Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-630/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh3 Ağsu X5 İdarəsinə və Cavabdeh3 Ağsu X5 İdarəsinin X6 sahəsinə qarş iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-630/2024 (Açar sözlər: mülkiyyətində olan torpaq sahəsinin içərisindən çəkilmiş qanunsuz qaz xəttinin cavabdehin hesabına torpaq sahəsindən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X5 İdarəsi və Cavabdeh3 Ağsu X5 İdarəsinin X6 sahəsinə qarş ı “mülkiyyətində olan torpaq sahəsinin içərisindən çəkilmiş qanunsuz qaz xəttinin cavabdehin hesabına torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1654/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarışa əsasən, Şamaxı şəhərində yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Cavabdeh3nə məxsus qaz xətti İddiaçı məxsus Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X5 İdarəsi və Cavabdeh3 Ağsu X5 İdarəsinin X6 sahəsinə (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Şamaxı şəhəri 48 A məhəlləsi Babaş Şirvani küçəsindəki torpaq sahəsindən qanunsuz çəkilmiş qaz xəttinin cavabdehlərin hesabına çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayon XDS İK-nin xx.xx.1993-cü il tarixli qərarı ilə Şamaxı şəhəri 48 A məhəlləsində ona şəxsi ev tikmək üçün 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə xx.xx.2011ci il tarixdə “Torpaq sahəsinin plan və ölçüsü” sənədini (reyestr nömrəsi **********15) və xx.xx.2011-ci il tarixli mülkiyyət hüququ verən DƏDRX-dən seriya MA ******* nömrəli çıxarış almışdır. Torpaq sahəsində bu vaxta kimi maddi imkanı olmadığı üçün ev tikə bilməmiş, torpaq sahəsinin kənarını hasarlamamışdır. Bununla belə onun rəsmi mülkiyyət hüququ verən çıxarışı var. Torpaq sahəsi mülkiyyətidir. Ona məxsus həyətyanı torpaq sahəsinin ortasından ətrafdakı özünə ev tikən bəzi vətəndaşların istifadəsi üçün qanunsuz qaz xətti çəkilmişdir. Qaz xətti çəkilərkən hüquqları pozulmuş, ona məxsus həyətyanı sahənin içərisindən qaz xətti çəkilmiş və istifadəçilər bu xəttən istifadə edirlər. Qaz xətti çəkilərkən Şamaxı rayon İH-nin Memarlıq və Tikinti şöbəsi, DƏDRX və Şamaxı Bələdiyyəsinin sənədləri öyrənilməli, bundan sonra məhəllənin qazla təmin edilməsi üçün smeta tərtib edilməli, küçə boyu evlər qazla təmin edilməli idi. Kimlərsə öz maraqları üzündən özbaşına ona məxsus həyətyanı torpaq sahəsinin içərisindən keçməklə qaz çəkmişdir. Əlbəttə ki, çəkilmiş qaz xətti X6 Sahəsinin işçilərinin bilavasitə iştirakı ilə çəkilmiş, bundan müdriyyətin də məlumatı olmuşdur. Halbu ki, həmin evlərə digər paralel küçə boyu qaz xətti çəkilməli idi. Özüə məxsus torpaq sahəsində ev tikmək istəyir. Qanunsuz çəkilmiş qaz xətti isə məhz ev tikilməli olduğu yerdən keçir. Bu səbəbdən də mülkiyyət hüquqları tapdalanmışdır. Qaz xəttinin ona məxsus torpaqdan çıxarılması üçün 2022-ci ilin yanvar, mart və may aylarında cavabdehlərə rəsmi ərizə göndərmiş, lakin məktubları alsalar da bir dəfə nümayəndələri gəlib baxmış, heç bir tədbir görülməmiş, hətta ərizələrinə rəsmi cavab belə verilməmişdir. X6 Sahəsinin rəisindən xahiş edəndə ona bunun üçün dövlətə pul ödəməli olduğunu bildirmişlər. Halbuki, qanunsuz qaz xətti onun təqsirindən deyil, kimlərinsə marağı üzündən ona məxsus torpaq sahəsinin içərisindən istismar qaydalarına zidd olaraq çəkilmiş, qaz istismar idarəsinin işçiləri də bunu ötən müddətdə dəfələrlə görmüşlər. Lakin nədənsə biganə yanaşmışlar, göz yummuşlar.
5. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ekspert rəyinin verilməsi üçün ödədiyi 95 manat pulun da cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
6. İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti Daşınmaz Əm lakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 20 yanvar 2023-cü il tarixli rəyinə əsasən, Cavabdeh3nə məxsus qaz xətti Ərazi İdarəsinin arxivində mövcud olan, reyestr nömrəsi **********15 olan çıxarışa əlavə olunmuş plan ölçü sənədindəki koordinatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1480 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Cavabdeh3nə məxsus qaz xətti Ərazi İdarəsinin arxivində mövcud olan, reyestr nömrəsi **********15 olan çıxarışa əlavə olunmuş plan ölçü sənədindəki koordinatlara əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçdiyi müəyyən olunmuşdur.
8. Şamaxı Rayon M əhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(074)-56/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov), iddia təmin edilmişdir iddiaçının mülkiyyətində olan Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən keçən Cavabdeh3nə məxsus qaz xətti cavabdehlərin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X5 İdarəsi və Cavabdeh3 Ağsu X5 İdarəsinin X6 sahəsindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 195 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0,05 ha həyət yanı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh3nə məxsus qaz xətti iddiaçıya məxsus Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edib ki, iddiaçı ona məxsus torpaq sahəsindən keçən cavabdehə məxsus qaz xəttinin həmin torpaq sahəsindən cavabdehin hesabına sökülərək çıxarılmasını tələb etməkdə haqlıdır.
10. Məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat pul da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 157.4-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 121.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən narazı qalan Cavabdeh3 İB apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə formal mülahizələr əsasında nəticəyə gəlmiş, işin faktiki hallarını araşdırmamış və sadə bir araşdırma əsasında qətnamə çıxarılmışdır. Azərb aycan Respublikasının MPM-nin 385-390-cı maddələrinin təsbit olunmuş maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız çıxarılmış qətnamədir. Qeyd olunan ərazidən keçən qaz xəttinin zədələnməsi və qaz sızması baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən bədbəxt hadisələrə səbəb olur. Cavabdeh3 tərəfindən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikiliyə dair akt sənəd və fotoşəkillər Məhkəməyə təqdim edilməsinə baxmayaraq Birliyin təqdim etdiyi sənədlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkil və aktla müəyyən edilir ki, cavabdeh tərəfindən qaz xəttinin mühafizə zonasında tikili inşa edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin təsviri hissəsində mübahisəli qaz xəttinin inşa olunma tarix i müəyyən edilməmiş, qaz xəttinin hansı podratçı təşkilat tərəfindən çəkilməsi araşdırılmamış həmiçinin mübahisəli qaz xəttinin diametri və ölçüləri qətnamədə öz əksini tapmamışdır. Bundan əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə 2011-ci il tarixdə verilməsinə baxmayaraq iddiaçının bununla bağlı müraciətinin olub olmaması məsələsinə aydınlıq gətrilməmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin iclasında Cavabdeh3 nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparmayıb. İddiaçı tərəfindən cavabdehlərin dairəsi düzgün müəyyən olunmayıb və məhkəmə tərəfindən də dəqiqləşdirməyə cəhd olunmayıb. Ağsu X5 İdarəsi hüquqi şəxs deyil, hüquqi şəxsin struktur bölməsidir və məhkəmədə müstəqil tərəf qismində iştirak edə bilməz. Şamaxı X5 İdarəsinin ümumiyyətlə mübahisəylə əlaqəsi yoxdur. Məhkəmə nəzərə almayıb ki, torpaq sahəsi iddiaçıya da, cavabdehə də Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən ayrılıb. Cavabdeh3 İB özbaşına həmin ərazidən qaz xətti çəkə bilməzdi. Xətt 2013-cü ildə çəkilib. 2014-2015-ci illərdə həmin yerdə əsaslı təmir işləri aparılıb. İddiaçı iddia ərizəsində də qeyd edir ki, həmin dövrdə həmin ərazidə yaşamayıb. Əgər torpaq hasara alınsa idi, icra hakimiyyəti tikintiyə icazə verməsə idi, oradan qaz xətti çəkə bilməzdilər. Çıxarış 2011-ci il tarixədir. Təşkilatın layihəsinin tarixi 2013-cü ildir. Qaz xəttinin yerini dəyişmək üçün layihə sənədləri vətəndaşın müraciəti əsasında təkrarən hazırlanmalıdır.
15. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildi rmişdir ki, mübahisəli torpaq sahəsini 1992-ci ildə Rayon İcra komitəsinin qərarı ilə alıb. Amma imkanı olmadığından 30 il ərzində həmin yerdə heç bir tikinti apara bilməyib. 2011-ci ildə həmin yerə mülkiyyət hüququnu təsdiq edən çıxarış alıb. Cavabdeh tərəf birinci instansiya məhkəməsindəki icraatın gedişində heç bir iclasda iştirak etməmiş və sübutlarını təqdim etməmişdir. Torpaq sahəsi mühafizə zolağına düşə bilməz. Bu şəhərsalma qaydalarına ziddir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-1654/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari), cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir və birinc i instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövgeyini belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qaz xətti çəkilmişdir. Bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarından istifadəsinə maneə yaradır.
18. Məhkəmə kollegiyası qeyd etmişdib ki, cavabdeh təşkilat tərəfindən iddiaçının mülkiyyətindəki torpaq sahəsində qaz xətti çəkməsi iş materiallarında olan ekspert rəyi ilə də təsdiqini tapmışdır. Həmçinin iş materialları ilə müəyyən edilib ki, mübahisəli torpaq sahəsi iddiaçının adına dövlət reyestrində 2011-ci il tarixdə qeydiyyata alınıb, cavabdeh təşkilat tərə findən qaz xətti isə 2013-cü ildə çəkilib. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən qaz xətti çəkilərkən müvafiq orqanlarla razılaşdırılmamış, iddiaçının mülkiyyətindəki torpaq sahəsində qaz xətti çəkilməklə onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci istansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, cavabdeh təşkilatın nümayəndəsi qeyd edilən ərazidə qaz xəttinin çəkilməsinə razılıq alındığını bildirsə də, buna dair sübutları təqdim etməmişdir.
20. Bundan başqa digər cavabdehlərin hüquqi şəxs olmaması, iddiaya cavab verə bilməməsi barədə dəlilə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin təşkilatları cavabdeh qismində cəlb edilməsini iddia ərizəsində qeyd etmiş, onların cavabdeh qismindən çıxarılması barədə ərizə verməmişdir.
21. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 195 manat pul, eləcə də iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul müştərək qaydada cavabdehlərdən tutulmalıdır.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü maddələrinə, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 217.1, 217.4 və 384.0.1-ci maddələrə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən Cavabdeh3 İB (Vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş materialları yenidən baxılması üçün Apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi mübahisəyə yalnız mülkiyyət hüququnun prizmasından yanaşmış, mübahisəli qaz kəmərinin torpaq sahəsində inşa edilməsinə əsas olan halları araşdırmamışdır. Belə bir əsaslı tikinti qanunsuz icra oluna bilməz və şübhəsiz ki, bu tikinti i şləri aparılarkən qanunvericiliyin tələbləri nəzərə alınmış və müvafiq qurumlarla razılaşmalar aparılmışdır. İddiaçı ötən 10 il müddətində onun mülkiyyətində olan torpaq sahəsində təmir-tikinti işlərinin aparılmasında onun razılığının olmamasını və xəttinin onun torpaq sahəsindən çıxarılması ilə bağlı hansı hərəkətləri etdiyini sübuta yetirməli olduğu halda bunu etməmiş, apellyasiya instansiya məhkəməsi isə bu halı araşdırmamışdır.
25. Qaz təchizatı haqqında Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin başlanmasına azı 3 ay qalmış həmin işlərin proqram və planlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, iş əsnasında qarşıya çıxan suallara cavab vermək, işlərin təşkili və icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının (Yerli icra hakimiyyəti orqanı) sərəncamlarına uyğun hərəkət etmək podratçının vəzifəsidir. Qanunun bu müddəasından göründüyü kimi, podratçı işlərin başlanmasına 3 ay qalmış yerli icra hakimiyyəti orqanı ilə bütün məsələləri razılaşdırır. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi yerli icra hakimiyyəti qurumunu prosesə cəlb etməmişdir. Belə olan halda qaz xəttinin qanunsuz çəkilməsini sübuta yetirilmədən iddiaçının iddiası təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsi, mülki işin tədqiqatını ətraflı aparmamış olduğundan düzgün olmayan normativ hüquqi akt tətbiq etmiş, həmin sübutları səhv qiymətləndirmiş, məhz hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
26. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdı r və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29 (İİİ hissə). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
31. Maddə 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Maddə 152.5. mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqların ı pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən e dərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.
2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnam ənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütü nlüklə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyas ı kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrind ən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
51. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı və nəticə hissəsində bir sıra səhvlərə yol verərək, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğu halda, qətnamənin əsaslan dırıcı hissəsində “cavabdehin iddia tələbinin tam təmin edilməsini xahiş etməsi” kimi, qətnamənin nəticə hissəsində isə apellyasiya şikayəti vermiş Cavabdeh3 iddiaçı kimi göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, göstərilən nöqsanlar apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas olmamaqla, apellyasiya məhkəməsinin düzəliş qərardadı ilə aradan qaldırılmalıdır.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1654/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.