Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6289/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1834/2022 saylı mülki iş üzrə 30 avqust 2022-ci il tar ixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-2892/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı - cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddianın əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)1532/2019 saylı qətnaməsinin surətinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2892/2018 saylı 27 noyabr 2018-ci il tarixli qətnaməsi “Nissan Sunny” ma rkalı, AZ-**-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqısatqısı müqavilələrin etibarsız sayılması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, “Nissan Sunny” markalı, **-CR-*** dövlət (AZ 90- GB-668) dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair X12 ilə Cavabdeh2 arasında bağlanmış 08 fevral 2016-cı il, Cavabdeh2 ilə X9 arasında bağlanmış 07 yanar 2017-ci il və X10 ilə X11 arasında bağlanmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız sayılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(102)-6125/2019 saylı qərarının surətinə əsasən, kassasiya şikayətləri təmin edilm əmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5654/2021 saylı qətnaməsinin surətinə əsasən, İddiaçı cavabdeh X5 qarşı ona məxsus “Nissan Sunny” markalı, **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin cavabdeh X1 dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə iddiası təmin edilməmişdir. 5. 18.11.2015-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəq liyyat vasitəsinin sahibi X6r. 6. xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətinə əsasən, X12 (nümayəndəsi Cavabdeh1) özünə məxsus olan buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsini 14 000 manata Cavabdeh2 satmışdır. 7. 20.02.2018-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin sahibi X6r.
8. X12 İddiaçı həyat yoldaşı olmuş, o, xx.xx.2016-cı il tarixdə vəfat etmiş və o onun hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən buraxılış ili 2012-ci il olan, “Nissan Sanny” markalı, qara rəngli, 50-ON671 dövlət nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri olan 13.000 (on üç) manatın və ödənilmiş 130 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12 onun həyat yoldaşı olmuş, o, xx.xx.2016-cı il tarixdə vəfat etmiş və onun hüquqi varisidir. Onun tərəfindən həyat yoldaşına məxsus əmlaklarla bağlı Abşeron Rayon Məhkəməsində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Sumqayıt “Asan Xidmət” mərkəzində fəaliyət göstərən Notariat Kontor una qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi və “Nissan Sunny” markalı **-CR-*** dövlət nişanlı avtomaşın üzrə cavabdehlərin Sumqayıt “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Kontorunda apardıqları sənədləşmənin etibarsız hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətinə qaytarılmasına, cavabdehlərdən 30.000 manat maddi və 2.000 manat mənəvi ziyanın tutularaq mənə ödənilməsinə dair iddia tələbi qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 2892/2018 saylı qətnaməsi ilə onun iddia tələbi əsassız hesab edilərək təmin edilməmişdir. Sözügedən qətnamədən vermiş olduğu apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(105)-1532/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməklə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2892/2018 saylı qətnaməsi “Nissan Sunny” markalı **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair müqavilələrin etibarsız sayılması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilərək “Nissan Sunny” markalı **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair X12 ilə Cavabdeh2 arasında bağlanılmış 08 fevral 2016-cı il, Cavabdeh2 ilə X9 arasında bağlanılmış 07 yanvar 2017-ci il və X9 ilə X11 arasında bağlanılmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqavilələri etibarsız sayılmışdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(1 02)6125/19 saylı qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(105)1532/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Abşeron rayon İcra şöbəsi tərəfındən qeyd olunan alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinə müraciət edilmiş və alqı-satqı müqavilələri ləğv edilməklə həmin avtomaşının tapılması üçün axtarış verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə yekun qərarının olmasına baxmayaraq xx.xx.2019-cu il tarixdə mübahisəli avtomaşının nömrəsi yeni özgəninkiləşdirmə nəticəsində dəyişdirilərək ** ON *** dövlət nişan nömrəsi ilə əvəz edilərək avtomobilə sonuncu etibarnamə verilmiş X11 tərəfindən məhkəmə qərarları il ə etibarsız hesab edilmiş etibarnamə ilə həmin nəqliyyat vasitəsini vətəndaş X3. Belə olduğu halda tərəfindən Sumqayıt Şəhər Məhkəməsində cavabdeh X5 qarşı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə iddia tələbi qaldırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinn xx.xx.2021-ci il tarixli 2(060)5654/2021 saylı qətnaməsi ilə onun cavabdehə qarşı qaldırmış olduğu iddia təmin edilməmişdir. Məhkəmə iddianı təmin etməyərək belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisəli avtomobili əldə etdiyi zaman onun mübahisəli əmlak olmasını bilmədiyi, eyni zamanda avtomobili satan şəxslərlə hər-hansı qohumluq münasibətinin olmaması işin faktiki halları və iddiaçının dəlilləri ilə sübuta yetirilmədiyindən Firuz Hüsey nov sözügedən avtomobili vicdanlı əldə edəndir. Sumqayıt Şəhər Məhkəməsinn xx.xx.2021-ci il tarixli, 2(060)-5654/2021 saylı qətnaməsindən tərəfindən şikayət verilmədiyi üçün qanuni qüvvəyə minmişdir. Hazırda sözügedən avtomobilin bazar dəyər qiyməti onu həyat yoldaşının etibarnaməsi əsasında ilk dəfə satışını həyata keçirmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(105)-1532/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin işə baxılan zaman iş materialları ilə müəyyən edilmişdir ki, “Nissan Sunny” markalı **-CR*** dövlət nişanlı avtomobil X7 adına qeydə alınmışdır. Faiq Xudiyev xx.xx.2016-cı il tarixdə vəfat etmiş, Cavabdeh1 isə Faiq Xudiyevin adından etibarnamə əsasında həmin avtomobili xx.xx.201 6-cı ildə Cavabdeh2 14.000 (on dörd) manata satmışdır. "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli 02-03/22 saylı mütəxəssis rəyinə əsasən, buraxılış ili 2012-ci il olan, “Nissan Sunny“ markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə əsasən bazar dəyəri 13.000 (on üç) manat təşkil etməkdədir. Odur ki, cavabdehlərdən buraxılış ili 2012-ci il olan. “Nissan Sunny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri olan 13.000 (on üç) manatın və ödənilmiş 130 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh2 İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı buraxılış ili 2012-ci il olan “Nissan Sunny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri olan 13.000 (on üç min) manat məbləğində pulun və məhkəmə xərclərinə görə ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun cavabdeh olaraq ondan və digər Cavabdeh1 tələb edilməsinə dair iddia ərizəsinin rədd edilməsini, qarşlıqlı iddia ərizəsinin təmin edərək ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı verdiyi 30097 (otuz min doxsan yeddi) manat məbləğində pulun və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 181 (bir yüz səksən bir) manat məbləğində pulun ondan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı iddia ərizəsi eyni əsaslarla qanuni qüvvəyə minmiş mülki iş üzrə məhkəmə qətnaməsi həmin işdə iştirak edən tərəf olaraq onlara qarşı hazırkı tələblə bağlı məhkəmədə mübahisələndiridiyi üçün iddia ərizəsi rədd edilməlidir. İddiaçının tələb etdiyi “Nissan Sunny” markalı əvvəllki dövlət qeydiyyat nişanı **-CR-***, yeni nömrə ilə **-ON-*** olan avtomobilin mərhum X4na heç bir aidiyyəti olmamışdır. Sadəcə olaraq həmin avtomobil “NBC Bank” KB-dan kredit yolu ilə, kredit müqaviləsində göstərilən məbləği o ödəmək şərti ilə formal olaraq X4nun adına rəsmiləşdirilmişdir. Həmin avtomobili mərhum X4 bütün səlahiyyətlər əsasında baş etibarnamə əsasında ilkin iddia ərizəsi üzrə digər cavabdeh qardaşı Cavabdeh1 verimişdir. X14 öldükdən sonra avtomobil onlar tərəfindən dövlət qeydiyyatından keçiri lərək başqa bir şəxsə satılmışdır. Bundan əlavə həmin avtomobilin kredit borcunu tam olaraq “NBC Bank” KB-na şəxsən ödəmişdir və ödəniş qəbzlərində olan imzaların hamısı ona məxsusdur. Eyni zamanda mərhum X4 narkomaniya xəstəliyindən əziyyət çəkirdi və bu səbəbdən o, ailəsinin maddi ehtiyaclarını qarşılaya bilmirdi. Mərhum X4 narkomaniya xəstəliyi səbəbindən onun müayinəsi və müalicəsinə külli miqdarda maliyyə vəsaitinə ehtiyac yaranmışdır. Qardaşı və onun ailəsinin maddi imkanı olmadığından onun xəstəlik müddəti ərzində, yəni xx.xx.2010-cu ildən ölüm günü xx.xx.2016-cı tarixədək onun müalicəsinə və ailəsinin dolanışıq xərci olaraq onların ailəsinə 106.180 (yüz altı min yüz səksən) manat pul xərcləmişdir. X4 xx.xx.2016-cı ildə öldükdən sonra onun ailəsi, yəni hazırki qarşılıqlı iddia ərizə si üzrə cavabdeh İddiaçı və onun ailə üzvlərinin maddi cəhətdən vəziyyətləri daha da çətinləşməyə başlamış və o, onun ailəsinin maddi ehtiyacının qarşılığı olaraq ərizəyə əlavə etdiyi cədvəldə göstərilən əsaslarla cavabdehə xx.xx.2016-cı il tarixdən xx.xx.2018ci il tarixədək ümumilikdə 30.097 (otuz min doxsan yeddi) manat pul vermişdir. Bunu cavabdeh də özü təsdiq edə bilər. Qardaşı mərhum X12 xx.xx.2016-cı il tarixinədək onun narkomaniya xəstəliyi ilə əlaqədar müayinəsinə və müalicəsinə çəkilən xərclərdən əlavə, onun ailəsinə də maddi yardım göstərmək mənəvi borcu idi. Çünki qardaşı yataq xəstəsi olduğu üçün cavabdeh onun məişət problemləri ilə bağlı bütün ehtiyaclarını ödəyirdi və bu səbəbdən o, işləyə bilmirdi. Amma xx.xx.2016-cı il tarixdə qardaşı öldükdən sonra cavabdehin ailəsinin ma ddi sıxıntısı səbəbindən ondan 30097 manat pulu alması və buna qarşılıq olaraq əsassız iddia ərizəsi ilə ondan 13.000 manat pul tələb etməsi, onun da ona verdiyi 30097 manat pulu ondan tələb etməyi üçün ona mənəvi haqq verir.
13. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 0203/22 saylı mütəxəssis rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən buraxılış ili 2012-ci il olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə əsasən hazırki tarixə bazar dəyəri: 13 000,0 (on üç min) manat təşkil etmişdir.
14. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyevə) 2(012)-1705/2022 saylı, 23 may 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddi a tələbi isə təmin olunmamışdır.
15. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının əri X12 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun tərəfindən həyat yoldaşına məxsus əmlaklarla bağlı məhkəmə mübahisələri zamanı müəyyən edilmişdir ki, X7 adına qeydə alınan “Nissan Sunny” markalı **-CR-*** dövlət nişanlı avtomobil Faiq Xudiyev xx.xx.2016cı il tarixdə vəfat etməsinə baxmayaraq Cavabdeh1 Faiq Xudiyevin adından etibarnamə əsasında həmin avtomobili xx.xx.2016-cı ildə Cavabdeh2 14.000 (on dörd) manata satmış, avtomobilin alqı-satqısından əldə edilmiş pul vəsaiti isə iddiaçıya verilməmişdir. Bunu cavabdehin vəkili-nümayəndəsi də etiraf etmiş və qeyd etmişdir ki, avtomobil əslində Cavabdeh2 məxsus olmuş, lakin Faiqin adına rəsmiləşdirilmişdir. Lakin işin məhkəmə baxışın da işin bu halı yuxarıda qeyd edilən məhkəmə qətnamələri və işin digər materialları ilə təkzib olunmuşdur. Məhkəmə “Məhkəmə Ekspertizası Xidmətləri’' MMC-nin xx.xx.2022ci il tarixli 02-03/22 saylı mütəxəssis rəyinə, əsasən, buraxılış ili 2012-ci il olan, “Nissan Sunny“ markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə, əsasən, bazar dəyəri 13.000 (on üç) manat təşkil edir.
16. Bu halda, məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə borclular olaraq buraxılış ili 2012-ci il olan. “Nissan Sunny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin alqı-satqısından əldə olunan 13.000 (on üç) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
17. Məhkəm ə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinin hüquqi əsası müəyyən edilməmişdir. Tərəflər arasında hər hansı hüquq münasibəti mövcud olmamış, cavabdeh mərhum X14in ailə üzvlərinə, ayrı-ayrı vaxtlarda əvəzsiz olaraq maddi yardımlar etmişdir. İlkin iddianın rədd edilməsi üçün görünür ki, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə, əsasən, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir.
18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 598.1 və 598.2-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.2.2, 34.1, 36.3, 37.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamədən narazı qalan ilkin iddia üzrə Cavabdeh2 apell yasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1705/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini qarşlıqlı iddiasında olan dəlillərlə əsaslandırmışdır.
21. Apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, onlar nəqliyyat vasitəsinin dəyərini qaytarmağa razıdırlar. Lakin bu məbləğ iddia edilən mücərrəd məbləğ yox, rəsmi alqı-satqı müqaviləsində göstərilən məbləğdir. Qeyd olunan maşın vuruq olmuş, istismara yararsız vəziyyətdə olduğundan ucuz satılmışdır.
22. Sumqayıt Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105) – 1834/2022 nömrəli iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (məruzəçi – sədr), S.Qafari və T.Məmmədov) ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1705/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, buraxılış ili 2012-ci il olan, “Nissan Sunny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə görə, 7000 (yeddi min) manat pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissələrdə, yəni iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alı naraq İddiaçı verilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, mövcud məhkəmə qətnaməsi ilə iddiaçının mərhum əri X8 mülkiyyət hüququ ilə məxsus olmuş “Nissan Sunny” markalı, **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair müqavilələr etibarsız hesab edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli nəqliyyat vasitəsinin alqı-satqısı formal olmuş, heç bir alıcı tərəfindən hər hansı məbləğ ödənilməmişdir. Bununla belə həmin nəqliyyat vasitəsi məhkəmə g edişində üçüncü bir şəxsə özgəninkiləşdirilmiş və sonuncu vicdanlı alıcı olduğundan iddiaçının ona qarşı iddiası təmin olunmamışdır. Bu səbəbdən də o, hazırda həmin nəqliyyat vasitəsinin dəyərini tələb edir. Uyğun maddi hüquq normalarını hazırkı işə tətbiq edərək, işin faktiki hallarına hüquqi qiymət verən apellyasiya kollegiyası qeyd etmişdir ki, ilk iddia tələbi qismən əsaslıdır və sözügedən avtonəqliyyat vasitəsinin dəyərinin cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi barədə mövqe düzgündür. Lakin birinci instansiya məhkəməsi mübahisə predmetini təşkil edən avtonəqliyyat vasitəsinin dəyərini müəyyən edərkən iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-03/22 saylı mütəxəssis rəyinə istinad etmişdir ki, kollegiya bu mövqeylə razılaşmır. Belə ki, iş materialların da olan xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, mübahisə predmeti olan avtonəqliyyat vasitəsi 7000 manata X2. Apellyasiya kollegiyası hazırkı işə tətbiq edilməsi baxımından real sübut kimi məhz həmin alqı-satqı müqaviləsinə istinad edilməsini düzgün mövqe hesab etmişdir. Belə ki, yuxarıda istinad edilən rəydən görünür ki, nəqliyyat vasitəsini qiymətləndirən mütəxəssislər ona baxmadan, həmin maşının hazırki şəraitdə real istismar vəziyyətini müəyyən etmədən, nəzərə hesablama yolu ilə nəqliyyat vasitəsini dəyərini müəyyən etmişlər. Ona görə də, məhkəmə kollegiyası mübahisəli nəqliyyat vasitəsinin dəyərini müəyyən edərkən daha legitim və mötəbər sübut hesab edilən alqı-satqı müqaviləsindəki məbləğə istinad etməyi düzgün yanaşma hesab edir.
24. Apel lyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə dəlilləri ilə razılaşmayan kollegiya nəzərə almışdır ki, məhkəmə haqlı olaraq, qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinin hüquqi əsası müəyyən deyil. Qarşılıqlı iddia tələbi ilə bağlı tərəflər arasında hər hansı hüquq münasibəti mövcud olmamış, cavabdeh mərhum X14in ailə üzvlərinə, ayrı-ayrı vaxtlarda əvəzsiz olaraq maddi yardımlar etmişdir və hazırkı tələbində həmin pulun ona qaytarılmasını tələb etmişdir ki, kollegiya həmin tələbi əsaslı hesab etməmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsi və 71-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16, 21.1, 21.2, 385.1, 386.1, 560.3.4, 1091.1, 1091.2, 1092.1, 1096-cı Mülki Prosessual Məcəllənin 77.1, 82.3, 119.1, 372.1, 372.6, 372.7, 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105) – 1834/2022 nömrəli iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, işin apellyasiya məhkəməsində yenidən mahiyyət üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə 13 Mülkiyyətdən insan və vət əndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
29. Maddə 71 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
31. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəx s ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Mad də 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin
36. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
37. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və y a zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
48. İddiaçı şikayətində nəqliyyat vasitəsinin dəyərinin az məbləğdə müəyyən olunduğunu göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq alqı-satqı müqaviləsində razılaşdırılmış məbləği əsas tutmaqla cavabdehlərdən 7000 manat tutulmalı olması nəticəsinə gəlmişdir.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayə ti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1834/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.