Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6277/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı X2 vəkili X1, Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli, 2(103)5818/2019 saylı qətnaməsindən İddiaçı X2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(008)131/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Paşayev a) iddiaçı “xxxx” X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 11.849,05 ABŞ dolları, faiz borcuna görə 2.697,5 ABŞ dolları və hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 14.647 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli, 2(103)5818/2019 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddia çı təşkilata münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “borcun tutulması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 19.000 ABŞ dolları kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh1 ilə 27 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Daha sonra yuxarıda göstərilən kredit müqaviləsinə əsasən verilmiş borcun təminatı olaraq iddiaçı təşkilatla Cavabdeh3 arasında 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin borclu Cavabdeh2 k redit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırıb. 26 aprel 2017-ci il tarixə borclu Cavabdeh2 iddiaçı təşkilata 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11.680,83 ABŞ dolları əsas, 4.291,64 ABŞ dolları faiz və 2.344,69 ABŞ dolları olmaqla, cəmi 18.317,16 ABŞ dolları kredit borcu vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şik ayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı X2 vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respu blikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı X2 vəkili Xun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə iddiaçı təşkilata münasibətdə dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə və sonuncunun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəlləsinin 442, 448.1, 472.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldi yi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 19.000 ABŞ dolları kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh1 ilə 27 yanvar 2015-ci il tarixli zaminlik müqav iləsi bağlanıb. Daha sonra yuxarıda göstərilən kredit müqaviləsinə əsasən verilmiş borcun təminatı olaraq iddiaçı təşkilatla Cavabdeh3 arasında 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırıb. İddia ərizəsindən görünür ki, 26 aprel 2017-ci il tarixə borclu Cavabdeh2 iddiaçı təşkilata 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11.680,83 ABŞ dolları əsas, 4.291,64 ABŞ dolları faiz və 2.344,69 ABŞ dolları olmaqla, cəmi 18.317,16 ABŞ dolları kredit borcu vardır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı təşkilat iddia ərizəsində cavabdehlərdən 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4.291,64 ABŞ dolları faiz borcu, eləcə də 2.344,69 ABŞ dolları cərimə tələb etməkdə haqlı olmamışdır. Belə ki, işə əlavə edilmiş ekspert rəyindən görünür ki, 27 dekabr 2015-ci il tarixli kredit müqaviləsi və 02 dekabr 2015-ci il tarixli əlavənin şərtləri nəzərə alınmaqla borclu Cavabdeh2 27 yanvar 2017-ci il tarixə, yəni kredit müqaviləsinin müddətinin bitdiyi tarixə iddiaçı təşkilata ödənilməmiş 11.849,05 ABŞ dolları əsas, 3.397,50 ABŞ dolları faiz, cəmi 15.246,55 ABŞ dolları kredit borcu vardır. 12 iyun 2017-ci ildən 15 mart 2018-ci il tarixədək borclu Cavabdeh2 tərəfindən aparılmış 700 ABŞ dolları ödəniş nəzərə alınmaqla, onun iddiaçı təşkilata 1 4.546,55 ABŞ dolları kredit borcunun qaldığı müəyyən edilir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.697,5 ABŞ dolları faiz borcu iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehd ir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspert r əyi ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə iddiaçı təşkilata münasibətdə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. İddiaçı təşkilat kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün müəyyən edilməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halı üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əs aslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran fakt ları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı X2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli, 2(103)-5818/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6277/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6277/2019
22.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver