Məhkəmə qərarları › İş №2(102)-6269/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6269/2019

02.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6269/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 kassasiya şikayətləri üzrə işə baxaraq. MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi nə müraciət edərək, cavabdeh təşkilatdan baş vermiş bədbəxt hadisə zamanı valideynlərinin vəfatı ilə əlaqədar vurulmuş mənəvi ziyana görə İddiaçı1 xeyrinə ******* manat məbləğində, həmin hadisə zamanı İddiaçı1 sağlamlığına vurulmuş mənəvi ziyana görə onun xeyrinə 200000 manat məbləğində, yenə həmin hadisə zamanı İddiaçı2 sağlamlığına vurulmuş mənəvi ziyana görə İddiaçı2 xeyrinə 500000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(011)8649/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 100000 (yüz min) manat məbləğində, özünə vurulmuş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində, cəmi 120000 (yüz iyirmi min) ma nat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı1 qızma, mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)-3054/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Kərimli sədrlik edən, məruzəçi, X.Cəmilova və İ.Xəlilov) iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh İB-nin apelyasiya şikayətinin isə qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(011)-8649/2018 saylı qətnaməsinin dəyişdirilərək, iddianın qismən (valideynlərinin ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat, özünə vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat, cəmi 32 000 (otuz iki min) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı1, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı2 ödənilməsi) təmin edilməsi qət edilmişdir. Cavabdeh nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verib, tətbiq edilməli qanunun normaların tətbiq edərək iddia tələblərini rədd etmək əvəzinə iddia tələbini qismən t əmin etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019cu il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı mənəvi iztirablar keçirməsini və zərərin qiymətləndirilmə metodunu aydınlaşdırmağa borclu olduğu halda, bunları araşdırmamış, hüquq normalarını düzgün tətbiq etmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenid ən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruz əçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, 08 yanvar 2009-cu il tarixdə saat 07 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən korpus 10 ünvanında yerləşən 16 saylı f ərdi yaşayış evində qaz sızmasından baş vermiş partlayış nəticəsində İddiaçı1 valideynləri X7 və X5 həlak olmuş, İddiaçı1 sağlamlığa yüngül zərər vurmaya aid, İddiaçı2 isə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar. Baş vermiş hadisə ilə bağlı təqsirləndirilən şəxslər X3 və X9 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.11.2009-cu il tarixli 1(001)-178/2009 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, bədbəxt hadisə Cavabdeh tabeliyində olan Binəqədi Qaz İstismar İdarəsinin 7 saylı Qaz İstismar Sahəsinin sabiq rəisi X2 və həmin qaz istismar sahəsinin sabiq çilingər-nəza rətçisi X1 etməklə işinə vicdansız və laqeyd münasibət göstərməsi nəticəsində baş vermişdir. Hazırkı iş üzrə iddiaçılar hadisə nəticəsində onlara vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üçün əvvəllər məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.11.2010-cu il tarixli 2(011)-2327/2010 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq vurulmuş maddi zərərin əvəzi kimi Cavabdeh İB-dən İddiaçı1 və İddiaçı2 xeyrinə 14520,41 manat məbləğində pulun tutulması qət edilmişdir. Hadisə nəticəsində İddiaçı2 əlil olmuş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şəbəsinin 04.03.2019-cu il tarixli arayışına əsasən, İddiaçı2 26.11.2009-cu ildən hal-hazıradək 2-ci qrup əlilliyə görə əmək pensiyası alır. Apelyasiya instansiyası məhk əməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, 08.01.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən korpus 10-da yerləşən 16 saylı fərdi yaşayış evində partlayış hadisəsi Cavabdeh əməkdaşlarının təqsiri üzündən baş vermişdir. Həmin partlayış hadisəsi iddiaçılara maddi zərər vurmaqla yanaşı, mənəvi zərərin vurulmasına da səbəb olmuşdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, həqiqətən də İddiaçı1 valideynlərini cavabdeh təşkilatın işçilərinin ehtiyatsızlıqla törətdiyi cinayət əməli nəticəsində itirməklə, habelə məlum hadisədən həm İddiaçı1, həm də İddiaçı2 xəsarət almaqla, fiziki və mənəvi iztirab, sarsıntı keçirmişlər. Cavabdeh şəxs kimi öz işçisinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərər in əvəzini ödəməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mənəvi zərərin pulla ölçülən məbləğinin ağlabatanlığı ilə razılaşmayaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş mənəvi zərərin məbləği yüksəkdir və ağlabatan həddə azaldılaraq iddiaçıların valideynlərinin ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərə görə 30000 manat, özünə vurulmuş mənəvi zərərə görə 2000 manat, cəmi 32000 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən alınaraq İddiaçı1, mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən alınaraq İddiaçı2 ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin mə hkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığını n pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 10-cu bəndində qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mə nəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə əsasən hesab edir ki, hadisənin ehtiyatsızlıqdan baş verməsi, uzun müddət şikayət verilməməsi, təqsirləndirilən şəxsə daha ağır cəza istənilməməsi mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsinə əsas vermir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin digər dəlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərə görə müəyyən edilən məbləğə düzgün qiymət vermişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli Qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilmir və həmin qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından ası lı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası mənəvi zərərin məbləğinin düzgün müəyyən edilməməsi barədə kassatorların dəlilini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm təqdim edilmiş sübutlara, həm də apellyasiya şikayətinin dəlillərinə lazımi qaydada müfəssəl hüquqi qiymət verilmiş, bununla da gəldiyi nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 14, 217, 218, 88, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Buna görə də kassasiya şikayətləri təmin edi lmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndələri və vəkilləri Vəkil1, Vəkil2nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 16 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar