Məhkəmə qərarları › İş №2(102)-631/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-631/2021

08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-631/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifdə edilmiş qaza görə haqqın tutulması) 08.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1179/2020 nömrəli iş üzrə x xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə i şə x xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı Cavabdeh arasında təbii qazdan istifadəyə görə tərəflər arasında öhdəlikləri və vəzifələri, istifadə şərtlərini müəyyən edən xx.xx.2018-ci il tarixli AK2/34340 saylı qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. İstifadə olunmuş təbii qaza görə İddiaçı İB-nin işçiləri tərəfindən Cavabdeh 3326.70 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 3326,70 manat məbləğində dəymiş ziya nın, habelə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutulmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satış Departamentində qeydiyyatda olmaqla xx.xx.2018-ci il tarixli, AK2/34340 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana “İddiaçı” İB-nin tərəfindən **********00010 nömrəli kod verilmişdir. Fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1702AZ**********65 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı İB-nin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçiri lərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli №096052 saylı akt əsasında 226,80 manat, xx.xx.2018-ci il tarixli №0154004 saylı akt əsasında 1399.80 manat, xx.xx.2018-ci il tarixli № ******* saylı akt əsasında 345.60 manat, xx.xx.2018-ci il tarixli № ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli № ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli №0184189 akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli №0189278 saylı akt əsasında 64,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxxxxx 2019-cu i l tarixli ******* saylı akt əsasında 100.80 manat və xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 162 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 162 manat, xx xxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat olmaqla, cəmi 3067,20 manat İddiaçı İB-yə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyatına - istifadə olunmuş təbii qaza görə uyğun olaraq 3067,20 manat məbləğində ziyan hesablanmışdır. Bundan əlavə olaraq cavabdehin 259, 50 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdeh onunla bağlanmış "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hazırda Cavabdeh təbii qazdan istifadəyə görə 3326,70 manat borcu qalmaqdadır. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı "Qazdan istifadə Qaydalan"nın tələblərinə əməl etməlidir.

5. Məhkəmə ünvan 1 ünvanında yerli baxışda olmuş və müəyyən edilmişdir ki, mübahisə edilən ünvanda yeni 1702AZ**********5 nömrəli qaz sayğacı quraşdırılmış və onun göstəricisi 11 kub metrdir. Müvafiq aktların tərtib edilməsində iştirak etmiş mühəndis Səməndər Məmmədov bildirmişdir ki, Cavabdeh yaşadığı 66 saylı ev üçün quraşdırılmış 1702AZ**********65 nöm rəli yeni sayğac işlək vəziyyətdədir və üzərində 11 kub metr kredit verilmiş göstəricisi də vardı, lakin cavabdeh həmin qaz sayğacı quraşdırılmasına baxmayaraq, borcu olduğuna görə ona istifadə kartı verilmədiyindən sayğac aktivləşdirilməmişdir.

6. Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(077)-130/2019 saylı qətnaməsi ilə (hakim A.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh 340 manat məbləğində dəymiş ziyan və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq “İddiaçı” İstehsalat Birliyinin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdehin təbii qazdan sayğacdan kənar istifadə etməsi faktı təsdiq olunsa da, sayğaca müdaxilə faktı müəyyən olunmur. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 3326.70 m anat məbləğində ziyan vurduğunu göstərsə də, 2018-ci ilin aprel ayından 2019-cu ilin avqust ayınadək istifadə etdiyi PQ4, QRP və su qızdırıcısına görə istehlak olunmuş təbii qazın hansı meyarlarla hesablanaraq bu qədər məbləğ təşkil etməsini sübuta yetirə bilməmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək həmin dövr üçün əvvəlki illərdə istehlak etdiyi qaza uyğun ödəmə aparmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab etmişdir ki, cavabdehdən tələb olunan müddət üçün vurulmuş ziyan onun əvvəlki illər üçün orta hesabla ödədiyi məbləğdə hesablanmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 442, 425, 448-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borcların silinməsi tədbirləri” barədə xx.x x.2009-cu il tarixli 207 saylı Fərmanının 3-cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması” haqqında Fərmanının 9-cu bəndinə istinad edərək əsaslandırmışdır.

9. İddiaçı İB-nin nümayəndəsi X3 apelyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(077)-130/2019 saylı qətnaməsinin təmin edilməmiş hissədə ləğv edilib, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən və məruzəçi hakim S.A.Qafari, hakimlər T.Q.Məmmədov və Ş.R.Abasov) xx xxxxxx 2020-ci il tarixli 2(105)-1179/2020 sayl ı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(077)-130/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə bağlı tərtib edilən birinci aktla (xx.xx.2016-cı il) sonuncu akt (xx.xx.2019-cu il) arasında 3 il 6 ay vaxt keçmişdir. Belə olan halda bu müddət ərzində cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi inandırıcı görünmür. Bu baxımdan xx.xx.2016-cı il tarixdə tərtib olunan ilk aktdan sonra tərtib edilən digər aktların cavabdehin təbii qazdan qanunsuz istifadə etməsinin sübutu kimi qiymətləndirilməməlidir. İş materiall arında olan fotoşəkillər cavabdehin 2016-cı ilin fevral ayından başlayaraq təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsini, fotoşəkillərdə göstərilən qaz xəttinin məhz cavabdehə məxsus evə gedən qaz xətti olduğunu müəyyən etmək mümkün deyildir.

12. İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının x xxxxxx 2020-ci il tarixli 2(105)- 1179/2020 saylı qətnaməsinin ləğv edilməsinə, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şik ayətinin dəlilləri

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin faktiki, həqiqi hallarını, tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 2(105)-1179/2020 saylı qətnamədə, tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normaları (Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 386, 442, 443.1, 448.2, 1096, 1097.1-ci maddələri eləcə də, Qaz təchizatı haqqında Qanunun 6.2, 20 və 22-ci maddələri) ümumiyyətlə tədb iq edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxan hakim iş materiallarını düzgün tədqiq etmədiyindən unutmuşdur ki, iş üzrə cavabdehin 2016-cı il tarixindən 08/2019-cu il tarixinə kimi təbii qazdan sayğacdan kənar qanunsuz istifadə etməsi faktı toplanmış sübutlarla Şuşa Rayon Məhkəməsində təsdiq edilmişdir. Bununla belə, cavabdeh barəsində 2016-cı il üçün tərtib edilmiş ilk akt üzrə 100 manat, 04/2018-ci il tarixindən 08/2019-cu il tarixinə kimi tərtib edilmiş digər aktlar üzrə isə ümumilikdə 240 manat (120+120) məbləğində dəymiş ziyan təmin edilmişdir. Şuşa Rayon Məhkəməsi tərəfindən təsdiq edilmiş fakt Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafari özü də bilmədən təkzib etmiş, lakin qətnaməni dəyişdirmədən saxlamışdır.

14. Kassasiya şikayəti, həmçinin onunla əsaslandı rılmışdır ki, Şuşa Rayon Məhkəməsi tərəfindən müvafiq iş üzrə İddiaçı İB-nın iddia tələbi qismən təmin edilərkən, cavabdehdən tələb olunan müddət üçün İddiaçı İB-yə vurulmuş ziyan hesablanarkən ziyanın həcmi əvvəlki illər üçün orta hesab məbləği əsas götürülmüşdür. Lakin məhkəmə tərəfindən orta hesab məbləği də əsas götürülərkən, aşağı instansiya məhkəməsi mexaniki və smart qaz sayğacı üçün təbii qazın dəyərinin ödənilməsi barədə SALDO-lara istinad etməmişdir. Belə ki, Şuşa Rayon Məhkəməsi cavabdeh tərəfindən tək 2019-cu ilin yanvar- aprel ayları üçün iddiaçıya vurulmuş ziyanı hər 4 ay üçün 20 manatdan hesablayarkən mexaniki qaz sayğacı üzrə SALDO-ya diqqət etsəydi, o zaman müəyyən edərdi ki, cavabdeh tərəfindən 1 il öncə üçün, yəni tək 2018-ci ilin yanvar-aprel ayları üçün cavabdeh tərəfi ndən ödənilmiş məbləğ hər 4 ay üzrə 50 manatın üzərində olmuşdur.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının x xxxxxx 2020-ci il tarixli 2(105)-1179/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 386 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

23. Bənd 6.5 Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zə rərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

24. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

25. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların“6.1.2-ci və 6.1.7-ci yarımbəndləri“istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

26. Maddə 6.2 Bilərəkdən (qəsdən) və“ya səhlənkarlıq nəticəsində“qaz qurğularına ziyan vuran və“ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilə n“şəxs, qaz qurğusu sahibinə“dəymiş“ziyana görə“məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Maddə 106.3 Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

34. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

36. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§33).

38. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§34).

39. Qanu nun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§33). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. İş üzrə İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyasının mövqey i ondan ibarətdir ki, apelyasiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən – iddianın təmin olunmamış hissəsində dəyişdirmədən saxlayarkən iş üzrə sübutları düzgün qiymətləndirməmişdir.

42. Baxılan iş üzrə iddia tələbi cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində vurulduğu iddia olunan zərərin ödənilməsi ilə bağlı olduğundan sübut qismində iddiaçı öz əməkdaşları tərəfindən tərtib olunmuş aktları təqdim etmişdir.

43. Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə cavabdehin təbii qazdan qeyriqanuni istifadə etməsi ilə bağlı tərtib edilən xx.xx.20 16-cı il tarixli birinci aktla xx.xx.2019cu il tarixli sonuncu akt arasındakı müddət ərzində cavabdehin təbii qazdan qanunsuz istifadə etməsini inandırıcı qəbul etməmiş, tərtib olunan ilk aktdan sonra tərtib edilən digər aktların cavabdehin təbii qazdan qanunsuz istifadə etməsinin sübutu kimi qiymətləndirməmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi birinci aktla sonuncu akt arasındakı müddət ərzində cavabdehin təbii qazdan qanunsuz istifadə etməsini inandırıcı qəbul etməməsinin səbəblərini əsaslandırmamış, Cavabdeh birinci instansiya məhkəməsində “qaz sayğacı işləmədiyindən məcburiyyət qarşısında qalaraq qaz xəttinə qanunsuz qoşulması və istifadə etməsi” barədə verdiyi izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirməmiş və nəzərə almam ışdır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehdən tələb olunan müddət üçün İddiaçı İB-yə vurulmuş ziyan hesablanarkən ziyanın həcmi əvvəlki illər üçün orta hesab məbləği əsas götürülmüşdür. Lakin məhkəmə tərəfindən orta hesab məbləği də əsas götürülərkən, aşağı instansiya məhkəməsi mexaniki və smart qaz sayğacı üçün təbii qazın dəyərinin ödənilməsi barədə SALDO-lara qiymət verməmiş, digər sübutlarla yanaşı yoxlayarkən nəzərə almamışdır. Halbuki, MPM-in 88-ci maddəsi məhkəmənin üzərinə işdə olan bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaq, bundan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək öhdəliyi qoyur. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyə n edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

47. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxı şına qaytarılmalıdır.

48. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1179/2020 nömrəli iş üzrə x xxxxxx 2020-ci il tarixli q ətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar