Məhkəmə qərarları › İş №2(102)-6286/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6286/2019

07.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6286/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı Ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun və cavabbdeh Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019 -cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevra 2019-cu iltarixliqətnaməsiilə (hakim S.R.Səlimov; 2(001)-61/19)İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit müqaviləsinə əsasən borc tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 30.05.2012-ci il tarixli 268/12 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 134345,15 manat, faiz borcuna görə 9030,98 manat, cəriməyə görə 500 manat, dövlət rüsumuna görə 31 manat olmaqla, cəmi 143907,13 manat məbləğində pulun Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-c u tarixli qətnaməsi ilə (hakimlər N.A.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadlqov; 2(103)-6858/2019) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevra 2019-cu iltarixliqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Ləğv prosesində olanxxxx ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* nömrəli 30.05.2012-ci il il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 144029,16 manat, faiz borcu üzrə 84664,90 manat, cərimə borcu üzrə 108832,78 manat olmaqla cəmi 337526,84 manat borcun, ******** nömrəli 04.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cərimə borcu üzrə 6545,85 manat borcu n və ödənilmiş 31 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,xxxx ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh1 arasında bağlanmış ******* nömrəli 30.05.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak xərclərinin ödənilməsi məqsədi iiə illik 18 % ödəmək 18 ay müddətinə qaytarmaq şərti ilə 270000 manat, C78/12 nömrəli 04.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə Cavabdeh1 istehlak xərclərinin ödənilməsi məqsədilə illik 32% ödəmək, 24 ay müddətinə qaytarmaq şərti ilə 100000 manat məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin 11.1 və 11.2-ci maddəsində qeyd edilən şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıq etsə də, cavabdeh tərəfindən borc qaytarılmamışdır.xxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış ****** nömrəli 30.05.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 09.01.2017-cı il tarixə Cavabdeh1 ləğv prosesində olanxxxx ASC qarşısında əsas borc üzrə 144029,16 manat, faiz borcu üzrə 84 664,90 manat, cərimə borcu üzrə 108832,78 manat olmaqla cəmi 337526 manat, C78/12 nömrəli 04.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cərimə borcu üzrə 6545,85 manat borc yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasənxxxx ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərha l icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASCnin ləğvedici təyin edilmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosessində olan “xxxx” ASC nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 102,103 –cü maddələrinin tələblərini pozmuş, cərimə borcunun olmaması qənaətinə gələrək, iddia tələbinin bu hissədə əssasız olaraq rədd etməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin İzahatları Məhkəməkollegiyasını niclasında iddiaçı Ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəməkollegiyasınıniclasında cavabbdeh Cavabdeh1 vəkili Mütəllimov Abuzər Nemət oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahişetdi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məh kəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından o, cümlədən borcverənxxxx ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30.05.2012-ci il tarixli ******* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 18 ay müddətinə, yəni 30.11.2013-cü il tarixinədək qaytarmaq, illik 18% ödəmək şərti ilə 270000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Bborcverənxxxx ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 04.06.2012-ci il tarixli **** saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 24 ay müddətinə, illik 32% ödəmək şərti ilə 100000 manat Visa Platinum plastik kartı vasitəsilə bərpa olunan kredit xətti açmağı öhdəsinə götürmüşdür. Ləğv prosesində olanxxxx ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 12.01.2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 30.05.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 144029,16 manat, faiz borcuna görə 84664,90 manat, cərimə borcuna görə 108832,78 manat borcu vardır. Ləğv prosesində olanxxxx ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 12.01.2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 04.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas və faiz borcu üzrə borcu yoxdur, cərimə borcuna görə 6545,85 manat borcu vardır. Ləğv prosesində olanxxxx ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 oğluna ünvanladığı 19.12.2016-cı il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə 5 gün müddətinə borc ödənilmə diyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.01.2019-cu il tarixli 17186 saylı ekspert rəyindən müəyyən olunur ki, 30.05.2012-ci il tarixli 268/12 saylı kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449- cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq Cavabdeh1 12.01.2017-ci il tarixəxxxx ASC-yə əsas borc üzrə 134345,15 manat, faiz borcu üzrə 9030,98 manat olmaqla cəmi borcu 143376,13 manat təşkil edir. Kredit müqaviləsinin bitdiyi 30.11.2013-cü il tarixdən 12.01.2017-ci il tarixədək olan dövr üzrə faiz dərəc əsi illik 5% dərəcəsi ilə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1 -ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquq-larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət-lərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. – - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.1 -ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditor a dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pul a və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi göstərilən qanunvericilik normalarına əsasən hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçı və cavabdeh hər ikisi ekspert rəyini mübahisələndirərək borc məbləğinin düzgün hesablanmadığı nı bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bundan əlavə cavabdehin apellyasiya şikayətinin dəlili olan borc məbləğinin iddia ərizəsində 114029,16 manat göstərilməsinə baxmayaraq 144029,16 manat hesablanmasına və iddia tələbinin həcminin artırılmasına dair hər hansı bir ərizə olmaması dəlilinə münasibətdə isə iş materialları ilə təkzib olunur. (v. 33) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)61/2019 saylı 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbin ə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmaqla qanuni və əsalı olduğuna görə həmin qətnaməni dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmi n olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar