir hüququ yaranmamış, onlara qarşı bu iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 iyun 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivində, Sumqayıt Süd zavodunun işçilərinə verilməsi məqsədilə ayrılmış ərazidə yerləşən 41 və 42 nömrəli bağ sahələri “Polimer” Bağçılıq Yoldaşlığı cəmiyyəti tərəfindən verilmiş hüquq müəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Aynur Behbudova) 19 mart 2021-ci il tarixli, 2(060)-2343/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi qeyd edib mülkiyyətçi kimi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edərkən, onun bu hüquqa, yəni subyektiv hüququnun olmasının hüquqi və faktiki hallarını əsaslandıra bilməmiş, həmçinin öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. iddiaçı bir çox hüquqlardan üstün olan mülkiyyətçi hüquqlarından əvvəl subyektiv hüququnun olmasını əsaslandıra bilməmiş, həmçinin cavabdehin iddia tələbinin subyektiv hüququn olmaması əsası ilə rədd edilməsi barədə etirazını təkzib edə bilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 41 və 42 saylı bağ torpaq sahələrinə görə cavabdehlər Cavabdeh1 və C avabdeh2 10000 manat məbləğində pulun verilməsi tələbinin əsası kimi istinad etdiyi halları Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Səmədi və Paşanı tanıyır. Paşanı 1-2 il bundan qabaq, torpağını satanda tanımışdır. O, öz torpağını satırdı, sənədin pulunu vermiş, Paşa onun üçün sənəd almışdır. Pul onun pulu idi. Torpağı bir neçə il bundan qabaq Səmədə pul verib almışdı. Bir müddət keçəndən sonra, torpağı satanda problem yarandı və Sə mədə zəng edib nə məsələ olduğunu soruşmuşdur. Paşa da gəlmiş, onunla onda tanış olmuşdur. Əvvəllər Paşanı tanımırdı. Paşanın ona heç bir aidiyyatı yoxdur. Pulu Səmədə vermişdir. Cavabdeh1 ümumiyyətlə görməmişdir. Səməd pulu Paşaya verəndə orada olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona ziyan vurulması barədə heç bir tutarlı sübut təqdim etməmişdir. Məhkəmə şahid ifadəsinə qiymət verərək qeyd etmişdir ki, şahidin verdiyi ifadədən də göründüyü kimi, şahid Cavabdeh1 ilə tanışlığının olmadığını, pulu iddiaçıya verdiyini, iddiaçının Paşaya pulu verməsində iştirak etmədiyini bildirmişdir ki, bununla da iddiaçının istinad etdi şahid ifadəsi də iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdir ir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Ona görə də, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının təl əblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəməyə cavabdehlərlə səs yazısını əks etdirən Audio disk təqdim etmiş, lakin məhkəmə həmin diski iş materiallarına əlavə etməmişdir. Həmin diskdə pulun verilməsi öz təsdiqini tapır. Məhkəmə şahid ifadəsinə heç bir qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavablər g əlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavablərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 21 7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin şahid ifadəsinə qiymət vermədəyini göstərsə də, lakin bu dəlil əsassız olmaqla iş materialları na əsasən öz təsdiqini tapmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi şahid ifadəsinə qiymət vermiş, şahidin ifadəsini nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmışdır. Digər tərəfdən iddiaçı apellyasiya instansiyası məhkəməsi səs yazısı olan audio yazını təqdim etdiyini qeyd etsə də, iş materiallarından iddiaçının məhkəməyə belə bir sübut təqdim etməsi müəyyən edilmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2013/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6266/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6266/2021
29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver