Məhkəmə qərarları › İş №2(102)-630/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-630/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-630/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı, əsl olmayan tərəfin əvəz edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), X5 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5558/2024 nömrəli 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və Cavabdeh bəraət verilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(102)-2268/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya ş ikayəti, onun nümayəndəsi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü dəyişdirilərək hökmün təsviri-əsaslandırıcı hissəsindən Cavabdeh Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 93500 manat maddi zərərin Cavabdeh alına raq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus, oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51000 manat təşkil edən 30000 ABŞ dolları dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilini 30000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, 27 may 2020-ci il tarixdə iddiaçının razılığı ilə oğlu İsmixan Səfərzadə tərəfindən onun adına KİA markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə iddiaçının etibarından suiistifadə etməklə ünvan 1 ünvanın qarşısında mərhum oğlu Elçin Səfərovdan 51000 manat dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət niş anlı minik avtomobilini alıb ələ keçirərək, ünvan 2 ünvanda yerləşən "Azcar” avtosalona olan borcunun əvəzinə vermişdir. Eyni niyyətlə qanunsuz əməllərini davam etdirib iddiaçıya məxsus, mərhum oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42500 manat təşkil edən 25000 ABŞ dolları dəyərində “BMW 528İ” markalı Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020-ci il tarixdə iddiaçının etibarından sui-istifadə edərək ünvan 3 ünvanda yerləşən "On brend” avtosalonun qarşısından BMW markalı 528İ modelli Az **XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini mərhum oğlu Elçin Səfərzadədən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin Səfərzadə tərəfindən h əmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili X7 milli pul vahidi ilə 28900 manat təşkil edən 17000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs olaraq ümumilikdə 93500 manat dəyərində əmlakımı ələ keçirmişdirəklə külli miqdarda ziyan vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs iddiaçıya dəyən ziyanı ödəməmişdir. Həmin hökmlə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abba sova) 3 mart 2023-cü il tarixli, 2(011)-1000/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir.

8. Məhkəmə iddiaya cavabdehdən vurulan maddi ziyana görə 93500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə əsaslı hesab edilərək 93500 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4- cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birin ci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılan zaman işin halları hərtərəfli araşdırılmamışdır. Belə ki, qətnamə qəbul edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə istinad etmiş və həmin hökmdə göstərilən halları rəhbər tutaraq, iddia tələbini təmin etmişdir. Lakin məhkəmə hökmündən apellyasiya şikayətinin verildiyini, qətnamənin qəbul olunduğu vaxt apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxıldığını, beləliklə hökmün qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır. Cavabdeh tərəfi ndən iddiaçıya hər hansı zərər vurulmamış, hər hansı borcu olmamış, bununla da pul tələb etməkdə haqlı olmamışdır. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və ona bəraət verilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) 2(103)286/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(011)-1000/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi və dəymiş maddi ziyana görə 93500 man at məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad edərkən həmin hökmdən apellyasiya şikayətinin verildiyini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxıldığını, yəni hökmün qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır. Həmin vaxt cavabdehin hökmdən vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının icraatında olmuş, yəni hökm qanuni qüvvəsini almamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-c i il tarixli hökmü ləğv edilmiş və təqsirləndirilən şəxsə bəraət verilmişdir.

14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə hadisənin baş verməsi, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 93500 manat pul ödəməsi faktı öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə edərək iddiaçıya qaytarmamaqla iddiaçıya maddi zərər vurmuş, iddiaçı isə çatmağa güman etdiyindən məhrum olmuş və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Odur ki, pul vəsaitindən məhrum olan iddiaçı cavabdehdən pul vəsaitini qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsasland ırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-286/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri mübahisəli hüquq münasibəti üzrə gəlmiş olduğu qənaət ilə qanunu səhv təfsir etmiş, nəticədə qətnamələr maddi hüquq normalarının pozuntusu ilə qəbul edilmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minməmiş hökmə istinad etmə klə həm prosessual, həm də maddi hüquq normalarını pozmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən sonda özü belə ləğv olunan hökmə istinad etməklə iddianı təmin etmişdir. İddia tələbini təmin edərkən Mülki Məcəllənin 1097.1-ci maddəsində ifadə olunan hüquq normasını tətbiq etsə də, əslində işin faktiki hallarına uyğun olaraq, həmin normanın tələbini səhv tətbiq etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törədilmədiyindən, yəni iddiaçının əmlakına hər hansı zərər vurulmadığından onun zərərin əvəzinin ödənilməsi hüququ, cavabdehin isə zərərin ödənilməsi vəzifəsi yaranmamışdır. Çünki cavabdehin delikt törədilməsi ehtimal edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2023-cüil tarixli qərarı ilə cavabdehin əməlində cinayət tərkibi olmadığından (CPM 42.1.2) bəraət verilmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün mövqeyi təhrif edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə məhkəmə ilk növbədə hazırkı tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini aydınlaşdırmalı, buna uyğun olan maddi hüquq normasına istinad etməli idi.

18. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmə hadisənin olub-olmaması və şəxsin həmin hadisəy ə aidiyyəti hissəsində məcburi olmasına istinad edərkən yenə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünü təhrif edərək təqsirləndirilən şəxsin ləğv edilmiş birinci instansiya məhkəməsinin hökmündəki ifadələrə istinad etmişdir. Bununla bağlı prosessual normanın məzmununun mütləq şərti odur ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad olunarkən qanuni qüvvəyə minmiş məhkəmə hökmündəki hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində digər işlərdə məcburidir. Appellyasiya məhkəməsi isə ləğv olunmuş hökmdəki ifadələrə istinad etməklə eyni zamanda prosessual normalarının tələblərini bu halda da pozmuşdur. Ləğv edilmiş hökmdəki hadisələr digər məhkəmə işləri üzrə məhkəmə ü çün preyudisial əhəmiyyət kəsb edə bilməz.

19. İddiaçının nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin əsassız olduğundan rədd edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-286/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsinin qanuni və əsaslı olduğundan qüvvəsində saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər - Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-286/2024 nömrəli, 14 fevral 2024cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdi r.

21. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən “Kia Stinger” markalı Az **- TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iddiaçının oğlu İsmixan Səfərzadənin, “BMW 528İ” markalı Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobili isə iddiaçının digər oğlu mərhum Elçin Səfərzadənin adına qeydiyyata alınmışdır. İddiaçı isə hər iki avtomobilin ona məxsus olduğunu bildirsə də, bununla bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. İddiaçı daha sonra göstərmişdir ki, hər iki avtomobil oğlu mərhum Elçin Səfərzadə tərəfindən cavabdehə etibarnamə əsasında verilmiş, lakin cavabdeh avtomobiləri sataraq dəyərini ödəməli olduğu halda, bu vəzifəsini yerinə yetirməmişdir. Hesab edir ki, cav abdeh ona qarşı mülki hüquq pozuntusu törətmişdir. Hazırda İddiaçı iddia qaldıraraq, dəymiş maddi zərərin əvəzinin Cavabdeh tutulmasını tələb edir.

22. Məhkəmə qeyd etmişdir ki, işdə iştirak edən tərəflər arasında müqavilə bağlanmamış, dolayısı ilə onlar arasında müqavilə münasibətləri mövcud olmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi haqqında qətnaməsini qüvvədə saxlayarkən Mülki Məcəllənin 21, 1096.1-ci və 1097.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında s əbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Apellyasiya məhkəməsi müəyyən etmiş hesab etdiyi sübutlara məcmu halında qiymət verməklə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə hadisənin baş verməsi, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 93500 manat pul ödəməsi faktı təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə edərək iddiaçıya qaytarmaqla iddiaçıya maddi zərər vurmuş, iddiaçı isə çatmağa güman etdyindən məhrum olmuş və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi icraatda (cavabdeh barəsində olan cinayət işində) müəyyən edilmiş hallarla iddiaçı ilə cavabdeh arasında hər hansı münasibətin yaranması (hər hansı şərtlərlə razılıq əldə olunması, iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə pul verilməsi, cavabdeh tərəfindən iddiaçıya zərər vurulması) müəyyən edilməmişdir. İddiaçı göstərir ki, cavabdehlə onun oğlanları arasında münasibət yaranmış hər iki oğlu tərəfindən verilən etibarnamə əsasında avtomobillər cavabdehə verilmiş, cavabdehlə danışıqları mərhum oğlu Elçin Səfərzadə aparmışdır.

23. Ali Məhkəmə qeyd etmişdir ki, pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gə lən öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Lakin göstərilən hallar cinayət işinə baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Əksinə həmin qərarda apellyasiya məhkəməsi qeyd etmişdir ki, hər iki maşın İddiaçı oğlu Səfərov Elçin tərəfindən faktiki olaraq Cavabdeh verilmiş, Feyruzla Elçin arasında avtomobil alveri ilə bağlı işbirliyi mövcud olmuş, Cavabdeh özgənin əmlakını aldatmaq və ya etibardan suiistifadə etməklə ələ keçirmək niyyəti olmamışdır. Lakin işdə bunun əksini təsdiq edən sübutların mövcud olmasına baxmayaraq apellyasiya məhkəməsi zərərin məhz cavabdeh tərəfindən iddiaçıya vurulmasını müəyyən etmişdir. Halbuki, sözügedən avtomobil üzərindəki mülkiyyət hüququ göstərildiyi kimi iddiaçıya deyil, iddiaçının övladları Elçin və İsmixan Səfərzadəyə aid olmuşdur.

24. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Odur ki, tərəflər arasında hər hansı münasibətlərin mövcudluğu, bunun nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya zərər vurulub-vurulmaması, vurulmuşdursa bunun maddi hüquqi əsasları və iddiaçı tərəfindən tələb edilməsi imkanına müvafiq hüquqi qiymət verilməli, bu hüququn söykəndiyi maddi hüquqi əsaslar və normalar göstərilməlidir. Ona görə də, qətnamə ləğv edilməklə, yuxarıda göstərilən xüsusatların araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Ali Məhkəmə Mülki kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5558/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1000/2023 saylı, 3 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi, Cavabdeh 42500 manat pulun alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 51000 manat pulun alınaraq X2 ödənilməsi qət edilmişdir.

27. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia tələbini bu qaydada göstərildiyinə, yəni “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin oğlu İsmixan Səfərzadənin, “BMW 528İ” markalı Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili isə digər oğlu mərhum Elçin Səfərzadənin adına qeydiyyata alınmasına baxmayaraq, cəmi 93500 manatın onun xeyrinə tutulması düzgün olmamışdır. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Maddə14.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual f əallıq prinsipindən tam imtina etməmişdir.

28. Belə ki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi prosessual fəallıq prinsipindən istifadə edərək iddiaçıya prosessual hüquqlarının həyata keçirilməsində köməklik etməmişdir. Çünki iddiaçının hazırkı apellyasiya baxışında təqdim etdiyi 5 fevral 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2021-ci ildə ölmüş oğlu- X4 yeganə vərəsəsi olduğundan onun miras əmlakından tam hissədə pay almışdır. İddia ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2022-ci ildə daxil olmuşdur. Demək ki, İddiaçı “BMW 528İ” markalı Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobili üzrə oğlu mərhum Elçin Səfərzadənin yeganə vərəsəsi olduğundan h azırkı iddia ilə həmin avtomobilə münasibətdə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, birinci instansiya məhkəməsi bu avtomobilə münasibətdə iddianı təmin edərkən qeyd olunan halları aydınlaşdırmalı və qənaətində bunları göstərməli idi.

29. Bundan əlavə, birinci instansiya məhkəməsi “Kia Stinger” markalı Az **-TV*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin iddiaçının digər oğlu İsmixan Səfərzadənin adına qeydə alınmasına baxmayaraq, burada da prosessual fəallıq prinsipindən istifadə edərək ona prosessual hüquqlarının həyata keçirilməsində köməklik etməmiş, yəni bu avtomobilə görə iddia tələbi üzrə iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını təklif etməmiş, razı olduğu halda buna dair müvafiq qərar qəbul etmədən iddianı hər iki avtomobilə münasibətdə birgə tə min edilməsini qət etmişdir. Əlbəttə ki, iddiaçının mənafeyinin oğlu İsmixan Səfərzadənin mənafeyi ilə üst-üstə düşməsi açıq-aşkar bəlli olmasına baxmayaraq, məhkəmə tərəfindən bu əvəz olunma məsələsi birinci instansiya məhkəməsində həll edilməli idi, ancaq məhz məhkəmənin səhvinə görə həll edilməmişdir. Hazırkı apellyasiya baxışı zamanı iddiaçıya belə bir təklif olunmuş, o da buna razı olduğundan iddianın “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hissəsində İddiaçı əsl iddiaçı İsmixan Səfərzadə ilə əvəz olunması barədə qərar qəbul olunmuşdur. Mülki prosessual qanunvericiliyin tələblərinə görə bu cür əvəzetmənin birinci instansiya məhkəməsində işə baxılan zaman mümkünlüyü göstərilsə də, həmin əvəz etmənin apellyasiya mərhələsində mümkünlüyünü qadağan edə n imperativ norma da yoxdur Üstəlik həm cinayət məhkəmə, həm də mülki məhkəmə icraatında olan məhkəmə səhvləri nəticəsində iddiaçının uzun müddət, yəni bir neçə il ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməkdə davam etməsi, gələcəkdə yeni iddia olacağı təqdirdə maddi hüquqi mənada müddətlərin keçəcəyi, eləcə də prosessual qənaət prinsipinin tələbi iddiaçını apellyasiya mərhələsində həmin hissədə əsl iddiaçı ilə əvəz olunmasını labüd və qaçılmaz edir.

30. Göstərilənlərə baxmayaraq, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məyə borcludur.

31. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə, sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

32. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüv vəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023cü il tarixli 1(103)-231/2023 saylı bəraət hökmü ilə müəyyən edilmişdir ki,... hər iki maşın İddiaçı oğlu Səfərov Elçin tərəfindən faktiki olaraq Cavabdeh verilmiş, Feyruzla Elçinin arasında avtomobil alveri ilə bağlı işbirliyi mövcud olmuş, Cavabdeh özgənin əmlakını aldatmaq və ya etibardan sui istifadə etməklə ələ keçirmək niyyəti olmamışdır... istər “Kia” markalı “Stinger” modelli, istərsə də “BMW” markalı maşınlar Feyruz tərəfindən Elçinin və onun atası Rəşidin iradəsinə uyğun olaraq özgəninkiləşdirilmiş, bundan sonra Rəşidin oğlu Elçin ilk olaraq “Kia” markalı “Stinger” modelli maşının pulu nu, daha sonra “BMW” markalı maşının pulunu dövriyyəyə buraxmaq üçün Cavabdeh vermişdir. Cavabdeh ilə X8 arasında mülki münasibətlər mövcud olmuş, Cavabdeh nə Elçinə, nə də Rəşidə qarşı dələduzluq niyyəti olmamışdır (i.v;147-148;168-169). Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə ümumi dəyəri 93500 manat olan avtomobillərin və onların özgəninkiləşdirilməsindən əldə edilən vəsaitin cavabdehə verildiyi, sonuncu isə həmin vəsaiti qaytarmayaraq iddiaçı tərəfin hesabına əsassız olaraq varlanmış, yəni bu cür varlanma sonralar aradan qalxmış əsasa söykənmişdir.

34. Apellyasiya məhkəməsi hazırkı iddianın qanuni əsası barədə də hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli 1(103)-231/ 2023 saylı bəraət hökmü ilə cavabdehin əməlində cinayət tərkibi olmadığı müəyyən edilmişdir. Başqa sözlə, cavabdeh iddiaçılara qarşı cinayət qanunu ilə nəzərdə tutulan əməlləri törətdiyi, bununla da onlara bu məhz həmin əməllər nəticəsində zərər vurduğu təsdiq olunmamışdır. Onlar arasında mülki hüquq münasibətləri olmuşdur. Demək ki, cavabdehin iddiaçılar qarşısında öhdəliyi zərər vurulması nəticəsində deyil, sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanma nəticəsində əmələ gəlməsi təsdiq olunur. Məhz buna görə də hazırkı mülki iş üzrə idianın qanuni əsasının düzgün müəyyən edilməsi üçün qeyd edilən halların aydınlaşdırılması zəruri idi. Çünki birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi zərərin vurulması normalarına istinad etmişdir. Yəni cavabdehin iddiaçıya zərər vurd uğu qənaətinə gəlmişdir. Düzdü, qətnamə çıxarılarkən cavabdehin barəsində ittiham hökmü çıxarılmışdır. Burada, məhkəmənin cavabdehin iddiaçı qarşısında zərərin vurulmasından yaranan öhdəliyin əmələ gəldiyi qənaəti açıq-aşkar əsassız görünməyə bilər. Ancaq nə qədər ki, sonradan cavabdehin əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmü çıxarılmışdır, deməli hazırkı iddianın da qanuni əsası dəyişmiş olur. Göstərilənlərə baxmayaraq, istər əsassız varlanma, istərsə də zərər vurma nəticəsində əmələ gəlsin, hər bir halda cavabdehin iddiaçılar qarşısında öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır.

35. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091. 1, 1091.2, 1092.1, 1093.1 və 1095-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə qətnamələr qəbul edilərkən, prosessual normaların kobud pozuntusuna yol verilmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsinin hakimi tərəfindən məhkəmə qətnaməsi qəbul edilərkən qüvvədə olmayan məhkəmə hökmünə istinad olunmuş, işə yenidən baxan apellyasiya məhkəməsinin hakimləri tərəfindən isə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə İddi açı subyektiv hüququnun olmaması müəyyən edilsə də, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi X3 prosessual normaya zidd olaraq iddiaçı kimi işə cəlb etmiş, eyni zamanda hazırkı iddiaçını (subyektiv hüququ olmayan) Elçin Səfərzadənin vərəsəsi kimi tanıyaraq, yenə də iddianı təmin etmişdir. Halbuki, prosessual hüquq normasına görə, əsl iddiaçının əvəz edilməsi üçün onun ərizəsi olmalı və o, məhz birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər işə cəlb olunmalıdır. Nəzərə alınmalıdır ki, işə apellyasiya instansiyasında baxılması zamanı ”işin məhkəmədə baxılmağa hazırlanması” mərhələsi olmur. b)

38. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasını n Mülki Məcəlləsi

39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazand ıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

44. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

45. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdi rilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zam anı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 41 8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətində göstərilən dəlillər iddiaya etirazda və apellyasiya şikay ətində göstərilən dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 23 iyul 2024-cü il tarixlə qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmiş, düzgün olaraq iddiaçının hazırkı tələblərini hüquqdan sui-istifadə kimi dəyərləndirmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır.

59. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən X1 iddiaçı kimi işə cəlb olunması, hazırkı iddiaçını (subyektiv hüququ olmayan) Elçin Səfərzadənin vərəsəsi kimi tanıması, bu vəziyyətdə işə baxma sının düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnən prosessual qanun pozuntusu olması barədə kassasiya şikayətinin dəlilləri əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya məhkəməsi həmin məsələyə hüquqi qiymət vermiş, prosessual qənaət prinsipinə görə bu halların yelverilən olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır və hesab edir ki, bu hallar apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

60. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassas iya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qan unvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5558/2024 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar