Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6272/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, iddia müddətini tətbiqi barədə ərizəyə qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1576/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları X9 və Cavabdeh arasında: - 06 aprel 2015-ci il tarixində imzalanmış 35.000 (otuz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 06 aprel 2016-cı il tarixində geri qaytarılmalıdır. - 07 iyun 2015-ci il tarixində imzalanmış 7.620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 07 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. - 15 iyun 2015-ci il tarixində imzalanmış 2.857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 15 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. - 25 iyun 2015-ci il tarixində imzalanmış 3.810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müq aviləsi üzrə borc pul 25 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. - 26 iyun 2015-ci il tarixində imzalanmış 23.810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 26 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. - 27 iyun 2015-ci il tarixində imzalanmış 5.714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 27 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. X9 ilə X4 arasında olan nikah Bakı şəhəri Sabunçu rayonu VVADQ şöbəsində 10 iyun 2003cü il tarixdə bağlanmış və 326 nömrə ilə qeyd olunmaqla sonuncuya “Əliyeva” soyadı verilmişdir. Birgə nikahdan X5 22.05.2004-cü il tarixdə, X6 03.10.2007-ci il tarixdə, X7 23.10.2011-ci il tarixdə anadan olmuşdur. X9 08.11.2018-ci il tarixdə asma yolu ilə özünə qəsd edərək ölmüş dür. Mərhumun 08.11.2018 tarixində yazdığı ərizədən görünür ki, 6 müqavilə üzrə və 1 müqaviləsiz verdiyi 83.811 ABŞ dolları və gəlir kimi 7350 ABŞ dolları, cəmi 91161 ABŞ dolları bugünki günə kimi qaytarılmamışdır. 05.03.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən iddiaçı və 3 qızı 08.11.2018-ci il tarixdə ölmüş X8 vərəsələri olmaqla, miras əmlakda İddiaçı payı 5/8, qızlarının hər birinin payı isə 1/8 hissə müəyyən edilmişdir. Cavabdeh 14.03.2020-ci il tarixli əlyazmasının surətindən görünür ki, 07.06.2015,15.06.2015, 25.06.2015, 26.06.2015, 27.06.2015, 06.04.2015-ci il tarixli cəmi məbləği 78811 ABŞ dolları məbləğdə olan borc müqavilələri üzrə öhdəliklərini 2017-ci ilin fevralından başlayaraq 2018-ci ilin sentyabr ayının axırına qədər 10.100 manat hissəs i istisna olmaqla tam şəkildə ödəyib bağlamışdır. Həmin müqavilələr üzrə ödənilməmiş 10100 manat borcunu etiraf edib ayrıca müqavilə üzrə İddiaçı öhdəlik vermişdir. Onun başqa borcu yoxdur, qeyd olunan müqavilələr 10100 manat istisna olmaqla xətm olunmalıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixində anadan olmuş X1, 03.10.2007 tarixində anadan olmuş Əliyeva Mehriban Zaur qızının, X3 mərhum X8 hüquqi varisi kimi tanınması, İddiaçı mərhum əri X9 ilə Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7.620 ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2.857ABŞ dolla rı, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3.810 ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23.810 ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.714 ABŞ dolları, cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları borcun 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X1 xeyrinə,1/8 hissəsi X2 xeyrinə və 1/8 hissəsi X3 xeyrinə barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri Zaur Əliyevlə Cavabdeh arasında borc müqavilələri olmuş, həmin borclar cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Belə ki, Buna baxmayaraq, borc pullar bugünki günə qədər ödənilməmişdir. Cavabdehlə borcun qaytarılması ilə əlaqədar dəfələrlə danışıqlar aparılmış, buna baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Cavabdeh öz növbəsində bildirir ki, qeyd olunan müqavilələr üzrə borcunu mərhum Zaur Əliyevə qaytarmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 14.03.2020-ci il tarixində cavabdeh Elmar Ağayevin ona ünvanladığı məktubdan görünür ki, guya o, yuxarıda sadalanan müqavilələr üzrə mərhuma olan borcunu ödəmiş, yalnız 10.100 manat borcu qalmışdır ki, onu da ödəməyə hazır olduğunu ifadə edir. Hesab edir ki, cavabdehin borcun qaytarılması ilə əlaqədar verdiyi məlumat həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş mərhumun 08.11.2018 tarixində yazdığı ərizənin surətindən görünür ki, qeyd olunan müqavilələr üzrə borc məbləğləri Əliyev Zaur intihar edənə qədər cavabdehdən ona geri qaytarılmamışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, borc müqavilələrində borcun valyutası ABŞ dolları kimi göstərilib, lakin cavabdeh borcunun manatla qaldığını qeyd edir. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbin etiraz edərək bildirmişdir ki, hazırda iddiaçı ona qarşı borc tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün mütləq qaydada borc müqavilələri üzrə tələb hüququna vərəsəlik şəhadətnaməsi alındıqdan sonra subyektiv hüququ yaranır. İddiaçı borc müqavilələri üzrə tələb hüququna vərəsəlik şəhadətnaməsinin alınması ilə əlaqədar olaraq notarial ofisinə müraciət etmiş, amma müsbət cavab almamışdır. Buna görə də, iddiaçının hazırda bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bundan əlavə, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, bütün müqavilələrin bir il müddətinə bağlandığını və borc müqavilələrinin son icra edilməli olduğu müddətdən 4 il keçdikdən sonra məhkəmə yə müraciət olunduğunu nəzərə alaraq, mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı cavabdehin müddətin tətbiqi ilə bağlı ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, məlum olduğu kimi onun əri vəfat etmiş və bununla da iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alma bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olmuşdur. Bununla yanaşı iddia ərizəsinə əlavə olunmuş 14.03.2020-ci il tarixində Cavabdeh öz xətti ilə sərbəst şəkildə yazılmış və iddiaçıya şəxsən təqdim olunmuş məktubda mərhum Zaurdan cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dollar borc aldığını etiraf etmişdir. Həmin məktubda cavabdeh əlavə olaraq onu qeyd etmişdir ki, borclu olduğu məbləği müxtəlif vaxtlarda mərhum Zaura q aytarmış, həmin borcdan cəmi on min bir yüz manat borcunun qalmışdır. Lakin borcu mərhum Zaur Əliyeva qaytarmasını təsdiq edən sübutları təqdim edə bilməməsi və ABŞ dolları ilə aldığı borc pul nəticəsində manatla borclu qalması kimi ağlabatmayan dəlillər onun yalan danışmasından xəbər verir. Həmin məktubdan sonra iddiaçı tərəfindən cavabdeh Ağayarovun yaşadığı mənzilə Pretenziya qaydasında müraciət olunmuş, borcun qaytarılması üçün ona 10 gün müddət verilmiş, lakin cavabdeh buna etiraz etmişdir. O, eyni zamanda mərhum ərinin qeydiyyatda olduğu yer üzrə notariat ofisinə ərizə ilə müraciət edərək sadə yazılı əqd formasında bağlanmış borc müqavilələri üzrə vərəsəliyin tanınmasını xahiş etmiş, lakin müqavilələr notarial qaydada təsdiq olunmadığına görə bu mümkün olmamışdır. Cavabdeh 14.03.2020 -ci ıl tarixli məktubu ilə ona müraciət etməklə borc müqavilələri barədə məlumat verməklə ona məlumat vermiş, o, da bundan sonra öz hüquqlarının pozulduğunu bilmişdir. Cavabdeh öz 14.03.2020-ci il tarixli məktubunda borc öhdəliklərini müqavilədə qeyd olunan son icra tarixlərindən sonra ödədiyini (guya ödədiyini) qeyd etməklə faktiki olaraq iddia müddətinin kəsildiyini etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh iddia müddətinin tətbiqi haqqında” ərizəsinin əsaslı olmadığını nəzərə alınmasını və hazırkı mülki mübahisəyə iddia müddətini tətbiq etdilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X8 adından olan 08.11.2018-ci il tarixli müraciətdəki yazılar və “İmza ” yazısı qarşısındakı imza-X9 tərəfindən icra olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-271/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilib, İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixdə anadan olmuş X5, 03.10.2007 tarixdə anadan olmuş X6, X7 mərhum X8 hüquqi varisi kimi tanınmış, İddiaçı mərhum əri X9 və Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X1 xeyrinə,1/8 hissəsi X2 xeyrinə və 1/8 hissəsi X3 xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyərləri 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləs inin 32, Mülki Məcəllənin 135, 1151, 1159cu maddələrinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixində anadan olmuş X1, 03.10.2007 tarixində anadan olmuş X2, X3 mərhum X8 hüquqi varisi kimi tanınmalıdırlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443, 448, 1091-ci maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, Z.Əliyevin hüquqi varisi İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. İş üzrə cavabdeh məhkəmə iclasında qeyd etdiklərinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt şəhər M əhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-271/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia qaldırmağa subyektiv hüququ yoxdur və iddia müddətinin tətbiqi ilə bağlı məsələyə ümumiyyətlə münasibət bildirilməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadəm və Lətifə Məmmədova) 25 iyun 2021-ci il tarixli, 2(105)1576/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-271/2021 saylı qətnaməsi qismən - «İddiaçı və onun qanuni nümayəndəsi olduğ u 22.05.2004 tarixdə anadan olmuş X5, 03.10.2007 tarixdə anadan olmuş X6 və 23.10.2011-ci il tarixdə anadan olmuş X7 mərhum X8 hüquqi varisi kimi tanınsın» hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə «İddiaçı mərhum əri X9 ilə Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X1 xeyrinə,1/8 hissəsi X2 xeyrinə və 1/8 hissəsi X3 xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi 05.03.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə istinad edərək, qanunvericiliyin tələbinə görə İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixdə anadan olmuş X5, 03.10.2007 tarixdə anadan olmuş X6 və 23.10.2011-ci il tarixdə anadan olmuş X7 mərhum X8 birinci növbə vərəsələri olmaqla, miras qoyanın ölümündən sonra mərhumun vərəsəsi qismində artıq tanındıqlarını nəzər alaraq, hesab etm işdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd olunan hissədə təmin etdikdə düzgün nəticəyə gəlməmişdir. İddia tələbinin digər hissəsi borc müqavilələri üzrə ödənilmədən qalmış borc məbləğinə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu və 740-cı maddələrinə istinad edərək, qeyd etmişdir ki, 06 aprel 2015-ci il tarixli borc müqaviləsi qüvvədədir və birinci instansiya məhkəməsi 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, 26 iy un 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X1 xeyrinə,1/8 hissəsi X2 xeyrinə və 1/8 hissəsi X3 xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh qətnamənin borcun tutulması hissəsində iddianın rədd edilməsi barədə apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, qətnamənin – borcun tutulması hissəsində ap elyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməmiş, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsi ümumiyyətlə məhkəmələr tərəfindən müzakirə edilməmişdir. Bununla da, məhkəmə həm maddi, həmdə prossesual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək, mərhum ərinin mirasınıqəb ul etdiyindən onun vərəsəsi olduğunu və hazırki iddianı qaldırmağa subyektiv hüququnun olduğunu, 08.11.2018-ci ildə mərhumun öz xətti ilə yazdığı ərizəsində bu borc müqavilələri üzrə heç bir məbləğin ödənilmədiyinin müəyyən edildiyini, iddia müddətinin axımının Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başladığını, iddiaçıya 14.03.2020-ci il tarixli məktubla cavabdehin özü borc barədə məlumat verməklə, həmçinin borcun 2018-ci ilin sentyabr ayında tam icra etdiyini bildirməklə iddia müddətinin axımının kəsildiyini təsdiq etdiyini göstərmiş və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini qəb ul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Cavabdeh və 3-cü şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki:... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunu n 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün k assasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayəti əsasında qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş, həmçinin iddiaçı həmin ərizəyə yazılı etirazını təqdim edərək, iddia müddətinin buraxılmadığına dair dəlillər irəli sürmüşdür. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi, apellyasiya şikayətinin əsas dəlili iddia müddətinin tətbiqi barədə məsələnin müzakirə edilməməsi olsa da, bu məsələyə ümumiyyətlə qəbul etdikləri məhkəmə aktında hüquqi qiymət verməmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən iddia müddəti ilə bağlı maddi hüquq normalarının tələbləri pozularaq, təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə və ona etiraz əsasında mübahisə üzrə iddia müddəti ilə bağlı tərəflərin dəlilləri qanunvericilik normalarının tələbləri nəzərə alınmaqla müzakirə edilməməklə və iş üzrə iddia müddətinin buraxılması və ya buraxılmaması barədə hansı hüquqi nəticəyə gəlmələrini məhkəmə aktında göstərməməklə, işin obyektiv araşdırılması prinsipini də pozmuşlar. Halbuki MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərə fin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etm ədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 6.2-ci bəndində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilib-edilməməsi səbəblərinin orada aydın izah edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi göstərilən hallara cavab vermir. Qətnamədə cavabdehin apellyasiya şikayətinin məzmunu əks edilsə də, onun dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırma aparması, hansı halları müəyyən etməsi, bu dəlillərin birinci instansiya məhkəməsinin hansı müəyyən etdiyi halları təkzib etməsinin müəyyən edilməsi görünmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazın dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə ədalətlə məhkəmə araşdırma hüququnu pozmuş dur. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi iddianın təmin edil miş hissəsində qeyd edilən tələblərə cavab vermir. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(10 5)1576/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.