Məhkəmə qərarları › İş №2(102)-6283/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6283/2019

01.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6283/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Quliyev Gündüz Ağababa oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” bank olmayan kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və qeydiyyatdan çıxarma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2019-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş ka ssasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov) İddiaçı “xxxx” bank olmayan kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və qeydiyyatdan çıxarma tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2012-ci il tarixli AZBA006617 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 30 noyabr 2012-ci il tarixli AZBA006617 nömrəli kredit müqaviləsi üzrə 24.364,61 ABŞ dolları əsas borc, 9353,89 ABŞ dolları faiz borcu, 2500 ABŞ dolları cərimə olmaqla, cəmi 36.218,5 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, 29 1,42 manat siğorta ödənişinin, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitlərinin əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş Abşeron rayonu, Digah qəsəbəsi, E.Abdullayev küçəsində yerləşən 108.9 kv.m ümumi, 77,9 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan əmlakların hərracda ilkin satış qiymətinin 58.200 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “xxxx” bank olmaya n kredit təşkilatı MMC-yə olan borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manatın alınaraq dövlət büdcəsinə, ipoteka predmetinin qiymətləndirilməsinə sərf edilmiş 200 manatın alınaraq “xxxx” MMC-nin hesabına, 300 manatın alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2019-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər H.Həmidov və E.Nağıyeva) Nizami rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi faiz və dəbbə pulu borcunun tutulması hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” bank olmayan kre dit təşkilatı MMC-nin xeyrinə 30 noyabr 2012-ci il tarixli AZBA006617 nömrəli kredit müqaviləsi üzrə 24.364,61 ABŞ dolları əsas borc, 8752,48 ABŞ dolları faiz, 1364 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi 34481,09 ABŞ dolları borcun tutulması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1, Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş i yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” bank olmayan kredit təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və qeydiyyatdan çıxarma tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2012-ci il tarixli AZBA-006617 nömrəli kr edit müqaviləsi, həmin müqavilə əsasında bağlanmış 04 dekabr 2012-ci il tarixli AZBA-006617001/1 nömrəli və 25 dekabr 2012-ci il tarixli AZBA-006617-001/2 nömrəli kredit razılaşmalara əsasən bank tərəfindən Cavabdeh1 illik 17 faizlə, 84 ay müddətinə 19900 ABŞ dolları və 12100 ABŞ dolları olmaqla ümumilikdə 32000 ABŞ dolları məbləğində kredit verilmişdir. -Kredit müqaviləsinə dəyişiklik və əlavələr edlməsi haqqında 07 aprel 2015-ci il tarixli Sazişə əsasən 30 noyabr 2012-ci il tarixli AZBA-006617 nömrəli kredit müqaviləsinin müddəti 40 ay uzadılaraq 124 ay müddətinə müəyyən edilmişdir; AZBA-006617-001/1 və AZBA-006617-001/2 saylı razılaşmalara dəyişiklik edilməsi barədə 07 aprel 2015-ci il tarixli sazişə əsasən kredit alana illik 17 faizlə 84 ay müddətinə ümumilkdə 32000 ABŞ dolları məbləği ndə verilmiş kreditlərin ödənilməmiş 25.689,89 ABŞ dolları təşkil edən hissəsinin qaytarılması müddəti illik 17 faizlə hesablanmaqla 40 ay uzadılmış və ödənilməmiş ayların sayı 97 ay müəyyən edilmişdir. Kreditin qaytarılmasının son tarixi 10 mart 2023-cü il hesab edilmişdir. “xxxx” bank olmayan kredit təşkilatı MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2012-ci il tarixli AZBA-006617 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 həmin tarixli AZBA-006617 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 30 noyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 məxsus Abşeron rayonu, Digah qəsəbəsi, E.Abdullayev küçəsində yerləşə n 108.9 kv.m ümumi, 77,9 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsi 30 noyabr 2012-ci il tarixli AZBA-006617 saylı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 05.04.2019-cu il tarixli 20760 saylı rəyi ilə 27.02.2018-ci il tarixə Cavabdeh1 əsas borcunun 24364,61 ABŞ dolları, faiz borcunun 8752,48 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəy yən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mül ki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən X1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödə nilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi özünə məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşya nın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsi nə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar