Məhkəmə qərarları › İş №2(102)-6294/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6294/2019

02.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6294/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-196/2018 saylı 08 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 3231 ABŞ dolları məbləği, faiz borcu üzrə 37,96 ABŞ dolları məbləği olmaqla, cəmi 3268,96 ABŞ dollarının icra vaxtı manata olan məzənnə ilə manatla, ödənilmiş dövlət rüsumu üzrə 30 manatnın tutulması, tələbin girovla yüklü edilmiş Cavabdeh məxsus ** BP *** dövlət qeydiyyat nişanlı, ”Mercedes Benz 320” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılması, onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh İddiaçı-yə olan borcunun ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2948/2019 saylı 22 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-196/2018 saylı 08 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən-iddia təmin olunan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdehna qarşı “girov predmetinin açıq hərracda satılaraq kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3231 ABŞ dolları əsas, 344 ABŞ dolları faiz, cəmi 3575 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan, ** BP *** dövlət nömrə nişanlı, “Mercedes Benz 320” minik avtomobilinə yönəldilməsi, həmin avto mobilin hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməni qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamış, mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Ona görə də Bakı Apelyasiya məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasi ya Məhkəməsinin MK-nın 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi fa ktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları əsasında müəyyən etmişdir ki, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən Cavabdehna ** BP *** dövlət nömrə nişanlı, ”MERCEDES BENZ 320” minik avtomobilinin alınması üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2011-ci il tarixli 01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh ** BP *** dövlət nömrə nişanlı, ”Mercedes Benz 320” minik avtomaşını 20 sentyabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq ipoteka qoymuşdur. 07 mart 2016-cı il tarixli arayışa əsasən Cavabdeh kredit müqaviləsinin bitmə tarixinə banka əsas məbləğ üzrə 3231 ABŞ dolları məbləğində əsas borc, 344 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. İddiaçı-nin Cavabdehna ünvanladığı 01 fevral 2016-cı il tarixli bildirişə əsasən ödənilməmiş kredit və faiz borcunun ödənilməsini təmin etmək üçün ipoteka predmetinə tutmanın məhkəmə qaydasında yönəldilməyə başlanmış olduğu borclunun nəzərinə çatdırılmışdır. ”Mercedes Benz 320” minik markalı nəqliyyat vasitəsinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmı şdır. İşə birinci instansiya qaydasında baxılarkən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 05 noyabr 2018-ci il tarixli 16287 saylı rəyi ilə müəyyən edilmişdir ki, 20 sentyabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 20 sentyabr 2013-cü il tarixə iddiaçıya olan borcu 3948,77 ABŞ dolları məbləğində müəyyən edilir. Əsas borc 3910,81 ABŞ dolları, faiz borcu 37,96 ABŞ dolları. Kredit müqaviləsi üzrə borcun ödənilməsi borcalan tərəfindən təmin edilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, istər birinci, istərsə də apellyasiya instansiyası qayd asında işə baxılarkən Cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə hər hansı sübutu təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 295, 296.1, 297, 317, 442, 443.1, 445.2.1, 445.2.2 və 739.1-ci maddələrinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işi n materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Cavabde kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməli olmasını onunla əsaslandırmışdır ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara, həmçinin apellyasiya şikayətinin dəlillərinə yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən işdən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual h üquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar