Məhkəmə qərarları › İş №2(102)-6298/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6298/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6298/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6298/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 14 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı “pul” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-803/2021 n ömrəli, 17.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə Abşeron rayonu Novxanı kənd sakini Cavabdeh2 Əmrulla oğluna 0.05 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh2 Əmrulla oğlu aralarında olan şifahi razılıq əsasında həmin torpaq sahəsinin 0.035 ha hissəsini və üzərində yerləşən 80 kv.m-lik fərdi yaşayış evini iddiaçılar İddiaçı1 və İddiaçı2 satmış, 0.035 ha hissəsini ümumi torpaq sahəsindən ayıraraq sənədləşdirib iddiaçılarla notarial qaydada alqı-satqı müqaviləsi bağlayacağını öhdəsinə götürmüşdür. İddiaçılar razılaşdırılmış 11.800 ABŞ dolları p ul vəsaitini həmin cavabdehə, onun oğlu, digər Cavabdeh1 vermiş, onun tərəfindən isə iddiaçıların yanında cavabdeh Elxan Nəcəfova verilmiş, cavabdehlər sözügedən torpaq sahəsinin və üzərindəki evin satılmasına görə iddiaçıların ödədikləri həmin pul vəsaitini aldıqlarına dair müxtəlif vaxtlarda yazılı qəbzlər vermişlər. İddiaçılar torpaq sahəsini və evi alaraq orada müvafiq abadlıq, yaxşılaşdırma, təmir-tikinti işləri aparmışlar. Lakin satıcı tərəf torpaq sahəsini rəsmiləşdirməkdən imtina etdikləri üçün hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair birgə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər.

3. Məhkəmə baxı şı zamanı cavabdeh tərəfin vəsatəti əsasında, iddiaçıların razılığı ilə, X3 iş üzrə cavabdeh qismində cəlb edilmiş və işə onun iştirakı ilə baxılmışdır.

4. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Abşeron rayon AİK-nın 30 avqust 1999-cu il tarixli, 28 nömrəli qərarı ilə Abşeron Rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 verilmişdir. Özünə torpaq sahəsi və ev almaq məqsədilə Cavabdeh2lə görüşmüş, cavabdeh ona bildirmişdir ki, onun 0.05 ha torpaq sahəsi vardır və onun 0.035 ha hissəsini və orada yerləşən fərdi yaşayış evini satmaq istəyir. 2006-cı il cavabdehlərlə razılığa gələrək 0.05 ha torpaq sahəsindən 0.035 ha hissəsini və orada yerləşən 80 kv.m-lik fərdi yaşayış evinin ona satılmasına görə 11.800 ABŞ dollarına razılaşmışlar. Aralarında razılıq belə olmuşdur ki, o,razılaşdıqları pul məbləğini ödəsin, cavabdehlər də öz növbəsində həmin torpaq sahəsinin 0.035 ha hissəsini ümumi torpaq sahəsindən ayıraraq sənədləşdirib onunla notarial qaydada alqısatqı müqaviləsi bağlayacaqlar. Hətta, cavabdehlər ona hər biri ayrı-ayrılıqda notarial qaydada təsdiq edilmiş etibarnamə vermişlər. O, torpaq sahəsini və orada yerləşən fərdi yaşayış evini qəbul etmiş və razılaşdıqları 11.800 ABŞ dollarından 1800 ABŞ dolları miqdarında pulu Cavabdeh2 vermişdir. O da öz növbəsində şahidlərin iştirakı ilə verilən pulların hər birinin nömrəsi qeyd edilməklə yazılı qəbz yazaraq öz imzası ilə təqsdiqləmişdir. Aralarında razılıq belə olmuşdur ki, yerdə qalan 10.000 ABŞ dollarını qısa zamanda onun tərəfindən cavabdehlərə ödəniləcəkdir. Bundan bir neçə gü n sonra yerdə qalan 10.000 ABŞ dollarını Əhyəbalanın razılığı ilə onun oğlu Cavabdeh1 vermiş, o da öz növbəsində verilən bütün pulların hər birinin nömrəsi qeyd edilməklə qəbz yazmış və həmin qəbzi öz imzası ilə təsdiq etmişdir. Cavabdehlər ona vəd etmişlər ki, 2006-cı ilin axırlarına kimi torpaq sahəsi sənədləşdirilərək onun adına keçiriləcəklər. Bu günə kimi cavabdehlər nə torpaq sahəsini sənədləşdirib ona satırlar, nə də ki, verdiyi 11.800 ABŞ dollarını və ora çəkdiyi 21.000 manatı qaytarırlar. O, evi və torpaq sahəsini aldıqdan sonra oranı abadlaşdıraraq 70 metr uzunluğunda hasar çəkdirmiş, eyni zamanda evi bütün kommunal xətləri onun tərəfindən çəkilmişdir. 80 metr aralıqdan evə kanalizasiya xətti, 40 metrdən su xətti, 80 metr aralıqdan qaz xətti və 70 metrədən artıq məsafədən işıq xətti çəkdirmişdir. Bundan başqa həyətin çox hissəsinə daşlar (tamet) vurdurmuşdur. Həyət darvazası qoydurmuş, həyətdə hamam tikdirmiş və digər lazımi işlər görmüşdür. Bütün bunlara onun tərəfindən 21.000 manatdan artıq xərc çəkilmişdir. O, bu günə kimi həmin evdə yaşayır. Evin cavabdehlər tərəfindən sənədləşməsini tələb etsə də, cavabdehlər bundan yayınırlar. Cavabdehlərdən onlara verdiyi və evə çəkdiyi xərcləri tələb edir, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadırlar. Son vaxtlar telefonlarına belə cavab vermirlər. İndi başa düşür ki, cavabdehlərin məqsədi onu aldadaraq pulunu mənimsəmək olmuşdur. Cavabdehlərdən 11.800 ABŞ dollarının və təmirə çəkdikləri 21.000 manatın alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Abşeron Rayon Məhkəməsinin 2 (012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilmiş, fərdi yaşayış evinin və torpaq sahəsinin alınması üçün verilmiş 11.800 ABŞ dolları pul vəsaitinin 1800 ABŞ dolları hissəsinin Cavabdeh2, 10.000 ABŞ dolları hissəsinin Cavabdeh1 və X1 müştərək qaydada qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, evin təmir-tikinti işlərinə çəkilmiş 14.934,75 manat pul və daş hasarın inşasına sərf edilmiş 4868,0 manat pulun Cavabdeh2 alınıb İddiaçı1 və İddiaçı2 ödənilməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manatın Cavabdeh2 tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödən ilməsi qət edilmişdir.

6. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1, 324.1, 329.2, 385.1, 390.1-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 17.06.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- L.Məmmədova (sərlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş; Abşeron Rayon Məhkəməsinin 2(012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş; İş üzrə yeni qətnamə qəbul edilmiş; İddia tələbi qismən təmin edilmiş, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.800 ABŞ dolları pul vəsaiti (qətnamənin icra olunduğu günə manat məzən nəsi ilə), evin təmir-tikinti işlərinə çəkilmiş 14.934,75 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə 200 (100+100) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1, 324.1, 329.2, 385.1, 390.1, 425.1, 442-ci maddələri ilə əsaslandırmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişlər. Kassasiya şikayətin in və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin iddiaçılar İddiaçı1 və İddiaçı2 alqı-satqı ilə bağlı 11800 manat pul verməsi və təmir-tikinti ilə bağlı çəkilmiş 14934,75 manat xərc hissələrində ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

13. Əlavə olaraq qeyd edilmişdir ki, o torpağını ümumiyyətlə satmamış, iddiaçıdan 1800 ABŞ dolları borc almış, ona qəbzə zorla imza etdirmişlər. İddiaçı tərəf ha sar tikitintisi başladıqhan sonra tərəflər arasında mübahisə başlamışdır. Təqdim edilmiş qəbzlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qəbzlərin tərtib edildiyi tarixlər də fərqlidir və biri digərindən bir neçə il sonra tərtib edilmişdir. Məhkəmələr bu halları nəzərə almamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdeh2 və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər.

19. İddiaçılar məhkəmə iclasına vəkilsiz gəldikləri üçün onların izahatları alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çək məli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiall

22. Maddə. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

24. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

25. Maddə. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

26. Maddə. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Madə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

37. İlk növbədə qeyd olunur ki, Apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlərdən Cavabdeh2 kassasiya şikayəti əsasında yoxlanılır.

38. İşin faktiki halları ilə bağlı məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1120A nömrəli (K OD ********) şəhadətnaməyə əsasən Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə Abşeron rayonu Novxanı kənd sakini Cavabdeh2 Əmrulla oğluna 0.05 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh2 Əmrulla oğlu aralarında olan şifahi razılıq əsasında həmin torpaq sahəsinin 0.035 ha hissəsini və üzərində yerləşən 80 kv.m-lik fərdi yaşayış evini iddiaçılar İddiaçı1 və İddiaçı2 satmış, 0.035 ha hissəsini ümumi torpaq sahəsindən ayıraraq sənədləşdirib iddiaçılarla notarial qaydada alqı-satqı müqaviləsi bağlayacağını öhdəsinə götürmüşdür. İddiaçılar razılaşdırılmış 11.800 ABŞ dolları pul vəsaitini cavabdehə, onun oğlu, digər Cavabdeh1 vermişlər. Pul vəsaitinin verilməsi iki ədəd yazılı qəbzlə rəsmiləşdirilmişdir. 1180 ABŞ dollarının verilməsi barədə qəbzi Cavabdeh2 Əmrulla oğlu özü təsdiq etmişdir. Həmin qəbzdə alınan pul nişanlarının nömrələri də qeyd edilmişdir. 2-ci qəbzi isə onun oğlu Cavabdeh1 təsdiq etmiş, aldığı pul nişanlarının nömrələrini həmin qəbzdə də qeyd etmişdir.

39. Cavabdeh2 Əmrulla oğlu 1-ci qəbz üzrə aldığı pulu, yəni 1180 ABŞ dolları pulu 2006-cı ildə borc olaraq aldığını bildirsə də, bu dəlil işin halları, tərəflərin münasibətləri, torplanmış sübutlarla tam təkzib olunur və açıq-aşkar həqiqəti əks etdirmir. Çünki işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçılar cavabdehdən torpaq sahəsi və evi satın almış, orada abadlıq işləri aparmış, əlavə tikililər inşa etmiş, iki torpaq sahəsini ayıran daş hasarı inşa edərkən tərəflər arasında mübahisə başlamış və cavabdeh tərəf satmış oluğu torpaq sahəsini rəsmiləşdirm əkdən imtina etmişdir. Ona görə iddiaçılar cavabdeh tərəfə vermiş olduqları pulu geri tələb etməyə başlamışlar.

40. Tərəflər torpaq və ev alqı-satqısına qədər bir-biri ilə görüşmüş, onlar arasında borc münasibətlərinin yaranması üçün heç bir əsas olmamış, keçən müddət ərzində pulun borca verilməsi, həmin vəsaitin qaytarılması ilə bağlı heç bir mübahisə olmamış, iddiaçı tərəf aldığı torpaqda və evdə öz istəyinə uyğun olaraq inşaat işləri aparmışlar. Görülən işlər və onların dəyəri iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunmuşdur. Belə olan təqdirdə cavabdehin iddiaçıdan aldığı vəsaitin borc olaraq alması ilə bağlı ifadəsi həqiqət kimi qəbul edilə bilməz. Ona görə məhkəmələr haqlı olaraq həmin məlumatlara tənqidi yanaşmışlar.

41. Cavabdeh tərəf torpaq sahəsi və heç bir sənədi olma yan evi iddiaçı tərəfə satmaq barədə razılığa gəlsə də, öz vədinə əməl etməmiş və müvafiq rəsmiləşdirməni həyata keçirməkdən imtina edir. Ona görə iddiaçılar vermiş olduqları pulu və qarşı tərəfin hərəkətləri nəticəsində çəkdikləri zərəri tələb edirlər.

42. Cavabdehlərin aldıqları pulu özlərində saxlamalarının nə hüquqi və nədə qanuni əsasları yoxdur. Çünki cavabdeh iddiaçıların adına rəsmiləşdirəcəyini vəd etdiyi torpaq sahəsini satmaqdan imtina edir, evin isə ümumiyətlə sənədləri mövcud deyil.

43. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Apelasiya Məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir. Həmin məhkəmə maddi hüquq normaları kimi əqdlər, öhdəlik hüquq münasibətləri və daşınmaz əmlaka dair əqdlərin bağlanmasını nizama salan maddi hüquq normalarına istinad etməklə mübahisəni həll etmişdir. Məhkəmənin məntiqi ondan ibarət olmuşdur ki, daşınmaz əmlaka dair əqdlər notarius tərəfindən təsdiq edilməli, müvafiq dövlət qeydiyatına alınmalı olduğu halda cavabdeh tərəf bu vəzifəni yerinə yetirməkdən imtina etməklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün vurulan ziyan və alınan vəsait cavabdehlərdən tutulmalıdır.

44. Kollegiya maddi hüquq normalarının tətbiqi ilə bağlı bir məsələni də qeyd edir ki, hazırkı işdə tələbin qanuni əsası kimi əsassız varlanmadan irəli gələn maddi hüquq normalarının tətbiqi imkanları da mümkündür. Çünki cavabdeh tərəf hüquqi əsas olmadan iddiaçıların hesabına vəsait əldə etmişdir. Torpaq sahəsinin alqı-satqısı notariusda rəsmiləşdirilmiş əqd əsasında həyata keçirilməli dirsə belə rəsmiləşmə olmadan əldə edilən vəsait əsassız varlanma hesab olunur. Eyni zamanda hüquqi vəziyyəti bəlli olmayan evin qeyri-rəsmi satılması ilə bağlı vəsait əldə edilirsə, belə varlanma da əsassız hesab olunur.

45. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı tərəf keçən müddət ərzində qarşı tərəfin torpaq sahəsini və evi ona satacağına əmin olaraq aldığı sahədə və evdə əsaslı tikinti işləri apararaq ona öz əmlakı kimi sahiblik etmiş və cavabdehin üzərinə götürdüyü vədi yerinə yetirməyəcəyinə ehtimalları olmamışdır.

46. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, eyni zamanda əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq edilməklə də alınanların geri qaytarılması mümkündür. Nə qədər ki, məhkəmə mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir, qeyd olunan əsasla qətnamənin ləğv olunması məqsədəmüvafiq deyil.

47. Vurulmuş zərərlə bağlı da kollegiya Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşır. Beləki, iddiaçılar qarşı tərəfin vicdanlı davranışına əmin olaraq torpaq sahəsində və evdə əsaslı təmir işləri aparmaqla zərərə düşmüşlər. Məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğ qaytarıldıqdan sonra həmin əmlak cavabdeh tərəfin sahibliyinə keçir. Ona görə əsaslı təmirə xərclənmiş vəsaitin tutulması hissəsində də məhkəmə qətnaməsi əsaslı hesab olunmalıdır.

48. Şərh olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etdiyi üçün kassasiya şikayəti təmin edilməməlidir.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyas ı Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-803/2021 nömrəli, 17.06.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar