Məhkəmə qərarları › İş №2(102)-6267/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6267/2021

07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6267/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli 2(104)-2143/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göranboy Rayon Məhkəməsinin qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılması və 11.10.2007-ci il tarixdə anadan olmuş Amil, 15.10.2012-ci il tarixdə anadan olmuş Rəsul adlı uşaqların saxlanması üçün 01.01.2021-ci il tarixdən başlayaraq hər bir uşağa 200 manat, cəmi 400 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim G.Şirinov) 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(045)-630/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, 11.10.2007-ci il tarixdə anadan olmuş X2 və 15.10.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq ü çün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilməsi, artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 02.03.2021-ci il tarixli, 2(044)-849/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Süleymanov sədrlik edən və məruzəçi, A.Hüseynzadə, Ş.Rzaquliyev) 27 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmişdir, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(044)-849/2021 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəb ul edilərək, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, 01 oktyabr 2021-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzr ə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki işdə tərəflər İddiaçı alimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İddiaçı üçün hər ay iki uşağa görə 240 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin 400 manata artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği 120 manat (400-240=160) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın qiyməti 1920 manat təşkil edir (12x160=1920 manat). Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 20.10.2021-ci il tarixli 2(102)-6267/2021 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli 2(104)-2143/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20.10.2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar