Məhkəmə qərarları › İş №2(102)-630/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-630/2018

29.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-630/2018 29.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-630/2018 Bakı şəhəri 29 yanvar 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2017-ci il tarixli 2(104)904/2017 nömrəli qətnaməsindən iddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə rayon Məhkəməsin in (hakim A.Səmədov) 02.11.2016-cı il tarixli 2(021)4078/2016 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Kiçik Müəssisə, Cavabdeh9, Cavabdeh11, Cavabdeh13, Cavabdeh3, Cavabdeh5, Cavabdeh15 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh3, "xxxx" Kiçik Müəssisə, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh13 müştərək qaydada 20.06.2016-cı il tarixə banka borclu olduqları 1.101.758,39 manat əsas borc, 154.701,37 manat faiz, 200 manat cərimə, cəmi 1.256.659,76 manat və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə al ınması üçün dövlət rüsumu kimi ödənilmiş 120 manat pul alınaraq İddiaçı1 (Azərbaycan) ASC-yə ödənilməsi; tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh7 məxsus olan Bərdə şəhəri *********************** ünvanda, 0,11783 ha torpaq sahəsində yerləşən 1066,8 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 908.000 manat müəyyən edilməklə; xüsusi mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Bərdə şəhəri ***************** ünvanda, 0,1008 ha torpaq sahəsində yerləşən 546,1 kv.m ümumi sahədən ibarət olan iki mərtəbəli qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 700.000 manat müəyyən edilməklə; xüsusi mülkiyyət hüququ ilə Cavabdeh15 məxsus olan Bərdə şəhəri ***************** ünvanda, 0,08587 ha torpaq sahəsində yerləşən 580 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 530.000 manat müəyyən edilməklə, yönəldilməsi və əmlaklar açıq hərracdan satılaraq əldə edilən vəsaitin İddiaçı1 (Azərbaycan) ASC-yə ödənilməsi; ipoteka predmeti olan göstərilən əmlaklar - Cavabdeh7 məxsus olan Bərdə şəhəri ************** ünvanda, 0,11783 ha torpaq sahəsində yerləşən 1066,8 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binası (torpaq sahəsi ilə birlikdə), Cavabdeh5 məxsus olan Bərdə şəhəri **************** ünvanda, 0,1008 ha torpaq sahəsində yerlələşən 546,1 kv.m ümumi sahədən ibarət olan iki mərtəbəli qeyri-yaşayış binası (torpaq sahəsi ilə birlikdə) və Cavabdeh15 məxsus olan Bərdə şəhəri **************** ünvanda, 0,08587 ha torpaq sahəsind ə yerləşən 580 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdə və həmin əmlaklar satıldıqda 1 ay müddətində məcburi qaydada boşaldılması; 105829-1-2867 saylı 27.06.2012-ci il tarixli “baş kredit razılaşması” və 105829-1-2867/4 saylı 12.03.2014-cü il tarixli “kommersiya krediti müqaviləsinin” ləğv olunması; “İddiaçı1 (Azərbaycan)” ASC kredit alan Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri *************************nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 216,47 kv.m ümumi, 118,16 kv.m yaşayış sahəsi olan 4 otaqlı 6 saylı mənzilin ipoteka ilə yüklü edilməsi barədə *************** nömrəli 27.06.2012-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi və 27.06.2012-ci il tarixli ************* nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 07.03.2014-cü il tarixli 1 saylı razılaşmanın əhəmiyyətsiz əqd hesab edilməklə etibarsız hesab edilməsi qət edilmiş; Cavabdeh1 iddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC-yə qarşı “bankla aralarında bağlanmış 12.03.2014-cü il tarixli 105829-1-2807/4 nömrəli kommersiya kredit müqaviləsinə 05.09.2015-ci ildən xitam verilməsi” tələbinə dair iddiası rədd edilmiş; ilkin və qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şəfiyev, L.Süleymanov, A.Bayramov) 11.04.2017-ci il tarixli 2(104)-904/2017 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə rayon Məhkəməsinin 02.11.2016-cı il tarixli 2(021)-4078/2016 nömrəli qətnaməsi “İddia çı1 (Azərbaycan)” ASC kredit alan Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri ******************************* nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 216,47 kv.m ümumi, 118,16 kv.m yaşayış sahəsi olan 4 otaqlı 6 saylı mənzilin ipoteka ilə yüklü edilməsi barədə ************** nömrəli 27.06.2012-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi və 27.06.2012-ci il tarixli ****************** nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 07.03.2014-cü il tarixli 1 nömrəli razılaşma əhəmiyyətsiz əqd hesab edilməklə etibarsız hesab edilməsi və cərimənin 200 manat məbləğdə müəyyən edilməsi” hissələrində ləğv edilmiş, qarşılıqlı iddianın “İddiaçı1 (Azərbaycan)” ASC kredit alan Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri ************** ********************* nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 216,47 kv.m ümumi, 118,16 kv.m yaşayış sahəsi olan 4 otaqlı 6 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə ******************** nömrəli 27.06.2012-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi və 27.06.2012-ci il tarixli *********************** nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 07.03.2014cü il tarixli 1 nömrəli razılaşmanın əhəmiyyətsiz əqd hesab edilməklə, etibarsız hesab edilməsinə dair hissəsi rədd edilmiş, dəbbə pulunun məbləği 5.000 manat müəyyən edilmişdir. “İddiaçı1 (Azərbaycan)” ASC-nin borcun tutulmasının tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri ******************************* nömrəli evin 6 saylı mənzilinə yönəldilməsi” tələbinə dair id diası rədd edilmişdir. İddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC-nin nümayəndəsi və vəkili Vəkil, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onların vəkili Mehdiyev Müşfiq Mürşüd oğlu iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişdir. İşin halları: İddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1, "xxxx" Kiçik Müəssisə, Cavabdeh9, Cavabdeh11, Cavabdeh13, Cavabdeh3, Cavabdeh5, Cavabdeh15 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 01.07.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ******************** saylı 12.03.2014-cü il tarixli «Kommersiya kredit müqaviləsi» üzrə 20.06.2016-cı il tarixə banka borclu o lduğu 1.101.758,39 manat əsas borcun, 154.701,37 manat faiz və 15.068,50 manat cərimə olmaqla, cəmi 1.271.528,26 manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, "xxxx" Kiçik Müəssisə, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh13 müştərək qaydada alınaraq “İddiaçı1 (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri ******************************* nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 3cü mərtəbəsində yerləşən, 216,47 kv.m ümumi, 118,16 kv.m yaşayış sahəsi olan 4 otaqlı 6 saylı mənzilə - ilkin satış qiyməti 270.000 manat müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh7 məxs us olan Bərdə şəhəri ***************** ünvanda, 0,11783 ha torpaq sahəsində yerləşən 1066,8 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 908.000 manat müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Bərdə şəhəri ********************* ünvanda, 0,1008 ha torpaq sahəsində yerləşən 546,1 kv.m ümumi sahədən ibarət olan iki mərtəbəli qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə)-ilkin satış qiyməti 700.000 manat müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh15 məxsus olan Bərdə şəhəri ******************* ünvanda,0,08587 ha torpaq sahəsində yerləşən 580 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə)-ilkin satış qiyməti 530.000 manat müəyyən edilməklə yönəldilməsi və əmlakların açıq hərracdan satılaraq, əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “İddiaçı1 (Azərbaycan)” ASC-yə ödənilməsi, ipoteka predmeti olan göstərilən əmlakların 1 ay müddətində məcburi qaydada boşaldılması və ***************** saylı 27.06.2012-ci il tarixli «Baş kredit razılaşması»nın və ********************** saylı 12.03.2014-cü il tarixli «Kommersiya krediti müqaviləsi»nin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh15, "xxxx" Kiçik Müəssisə və Cavabdeh11 iddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC-yə qarşı “ipoteka və zaminlik müqavilələrininin əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı1 (Azərbaycan) ” ASC ilə aralarında bağlanmış ipoteka və zaminlik müqavilələrinin əhəmiyyətsiz əqd hesab edilməklə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tutmanı yönəltmədiyi əmlak istisna olmaqla, digər əmlakların ilkin satış qiymətləri kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün tam yetərli olduğundan, tutmanın mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan mənzilə yönəldilməsini zəruru saymayarkən səhvə yol vermiş, maddi və prosessual hüquq normalarını tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul e tmişdir. Ona görə də, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2017-ci il tarixli qətnaməsinin - “İddiaçı1 (Azərbaycan)” ASC-nin borcun tutulmasının tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri **************************** nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi” tələbinə dair iddiasının rədd edilməsi” hissəsində ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onların vəkili Mehdiyev Müşfiq Mürşüd oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, cərimə məbləğinin həddindən artıq yüksək hesablanmasına əhəmiyyət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2017-ci il tarixli qətnaməsinin cərimə məbləği hissəsində ləğv edilməsi, cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçının nümayəndəsi və vəkili, cavabdehlər və onların vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.04.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC-nin apellyasiya şikayətiyb qismən təmin edib, Bərdə rayon Məhkəməsinin 02.11.2016-cı il tarixli qətnaməsini - “İddiaçı1 (Azərbaycan)” ASC kredit alan Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri *********************************** nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 216,47 kv.m ümumi, 118,16 kv.m yaşayış sahəsi olan 4 otaqlı 6 saylı mənzilin ipoteka ilə yüklü edilməsi barədə **************** nömrəli 27.06.2012-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi və 27.06.2012-ci il tarixli ******************* nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 07.03.2014-cü il tarixli 1 nömrəli razılaşma əhəmiyyətsiz əqd hesab edilməklə etibarsız hesab edilməsi və cərimənin 200 manat məbləğdə müəyyən edilməsi” hissələrində ləğv edərək, qarşılıqlı iddianın “İddiaçı1 (Azərbaycan)” ASC kredit alan Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri ******************************************** nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 216,47 kv.m ümumi, 118,16 kv.m yaşayış sahəsi olan 4 otaqlı 6 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə ****************** nömrəli 27.06.2012-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi və 27.06.2012-ci il tarixli ************************* nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 07.03.2014-cü il tarixli 1 nömrəli razılaşmanın əhəmiyyətsiz əqd hesab edilməklə, etibarsız hesab edilməsinə dair hissəsini rədd etməklə, dəbbə pulunun məbləğini 5.000 manat müəyyən edərkən, “İddiaçı1 (Azərbaycan)” ASC-nin borcun tutulmasının tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri ***************************** nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi” tələbinə dair iddiasını rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 27.06.2012-ci il tarixli *************** nömrəli baş kredit razılaşması əsasında Cavabdeh1 ilə “İddiaçı1 (Azərbaycan)” ASC arasında bağlanmış razılaşma ilə bank kredit alana 120 ay müddətinə 1.100.000 ABŞ dolları məbləğində kredit xətti açmış, 12.03.2014-cü il tarixli ******************** nömrəli kommersiya krediti müqaviləsi üzrə isə “İddiaçı1 (Azərbaycan)” ASC hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 60 ay müddətinə, 6 ay güzəşt müddəti tətbiq etməklə 1.200.000 manat kredit verməyi, kredit alan isə krediti qəbul edib istifadə etməyi, müqavilə şərtləri və qaydalarına uyğun krediti qaytarmağı, illik 15 faiz ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini məqsədi ilə tam mülkiyyət hüququ ilə Cavabdeh3 Sabir qızına məxsus olan Bakı şəhəri ********************************* nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 216,47 kv.m ümumi, 118,16 kv.m yaşayış sahəsi olan 4 otaqlı 6 saylı mənzil (ilkin satış qiyməti 270.000 manat), xüsusi mülkiyyət hüququ ilə Cavabdeh7 məxsus olan Bərdə şəhəri ******************** ünvanda, 0,11783 ha torpaq sahəsində yerləşən 1066,8 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binası (torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 908.000 manat), xüsusi mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Bərdə şəhəri ****************** ünvanda, 0,1008 ha torpaq sahəsində yerləşən 546,1 kv.m ümumi sahədən ibarət olan iki mərtəbəli qeyri-yaşayış binası (torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 700.000 manat), xüsusi mülkiyyət hüququ ilə Cavabdeh15 məxsus olan Bərdə şəhəri ******************* ünvanda,0,08587 ha torpaq sahəsində yerləşən 580 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binası (torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 530.000 manat) ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, "xxxx" Kiçik Müəssisəsi, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh13 ilə zaminlik müqavilələri bağlanılmışdır. Borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və onun banka əsas borc 1.101.758,39 manat, faiz 154.701,37 manat, cərimə 15.068,50 manat olmaqla, cəmi 1.271.528,26 manat borcu yaranmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növl ü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin faktiki hallarından da göründüyü kimi, bank ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borclu əsas öhdəliyi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə yerinə yetirməmişdir. Bu səbəbdən bank məhkəməyə müraciət etmiş və borcun tutulmasının ipoteka predmetlərinə yönəldilməsini tələb e tmişdir. Eyni zamanda Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh15, "xxxx" Kiçik Müəssisə və Cavabdeh11 qarşılıqlı iddia ilə müraciət edərək, hazırkı iddia üzrə cavabdeh İddiaçı1 (Azərbaycan) ASC ilə aralarında bağlanmış ipoteka və zaminlik müqavilələrinin əhəmiyyətsiz əqd hesab edilməklə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə **************** saylı 27.06.2012-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi və 27.06.2012-ci il tarixli ****************** saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 07.03.2014-cü il tarixli 1 saylı razılaşmanın əhəmiyyətsiz əqd hesab edilməklə etibarsız hesab etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəy yən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qan ununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlər inin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə y etirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağla nmış baş kredit razılaşmasının 2.6-cı bəndində qeyd olunmuşdur ki, bu kredit xətti bankın məqbul hesab etdiyi girovla (ipoteka) və digər təminat ilə kredit alan və üçüncü şəxslər tərəfindən təmin edilir. Həmin müqavilənin 2.1-ci bəndində həmçinin göstərilir ki, kreditlər razılaşma əsasında tərəflər arasında “kredit müqaviləsi”, “bank qarantiyasının verilməsinə dair müqavilə”, o cümlədən bərpa olunan kredit xətti müqavilələri formasında bağlanılmış müqavilələr və razılaşmalar əsasında veriləcəkdir. Göründüyü kimi, tərəflər arasında bağlanılan baş kredit razılaşması tərəflərin hüquq və vəzifələrini müəyyən etmiş, kreditlərin müqavilələr və razılaşmalar əsasında verilməsini, eyni zamanda verilmiş kreditlərin təmin edilməsinin girov və ya ipoteka ilə təmin edildiyini müəyyən etmişdir. Daha son ra kredit razılaşmasına uyğun olaraq bankla Cavabdeh1 arasında 12.03.2014-cü il tarixli kommersiya kredit müqaviləsi bağlanılmış və ona 60 ay müddətinə 1.200.000 manat kredit verilmişdir. Məhz Cavabdeh3 ilə bank arasında bağlanılmış 27.06.2012-ci il tarixli ipoteka müqaviləsi isə kredit alanın bank qarşısında yaranmış öhdəliklərinin icrasını təmini xarakteri daşımış və müqavilənin özündə birmənalı olaraq göstərilmişdir. Qeyd olunan müqavilənin (habelə 1 saylı razılaşmanın) 4.1-ci bəndində qeyd olunmuşdur ki, ipoteka ilə təmin edilə bilən öhdəliklər baş kredit razılaşmasından və razılaşmanın ayrılmaz tərkib hissəsi olan müqavilələr və razılaşmalardan irəli gələn tələblərdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsı zdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ************************* saylı 27.06.2012-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi və 27.06.2012-ci il tarixli ********************** saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 07.03.2014-cü il tarixli 1 saylı razılaşmanın əhəmiyyətsiz əqd hesab edilməklə, etibarsız hesab edilməsi üçün hər hansı əsas olmamışdır. Çünki, müqavilə Cavabdeh3 tərəfindən imzalanmış, müqavilənin şərləri onun tərəfindən qəbul edilmiş və o, sərbəst iradə ifadəsini nümayiş etdirmişdir. Borcalan Cavabdeh1 banka olan ümumi borcu əsas borc 1.101.758,39 manat, faiz 154.701,37 manat, cərimə 15.068,50 manat olmaqla, cəmi 1.271.528,26 manat təşkil edir. İ poteka predmetlərinin məbləğləri isə (tutmanın yönəldilməsi təmin edilən) yəni Cavabdeh7 məxsus olan Bərdə şəhəri *********************** ünvanda, 0,11783 ha torpaq sahəsində yerləşən 1066,8 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 908.000 manat, Cavabdeh5 məxsus olan Bərdə şəhəri ******************* ünvanda, 0,1008 ha torpaq sahəsində yerləşən 546,1 kv.m ümumi sahədən ibarət olan iki mərtəbəli qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə)-ilkin satış qiyməti 700.000 manat, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh15 məxsus olan Bərdə şəhəri ***************** ünvanda, 0,08587 ha torpaq sahəsində yerləşən 580 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binasının (torpaq sahəsi ilə birlikdə) - ilkin satış qiymə ti isə 530.000 manat olmaqla, cəmi 2.138.000 manat təşkil edir. Göstərilən məbləğ isə kredit müqaviləsi üzrə yaranmış borcdan 1.6 dəfə çoxdur. Odur ki, həmin əmlakların ilkin satış qiymətləri kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün tam yetərli olduğundan ipoteka predmeti olan Cavabdeh3 məxsus olan Bakı şəhəri ********************************* nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 216,47 kv.m ümumi, 118,16 kv.m yaşayış sahəsi olan 4 otaqlı 6 saylı mənzilə yönəldilməsinə zərurət yoxdur. Eyni zamanda qeyd olunmalıdır ki, göstərilən əmlak cavabdehlərin hazırda yaşadıqları fərdi yaşayış evidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ipoteka predmetlərinin bir necəsi borcun ödənilməsinə yetərli olduqda digərinə tutman ın yönəldilməsinin yolverilməməsi barədə hər hansı göstəriş olmasa belə, yuxarıda göstərilən nəticə ədalətlilik və vicdan prinsipindən doğur. Gələcəkdə tutmanın yönəldilməsi qət edilən ipoteka predmetlərinin dəyərləri borcun ödənilməsinə yetərli olmadıqda bu hal borcun ödənilməsinin mümkünsüzlüyünə dəlalət etmir. Çünki, belə bir hal yaranacağı halda qətnamənin icrası qaydası kimi məcburi icra tədbirləri həyata keçiriləcək və borclulara (cavabdehlər) məxsus əmlakların satılması yolu ilə borcun ödənilməsi təmin ediləcəkdir. Həmçinin göstərilir ki, Cavabdeh3 məxsus əmlak ipoteka ilə yüklü olduğundan özgəninkiləşdirilmə ehtimalı da yoxdur. Odur ki, digər ipoteka predmetləri borcun ödənilməsini artıqlaması ilə gördüyündən olan Cavabdeh3 Sabir qızına məxsus olan fərdi yaşayış evinə tutmanın yönə ldilməsinə zərurət yoxdur. Bununla yanaşı, kredit müqaviləsi üzrə cərimə olaraq hesablanmış məbləğdən 200 manat cərimə borcunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız saymışdır. Lakin müəyyən olunan cərimənin məbləği işin hallarına və kreditin məbləğinə uyğun deyildir. Kollegiya hesab edir ki, cərimənin məbləğinin 5.000 manat həddində müəyyən edilməsi əsaslı olar. Bu məbləğ işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kass asiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxslərə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2017-ci il tarixli 2(104)-904/2017 nömrəli qətnaməsi - iddiaçı “İddiaçı1 (Azərbaycan)” ASC-yə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar