Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6297/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6297/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1332/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Siyavuş qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «Unibank” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 19.12.2014-cü il tarixli, UM-41/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 s aylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 31.604,08 ABŞ dolları, faiz borcu üzrə 4.047,20 ABŞ dolları, cərimə borcu üzrə 346,02 ABŞ dolları, cəmi 35.997,30 ABŞ dolları borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan E saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsi üzrə cəmi 35.997,30 ABŞ dollar borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqın da bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 manatın tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42.000,00 (qırx iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan E saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Siyavuş qızının, Cavabdeh4 və Cavabdeh3 çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, «Unibank” KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, UM-41/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, yəni 25.12.2017-cü il tarixədək, illik 23 faiz ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, UMi-41/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan E saylı fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 22.12.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. (çıxarış RX ******* saylı, qeydiyyat № **********). Borclu Cavabdeh1 22.02.2017-ci il tarixə 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31.604,08 ABŞ dolları, faiz borcu üzrə 4.047,20 ABŞ dolları, cərimə borcu üzrə 346,02 ABŞ dolları olmaqla, cəmi 35.997,30 ABŞ dolları borcu vardır. 19.12.2014-cü il tarixli, UMi-41/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan E saylı fərdi yaşayış evi 19.12.2014-cü il tarixli, UM-41/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 42.000 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları iddiaçının xeyr inə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlak boşaldılmalı, həmin əmlak hərracdaa satılmalı, onun satışından əldə edilmiş pul vəsati hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 iyul 2017ci il tarixli, 2(012)-2318/2017 saylı qərardadı ilə (hakim İlham Kərimli) məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmə ekspertizasının aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin 17.11.2017-ci il tarixli rəyinə əsasən, E saylı fərdi yaşay ış evin qiyməti 50000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(012)-3980/2018 saylı qərardadı ilə (hakim İlham Kərimli) məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmə ekspertizasının aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin 06.11.2018-ci il tarixli rəyinə əsasən, E saylı fərdi yaşayış evin bazar dəyəri 55000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(012)-3980/2018 saylı qətnaməsi ilə (hakim Şövkət Nəcəfova) iddia tələbi qismən təmin edilmiş, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 25.12.2014-cü il tarixli, 112/14 saylı saylı kredit müqaviləsi üzrə 31604,08 A BŞ dolları əsas borcun, 4047,20 ABŞ dolları faiz borcunun, 6,02 ABŞ dolları cərimə borcunun, cəmi 35657,30 ABŞ dolları borcun manat məzənnəsilə ilə tutulması, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat xidməti haqqının əvəzinin tutulması, tutmanın ipoteka predmeti olan E saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan E saylı fərdi yaşayış evinin açıq hərracda satılması, kredit borcunun və dövlət rüsumlarının əvəzinin mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməsi, yaranmış borc ödənildikdən sonra artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və hə min evin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Ona görə də, borc cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə Unibank” KB ASC arasında bağlanmış 19.12.2014-cü il tarixli UM-41/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 25.12.2017-cü il tarixədək, illik 23 faiz ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli UMi-41/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan E saylı fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 22.12.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Borclu Cavabdeh1 22.02.2017-ci il tarixə 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31.604,08 ABŞ dolları, faiz borcu üzrə 4.047,20 ABŞ dolları, cərimə borcu üzrə 346,02 ABŞ dolları, cəmi 35.997,30 ABŞ dolları borcu təşkil edir. Kredit qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi üçün əsas yaranmışdır. Buna görə də borc 19.12.2014-cü il tarixli UMi-41/14 saylı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan E saylı fərdi yaşayış evinin hesabına ödənilməli və Cavabdeh1 ipotekaya qoyduğu əmlak açıq hərracdan satılmalıdır. 19.12.2014-cü il tarixli UM-41/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 42.000,00 manat məbl əğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus yaşayış evinin, ilkin satış qiyməti iş materiallarında olan LEX FORİ hüquq və Qiymətləndirmə şirkətinin 07.11.2018-ci il tarixli hesabatına əsasən girovun dəyəri 55.000 manat dəyərində müəyyən edilməsinə əsaslanaraq, Cavabdeh1 məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 manat müəyyən olunaraq açıq hərracdan satılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan E saylı fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan E saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və fərdi yaşayış evinin boşaldılması tələbi edilməlidir. Məhkəmə 31.604,08 ABŞ dolları məbləğində əsas borc üzrə hesablanmış 6,02 ABŞ dolları məbləğində cərimənin azaldılaraq, 6,02 ABŞ dolları saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməl i olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 manat məbləğində pulun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat, cəmi 60 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 203.3.1, 317.1, 319.1, 385.1, 439.1, 442, 443.1 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 462.1, 467739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 39.3.3, 47.4, 59.4-cü və Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas kredit borcu, faiz borcu, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarının itirilməsi və fərdi yaşayış evi satıldıqdan sonra 1 ay müddətində boşaldılması hissəsində ləğv edilməsi və bu hissələr üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasovsədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 19 mart 2021-ci il tarixli, 2(105)1332/2021 saylı qərardadı ilə məhkəmə-əmtə əşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “B+Ş Audit” MMC-yə həvalə edilmişdir. «B+Ş Audit» MMC-nin 23 aprel 2021-ci il tarixli hesabatından görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 69,1 kv.metrlik 91 saylı fərdi yaşayış evinin bazar qiyməti 60000 manat, likvid dəyəri isə 55000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasovsədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 25 iyun 2021-ci il tarixli, 2(105)1332/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ipoteka predmetinin hərracda satılmasından sonra qalan vəsaitin ipoteka qoyana qaytarılması və cavabdehlərin bu ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməsi hissələrində ləğv edilməsi, qalan hissələrdə, yəni iddianın qismən təmin olunması, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 25.12.2014-cü il tarixli, 112/14 saylı saylı kredit müqaviləsi üzrə 31604,08 ABŞ dolları əsas borcun, 4047,20 ABŞ dolları faiz borcunun, 6,02 ABŞ dolları cərimə borcunun, cəmi 35657,30 ABŞ dolları borcun manat məzənnəsi ilə tutulması, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat xidməti haqqının əvəzinin tutulması, tutmanın ipoteka predmeti olan E saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan E saylı fərdi yaşayı ş evinin açıq hərracda satılması, kredit borcunun və dövlət rüsumlarının əvəzinin mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi, mübahisəli yaşayış sahəsinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 31604,08 ABŞ dolları əsas borc, 4047,20 ABŞ dolları faiz borcu, 346,02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35997,30 ABŞ dolla rı (manat məzənnəsilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq, iddiaçı "xxxx" KB ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə isə əsas və faiz borcunu təmin etsə də, cərimə borcunu 6,02 ABŞ dollarına endirmişdir. Cavabdeh isə şikayətində qeyd etmişdir ki, onun borcu əslində bu miqdarda deyil və bank tərəfindən şişirdilmişdir, buna baxmayaraq cavabdeh bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında imzalanmış əlavə kredit müqaviləsi üzrə ümumilikdə borc 35657,30 ABŞ dolları (manat məzənnəsilə) təşkil edir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bel əliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan E saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehlər apelyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini də mübahisələndirirlər. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka predmetinin orta bazar qiymətini 55000 manat müəyyən etmiş, bu məbləği isə yalnız cavabdehlər mübahisələndirmiş, iddiaçı i sə bununla razılaşmışdır. Məhkəmə kollegiyası cavabdehlərin bu dəlili üzrə araşdırma aparmış, özünün 19 mart 2021ci il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Bu araşdırma nəticəsində isə müəyyən edilmişdir ki, ipoteka predmetinin 22 aprel 2021-ci il tarixinə orta bazar qiyməti 60000 manat, likvid dəyəri 55000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli yaşayış evi açıq hərraca çıxarılarkən, qanunla onun satış qiyməti likvid dəyərində, yəni 55000 manat məbləğində müəyyən edilməlidir. Bununla belə, işdən görünür ki, birinci instansiya məhkəməsi iddiadan kənara çıxmış, bununla da MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, "xxxx" KB ASC-nin iddia ərizəsindən görünür ki, bank tərəflər arasındakı kredit müqaviləsinə v axtından əvvəl xitam verilməsi, bu müqavilə üzrə yaranmış kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuuş pul vəsaiti hesabına Cavabdeh1 kredit borcunun qaytarılmasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmeti olan məlum yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə belə bir tələb olmadığı halda, «Unibank” X1 Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitini n qalan hissəsinin Cavabdeh1 qaytarılması və Cavabdeh1, Cavabdeh2 Siyavuş qızının, Cavabdeh3 və Cavabdeh4 E saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi nəticəsinə gəlmiş, bununla da iddiadan kənara çıxmışdır ki, bu da qanunla qadağandır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə göstərilən hissələrdə ləğv olunmalıdır. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" KB ASC iddiasının əsaslarını sübut edə bilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Siyavuş qızı, Cavabdeh3 və Cavabdeh4 isə qətnamənin ləğv edilməsi barədə dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, habel ə iddianın rədd olunması üçün əsas ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödənişlər bank tərəfindən qanunsuz olaraq faizlərə silinmişdir. O, ödənişlər etmiş, ancaq ödənişlər üzrə borcun əsas və faiz borcu üzrə silinməsi bank tərəfindən düzgün icra olunmamışdır. Bank hər ay onun ödənişlərini əsassız olaraq faizə silmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməmiş və borc məbləği dəqiq m üəyyən edilməmişdir. İpoteka predmetinin bazar dəyərinin 60000 manat, likvid dəyərinin 55000 manat dəyərində qiymətləndirilməsi də əsassızdır. Onun evinin bazar dəyəri 85000 manat, likvid dəyəri isə 80000 manat təşkil edir. Evin dəyəri düzgün qiymətləndirilməyib. Həmçinin onun məhkəmədə iştirakı təmin edilməmişdir. O, xəstədir, stasionar müalicədədir, xəstəxanadan çıxışına icazə verilmir. Bununla bağlı məhkəməyə teleqram vurmuş, lakin məhkəmə onun iştirakını təmin etmədən işi yekunlaşdırmışdır. Nəticədə dəlillərini bildirə bilməmiş, düzgün olmayan qətnamə çıxarılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı "xxxx" KB ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyə n hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq kasasiya şikayətinin əsassız olaraq ödənişlərinin faiz borcundan silinməsi barədə dəlili üzrə qeyd edilməlidir ki, cavabdeh bu dəlili irəli sürmüş olsa da, ödənişlərinin faiz borcundan silinməsi barədə hər hansı sübuta istinad edə bilməmişdir. Daha sonra cavabdeh kasasiya şikayətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməməsi barədə dəlilə istinad etmiş, bununla bağlı da qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxıldığı zama ndan dəfələrlə məhkəmə iclaslarında iştirak etmiş, yalnız ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatəti təmin edilərək ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmişdir. O, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək imkanında olsa da prosessual hüququndan istinad etməmişdir. İşə baxmış məhkəmənin isə məhkəmə-mühasibatlıq ekspertizasını keçirməməsi onun tərəfindən prosessual pozuntuya yol verilməsi kimi qiymətləndirilə bilməz. Çünki məhkəmə-mühasibatlıq ekspertizasının öz təşəbbüsü ilə təyin edilməsi prosessual qanunvericiliklə məhkəmənin vəzifəsi (borcu) kimi müəyyən edilməmişdir. İş materiallarına borc məbləğini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən təqdim edilmiş, məhkəmə də bu x üsusda qətnamə qəbul etmişdir. Hazırki halda da iş materiallarında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri edəcək hər hansı sübut müəyyən edilməmişdir. Cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlili üzrə isə qeyd edilməlidir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehin vəsatəti əsasında ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmiş, hətta iş üzrə cəmi 3 dəfə qiymətləndirmə təşkil edilmiş, əldə edilmiş heç bir rəylə cavabdehin özünün yaşayış evi üçün müəyyən etdiyi dəyərə uyğun müəyyən edilməmişdir. Cavabdeh özü isə evinin göstərmiş olduğu dəyəri ilə bağlı hər hansı sübuta istinad edə bilməmişdir. Nəhayət, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi, dəlillərini bildirə bilməməsi barədə dəlili ü zrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin hər biri məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmış, cavabdeh məhkəməyə teleqram ünvanlasa da, xəstəliyi barədə məhkəməyə hər hansı sübutu ünvanlamamış, belə olan halda apelyasiya kollegiyası süni süründürməçiliyə yol verməyərək qətnamə qəbul etməklə hər hansı prosessual pozuntuya yol verməmişdir. Cavabdehin dəlillərini bildirə bilməməsinə gəldikdə isə, qeyd edilməlidir ki, cavabdeh dəlillərini apelyasiya şikayətində göstərmək imkanına malik olduğu kimi, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənə kimi də yazılı formada müraciət imkanına malik olmuşdur. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri ape lyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1332/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.