Məhkəmə qərarları › İş №2(102)-629/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-629/2019

18.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-629/2019 18.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 yanvar2019-cu il İş № 2(102)-629/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili vəkil1nun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4315/2018 nömrəli iş üzrə 29 avqust 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim N.A.Bağırov) 01 dekabr 2017 -ci il tarixli, 2(009)2657/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2016-cı il tarixli Kredit Müqaviləsinə əsasən yaranmış 370.000 (üç yüz yetmiş min) manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, həmçinin məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27 (iyirmi yeddi) manat məbləğində hissəsi, ümumilikdə isə 370057 (üç yüz yetmiş min əlli yeddi) manat məbləğində vəsaitin Cavabdeh alınıb (tutulub) İddiaçı verilməsi, yuxarıda göstərilən pul tələbi ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi ölçüsü 0,0847 ha torpaq sahəsinə və onun üzərində yerləşən bağ evinə yö nəldilməsi, həmin əmlakın açıq hərracda satılması üçün ilkin satış qiyməti 260.000 (iki yüz altmış min) manat müəyyən edilməsi və həmin əmlak qeyd olunan ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin İddiaçı ödənilməsi, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmədiyi halda, çatışmayan məbləğin Cavabdeh tutulub İddiaçı ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,0847 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin hərracda satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində boşaldılaraq yeni mülkiyyətçiyə təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi) M.A.Məmmədov və E.E.Nağıyeva) 2(103)-4315/2018 nömrəli iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(009)-2657/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı oğlu cavabdeh Cavabdeh Ənvər oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı ilə cavabdeh borcalan Cavabdeh arasında bağlanmış 27 avqust 2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 3 ay müddətinə yəni 27 noyabr 2016-cı il tarixədək qaytarmaq şərti ilə 3 70.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təminatı olaraq onunla ipoteka saxlayan İddiaçı cavabdeh ipoteka qoyan Cavabdeh arasında 27.08.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsinin hüquqların dövlət qeydiyyat daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0.847 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 208.3 kv metr olan bağ evi cavabdelıin kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh 27.08.2016-cı il tarixli kredit müqaviləsinin öhdəliyini icra etməmiş və bu gün ədək borc məbləğini və ya onun hər hansı hissəsini iddiaçıya ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə həm yazılı, həm də şifahi xəbərdarlıqların edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Bundan sonra isə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qeydə alınması ilə bağlı AR ƏMDK yanında DƏDRX-nin saylı Ərazi İdarəsinə müraciət olunmuş və həmin idarədə ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində ümumi sahəsi 0,0847 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə dair yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Beləliklə, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqaviləni pozmuş, borcun ödənilməsi ilə bağlı xəbərdarlıqların edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 370.000 (üç yüz yetmiş min) manat məbləğində borcun xeyrinə tutulması, tutmanın ipoteka predmeti Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,0847 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 208,3 kv.m olan bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin 370.000 (üç yüz yetmiş min) manat məbləğində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul vəsaitinin borcun tam ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin cava bdehin digər əmlakları hesabına ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tərəfindən dərhal boşaldılması, iddianın irəli sürülməsi ilə bağlı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı ödənilmiş 30 manat pul vəsaitinin əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4315/2018 nömrəli iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh vəkili vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-cı maddəsinə əsasən onun izahatını dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrl ü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)4315/2018 nömrəli iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və ape llyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddia tələbinə tələbdə göstərilənlər daxilində b axılmalı olduğundan əsas borcu məbləğinin ekspertiza rəyində göstərilən hədd deyil, iddia tələbində göstərilən həddə qiymət verilməlidir. Buna görə də, ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləğinin cavabdehdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi cavabdehə məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, tərəflər arasında kredit müqaviləsi bağlanması, vəsaitin verilməsi, cavabdehin müqavilə öhdəliklərinə riayət etməməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış, Bakı şəhəri 53 saylı dövlət notariat kontorunun xüsusi notariusu S.Ələkbərova tərəfindən təsdiqlənmiş 27.08.2016-cı il tarixli kredit Müqaviləsinə əsasən, borc verən 3 ay müddətinə borc alana onun tələbi ilə borc vermək faizsiz 370000 (üç yüz yetmiş min) manat məbləğində borc pul vermiş, borc alan isə ona ödənilmiş borc məbləğini m üqavilə ilə müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı (girov saxlayan) ilə Cavabdeh (girov qoyan) arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat kontorunda rəsmiləşdirilmiş 27.08.2016-cı il tarixli “İpoteka Müqaviləsi”nə əsasən, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,0847 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 208,3 kv.m olan bağ evi tərəflər arasında bağlanmış 27.08.2016-cı il tarixli Kredit Müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı kimi girov qoyulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.11.2016-cı il tarixli Kredit Müqaviləsinə və İpoteka Müqaviləsinə əsasən həmin müqavilələr üzrə borc alan tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə, borc verən borcu girov əmlaka yönəltmə hüququna malikdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nm Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,0847 ha torpaq sahəsinə və onun üzərində yerləşən bağ evi 27.08.2016-cı il tarixli Kredit Müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı qismində İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə 31.08.2016-cı il tarixdə müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Az.Resp.ƏMDK yanında DƏDRX tərəfindən məhkəmənin sorğusuna əsasən ünvanlanmış məktubdan görünür ki, xidməti ərazi idarələrində mövcud arxiv məlumatlarına əsasən Cavabdeh adına Bakı şəhəri, Sə bail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 6-cı döngə ünvanında yerləşən 386V saylı (3 otaq ıə 187 kv.m) fərdi yaşayış evi, Qəbələ rayonu Qəmərvan kəndində 0,009 ha həyətyanı sahəsi, Şamaxı rayonu Günəşli kəndində 0,087 ha, 0,036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi (həmin bağ İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı 27.04.2017-ci il tarixli bildirişin qeydə alınması barədə məktubuna əsasən tutmaya yönəldilmişdir) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən bildiriş məktubu ilə yerinə yetirməməsinin nəticəsi olaraq borcun ödənilməsi və ipoteka predmetlərinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilm işdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən gələn öhdəlik yaranmışdır. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul verməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.- və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442 və 443.1-ci maddələrinə əsasən öhdəl iyin icra edilməməsi dedikdə pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla edilməsi) başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh İddiaçı xəbərdarlığına baxmayaraq kredit müqaviləsi üzrə yaranmış borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə qaytarılmasına dair üzərinə düşən öhdəlikdən yayınaraq, borcun ödəmədiyindən apellyasiya məhkəməsinin borcun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Eləcə də, məhkəmə kollegiyasının apellyasiya instansiya məhkəməsinin kredit müqaviləsindən yaranmış borcun tutulması üzrə tələbin ipoteka predmeti olan Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi 0,0847 ha torpaq sahəsinə və onun üzərində yerləşən bağ evinə yönəldilməsi və digər tələblərin təmin edilməsi olması barədə nəticəsi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ gir ov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin üsuludur. - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın xərcləri və tutma xərcləri daxildir. - 317.1 -ci mad dəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə təmin edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun: - 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. - 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipotek a predmeti açıq bazarda və hərracda satıla bilər. İşdə olan “xxxx” MMC-nin 06.11.2017-ci il tarixli, ƏEM/İ 04-1256/17 saylı ekspert rəyinə əsasən, Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi 0,0847 ha torpaq sahəsinə və onun üzərində yerləşən bağ sahəsinin bazar dəyəri - 260.000 (iki yüz altmış min) manat müəyyən edilmişdir. - 41.2-ci maddəsinə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti hazırkı bazar dəyərinə uyğun olaraq müstəqil qiym ətləndirici “xxxx” MMC-nin rəyi əsasında müəyyən edilmiş 260.000 manat məbləğində olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələblərinin ipoteka predmeti olan əmlakın boşaldılması hissəsi qismən təmin edilməli, yəni əmlakın boşaldılması həmin yaşayış sahəsi məhz ona tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra, əmlak boşaldılaraq yeni mülkiyyətçiyə təhvil verilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gec 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üz rə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və 59.3.2 – ci ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq bu qənaətə gəlmişlər ki, iddia tələblərinin ipotekanın satışından əldə olunan pul vəsaitinin borcun tam ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin cavabdehin digər əmlakları hesabına ödənilməsi hissəsinin təmin edilməsi məsələsi bu mərhələdə deyil, “İcra haqqı nda” Qanunun tələblərinə uyğun olaraq məhz qətnamənin icrası qaydasında həll edilməli olduğundan, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. “İcra haqqında» Qanunun: - 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. - 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna tə qdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin i ddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi apellyatorun ipoteka predmetinin qiymətinin həm müqavilədə, həm də real bazar şəraitində 500000 manat olduğu halda onun qiymətləndirici və məhkəmə tərəfindən 260000 manat qiymətləndirilməsi obyektivlikdən uzaq olması barədə dəlilinə də düzgün qiymət verərək bu nəticəyə gəl mişdir ki, bu dəlil də əsassızdır. Belə ki, cavabdehin bu dəlilinə istinadən apellyasiya instansiya məhkəməsində yenidən qiymətləndirmə ekspertizası təyin edilmiş və “xxxx” MMC tərəfindən əmlak kompleksinin ümumi dəyəri 253.900 (iki yüz əlli üz min doqquz yüz) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, əmlak kompleksinin dəyəri son qiymətləndirmədə əvvəlki qiymətləndirmə rəyində verilən məbləğdən daha aşağı qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin işə baxılma vaxtı və yeri barədə məlumat verilməməsi barədə dəlillə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh və vəkilinə qeydiyytatda olduğu ünvana bildirişlər göndərilmişdir. Göstərilən səbəblərdən şikayətin göstərilən dəlili əsassızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4315/2018 nömrəli iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4315/2018 nömrəli iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəb ul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar