Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6292/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: debitor borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1741/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları İddiaçı Bakı X3 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 06.07.2017-ci il tarixdə 03/20150 saylı müqavilə bağlanmışdır. Abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00380 sayla qeydiyyata alınmışdır. 07.10.2016, 08.11.2016, 09.12.2016, 09.01.2017, 07.02.2017, 09.03.2017, 06.04.2017, 15.11.2018, 28.12.2018, 31.01.2019, 28.02.2019, 29.03.2019, 30.04.2019, 30.05.2019, 28.06.2019-cu il tarixli təbii X2nın pozulması haqqında aktların surətlərindən görünür ki, istehlakçı Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, dəymi ş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan “imtina etmişdir” qeyd olunur. İtirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktların surətlərindən görünür ki, 07.10.2016-cı il tarixli ******* saylı əsas akt üzrə 1728 kub metr, 08.11.2016-cı il tarixli ******* saylı əsas akt üzrə 1843 kub metr, 09.12.2016-cı il tarixli ******* saylı əsas akt üzrə 2177 kub metr, 09.01.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 1252 kub metr, 07.02.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 1375 kub metr, 09.03.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 1212 kub metr, 06.04.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 3636 kub metr, 15.11.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1332 kub metr, 28.12.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 31.01.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 28.02.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 29.03.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 30.04.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 30.05.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 324 kub metr, 28.06.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 324 kub metr ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 3745.20 manat məbləğində pulun, 255.60 manat debitor borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4030.8 manat məbləğində borcun Cavab deh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini müqavilə əsasında təbii qazla təchiz edir. Həmin evə İddiaçı İB-nin Bakı X3 Departamenti tərəfindən **********00380 nömrəli abonent kodu verilmiş, istixanada G-4 markalı, 1802AZ**********92 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin istixanasında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 07.10.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat; 08.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 184,30 manat; 09.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 217,70 manat; 09.01.2017-ci il tarixli, ******* saylı akt əsasında 250,40 manat; 07.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 275 manat; 09.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 242.40 manat; 06.04.2017-ci il tarixli, ******* saylı akt əsasında 727,20 manat; 15.11.2018-ci il tarixli, ******* saylı akt ə sasında 133,20 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 142.20 manat; 31.01,2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142.20 manat; 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin sayğac vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinə görə 255,60 manat debitor borcu yaranmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 766,40 manat borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 4000,8 (725,70+255,60+3019,5=4000,8) manat olmuşdur. Tərəflər ara sında imzalanmış 23.05.2017-cı il tarixli, 10/11019 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2021-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən, təbii q azdan istifadəyə görə yaranmış 3745.20 manat məbləğində pulun, 255.60 manat debitor borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4030.8 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli 10/74 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının qarşısından torpaqdan 2 metr hündürlükdən keçən İddiaçı İB-yə məxsus 108 mm-lik ümumi paylayıcı qaz xəttinin üzərində 2 sm uzunluğunda sonluğu tıxacla bağlanmış halda olan 1 ədəd 15 mm-lik polad qaz borusu vardır. Həmin qaz borusuna əlavə qoşulma mümkün ola bilərdi. B akı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Xəzri Ramilə) 31.08.2020-ci il tarixli, 2(003)285/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir məhkəmə iclasında iddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması işin araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.2, 448.1, 448.2, 21.2, 1096.1, 1096.2, 1097.1, “Qaz təchizatı haqqında” Azə rbaycan Respublikasının Qanununun 13.8, “X2”nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı İB apelyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(003)-285/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi aktları, ekspert rəyini sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, materiallarla mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Cavabdehin 10 ildir 100 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini mə hkəmə ümumiyyətlə araşdırmamışdır. Bununla yanaşı, istehlakçının sayğacdan kənar istifadədən başqa sayğac üzrə faktiki istifadə edib dəyərini ödəmədiyi borcunu da məhkəmə silmişdir. Eyni zamanda, məhkəmə cavabdehin 100 manat ödənişi nəzərə alınmaqla 562,90 manat sayğac üzrə yaranan sərfiyyatını da silmişdir. Bu kimi hallar qaz paylayıcını ziyana salmaqla yanaşı, istehlakçılar arasında intizamsılıq yaradar. Belə ki, bir qrup şəxs istifadə etdiyi qaza görə pul ödədiyi halda, bu kimi şəxslər pul ödəmədən qazdan qeyri-qanuni istifadə etmiş, sonda isə məhkəmə onun borcunu silmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Ziya Şirinov) 20 may 2021-ci il tarixli, 2(103)-174 1/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(003)-285/2020 nömrəli qətnaməsi qismən ləğv edilərək, Cavabdeh 555,30 manat pul tutularaq İddiaçı QSC-nə ödənilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsidə həll edilmişdir. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı QSC-nin əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halının aşk ar olunması əsası ilə aktlar tərtib olunmuş və müvafiq olaraq 07.10.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, 08.11.2016-cı il tarixli ******* saylı akt əsasında 184,30 manat, 09.12.2016-cı il tarixli ******* saylı akt əsasında 217,70 manat, 09.01.2017-ci il tarixli ******* saylı akt əsasında 250,40 manat, 07.02.2017-ci il tarixli ******* saylı akt əsasında 275 manat, 09.03.2017-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat, 15.11.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 28.02.2019-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.04.2019-cu i l tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.05.2019-cu il tarixli, 02175216 saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat ziyan hesablanmışdır. Bundan başqa, cavabdehin sayğac vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinə görə 255,60 manat, əvvəlki illərdə qazdan istifadəyə görə isə 766,40 manat borc hesablanmışdır. Qeyd edilən borc məbləğinin hesablanmasını təsdiq edən yazılı sübut kimi iddiaçı məhkəməyə tərtib edilmiş aktları, qanunsuz qoşulma halının əks olunduğu fotogörüntüləri, həmçinin abonent saldosundan çıxarışları təqdim etmişdir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən onlar mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin (cavabdehin) iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş kağız üzərinə çap olunmuş fotogörüntülər keyfiyyətsiz olduğundan, habelə həmin görüntülərdə əks olunan boru xətlərinin cavabdehə məxsus evə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığından, ümumiyyətlə həmin görüntülərdə qanunsuz qoşulma halının nədən ibarət olduğunu müəyyən etmə k mümkün olmadığından, həmin fotogörüntüləri məhkəmə iddianı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməmişdir. İddiaçı tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh qaz xəttinə qanunsuz qoşulması ilə bağlı aktların fasilələrlə əhatə etdiyi 2016-cı ilin oktyabr ayından 2019-cu ilin iyun ayına qədər olan müddət ərzində sonuncu tərəfindən sayğac üzrə qazdan istifadəyə görə ümumilikdə 255,60 manat (2017-ci ilin may-dekabr ayları ərzində qazdan istifadəyə görə 97,20 manat, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 158,40 manat) borc hesablanmışdır. İddiaçı tərəfindən 2010-2012-ci illər ərzində q azdan istifadəyə görə ümumilikdə 731,70 manat borc hesablanmışdır. İddiaçı ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını 2016-cı ilin oktyabr ayında aşkar etdiyini iddia etsə də, həmin tarixdən başlayaraq 6 ay ərzində, həmçinin 2018-ci ilin noyabr ayından başlayaraq 8 ay ərzində qazın verilməsini dayandırmaması, qanunsuz xətti qazpaylayıcı şəbəkədən ayırmaması və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi şəbəkəyə qanunsuz qoşulma barədə cavabdehin iştirakı olmadan tərtib olunmuş aktlarda göstərilənlərin işin hallarına uyğun olmadığını təsdiq edir. Cavabdehin qanunsuz qaz xəttinə qoşulması ilə bağlı aktların tərtib edildiyi müddət ərzində qazdan ümumiyyətlə istifadə etməsi iş materialları ilə müəyyən edilmir, aktların tərtib edilmədiyi 2017-ci il in may ayından 2018-ci ilin sentyabr ayına qədər olan 16 aylıq müddət ərzində isə cavabdehin qazdan istifadəyə görə cəmi 255,60 manat borcunun yarandığı müəyyən edilir. Qaz sərfiyyatının qanuna uyğun şəkildə qeydiyyatının aparıldığı 16 ay ərzində cavabdehin ümumi sərfiyyatı cəmi 255,60 manat təşkil etdiyi halda, tərtib edilmiş aktlar əsasında 16 ay ərzində 3019,50 manat ziyan hesablanmasını məhkəmə ağlabatan və işin həqiqi hallarına uyğun hesab etməmişdir. Cavabdehə əvvəllər qazdan istifadə etməsinə görə hesablanmış 766,40 manat borc tələbi ilə bağlı qeyd edilmişdir ki, abonent saldosundan göründüyü kimi, həmin borcun 299,70 manat hissəsi 2011-ci ildə sayğac üzrə hesablanmış sərfiyyatın məbləği olsa da, 2015-ci ildə hesablanmış 399,60 manat və 32,40 manat borc məbləği aktlar üzrə hesabla nmış məbləğlərdir. Həmin məbləğlərin hansı akt əsasında hesablanması, qeyd edilən aktların hansı əsasla tərtib edilməsi, qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin hissədə iddia tələbi əsassız olmuşdur və birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Lakin 2011-ci il ərzində hesablanmış 299,70 manat borc məbləğinin qazdan sayğac üzrə istifadə edilməsi nəticəsində sayğacın göstəriciləri əsasında yarandığını nəzərə alaraq qeyd etmişdir ki, həmin hissədə iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə kolleg iyası hesab edir ki, cavabdehin 2017-2018-ci illər ərzində qazdan istifadəyə görə sayğac üzrə hesablanmış 255,60 manat borc məbləğinin tutulması hissəsində iddianı təmin etməməklə də, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir və bu nəticə işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Belə ki, cavabdehin tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin şərtlərinə uyğun olaraq istifadə etdiyi qazın məbləğini ödəməklə bağlı iddiaçı qarşısında öhdəliyi əmələ gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini “X2”nın 6.5, 6.7, Mülki Məcəllənin 385.1, 567, 5.3-cü müddətlərinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(103)-1741/2021 nömrəli qətnaməsinin qismən iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsini və həmin hissədə işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində keçirilən 20.05.2021-ci il tarixli məhkəmə iclası barədə iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmədiyindən o, qanunvericiliklə ona verilmiş hüquqlarından məhrum olmuşdur. Həmçinin apellyasiya məhkəməsi işdə olan ekspert rəyinə hüquqi qiymət verməmiş, rəylə razılaşmamasının səbəblərini göstərməmiş, işdə olan fotogörüntülər cavabdehə məxsus evə aid olsa da nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izaha tları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh gəlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərə rin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında 12 may 2011ci il tarixli 80 saylı Qərarının - 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qətnamənin yoxlanılan hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin iddiaçıya məhkəmə iclasları barədə məlumat verilməməsi və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməməsi barədə dəlilləri iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 11.02.2021, 04.03.2021, 18.03.2021, 22.04.2021 tarixli məhkəmə iclasları barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş, iş materiallarında bu barədə poçt xəbərnamələri mövcuddur. Həmçinin 06.05.2021 və 20.05.2021ci il tarixli məhkəmə iclasları barədə SMS xəbərdarlıqlar göndərilmişdir. Lakin iddiaçı u məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Məhkəmə kollegiya sı qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllən in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1741/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.