Məhkəmə qərarları › İş №2(102)-6298/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6298/2019

02.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6298/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçı “X8 Azərbaycan” QSC-nin nümayəndəsi X3, vəkili Vəkil1, Cavabdeh2 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “X8 Azərbaycan” QSC və Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8923/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhə ri Binəqədi rayonməhkəməsinin(hakim Fərrux Qasımov) 2(001)-1402/18 saylı, 01 may 2018-ci iltarixli qətnaməsiilə iddia tələbi qismən təmin edilərək cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada iddiaçı “X8 Azərbaycan” QSC-nin xeyrinə 34671,92 ABŞ dolları əsas, 3554,72 ABŞ dolları faiz, 284,64 ABŞ dolları cərimə, cəmi 38511,28 ABŞ dolları məbləğində borcun, poçt xərci kimi 16,5 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması və tutmanın ipoteka predmeti olan "Range Rover" markalı, **-GU-*** dövlət qevdiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən tutulması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sə drlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “X8 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonməhkəməsinin01 may 2018-ci iltarixli qətnaməsi faiz borcunun tutulmasıhissədədəyişdirilmiş və X4 və Cavabdeh2 faiz borcuna görə 5344,57 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “X8 Azərbaycan” ASC cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış 44424,05 ABŞ dolları əsas, 3554,72 ABŞ dolları məbləğində faiz, 284,64 ABŞ dolları məbləğində cərimə borcunun, 11 manat cavabdehlərə bidirişin göndərilməsi üçün poçt xərcinin, 5,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üçiin poçt xərcinin, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının iddiaçının tutulması, tutmanın ipoteka predmeti olan "Range Rover" markalı, **-GU-*** dövlət qevdiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.(İddia tələbinin həcmi azaldılmışdır). İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “X8 Azərbay can” QSC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə iddiaçının təkrar məhkəmə-mühasibatlıq ekspertizzasının keçirilməsi barədə vəsatəti əsassız olaraq rədd etmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin faiz borcunun tutulması hissədə dəyişdirilərək, faiz borcunun 3554,72 ABŞ dolları müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə faiz borcu hissədə iddia tələbindən kənara çıxaraq Mülki Prosessual Məcəllənin 218-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı bank tərəfindən iddia ərizəsində 3554,72 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq ekspert rəyini əsas götürmüş və faiz borcunu 5344,74 ABŞ dollarına dəyişmişdir. Ona görə də, qətnamə həmin hissədə dəyişdirilməlidir. Tərəflərin izahatları: İddiaçı “X8 Azərbaycan” QSC-nin nümayəndəsi X5 vəvəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh2 və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasın da kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh X1 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılma lı, kassasiya şikayətləri təmin edilməməlidir. Kassasiya şikayətlərindən göründüyü kimi, hər iki tərəf borcun məbləğini mübahisələndirir. Belə ki, iddiaçı borcun düzgün hesablanmadığını, cavabdeh tərəf isə faiz borcuna dair hissədə məhkəmənin iddia tələbindən kənara çıxdığını göstərmişdir. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından göründüyü kimi, “X8 Azərbaycan” QSC tərəfindən cavabdeh X4 tərəflər arasında imzalanmış 08 avqust 2012-ci il tarixli 49078 №-li Kredit müqaviləsinə əsasən illik 21% olmaqla, 60 ay müddətinə 84000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi X1 mülkiyyətində “Range Rover” markalı, **-GU-*** dövlət qeydiy yat nişanlı avtomobil bankı xeyrinə ipoteka ilə yüklü edilmiş,eyni zamanda, müqavilə üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin əsas borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər tərəfindən öhdəliklər bir müddət icra olunsa da, sonradan lazımi qaydada icra olunmadığından onların iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli old uğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbi qismən təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verən iddiaçı faiz borcunun məbləğini mübahisələndirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14.02.2018-ci il tarixli, 29674 saylı rəyindən görünür ki, maliyyə arayışında göstərilən tarixə müqavilə üzrə əsas borcun məbləği 34671,92 ABŞ dolları, faiz borcunun məbləği 5344,57 ABŞ dolları müəyyən edilmiş, Hesabdan çıxarış məlumatlarda cərimənin hesablanması göstərilmədiyindən X2 cərimə borcu hesablanmamışdır. Ekspert rəyinə istinad edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə faiz borcu hissədə dəyişdirilməli, ekspert rəyi nəzərə alınaraq faiz borunun məbləği 5344,57 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kassasiya şikayətində təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmçinin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini nəzərə alaraq faiz borcunu rəydə göstərilən həddə müəyyən etmişdir. Borc məbləğini mübahisələndirilən iddiaçı bank borcun hansı hissəsinin düzgün hesablanmadığını kassasiya şikayətində əsaslandırma mışdır. Cavabdeh kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Cavabdeh kassasiya şikayətində faiz borcu hissədə məhkəmənin iddia tələbindən kənara çıxdığını qeyd etmişdir. Lakin məhkəmə kollegiyasl cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı bank kredit müqaviləsi üzrə yaranmış 44424,05 ABŞ dolları əsas, 3554,72 ABŞ dolları məbləğində faiz, 284,64 ABŞ dolları məbləğində cərimə borcunun tutulmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi ümumi borc məbləği 48263,41 ABŞ dolları həddində olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qət etdiyi 3554,72 ABŞ dolları faiz borcunu 5344,57 ABŞ dollarına dəyişməklə iddiaçının tələb etdiyi ümumi məbləğdən kənara çıxmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “X8 Azərbaycan” QSC və Cavabdeh2 kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8923/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar