Məhkəmə qərarları › İş №2(102)-629/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-629/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-629/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: real zərərin və əldən çıxmış faydanın ödənilməsi 10.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 2(103)4812/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Hyundai El antra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin (bundan sonra – mübahisəli avtomobil) mülkiyyətçisi X3 həmin avtomobili 7 sentyabr 2021-ci il tarixli etibarnamə əsasında 7 il 3 ay 24 gün müddətinəİddiaçı MMC-nin istifadəsinə (bundan sonra – iddiaçı) vermişdir.

2. İddiaçı tərəfindən mübahisəli avtomobil 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi əsasında Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il, saat 16:15-dən xx.xx.2023-cü il saat 16:15-dək icarəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 60 manat təşkil edir; Həmin müqavilənin 4.5.2-ci bəndinə görə, “icarəyə götürən” müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsinə olma müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyət i üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlıməhv olması və s. halları üçün cavabdehlik və məsuliyyət daşıyır; Həmin müqavilənin 4.5.3-cü bəndinə görə, icarəyə götürdüyü avtomobilisaz və işlək vəziyyətdə “İcarəyə verən”ə qaytarmalıdır; Həmin müqavilənin 4.5.4-cü bəndinə görə, avtomobil qəzaya düşərsə, yol nəqliyyat hadisəsin baş verərsə, avtomobilə dəyən zərəri ödəməli,avtomobili bərpa etməli, götürdüyü vəziyyətdə “icarəyə verən”ə təhvil verməlidir. Razılaşma əsasında avtomobilə dəymiş zərər, tərəflər arasında razılaşma yolu ilə, nağd şəkildə də “icarəyə götürən” tərəfindən “icarəyə verən”ə ödənilə bilər. 3. xx.xx.2023-cü il tarixli, 103 saylı “İcarəyə verilən avtomobilin texniki vəziyyəti və təhv il-təslim haqqında” akta əsasən mübahisəli avtomobil cavabdehə təhvil veriləndə saz vəziyyətdə olmuş, heç bir texniki qüsuru olmamışdır.

4. Cavabdeh mübahisəli avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə Z.Bünyadov prospektində yolnəqliyyat hadisəsi törətmiş, nəticədə həmin avtomobilə ziyan dəymişdir. Həmin yolnəqliyyat hadisəsinə görə cavabdeh xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarla AR İXM-nin 327.1- ci maddəsi ilə təqsirli bilinmişdir. 5. “GoldAvto Servis” tərəfindən verilən xx.xx.2023-cü il tarixli qüsur aktı ilə mübahisəli avtomobilə dəymiş zərərin məbləği 7800 manat müəyyən edilmişdir.

6. İddiaçı tərəfindən mübahisəli avtomobilə dəymiş 7800 manat ziyanın 5 gün müddətinə ödənilməsi əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xx.xx.2023-cü il tarix li pretenziya məktubu ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilə dəymiş 7.800 manat ziyanın, 1.500 manat əldən çıxmış faydanın və ödənilmiş 113 manat dövlət rüsumunun, cəmi 9.413 manat məbləğində pulun cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinad edilərəkonunla əsaslandırılmışdır ki, mübahisəli avtomobilə dəymiş ziyanınödəməsinə dair müqavilə öhdəliyi olması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və onun qeydiyyatda olduğu ünvana poçt vasitəsilə pretenziya məktubu göndərilməsinə baxmayar aq, bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdehin qanunazidd əməlləri nəticəsində iddiaçıya xeyli məbləğdə ziyana dəymişdir. Belə ki, mübahisəli avtomobil istismar olunsaydı iddiaçı aradan keçmiş müddətdə 1.500 manat gəlir (əldən çıxmış fayda) əldə edərdi.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli, 9/9342 saylı rəyi ilə nəzəri hesablama yolu ilə iş materiallarında olan, “X5” tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla mübahisəli avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7800,0 manat müəyyən edilmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-377/2024 nömrəli iş üzrə 3 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia qismə n təmin edilmiş, cavabdehdən dəymiş maddi zərərə görə 7.300 manat pulun, əldən çıxmış faydaya görə 1.500 manat pulun və 113 manat ödənilmiş dövlət rüsumunun cavabdehin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli avtomobil mülkiyyətçi X3 tərəfindən xx.xx.2023-cü il tarixədək iddiaçının etibarnamə ilə istifadəsinə verilmiş, yolnəqliyyat hadisəsi baş verərkən də iddiaçının qanuni sahibliyində olmuşdur. Bu isə o deməkdir ki, həmin yolnəqliyyat hadisəsi baş verərkən avtomobil iddiaçının mənafeləri üçün istifadə edilmiş və buna mülkiyyətçinin qanuni əsaslarla razılığı olmuşdur. Bu zaman o nəticəyə gəlmək olurki, hazırki iş üzrə iddiaçının qanuni istifadəsində olan, həmin istifadədən lazımi qaydada faydal anmaq niyyəti ilə icarəyə verdiyi avtomobilə üçüncü şəxslər tərəfindən dəymiş zərəri tələb etməkdə həm qanuni əsasları, həm də hüquqi şəxs olaraq maraqları mövcuddur.Həmçinin avtomobilin istifadəsi ilə bağlı verilmiş etibarnamə anlayışı ilə mülki hüquqdakı etibarnamə anlayışları bir-birilərindən fərqli olmaqla birinci anlayışda etibarnamə verilən şəxs mülki hüquqdakı kimi etibarnamə verənin mülkiyyətlə bağlı hüquq və mənafelərini təmsil etmir, öz şəxsi istifadəsinin (cəmiyyətin mənafelərinin ) qanuni əsasını digər üçüncü şəxslər qarşısında müdafiə etmək imkanı qazanır. Bütün qeyd edilənlərə əsasən iddiaçı sözügedən yolnəqliyyat hadisəsi baş verərkən istifadəsində olduğu avtomobili qanuni əsaslarla, yəni bu istifadə etibarnaməni verən şəxsin deyil, cəmiyyətin mənafelərinin təmsili üçün həya ta keçirildiyindənhazırki iş üzrə iddiaçının qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud olmuşdur.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat qəzası zamanı, mübahisəli avtomobilə ziyanın vurulması, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin olduğu sübuta yetmişdir.

13. Məhkəmə cavabdehin ekspertizanın düzgün keçirilməməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəməsinin əsaslandırılmış qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin vermiş oldu ğu rəy kifayət qədər müstəqil və əsaslı şəkildə tərtib olunmuşdur. Bundan başqa iş üzrə ekspertiza təyin edilərkən məhkəmə tərəfindən iş üzrə hər iki tərəfə ekspertiza qarşısında qoyulacaq suallara təklif verməsi üçün şərait yaradılmış, lakin cavabdeh tərəfindən bununla bağlı heç bir təklif verilməmişdir. Bəllidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur. Məhz deyilənlərə əsasən cavabdehin etirazı əsassızdır. Bundan başqa cavabdeh tərəf məhkəmə araşdırması zamanı verilmiş müddət ərzində etirazının dəlilini təsdiqləyən mütəxəssis rəyi təqdim edə bilərdi. Lakin göründüyü kimi, verilmiş müddətdə iddia tə ləblərinin təkzib edilməsi üçün zəruri olan hərəkətləri etməmişdir.

14. Məhkəmə cavabdeh tərəfin iddiaçının dəymiş ziyanla bağlı heç bir mötəbər sübut (qəbz) təqdim etməməsi ilə bağlı etirazına münasibətdə qeyd etmişdir ki, “GoldAvto” servis xidməti tərəfindən tərtib edilmiş qüsur aktında yol-nəqliyyat hadisəsi nəticəsində ziyan vurulmuş avtomobilin təmirinə və ehtiyat hissələrinin dəyişdirilməsinə çəkiləcək xərcin həcmi müəyyən olunmuş, o cümlədən mübahisəli avtomobildə aşkar olmuş qüsurlar öz əksini tapmış, həmin qüsurların aradan qaldırılması üçün zəruri olan vəsaitin həcmi qeyd olunmuş, hazırda iddiaçı da həmin məbləği haqlı olaraq tələb etmişdir. Göründüyü kimi cavabdeh ziyandəymiş ehtiyat hissələrinin dəyişdirilməsinə çəkiləcək xərcin daha az miqdarda olduğunu sübut edəcək dəlillərin i məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hallara əsasən cavabdehin şifahi etirazının dəlillərini əsassızdır.

15. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən 500 manat pul vəsaiti iddiaçıya ödənildiyindən, (iddiaçı izahatında etiraf etmişdir) iddia tələbi bu hissədə qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 7300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda” hissəsinə münasibətdə qeyd etmişdir ki, 18 avqust 2023-cü il tarixli icarə müqaviləsinin 3-cü maddəsinə əsasən, tərəflər nəqliyyat vasitəsinin icarə qiymətini hər gün üçün 60 manat razılaşdırmışlar. İddiaçı tərəf iddia tələbinin dəlillərində nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətin daha çox olduğu halda, yalnız 25 günlük dövrlə kifayətləndiklərini bildirmişdir. Qeyd olunan müddət ağlabatan olduğundanəldən çıxmış faydanın əvəzi olaraq 1500 manat (25 gün x 60 manat) cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 158.2, 158.4, 1096.1, 1097.1, 1097.3, 1108.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 81, 119.1, 88, 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yaln ız iddiaçının mövqeyindən çıxış edərək, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı araşdırılmadan və müdafiə hüququna şərait yaratmadan qanuna zidd qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi, iş üzrə düzgün araşdırma aparmadan, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq bir tərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun normalarını nəzərə alınmamış, maddi və prosessual hüquqlarını pozmuş, həmçinin iş üzrə həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamışdır. Belə ki, iddia ərizəsi bun a hüququ olmayan şəxs İddiaçı tərəfindən verilmiş olsa da və cavabdeh tərəfindən buna etiraz edilərək iddiaçının məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını göstərsə də, işə baxan məhkəmə qeyd olunan etirazları nəzərə almamış və iddia vermək üçün subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş iddia ərizəsinə baxaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, avtomobilin mülkiyyətçisi X2r. Həmin nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti əsasında xx.xx.2028-ci il tarixədək iş üzrə İddiaçınə etibarnamə əsasında etibar etmişdir. Həmin etibarnamə əsasında iddiaçı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə cavabdehə icarəyə vermiş olsa da, lakin nəqliyyat vasitəsinin mül kiyyətçisi tərəfindən iddiaçıya həmin etibarnamədə mülkiyyətçi adından əmlakı satmaq, bağışlamaq, icarəyə vermək və.s kimi səlahiyyətlər verilməmişdir. Belə olduğu halda ümumiyyətlə həmin etibarnamə əsasında nəqliyyat vasitəsinə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ümumiyyətlə iddiaçının subyektiv hüququ olmamışdır. Bundan əlavə, iddiaçının nəqliyyat vasitəsinin mülkiyyətçisi Orxan Kərimov tərəfindən nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə verilmiş etibarnamədə hər hansı bir səlahiyyət vermədiyi halda iddiaçı nəqliyyat vasitəsini cavabdehə icarəyə vermiş və bununla bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan pozuntular məhkəmə iclası zamanı aşkar edilmiş olsada, işə baxan məhkəmə həmin pozuntuları nəzərə almamış və nəticədə ca vabdehin mülkiyyət hüquqlarını pozacaq qanunsuz qətnamə çıxarmışdır. Bundan əlavə cavabdeh olaraq iddiaçının iddia ərizəsində nəqliyyat vasitəsinə vurulmuş ziyanın və ziyanın əvəzi olaraq tələb edilən 7.800 manat məbləğində pulun iddiaçı tərəfindən fantastic rəqəmlərlə şişirdildiyi barədə etirazını bildirsə də, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan “GoldAvto servis” tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən şişirdilmiş rəqəmlərə istinad etməklə iddia ərizəsini təmin etmişdir. Cavabdeh nəqliyyat vasitəsinə vurulmuş ziyanın həqiqət olmadığını bunun qərəzli olaraq iddiaçı tərəfindən şişirdildiyini dəfələrə bildirmiş olsa da, işə baxan məhkəmə bunları nəzərə almamış və nəticədə iddiaçı tərəfindən təqdim edilmiş sübutları təhrif etmişdir. Hətta iddiaçı hüquqi şəxs tərəfind ən nəqliyyat vasitəsi təmir edilərkən nəqliyyat vasitəsinin sıradan çıxmış detallarının həqiqətən də alınması və ödənilmiş pullarla bağlı qaimə və s. sübutlar tələb etmiş olsa da, iddiaçı bunları məhkəməyə təqdim edə bilməmiş və işə baxan məhkəmə iddiaçının maraqlarına xidmət edən “X5” tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən şişirdilmiş rəqəmlərə istinad etməklə iddia ərizəsini təmin etmişdir. Məhkəməyə vəsatət verilərək vurulmuş ziyanın iddiaçı tərəfindən şişirdildiyini və bununla bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş rəyin əsassız olduğunu əsas götürərək “Hyundai” arkalı avtomobillərin Azərbaycan Respublikasında rəsmi servis mərkəzi “Hyundai Azərbaycan” xidməti fəaliyyətgöstərdiyini, işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün “Hyundai Elantra” markalı **-B D-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin həcminin nə qədər təşkil etməsini müəyyən etmək üçün “Hyundai Azərbaycan” xidmətindən mütəxəssis rəyi alınmasının təmin edilməsini xahiş etsə də, məhkəmə heç bir əsaslandırma göstərmədən cavabdeh tərəfindən təqdim edilmiş vəsatəti təmin etmədən, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında şişirdilmiş rəqəmlərə istinad edərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarmışdır. Bundan əlavə, əldən çıxmış fayda ilə bağlı qeyd edir ki, iddiaçı tərəf onlara məxsus MMC-də davamlı olaraq hər gün nəqliyyat vasitəsinin icarəyə verilməsi və hər gün üçün nə qədər məbləğdə icarə haqqı alınması barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Hətta məhkəmə qəbul etdiyi qətnamədə iddiaçının nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətin daha çox olduğu halda, iddia tələbində yalnız 25 günlük dövrlə kifayətləndiklərini əsas götürsə də, iddiaçı bu müddət ərzində nəqliyyat vasitəsinin həqiqətən də istifadə edilməməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı nəqliyyat vasitəsinin hansı müddətlər ərzində istifadə olunub-olunmadığı barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyi halda məhkəmə ehtimallar əsasında qeyd olunan müddəti öz xəyali hesablamaları ilə hesablayaraq hər gün üçün əldən çxmış faydanı müəyyən etməsi və həmin pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır.

20. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddia tələbində 25 gün tələb edilsə də, avtomobil 3 ay istifadə oluna bilməmişdir. Gecə qəza törətdikdən sonra cavabdeh avtomobili oradan tərpətməyib qoyub getmişdi. Onlara polis məlumat vermişdir. İddiaçı avtomobili evakuatorla aparmışdır. Cavabdeh bir müddət gizlənmişdir. Daha sonra avtomobili özü təmir etdirəcəyini bildirmiş, iddiaçı da razılaşmışdır. Onun özünün razılığı ilə avtomobili “X5”ə aparmışlar. Daha sonra 500 manat təmir üçün vermiş və xərcin çox olduğunu gördükdən sonra ödəməkdən boyun qaçırmışdır. Yay fəsli sezon olduğu üçün həmin ərəfədə avtomobil hər gün icarədə olmuşdur.

22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 məhkəmə yə ərizə ünvanlayaraq qeyd etmişdir ki, özü ölkə xaricində (X1) yaşadığı üçün məhkəmə iclasında iştirak edəbilməyəcəkdir. Cari işlə əlaqədar İddiaçı MMC-nin direktoru Nümayəndəun onun əvəzindən məhkəmədə çıxış etməyinə etiraz etmir və ona dəymiş ziyanın "xxxx" MMC-yə və ya direktoru Nümayəndə verilməsini xahiş edir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4812/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və S.R.Səlimova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 377/2024 nömrəli qətnaməsi əldən çıxmış fayda məbləği ilə bağlı hissədə dəyişdirilmiş, cavabdehdən əldən çıxmış faydaya görə 600 mana t vəsaitin tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 99 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, apellyasiya araşdırması zamanı sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, Orxan Kərimov məhkəməyə ərizə ilə müraciət edərək hazırki mübahisəyə münasibətini bildirmiş, ərizəsində ona dəymiş ziyanın İddiaçı MMC-nə və ya direktoruna verilməsini xahiş etmişdir.

25. Cavabdehin nəqliyyat vasitəsinə dəymiş zərərin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, qüsur aktında nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilmiş məbləği, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində alınmış ekspert rəyi ilə də təsdiq edilmişdir. Həmin ekspert rəyi kifayət qədər əsaslandırıldığından mötəbər sübut kimi qəbul edilməlidir. Bununla yanaşı, cavabdeh uzun müddət davam edən məhkəmə araşdırması zamanı zərərin məbləği ilə razılaşmadığı təqdirdə məhkəməyə özü başqa mütəxəssis rəyi, o cümlədən qeyd elədiyi rəsmi servis tərəfindən alınmış rəyi təqdim edə bilərdi, lakin bunu etməmişdir.

26. Məhkəmə kollegiyası tələb olunan əldən çıxmış fayda məbləği ilə bağlı hissədə qeyd etmişdir ki, iddiaçının adından da bəlli olduğu kimi, fəaliyyəti nəqliyyat vasitələrini icarəyə (kira yəyə) verərək mənfəət əldə etməklə bağlıdır. Bu mənada iddiaçı nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətə görə əldən çıxmış faydanı tələb etməkdə haqlı olmuşdur.

27. Məhkəmə kollegiyasının təklifinə əsasən iddiaçı tərəfindən məhkəməyə qeyd olunan nəqliyyat vasitəsinin cavabdehdən öncə başqa şəxslərə kirayəyə verilməsinə dair müqavilələr təqdim edilsə də, kollegiya hesab etmişdir ki, iddiaçının nəqliyyat vasitəsini cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi baş verdikdən sonra 25 gün (yolnəqliyyat hadisəsi baş verdiyi xx.xx.2023-cü il tarixdən məhkəməyə iddia verilənədək müddət) davamlı olaraq hər gün icarəyə verə bilmə ehtimalı ağlabanolmadığından iddia bu hissədə qismən əsaslıdır. İddiaçının nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətin 10 gün müəy yən olunması daha ağlabatandır.

28. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 193.1, 385.1, 386.1, 675, 682, 700.1, 700.3-cü, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 384.0.3, 392.2, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,mübahisəli avtomobilin mülkiyyətçisi X3 xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə ilə həmin nəqliyyat va sitəsini istifadə etmək, yəni nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini cavabdehə xx.xx.2028-ci il tarixədək vermişdir. İddiaçının həmin etibarnamə əsasında mübahisəli avtomobili icarəyə verib icarə müqaviləsi bağlamaq səlahiyyəti olmadığı halda cavabdehləicarə müqaviləsi bağlamış və nəqliyyat vasitəsini cavabdehə icarəyə vermişdir. Belə olduğu halda ümumiyyətlə iddiaçının zərərin əvəzini tələb etmək hüququ olmamış və işə baxan məhkəmələr qeyd olun halı nəzərə almamışdır. İddiaçı mübahisəli avtomobili təmir etdirdiyini qeyd edərək təmirə çəkilən xərclərlə bağlı “X5” tərəfindən tərtib edilmiş qüsur aktını məhkəməyə təqdim etmişdir. Lakin nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrinin həqiqətəndə qüsur aktında göstərilən məbləğlərə alınması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. “X5” tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən məbləğ dəyərindən iki dəfə artıq şişirdilmiş məbləğdir. Həmin akt iddiaçının maraqlarına xidmət edir. Bununla bağlı məhkəmə iclası zamanı cavabdeh tərəfindən etiraz edilərək,əlavə mütəxəssis rəyialınması tələb edilsə də, məhkəmə həmin sübutlara birtəfəli, səthi yanaşmaqlatamhüquqisənəd kimi qiymət vermiş və həmin aktəsasında vurulmuşzərərin əvəzinimüəyyən edərək gələckdə cavabdehinmülkiyyət hüquqlarını məhdudlaşdıracaq qətnaməçıxarmışdır. İş üzrə əldə edilmiş ekspert rəyi də məhz “X5” tərəfindən tərtib edilmiş qüsur aktı əsasında verildiyindən əsassız olmuşdur. Bundan əlavə əldən çıxmış fayda ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilmədiyi halda işə baxan məhkəmə iddiaçının tələbini təmin edərək qanunsuz və əssız qətnamə çıxarmışdır.Belə ki, bu hissədə iddiaçı tələbini yalnız ehtimallarla əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin dah a az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinmə lidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 675 Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

39. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdiri lmiş icarə haqqı ödəməyə borcludur.

40. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

41. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlillərinə əsasən yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

55. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq ilk növbədə qeyd etmişdir ki, apellyasiya araşdı rması zamanı sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi X3 üçüncü şəxs qismində işə cəlb edilmiş və o, ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mübahisəyə münasibətini bildirmiş, ərizəsində ona dəymiş ziyanın İddiaçı MMC-nə və ya direktoruna verilməsini xahiş etmişdir.

56. Cavabdehin nəqliyyat vasitəsinə dəymiş zərərin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qüsur aktında nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilmiş məbləği, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində alınmış ekspert rəyi ilə də təsdiq edilmişdir. Həmin ekspert rəyi kifayət qədər əsaslandırıldığından mötəbər sübut kimi qəbul edilməlidir. Bununla yanaşı, cavabdeh uz un müddət davam edən məhkəmə araşdırması zamanı zərərin məbləği ilə razılaşmadığı təqdirdə məhkəməyə özü başqa mütəxəssis rəyi, o cümlədən qeyd etdiyi rəsmi servis tərəfindən alınmış rəyi təqdim edə bilərdi, lakin bunu etməmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi həmçinin tələb olunan əldən çıxmış fayda məbləği ilə bağlı hissədə qeyd etmişdir ki, iddiaçının adından da bəlli olduğu kimi, fəaliyyəti nəqliyyat vasitələrini icarəyə (kirayəyə) verərək mənfəət əldə etməklə bağlıdır. Bu mənada iddiaçı nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətə görə əldən çıxmış faydanı tələb etməkdə haqlı olmuşdur.

58. Apellyasiya instansiyası məhkəməsinin təklifinə əsasən iddiaçı tərəfindən məhkəməyə qeyd olunan nəqliyyat vasitəsinin cavabdehdən öncə başqa şəxslərə kirayəyə verilməsinə dair müqavilələr təqdim edilsə də, qeyd etmişdir ki, iddiaçının nəqliyyat vasitəsini cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi baş verdikdən sonra 25 gün (yəni yol nəqliyyat hadisəsi baş verdiyi xx.xx.2023-cü il tarixdən məhkəməyə iddia verilənədək müddət) davamlı olaraq hər gün icarəyə verə bilmə ehtimalı ağlabatan olmadığından, iddia bu hissədə qismən əsaslıdır. İddiaçının nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətin 10 gün müəyyən olunması daha ağlabatandır. Ona görə də əldən əldən çıxmış faydanın məbləği 600 manat müəyyən edilməlidir.

59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən təl əblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2024- cü il tarixli, 2(103)-4812/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar