Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6328/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: notariusun icra qeydinə əsasən hesablanmış borcun mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5864/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 ASC-nin Yasamal Filialı ilə İddiaçı1 arasında bağlanmış BPM**********32 nömrəli, 10 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı illik 24 faizlə, 50 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. İddiaçı1 həmin müqavilə üzrə aylıq ödənişləri edə bilməmişdir. Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh1 ASC-nin xeyrinə İddiaçı1 vaxtında ödənilməmiş 19181,76 manat borcun tutulması barədə 19.08.2020-ci il tarixli, 8İ79334 saylı icra qeydi verilmişdir. 20.08.2020-ci il tarixli q ərara əsasən Səbail Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən Bakı şəhəri 1 saylı Notariat Ofisinin 20.08.2020-ci il tarixli, 79334 №-li icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 20.08.2020-ci il tarixli bildirişlə borclu İddiaçı1 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi və Cavabdeh1 ASC-nin Yasamal filialı ilə aralarında bağlanmış BPM**********32 nömrəli, 10.08.2018-ci i l tarixli kredit müqaviləsi ilə qeyri-dəqiq hesablanmış ziddiyyətli faiz borcunun və dəbbə pulunun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, (iddia tələbi birinci iddiaçının adından əsaslandırılmışdır) Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinə əsasən tələb olunan 19201,76 manat məbləğ cavabdeh Bank tərəfindən öz maraqlarını nəzərə almaqla hesablanmışdır. İddiaçı barəsində Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinin verildiyini 27.08.2020-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsindən aldığı məktub əsasında məlumatlı olmuşdur. Belə ki, cavabdeh bankla onun arasında bağlanmış müqavilənin 1 saylı əlavəsinə əsasən 10.09.2018-10.11.2018-ci il dövründə ayda 400 manat, 10.12.2018-10.12.2019-cu il dövründə isə 661 manat vəsait banka ödəmişdir. Əlavə olaraq iddiaçı pandemiya dövründə 300 manat vəsaiti ödəmişdir. Ümumi olaraq Banka ödənilmiş məbləğ 15 ay ərzində (3 x 400 manat=1200, 12 x 66l manat=7932, əlavə 300 manat) cəmi 9432 manat təşkil edir. Nəzərə alınsa ki, 15 ay ərzində ödənilmiş məbləğin müəyyən hissəsi əsas borca, digər hissəsi isə faiz borcuna silindiyi üçün iddiaçının cavabdehə olan borcu təxminən 15000 manat olmalıdır. Lakin Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinə əsasən 19201,76 manat məbləği iddiaçıdan tutularaq cavabdehə ödənilməsi tələb olunur. Belə ki, rəqəmlər arasında olan ziddiyyət Bank tərəfindən ö z maraqlarını nəzərə alaraq hesablanmış və həqiqətə uyğun deyildir. Borclu kimi iddiaçının maraqlarına toxunan Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra sənədi bu qaydada icra edilə bilməz və onun icrası məcburi dayandırılmalıdır. Beləliklə, iddiaçının kredit ödənişinin gecikdirilməsinin əsas səbəbi onun həmin müddət ərzində işdən azad olunduğu dövrə təsadüf etdiyindən, həmçinin işə düzələ bilməməyinin əsas səbəbi dünyaya yayılmış pandemiyanın ölkədə də ağır nəticələrə səbəb olması və Respublikada xüsusi karantin rejiminin tətbiq olunması nəticəsində yaranmışdır. İddiaçı cavabdehlə aralarında bağlanmış BPM**********32 nömrəli, 10.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən olunmuş aylıq ödənişini hal-hazırda ödəmək iqtidarı ndadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5363 saylı, 02 fevral 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən İddiaçı1 11.08.2020-ci il tarixə banka olan əsas və faiz borcu 19167,40 manat - əsas borc üzrə 16497,80 manat, faiz borcu üzrə 2669,60 manat məbləğində olması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-612/21 nömrəli mülki iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 Bank tərəfindən onun borcunun düzgün hesablanmamasını bildirsə də, həmin hal təsdiq edən məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Əksinə, həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının Banka əsas borc üzrə 16497,80 manat, faiz borcu üzrə 2669,60 manat məbləğində borcu mövcuddur. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc münasibətlərinin əsasını İddiaçı1 ilə Cavabdeh1 ASC arasında bağlanmış müqavilə təşkil etdiyindən, 20.08.2020-ci il tarixli, 79334 №-li icra sənədi İddiaçı1 tərəfindən borc vaxtında ödənilmədiyi üçün verildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. Belə ki, cavabdeh bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş İddiaçı1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək borcunu vaxtında ödəməmiş və 1 saylı Notariat Kontoru tərəfindən vaxtında ödənilməmiş 19181,76 manat borcun tutulması məqsədilə 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçılar borcun ödənilməməsini ölkədə tətbiq edilmiş pandemiya şəariti ilə əlaqəli olduğunu, həmin səbəbdən işləyə bilməməsini əsas gətirərək şəraitin əh əmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməli oğduğunu qeyd etsələr də, apellyasiya şikayətinin bu dəlilləri formal mülahizələrə əsaslanmış, qeyd edilən hallar kredit müqaviləsi üzrə tərəflərin üzəzrinə götürdükləri öhdəliklərin icra edilməsindən azad edilməsi və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərind ən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən İddiaçı1 qətnaməni tam mübahisələndirdi yindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılm ası ilə razılaşır. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5864/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.