Məhkəmə qərarları › İş №2(102)-6285/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6285/2019

03.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6285/2019 03.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X2, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-ninkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-1280/2018, hakim N.Ə.Misirzadə) ləğv pro sesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 14 ferval 2013-cü il tarixli kredit müqaviləsi üzrə 742 manat məbləğində əsas borc, 20 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə, cəmi 792 manat məbləğində borcun, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 40.566 manat məbləğində əsas borc, 6.068 manat məbləğində faiz borcu, 2.000 manat məbləğində cərimə, cəmi 48.634 manat məbləğində borcun, 09 fevral 2012-ci il tarixli kredit müqaviləsi üzrə 19.143 manat məbləğində əsas borc, 12.005 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə, cəmi 31.178 manat məbləğində borcun alınaraq iddiaçıya verilməsi, 09 fevral 2012-ci il tarixli kredit müqaviləsi üzrə tələbin cavabdehə məxsus “Lexus GX 460” markalı, dövlət qeydiyyat nişanlı avto mobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitdən 31.178 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3711/2019, hakimlər E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova, X.Ə.Sarıyev) iddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ləğv prosesində olan İddiaçı ASC İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2012-ci il tarixli kre dit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 18 faizlə, 60 ay müddətinə 70.830 manat, 14 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 18 faizlə, 12 ay müddətinə 2.115 manat, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 15 faizlə, 12 ay müddətinə 854.300 manat, 07 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 18 faizlə, 60 ay müddətinə 3.545 ABŞ dolları, 09 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 24 faizlə, 12 ay müddətinə 963 manat məbləğində kredit verildiyinə və onun həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetrimədiyinə istinad edərək, 08 noyabr 2016-cı il tarixdə Cavabdeh qarşı kredit müqavilələri üzrə borc un qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi gəldiyi nəticənin əsası kimi əsassız ekspert rəyinə istinad etmişdir. Belə ki, ekspertizaya tədim edilmiş hesabdan çıxarışlara əsasən, eyni zamanda ekspert rəyinin özündə də qeyd edildiyi kimi, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh tranşlarla 809.651 manat məbıləğində kredit verildiyi müəyyən edilməsinə və kredit müqaviləsinə əlavələr ekspert mərkəzinə təqdim edilməsinə baxmayaraq ekspert həmin əlavələrə qiymət verilməmiş, əsassız olaraq rəydə əsas borc üzrə 4 0.566 manat, 6.068 manat faiz borcu hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqavilələri üzrə borcun qaytarılması təşkil edir. İddiaçı bank tərəfindən iddia ərizəsinə kredit müqavilələri ilə bərabər cavabdehin debet və kredit hesabından çıxarışlar da əlavə edilmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehdən əsas borc və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcə llənin aidiyyəti müddəaları ilə borc müqaviləsinin həm şifahi, həm də yazılı bağlanılması imkanı nəzərdə tutulsa da, bank kreditlərinin verilməsini tənzimləyən “Banklarda kreditlərin verilməsi” Qaydaları ilə belə kreditlərin yalnız yazılı verilməsi müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə borc tələb etsə də, bu müqavilənin mövcud olmasını, o cümlədən cavabdeh tərəfindən imzalanaraq onu şərtləri ilə razılşamasını təsdiq edən sübutu (müqavilənin əslini və ya təsdiq edilmiş surətini) məhkəməyə təqdim etməmişdir. Eyni ilə, iddiaçı 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə tranşlarla 854.300 manat məbləğində pul vəsaitinin verilməsini göstərsə də, (apellyasiya şikayətində verilən kreditin məbləği 809.651 manat göstərilmi şdir), məhkəməyə təqdim etdiyi kredit müqaviləsindən ayrılan məbləğin cəmi 73.000 manat olması müəyyən olunmuşdur. İddiaçı həmin kredit müqaviləsi üzrə verilən kredit vəsaitinin artırılması və müvafiq olaraq qaytarma şərtləri (faiz dərəcəsi, müddəti və s.) barədə məhkəməyə sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi kredit verilməsinin təsdiqi məqsədi ilə iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışları mötəbər sübut qismində qəbul etməyərək hesab etmişdir ki, həmin çıxarışlarda kredit müqaviləsinin mühüm şərtləri barədə yuxarıda qeyd edilən məlumatlar öz əksini tapmamış, həmçinin ayrılan məbləğlərin məhz cavabdehə verilməsi və onun tərəfindən qəbul edilməsi təsdiq edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmə klə və borc məbləğlərini müəyyən edərkən iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizaının rəyini əsas götürməklə düzgün nəticəyə gəlmişdir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddia tələbinin əsasını kredit müqavilələri üzrə borcun qaytarılması və ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Borc müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin normanın məzmunundan göründüyü kimi razılaşdırılmış məbləğdə pul vəsaitini və ya digər əşyanı borc alana təhvil vermək borc verənin vəzifəsi olmaqla, həmin predmeti təhvil almaq borc alanın hüququdur. Bununla bərabər aldığı məbləği və digər əşyanı razılaşdırılmış vaxtda və şərtlərlə geri qaytarmaq borc alanın vəzifəsi olmaqla, bunu tələb etmək borc verənin hüququdur. Qanuni əsaslar olmadan borclunun aldığı məbləği geri qaytarmaq vəzifəsindən azad edilməklə, kreditorun tələbinin rədd edilməsi yolverilməzdir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi Mülki Məcəllənin mübahisəli borc münasibətləri yarandığı vaxt qüvvədə olmuş 740-cı maddəsinə əsasən b orc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin normanın məzmunundan göründüyü kimi müqavilə tərəflərinə onların öz razılığı ilə borc müqaviləsinin formasını istənilən qaydada (yazılı və ya şifahi) müəyyənləşdirmək imkanı verilmişdir. Deməli, yazılı formadan istifadə edilməməsi borc müqaviləsinin bağlanmamış hesab edilməsi üçün nəticəyə gəlməyə əsas olmamaqla, borc verənin də həmin məbləği geri tələb etmək hüququnu istisna etmir. Lakin apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Milli X4 18 noyabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına istinad edərək yazılı kredit müqaviləsi təqdim edilmədiyi üçün tələbin hissələrdə təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respub likasının Konstitusiyasının 149-cu maddəsini Vİ bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Qanunvericiliyin tələblərinə görə, Mülki Məcəllənin normaları ilə digər qanunlar arasında kolliziya yarandığı halda, Mülki Məcəllənin normalarına istinad edilməli olduğu halda, apellyasiya məhkəməsi ümumiyyətlə qanun qü vvəsi olmayan, yalnız kredit verilməsi məsələlərini tənzimlənmaısində yalnız banklar üçün məcburi xarakter daşıyan qaydalara istinad etmişdir. Beləliklə, iddiaçının 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi təqdim edilmədiyi, lakin pul vəsaitinin cavabdeh tərəfindən alınması digər yazılı sənədlərlə- hesabdan çıxarışlar və kassa məxaric orderləri ilə təsdiq edilməsi, eyni zamanda 73.000 manat məbləğində kreditin ayrılmasını nəzərdə tutan 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 854.300 manat məbləğində pulun verilməsinin də eyni qaydada təsdiqlənməsi bank və cavabdeh arasında bu barədə razılaşmanın olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389cu maddəsinin tələblərinə görə mülki hüq uq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, bankın borcluya kredit verməsi və borclunun həmin krediti qəbul etməsi təsdiq edildiyi halda, verilmiş məbləğin qaytarılması üçün tərəflər arasında razılaşmanın yazılı formasını təqdim etmək zəruri şərt deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin təfsirinin əsaslarını müəyyən edən 404-cü maddəsi ilə məhkəmənin müqavilə şərtlərini təfsir edilərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almaq vəzifəsi nəzərdə tutulmuşdur. Bankdan borclunun kredit müqaviləsi hesabı üzrə artıq məbləğlərin verilməsi və borclu tərəfindən həmin məbləğlərin mübahisəsiz qaydada qəbul edilməsi, lakin qeyd edilən halın məhkəmə tərəfindən kre dit razılaşması kimi deyil, bankın hesabından cavabdehin kredit hesabı üzrə naməlum məqsədlərə silinməsi kimi qiymətləndirilməsi müqavilənin əsaslarını müəyyən edən mülki qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən həmin məbləğlərin cavabdehin hesabına yerləşdirilməsində bankın vəzifəli şəxslərinin cinayət əlamətlərinin olub-olmamasının, qeyd edilən məbləğlərin cavabdeh tərəfindən alındığı təsdiq edildiyi halda, sonuncuya hər hansı aidiyyəti olmamaqla, onun həmin məbləği geri qaytarmaq vəzifəsindən də azad edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 18 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə də 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinin hesabı üzrə Cavabdeh 73.000 manatdan başqa, tranşlarla 809.651 manat məbləğində kredit verilməsi müəyyən edilmişdir. Bu halda kredit müqaviləsi üzrə göstərilən məbləğdən artıq məbləğdə kredit verilməsi hissəsində yazılı formaya əməl edilməməsi və ya digər müqavilə üzrə ümumiyyətlə yazılı formadan istifadə edilməməsi, həmin məbləğin ümumiyyətlə geri qaytarılmaması üçün əsas hesab edilə bilməməklə, həmin məbləğin hansı müddətə verilməsi və faiz dərəcəsi müəyyən edilə bilmədiyindən, tələbin yalnız həmin məbləğə faiz və dəbbə pulu hesablanması hissəsində rəddi üçün əsasdır. Digər tərəfdən, iddiaçı tərəfindən hesabdan çıxarışlar və cavabdehin ad və soyadı göstərilməklə və imzası ilə təsdiq edilməklə məbləğlərin sonuncu tərəfindən alınmasına dair kassa məxaric orderləri təqdim edildiyi halda, apellyasiya məhkəməsi ayrılan məbləğlərin məhz cavabdehə verilməsinin təsdiq edilməməsi barədə səhv nəticə yə gəlmişdir. Halbuki, iş materiallarından görünür ki, cavabdeh nəinki iddiaçı tərəfindən təqdim edilmiş həmin sənədlərə, ümumiyyətlə iddiaçının tələbinə hər hansı münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dairAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında göstərildiyi kimi, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izah atlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin həmin qərarda göstərilmişdir ki, məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Apellyasiya məhkəməsi mübahisəyə borc müqaviləsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək v əzifəsini yerinə yetirməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar