Məhkəmə qərarları › İş №2(102)-6273/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6273/2019

17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6273/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin nümyəndəsi və vəkil1 iştirakı ilə, İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4110/2019 nömrəli iş üzrə 22 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.T.Əhmədov) 2(007)-412/2 016 nömrəli, 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə 27 fevral 2014-cü il tarixli, 1222991-10429 saylı kredit Baş kredit razılaşması əsasında bağlanmış 28 fevral 2014-cü il tarixli, 122299-110429/1 kommersiya krediti müqaviləsi üzrə 26 may 2016-cı il tarixə əsas borc qismində 142.947 (yüz qırx iki min doqquz yüz qırx yeddi) manat 80 (səksən) qəpik, faiz borcu qismində 25.755 (iyirmi beş min yeddi yüz əlli beş) manat 02 (iki) qəpik, cərimə qismində 1.357 (min üç yüz əlli yeddi) manat 50 (əlli) qəpik, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəz i qismində 30 (otuz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 24 (iyirmi dörd) manat, cəmi 170.114 (yüz yetmiş min yüz on dörd) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmış Bakı şəhəri, ünvan1 0.03749 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 217.2 kvadrat metr, köməkçi sahəsi 148.6 kvadrat metr olan, 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 evdən istifadə hüquqlarına xitam verilməsi və evin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov) 2(103)-5879/18 nömrəli, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-412/2016 saylı iş üzrə qəbul etdiyi 11 oktyabr 2016-cı il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilməsi, həmin cavabdehə aid hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və Ə.Ə.Şadiyev) 2(102)-339/19 nömrəli, 16 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və X.Ə.Sarıyev) 2(103)-4110/2019 nömrəli, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)412/2016 saylı iş üzrə qəbul etdiyi 11 oktyabr 2016-cı il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair iddiasının Cavabdeh4 münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” (Azərbaycan) ASC Cavab deh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (sonuncu dəqiqləşmə ilə) 26 may 2016-cı il tarixə 27 fevral 2014cü il tarixli, 122299-1-10429 saylı kredit Baş kredit razılaşması əsasında bağlanmış 28 fevral 2014-cü il tarixli, 122299-1-10429/1 kommersiya krediti müqaviləsi üzrə əsas kredit borcu qismində 142.947 manat 80 qəpik, faiz borcu qismində 25.755 manat 02 qəpik və cərimə borcu qismində 1.357 manat 50 qəpik, cəmi 170.060 manat 32 qəpik məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh3 müştərək qaydada alınaraq “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın ipot eka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus olan Bakı şəhəri, ünvan 1, 0.03749 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 217.2 kvadrat metr, köməkçi sahəsi 148.6 kvadrat metr olan, 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına “xxxx” (Azərbaycan) ASC-nə olan borcun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, ünvan1, 12 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 300.000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, ünvan1, 12 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin fərdi yaşayış evinin məcburi qaydada boşaldılması, habelə Cavabdeh1 ilə “xxxx” ( Azərbaycan) ASC arasında bağlanmış 27 fevral 2014-cü il tarixli, 122299-1-10429 saylı kredit Baş kredit razılaşmasının və 28 fevral 2014-cü il tarixli, 122299-1-10429/1 kommersiya krediti müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” (Azərbaycan) ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-4110/2019 nömrəli iş üzrə 22 aprel 2019-cu il tarixli qətnaməsinin qismən, iddia tələbinin Cavabdeh4 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilib, Bankın iddia tələbinin tam təmin olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətn amə qəbul edərkən qeyd edilən hissədə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxx» (Azərbaycan) ASC-nin nümyəndəsi və vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş ma teriallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-4110/2019 nömrəli iş üzrə 22 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilib, həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 419.2, 442, 448.1, 470.1, 470.2, 477.0.1, 739.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh e dilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarlarına istinad etməklə işin materialları üzrə gəldiyi nəticədən görünür ki, zamin Cavabdeh4 ödəniş cədvəli ilə tanış olmamış, nə də faiz dərəcəsi onunla başqa qaydada razılaşdırılmamışdır. Belə razılığın alınmaması isə zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Beləliklə də, iddiaçı “Bank BTB (Azərbaycan) ASC ilə Cavabdeh4 arasında bağlanmış 27 fevral 2014-cü il tarixli, 122304-7-6893 saylı zaminlik müqaviləsində zaminlik təminatı üzrə əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi nəzərdə tutulmadığı halda bankla borclu Cavabdeh1 arasında bağlanmış kredit razılaşmalarında faiz dərəcəsi barədə zamin Cavabdeh4 razılığı alınmadığı üçün iddiaçının həmin cavabdehə (zaminə) qarşı tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi k imi, 27 fevral 2014-cü il tarixli, 122299-1-10429 saylı kredit Baş kredit razılaşmasından görünür ki, “xxxx” (Azərbaycan) ASC tərəfindən Cavabdeh1 120 ay müddətinə, yəni 27 fevral 2014-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək 1.000.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin razılaşma əsasında eyni tərəflər arasında 28 fevral 2014-cü il tarixli, 122299-1-10429/1 kommersiya krediti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 16% məbləğində borc faizləri ödəməsi şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinin təminatı olaraq bankla Cavabdeh1 və Cavabdeh3 arasında 27 fevral 2014-cü il tarixli 122300-NEDVİJ-2444 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən fərdi yaşayış evi bank qarşısında ipot eka ilə yüklü edilmişdir. 27 fevral 2014-cü il tarixli, 122304-7-6892 saylı və eyni tarixli, 122304-7-6893 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2 Cavabdeh4 27 fevral 2014-cü il tarixli, 122299-1-10429 saylı kredit Baş kredit razılaşması əsasında bağlanmış 28 fevral 2014-cü il tarixli, 122299-1-10429/1 kommersiya krediti müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə zaminliyi öz öhdələrinə götürmüşlər. Cavabdeh1 müqailə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 419.2-ci maddəsinin tələbinə görə də müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsi ilə müə yyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əlavə kredit müqaviləsi, nə də həmin müqaviləyə əlavə edilmiş Ödəniş Cədvəlində nəzərdə tutulmuş faiz dərəcəsi, müddət barədə razılıq zamin kimi Cavabdeh4 alınmamasına dair qənaətə gələrkən 122304-7-6893 saylı zaminlik müqav iləsinin 2.5-ci bəndinin məzmununa diqqət yetirməmişdir. Həmin bəndin məzmununa görə isə 27 fevral 2014-cü il tarixli, 122299-1-10429 saylı kredit Baş kredit razılaşmasının və qeyd edilən Baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsinin bütün şərtləri zaminə məlumdur. İş materiallarında olan Bankla borclu arasında bağlanmış 27 fevral 2014-cü il tarixli Baş Kredit Razılaşmasının 2.3-cü bəndinə görə verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Razılaşmanın ayrılmaz hissəsi olan kredit müqavilələri ilə müəyyən edilir. Göründüyü kimi, cavabdehlə zaminlik müqavilələri məhz Baş Kredit Razılaşmasının təminatı kimi bağlanmış və zaminlik müqavilələrini bağlamaqla zamin Baş Kredit xətti Razılaşmasını n şərtlərini, o cümlədən Razılaşmanın 3-cü bəndinin (zaminin məsuliyyətinə dair) şərtlərini qəbul etmişlər. Zaminlik müqaviləsini bağlayarkən zamin bilmiş və razılaşmışdır ki, kreditə görə faiz dərəcələri Baş Kredit Razılaşması çərçivəsində bağlanmış kredit müqavilələrində müəyyən olunacaq və borclu krediti həmin faizlərlə banka qaytarmalıdır. Beləliklə də, zamin, təminat vasitəsi kimi bankla zaminlik müqaviləsi bağlayarkən kredit müqaviləsində müəyyən ediləcək hər hansı faiz dərəcəsinə görə məsuliyyəti əvvəlcədən üzərinə götürmüşdür. lakin apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, zaminlik müqaviləsində isə bunu inkar edən başqa heç bir şərt nəzərdə tutulmamışdır. Əvvəlki kassasiya məhkəməsinin qərarında qeyd edildiyi kimi kredit müqaviləsi Baş kredit xətt i razılaşmasının şərtlərinə tam uyğun bağlanmış və nəticə etibarı ilə kredit müqaviləsində respublika bankları tərəfindən müəyyən olunmuş faiz dərəcələrini aşmayan faiz (16 faiz) müəyyən olunmuşdur. Zaminlik müqaviləsini bağlayarkən zaminə məlum idi ki, banklar tərəfindən verilən bütün kreditlər onlara hesablanmış faizlərlə borclu tərəfindən banka qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Cavabdehlər bankla zaminlik müqaviləsini bağlamaqla əslində gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi barədə üzə rlərinə öhdəlik götürmüşlər. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əvvəlki kassasiya məhkəməsinin qərarında qeyd edildiyi kimi zaminlik müqaviləsini bağlamaqla zamin həm əsas borcun, həm faiz borcunun, cərimənin və dig ər borcların ödənilməməsi halı üçün üzərinə məsuliyyət götürmüşdür. İşdən görünür ki, əsas kreditə görə borcun qaytarılması üzrə də öhdəlik lazımınca icra edilməmişdir. Belə olduqda kollegiya hesab edir ki, yeni baxış zamanı apellyasiya instansiyası məhkəməsinin əlavə kredit müqaviləsi, nə də həmin müqaviləyə əlavə edilmiş Ödəniş Cədvəlində nəzərdə tutulmuş faiz dərəcəsi, müddət barədə razılığı olmamasına əsaslanıb zamini Mülki Məcəllənin 470, 472-ci maddələrində müəyyən olunmuş məsuliyyətdən tam azad etməsi zaminliklə təmin edilmiş öhdəlik münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əməl etməmiş, iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 420- ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əs asının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan n ə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin, qeyd edilən Plenum qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan RespublikasıMPM-nin 418.1-ci mad dəsinə əsasən maddi və prosessual hüquqnormalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı «xxxx» (Azərbaycan) ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4110/2019 nömrəli iş üzrə 22 aprel 2019-cu il tarixli qətnaməsi qismən, iddia tələbinin Cavabdeh4 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar