Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6284/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan” Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcu üzrə pulun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-219/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əm anətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik istifadə dərəcəsi 22 faiz olmaqla 6.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı olaraq ona məxsus olan VAZ21705 markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsi ndə icraat 2020-ci ilin may ayında bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 8401,28 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-744/2020 saylı, 22 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.B.Quliyev) iddia qismən təmin edilərək Cavabdeh iddiaçının xeyrinə cəmi 5897,36 manatın tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 12.000 manat məbləğində müəyyən edilərək açı q hərracdan satılması və əldə olunan pul vəsaitinin hesabına borcun ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən cərimə borcunun qismən təmin, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faizə dair hissədə iddianın rədd olunmasının əsassız olmasını, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin şişirdilməklə müəyyən olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-219/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə(hakimlər – İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və T.X.Heydərov) apellyasiya şika yəti qismən təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli, 2(017)-744/2020 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh iddiaçının xeyrinə 4075,36 manatın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 10500 manat dəyərində müəyyən olunması, avtomobilin açıq hərracdan satılması və əldə olunmuş pul vəsaitinin hesabına borcun ödənilməsi, artıq qalan pul vəsaitinin cavabdehə qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxsl ərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinin nəzərə alınmayaraq faiz borcunun, cərimənin və müqavilənin müddəti bitdikdən sonra hesablanmış faizlərin silinməsinin əsassız olmasını, avtomobilin ilkin satış qiymətinin yüksək müəyyən olunmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclası na gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüqu qu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilərki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsiniyoxlayır. Kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanunili yi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədənsaxlanılmalıdır. İş materiallarından görünür ki, 29 iyun 2021-ci il tarixli internet portalından çıxarışa əsasən cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq 4075,36 manat müəyyən olunmuşdur. Cavabdeh restrukturizasiyaya yönəlmiş məbləği 4075,36 manat təşkil etdiyindən, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən həmin məbləğdən artıq kredit borcunun tutulması üçün əsaslar yoxdur. Cavabdehə həmin məbləğə dair illik 1 faiz olmaqla 5 il müddətinə müqavilə bağlanması təklif olunsa da, işdən görünür ki, o, yeni müqavilənin bağlanmasından imtina etmişdir. Müəyyən olunmuşdur ki, ipoteka predmeti olan avtomobilin bazar dəyəri 12.000 manat, likvid dəyəri isə 10.500 manat təşkil edir. Bankın ləğvedicisi avtomobilin müəyyən olunmuş həmin dəyəri ilə razılaşmasa da, məhkəməyə avtomobilin dəyərinin daha az məbləğ təşkil etməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyal ar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehin banka olan borcu 4075,36 manat təşkil etdiyindən, apellyasiya instansiya məhkəməsi cavabdehdən məhz göstərilən məbləğdə borcun tutulması və həmin məbləğin likvid dəyəri 10.500 manat müəyyən olunmuş avtomobilə yönəldilməklə tutulmalı olması nəticəsinə gəlmişdir. Göstərilənlərlə əlaqədar, kollegiya apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əs aslı olduğundan, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-219/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6284/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6284/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver