Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-627/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının vəkili Əfəndiyev Hüseyn Namiq oğlunun və kassatorların vəkili Sadıqov Qardaşxan Dadaş oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8051/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdehlər x4 və x5 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş № 2(006)-43/2018) iddiaçı “x1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər x2, x3, x4 və x5 qarşı iddiası qismən təmin edilmiş, bankla cavabdeh x2 arasında imzalanmış kredit müqaviləsinin və ona əlavənin ləğv edilməsi, cavabdeh x2dan iddiaçının xeyrinə 26031,01 ABŞ dolları əsas, 4043,92 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 30124,93 ABŞ dolları borcun (ödəniş gününə valyutanın manata məzənnəsi nəzərə alınmaqla manatla), həmçinin 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş x2 məxsus *****, 28,5 kv.metr ümumi, 16,7 kv.metr yaşayış, 11,8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 49000 manat mü əyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlərin həmin mənzildən ən geci bir ay ərzində çıxarılaraq mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş № 2(103)8051/2018) cavabdeh x4 və x5 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-43/2018 saylı iş üzrə 17 aprel 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın cavabdehlər x4 və x5 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdehlər x4 və x5 birgə kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “x1 ASC cavabdehlər x2, x3, x4 və x5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankla cavabdeh x2 arasında bağlanmış 13.02.2015-ci il tarixli kredit müqaviləsinin və ona 18.03.2015-ci il tarixli 1 saylı əlavənin ləğv edilməsi, cavabdeh x2dan iddiaçının xeyrinə 26031,01 ABŞ dolları əsas, 4043,92 ABŞ dolları faiz, 1044,96 ABŞ dolları cərimə olmaqla, cəmi 31119,89 ABŞ dolları borcun, həmçinin 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş x2 məxsus *****, 28,5 kv.metr ümumi, 16,7 kv.metr yaşayış, 11,8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin hərrac t əşkilatına həvalə edilməsi, onun açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, həmin vəsait qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə cavabdeh x2un digər əmlakı hesabına ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlərin həmin mənzildən ən geci bir ay ərzində çıxarılaraq mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla x2 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli, 15010-0108/368023 saylı kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 38240 ABŞ dolları kredit verimiş, borcalan krediti və ona hesablanacaq faizləri öd əməyi öhdəsinə götürmüşdür. Eyni tarixli və saylı ipoteka müqaviləsinə görə x2 məxsus *****, 28,5 kv.metr ümumi, 16,7 kv.metr yaşayış, 11,8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmışdır. Sonradan bank ilə x2 arasında bağlanmış kredit müqaviləsinə 18 mart 2015-ci il tarixli, 1 nömrəli əlavəyə görə, verilmiş kreditin qaytarılması 13 ay müddətinə uzadılmış, faiz dərəcəsi 19 faizə dəyişdirilmiş, kreditin qaytarılmasının son müddətinin tarixi 18 mart 2019-cu il müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında ipoteka müqaviləsinə əlavə imzalanaraq dəyişiklik qeyd olunmuşdur. Cavabdeh x2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməm işdir. Bu barədə ona dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliklərinin icra edilməsindən yayınmışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər x4, x5 və onların vəkili Sadıqov Qardaşxan Dadaş oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətinə görə, sözügedən mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə kassatorların notarial qaydada təsdiq edilmiş öhdəlikləri olmamışdır. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorların vəkili Sadıqov Qardaşxan Dadaş oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8051/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının vəkili Əfəndiyev Hüseyn Namiq oğlu kassasiya şikayətinin əsassız, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8051 /2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnamə ni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın cavabdehlər x4 və x5 qarşı təmin olunmuş hissəsinin qanuniliyini və əsaslılığını yoxlamışdır, çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər cavabdehlər mübahisələndirməmişlər. Hazırki kassasiya baxışının hədlərini də iddianın cavabdehlər x4 və x5 qarşı təmin olunmuş hissəsi təşkil edir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatorların və iddiaçının vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halla rı ondan ibarətdir ki, bankla x2 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli, 15010-0108/368023 saylı kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 38240 ABŞ dolları kredit verimiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli və saylı ipoteka müqaviləsinə görə ipoteka predmeti ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmışdır. Bank ilə x2 arasında bağlanmış kredit müqaviləsinə 18 mart 2015-ci il tarixli, 1 nömrəli əlavəyə görə, verilmiş kreditin qaytarılması 13 ay müddətinə uzadılmış, faiz dərəcəsi 19 faizə dəyişdirilmiş, kreditin qaytarılmasının son müddətinin tarixi 18 mart 2019-cu il müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh x2 yazılı əriz ə təqdim edərək iddianı etiraf etmişdir. “***” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli, 0033/18/BR saylı mənzilin bazar dəyərinin müəyyənləşdirilməsi hesabatına görə ipoteka predmeti olan mənzilin bazar dəyəri 49000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 423.2, 442, 445, 448.1 və 467-ci, “İpoteka haqqında” Qanunun 6.1, 34.1.1, 34.1.2 və 59.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh x2un kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və azaldılmış 50 ABŞ dolları cərimə borcu Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Qüvvədə o lan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etm ək hüququ vardır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsi). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satış dan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda Qanunun 59-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satılıdqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, və ya ipoteka qoya nla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın cavabdehlər x4 və x5 qarşı təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün qeyd etmişd ir ki, məhkəmə baxışı zamanı borcu tərəfindən iddia yazılı etiraf edildiyindən cavabdehlər x5və x4 qətnaməni kredit borcunun tutulması hissəsində mübahisələndirməklə bağlı subyektiv hüquqa malik deyillər. Cavabdehlər qətnamənin onlara aid olan hissəsi – mənzildə qeydiyyatda olan şəxslərin mənzildən çıxarılması hissəsi ilə bağlı hər hansı dəlil irəli sürməmişlər. Digər tərəfdən iş materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsi ilə x2un iddiası təmin edilmiş, x5 və x4 ipoteka predmeti olan mənzilə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, ipoteka müqaviləsi bağlanarkən x4 və x5notariat qaydada təsdiqlənmiş ərizə i lə ipoteka predmetinin ipoteka qoyulmasına etiraz etmədiklərini və həmin əmlaka tələb yönəldiyi halda qeyd-şərtsiz mənzili tərk edəcəklərini bildirmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər x4 və x5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8051/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-627/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-627/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver