Məhkəmə qərarları › İş №2(102)-6282/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6282/2019

17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6282/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı İKB ASC-nin vəkilinin iştirakı ilə, İddiaçı İKB ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1109/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.N.Quliyev) 2(005)-784/2017 nömrəli, 24 aprel 2017-ci il tarixli q ətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdeh1, cavabdeh2 qarşı kredit borcunun qaytarılması və girov predmetinə yönəldilməsi tələbinə dair iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-yə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov) 2(103)-8746/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC tətərfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-784/2017 saylı, 24 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı İKB ASC iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 25.11.2010-cu il tarixli, 2830(G) nömrəli kredit müqaviləsi üzrə borc alan cavabdeh1, zaminl ər cavabdeh2 və X1 müştərək 613.908 manat əsas, 855.972 manat faiz, 217.609 manat dəbbə pulu, cəmi 1.687.489 manat borcun tutularaq İddiaçı İKB ASCyə ödənilməsi və tələbin 25 noyabr 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi barədə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər İ.R.Xəlilov (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və Ə.Ə.Şadiyev) 2(102)-1576/2018 nömrəli iş üzrə 28 fevral 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-8746/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim V.Ə.B axışova (sədrlik edən və məruzəçi), E.E.Nağıyeva və H.Ü.Həmidov) 2(103)-1109/2019 nömrəli, 16 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (005)784/2017 saylı, 24 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi, İddiaçı İKB ASC-dən dövlət büdcəsinə 150 manat ekspertiza xərci tutulması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İKB ASC cavabdeh1, cavabdeh2 qarşı kredit borcunun qaytarılması və girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.11.2010-cu il tarixli, 2830(G) nömrəli kredit müqaviləsi üzrə borc alan cavabdeh1, zaminlər cavabdeh2 və X1 müştərək 613.908 (altı yüz on üç min doqquz yü z səkkiz) manat əsas, 855.972 (səkkiz yüz əlli beş min doqquz yüz yetmiş iki) manat faiz, 217.609 (iki yüz on yeddi min altı yüz doqquz) manat dəbbə pulu, cəmi 1.687.489 (bir milyon altı yüz səksən yeddi min dörd yüz səksən doqquz) manat borcun tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi və tələbin 25 noyabr 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı İKB ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1109/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İKB ASC-nin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş ma teriallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1109/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi tələbin 25 noyabr 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsinin rədd edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 522.1, 522.2, 525-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh1 25.11.2010-cu il tarixli, 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə öhdəliyinin üçüncü şəxs “xxxx” MMC-yə verildiyini və bu barədə iddiaçı tərəfindən də təsdiq edilmiş “Borcun köçürülməsi və hüququn güzəşti barədə” 04.11.2013-cü il tarixdə müqavilənin qüvvədə olduğu üçün cavabdeh1 iddiaçı qarşısında 25.11.2010-cu il tarixli, 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə öhdəlik daşımadığından, yəni, tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən ona qarşı iddia bu əsasla rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin həqiqi hallarını, tər əflərin qarşılıqlı münasibətlərinı əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddiaçı (kreditor) İddiaçı İKB ASC ilə cavabdeh1 (borc alan) arasında 25.11.2010-cu il tarixli, 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 6 (altı) ay müddətinə, illik 20% (iyirmi faiz) ödəmək şərtilə, 1.450.000 (bir milyon dörd yüz əlli min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bağlanmış 25 noyabr 2010-cu il tarixli, 2830 (G)- nömrəli girov müqaviləsinə əsasən cavabdeh1 özünə məxsus Bakı şəhəri, Yasamal r ayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə ünvanında yerləşən, tikilməkdə olan yaşayış binasının 2ci giriş, zirzəmisində 520 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə məxsus hüquqları girov qoymuşdur. 25 noyabr 2010-cu il tarixli, 2830 (GZ)-2 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və X3 borc alanın bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşlər. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2 (103)-1109/2019 saylı 16.05.2019-cu il tarixli qərardadı ilə X2 aid hissədə (vəfat etdiyindən və hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən) iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 24.11.2016-cı il tarixli maliyyə arayışından görünür ki, həmin tarixədək kredit öhdəl iyi üzrə bank tərəfindən hesablanmış borcun məbləği 613908 manat, faiz 855972 manat, dəbbə pulu 217609 manat olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi İddiaçı İKB ASC, ‘xxxx” MMC, cavabdeh1 və “xxxx” MMC arasında “Borcun köçürülməsi və hüququn güzəşti barədə” 04.11.2013-cü il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh1 iddiaçıya olan cəmi 7.793.587 manat borcu, o cümlədən 25.11.2010-cu il tarixli, 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində borc üzrə öhdəliyi kreditorun razılığı ilə “xxxx” MMC-yə keçmişdir. Həmin müqavilə əsasında “xxxx” MMC tərəfindən iddiaçıya 834642 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 04.11.2013-cü il tarixdə müqaviləyə istinad edilmişdir. Azə rbaycan Respublikası Mülki Məcəlləsinin: - 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. - 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. - 525-ci maddəsinə əsasən tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh1 25.11.2010-cu il t arixli, 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə öhdəliyinin üçüncü şəxs “xxxx” MMCyə verildiyini və bu barədə iddiaçı tərəfindən də təsdiq edilmiş “Borcun köçürülməsi və hüququn güzəşti barədə” 04.11.2013-cü il tarixdə müqavilənin qüvvədə olduğunu nəzərə alaraq cavabdeh1 iddiaçı qarşısında 25.11.2010-cu il tarixli, 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə 613.908 (altı yüz on üç min doqquz yüz səkkiz) manat əsas, 855.972 (səkkiz yüz əlli beş min doqquz yüz yetmiş iki) manat faiz, 217.609 (iki yüz on yeddi min altı yüz doqquz) manat dəbbə pulu, cəmi 1.687.489 (bir milyon altı yüz səksən yeddi min dörd yüz səksən doqquz) manat borcun öhdəlik daşımadığından, yəni tələbin bu hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən ona qarşı iddianın həmin hissə üzrə bu əsasla rədd edilməli olmasına dair nəticəsi ilə razılaşır, lakin eyni zamanda hesab edir ki, məhkəmə 25 noyabr 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi hissəsinin rədd edilməli olması işin hallarına uyğun olmamışdır. Belə ki, işin materiallarından görünür ki, İddiaçı İKB ASC, ‘xxxx” MMC, cavabdeh1 və “xxxx” MMC arasında “Borcun köçürülməsi və hüququn güzəşti barədə” 04.11.2013-cü il tarixdə müqavilənin 1.1 bəndinə əsasən bu müqaviləyə əsasən ilkin borclu (Cavabdeh1) hazırki müqavilənin 1.2-ci bəndində qeyd olunan zamin olduğu kredit müqavilələri üzrə 7.793.587 manat əsas borc olmaqla cəmi 11000000 manat məbləğində borcun (əsas öhdəlik) yeni borcluya (‘xxxx” MMC) köçürülməsi həyata keçirir, yeni borclu isə əsas öhdəliyini ona köçürülməsi, yəni, kreditor qarşısında əsas öhdəliyin ödənilməsini öhdəsinə götürür və bunun müqabilində üçüncü tərəf (“xxxx” MMC ilkin borclunun təsisçisi olduğu cəmiyyət) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış ünvan1 -də yerləşən 1,6996 ha torpaq sahəsində tikilməli olan yaşayış komleksinin 5, 6, 7, 8-ci blokları (Ələsgər Əliyev küçəsinə baxan) üzrə və binaların yerləşəcəyi torpaq sahəsi üzrə özünə məxsus olan bütün hüquqlarından yeni borclunun xeyrinə imtina etməyi öhdəsinə götürür. İdiaçı (kreditor) İddiaçı İKB ASC ilə cavabdeh1 (borc alan) arasında 25.11.2010-cu il tarixli, 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış 25 noyabr 2010-cu il tarixli, 2830 (G)- nömrəli girov müqavilə sinin 6.1.11-ci bəndinə əsasən cavabdeh1 müqavilənin predmeti olan girovun və onun əsasında duran tələbi başqa şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, yeni borcluya (‘xxxx” MMC) “Borcun köçürülməsi və hüququn güzəşti barədə” 04.11.2013-cü il tarixdə müqaviləyə əsasən yeni əmlak girov qoyulsa da və həmin müqavilədə kreditorun ilkin borclunun kredit xətti müqaviləsi üzrə əsas kredit borcu və ona hesablanan faizlərin tələb hüququndan imtina etsə də, həmin kreditin təminatı olan 25 noyabr 2010-cu il tarixli, 2830 (G)-nömrəli girov müqaviləsinə əsasən cavabdeh1 özünə məxsus Bakı şəhəri, ünvan-1də yerləşən, tikilməkdə olan yaşayış binasının 2-ci giriş, zirzəmisində 520 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin yüklülükdən azad edilməs inə dair şərtin əməl olması görünmür. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin tələbin tutmanın ipotekaya hissəsinə qiymət verərək işin bu halını araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kredit öhdəliyi ilə bağlı tələbin güzəşt edilməsiə baxmayaraq həmin kreditin təminatı olan əvvəlki ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunub - olumamasını araşdırmadan qətnamənin ipotekaya aid hissəsi qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki halla rının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etmə lidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi tutmanın ipotekaya aid hissədə qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tutmanın ipotekaya maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi bu hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişd irilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1109/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi tələbin 25 noyabr 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar