Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6281/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 katibliyiilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayə tinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 fevral 2019-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 3978,91 manat əsas, 397,71 manat faiz borcunun, 50 manat cərimənin, cəmi 4426,62 manat məbləğində borcun və 18,90 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Xəzər rayon Məhkəməsinin 07 fevral 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılmışdır.. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı ərizə ilə məhkəməyə mür aciət edərək, cavabdehdən 3978,91 manat əsas, 2571,39 manat faiz borcunun, 472,50 manat cərimənin, cəmi 7022,80 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış, 08 dekabr 2014-cü il tarixli plastik kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 24% faiz hesablanmaqla 5000 manat məbləğində kredit xətti açılmış, kredit mə bləği cavabdehin plastik kartına köçürülmüşdür. Kredit müqaviləsinə görə borc alan istifadə edilmiş məbləği və ona hesablanmış faizləri hər ayın sonu tam şəkildə banka ödəməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Eyni zamanda iş materiallarından görünür ki, kassator qeyd edilən hala görə iddianın qismən təmin edilməsi barədə iş üzrə qəbul edilmiş qətnaməni əsaslı hesab etmir. Halbuki iş materiallarından görünür ki, işə baxan məhkəmələr qəbul etdikləri qətnaməni iş üzrə keçirilmiş ekspertiza rəyi ilə əsaslandırmışlar. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27141 nömrəli 24 dekabr 2018-ci il tarixli ekspert rəyinə əsasən 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 08 dekabr 2015-ci il tarixə “xxxx” ASC-yə əsas kredit borcu 3978,91 manat, faiz borcu isə 397,71 manat təşkil edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6281/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6281/2019
04.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver