Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6281/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin geri qaytarılması) 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1352/2022 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəmədə cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8500 ABŞ dolları məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şabran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(031)-283/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1352/2022 nömrəli iş üzrə 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X2 (sədrlik edən və məruzəçi), X3 və X5) apellyasiya şikayəti təmin edilmiş,birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək,iddia təmin edilmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1352/2022 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər – X2 (sədrlik edən və məruzəçi), X6 və X7) kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsas landırmışdır ki,hazırkı kassasiya şikayəti işin hallarının formal sadalanması ilə tərtib edilib, lakin şikayətdə işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qərardadının ləğv edilməsini və həmin məhkəmənin qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassator öz mövqeyini onunla əsaslandırmışdır ki, elektron məhkəmə sistemindən göründüyü kimi cavabdeh apellyasiya in stansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verən zaman 2 maddi hüquq pozuntusu normasını göstərmiş və qarşısında əsaslandırmış, 4 prosessual hüquq pozuntusunu göstərmiş və qarşısında əsaslandırmış və 3 məhkəmə təcrübəsinin vahidliyinin pozulması halı göstərmiş və qarşısında əsaslandırmışdır. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin əlavəsi olan kassasiya şikayəti formasına tam uyğun tərtib edilmişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi öz funksiyalarına formal yanaşaraq, əsassız və qanunsuz qərardad qəbul etmiş və cavabdehi hüquqlarının məhkəmə qaydasında müdafiəsi ilə bağlı konstitusion hüququnu pozmuşdur.
10. Cavabdeh onu da qeyd etmişdir ki, məhkəmə cavabdehin hüquqlarını qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qərardad qəbul etmişdir. Halbuki cavabdeh özünün haqlı olmasını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsədə,məhkəmə obyektivliyi təmin etmədən, öz funksiyalarına formal yanaşaraq, əsassız qərardad qəbul etmişdir. Nəticədə cavabdehin konstitusion hüquqları pozulmuşdur b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 376.2. Məhkəmə kollegiyası işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Maddə 408.1.5 Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instan siyası məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 408.5 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya baxışının hədləri
15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh in şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Kollegiya bildirir ki, cavabdehin kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
19. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
20. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1352/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.