Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-627/2018 29.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-627/2018 şəhəri 29 yanvar 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X1, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2017-ci il tarixli 2(104)2361/2017 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin (hakim A.Mahmudov) 27.04.2017-ci il tarix li 2(044)-2634/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, 21.02.2014-cü il tarixli 23A000010420 nömrəli kredit müqaviləsi üzrə 5.911,09 manat əsas borc, 2.390,38 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 8.401,47 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmiş, iddia dəbbə pulu ilə bağlı qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Rzaquliyev, F.Mehtiyev, Ə.Rüstəmov) 04.07.2017-ci il tarixli 2(104)-2361/2017 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti təmin edil məmiş, iş üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli 2(044)-2634/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Seyidli Səadət Mərhəmət qızı iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2017-ci il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə 06.03.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, ***************** nömrəli kredit müqaviləsi üzrə 5.911,09 manat kredit borcu, 2.390,38 manat faiz və 8.534,20 manat cərimə olmaqla, cəmi 16.835,67 manat borcun və öd ənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.07.2017-ci il tarixli qətnaməsi ilə cav abdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayətini təmin etməyib, iş üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "xxxx" QSC-nin Nizami filialı iləCavabdeh1 arasında bağlanmış 21.02.2014-cü il tarixli****************** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə aylıq 2,4167 faizlə 10.000 manat kredit verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən ə şyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. "xxxx" QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 21.02.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında 10.000 manat öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhd ələrinə götürmüşlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdə liyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vax tında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclu Cavabdeh1 "xxxx" QSC-yə kredit borcu yaranmışdır. Bu səbəbdən, zaminlər Cavabdeh2 və Cavabdeh3 həmin borcun ödənilməsi üçün borclu Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci m addəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddi vəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxslərə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2017-ci il tarixli 2(104)-2361/2017 nömrəli qətnaməsi - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-627/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-627/2018
29.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver