Məhkəmə qərarları › İş №2(102)-6307/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6307/2019

17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6307/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsin i, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin 1 saylı Bakı İnzibatiİqtisad Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən A.Məmmədov, iş 2(004)-2139/19)ərizə təmin edilməmişdir. Cavabdeh vəkili X1 Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qərardadından şikayət verərək, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işin baxılması üçün Cavabdeh ərizəsində qeyd etdi məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 mart 2019-cu il tarix li qərardadı ilə (sədrlik edən A.Məmmədov, iş 2(004)-2139/19) şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-6114/2019) Cavabdeh şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instan siya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin 1 saylı Bakı İnzibatiİqtisad Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh vəkili X1 Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qərardadından şikayət verərək, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işin baxılması üçün Cavabdeh ərizəsində qeyd etdi məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 mart 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılm ası üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddia tələbi mübahisənin məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə məhkəməyə verilmiş və iddia ərizəsi də məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur. Cavabdehin vəkilinin vəsatəti əsasında hazırki iş baxılması üçün Xəzər rayon məhkəməsindən Yasamal rayon məhkəməsinə göndərilmişdir. Lakin cavabdeh yenidən işin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərilməsi barədə ərizə vermiş və vəsatəti rədd edilmişdir. Cavabdehin vəkili isə yenidən bu qərardaddan şikayət vermişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasənişdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassa siya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar