Məhkəmə qərarları › İş №2(102)-631/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-631/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-631/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi nin 22may 2019-cu iltarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı LPO “xxxx” ASC-nin xeyrinə xxxx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 100.000 (yüz min) manat əsas borc, 16.500 ( on altı min beş yüz) manat müqavilənin müddəti bitən tarixə faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 15.373,23 (on beş min üç yüz yetmiş altı manat iyirmi üç qəpik) borcu, 180 (bir yüz səksən) manat cərimə borcu olmaqla, cəmi 132.056,23 ( bir yüz otuz iki min əlli altı manat 23 qəpik) məbləğində pul vəsaitinin tutulması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) iddiaçı tərəfindən verilmiş ape llyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22may 2019-cu iltarixli qətnaməsi qismən, dəbbə puluna aid hissədə dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə 1800 (min səkkiz yüz) manat cərimə tutulmuş, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkə məsinin MK-nın 22 sentyabr 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xxxx2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə olan 100000 manat məbləğində əsas borcun, 27511.11 manat müqavilənin müddəti bitən tarixə (18 sentyabr 2016-cı il) faiz borcunun, 24 dekabr 2014-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 15376.23 manat borcun, 18133.25 manat cərimə borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub «xxxx» ASC– nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə m übahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən cavabdehlə «xxxx» ASC arasında bağlanmış xxxx2014-cü il tarixli kredit müqaviləsi ilə, «xxxx» ASC Cavabdeh 12 ay müddətində, illik 16 faiz olmaqla 100000 manat məbləğində kredit verməsini öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarında olan 02 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xxxx2014- cü il tarixli kredit müqaviləsi üzrə 30 aprel 2019-cu il tarixinə yar anmış müqavilə üzrə əsas borc 100000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 27511.11 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 15376.23 manat, 18133.25 manat cərimə borcu təşkil edir. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 05 dekabr 2017-ci il tarixinə «xxxx» ASC-yə olan borcu 116500 manat müəyyən edilir, o cümlədən 05 dekabr 2017-ci il tarixə əsas borcu üzrə 100000 manat, faiz borcu üzrə 16500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə ald ıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin halları ilə müəyyən olunur ki, cavabdehlə bank arasında bağlanmış xxxx2014cü il tarixində «xxxx» ASC Cavabd eh 12 ay müddətində, illik 16 faiz olmaqla 100000 manat məbləğində kredit vermişdir, cavabdeh tərəfindən öhdəlikləri lazımi qaydada icra edilmədiyindən onun iddiaçıya yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsas borc və faiz borcuna aid hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası qeyd edir ki, tələb olunan cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan və birinci instansiya məhkəməsi tərəfindən cərimə borcun məbləğinə proporsional şəkildə azaldılmadığından, apelly asiya instnsiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə dəyişdirərək, cəriməni əsas borca adekvat şəkildə olmaqla 1800 manat müəyyən etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar