Məhkəmə qərarları › İş №2(102)-6331/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-6331/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6331/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X1, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)6546/2020 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Rəhimli) xx.xx.2020-ci il tarixli, 2(011)-3423/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “icra q eydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən 8i-4325 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2019-cu il tarixli icra qeydinin ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov, A.İmanov, V.Sadıqov) xx.xx.2020-ci il tarixli, 2(103)-6546/2020 nömrəli qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizə si ilə məhkəməyə müraciət edərək,, Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən 8i4325 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2019-cu il tarixli icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh ASC-nin vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışdır ki, 36 saylı Notariat ofisi “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əməl etmişdir. Tərəf icra qeydinin aparılacağından vaxtında xəbərdar olunmuş və 20 gün müddətində banka və ya notariat ofisinə narazılığını bildirməmişdir. Məhz həmin ərəfədə mübahisə yaranmadığından və notariusda mübahisə barədə hər hansı məlumat olmadığından icra qeydi aparılmışdır. Sonradan məhkəmə qaydasın da icra qeydinin mübahisələndirilməsi digər əsaslar olmadıqda, öz-özlüyündə icra qeydinin ləğvinə əsas ola bilməz. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6546/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh ASC-nin vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərb aycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından da göründüyü kimi, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılan RD/87564/6 nömrəli müqaviləyə əsasən Bakı şəhəri 36 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli icra qeydi çıxarılmışdır. Həmin icra qeydi əsasında Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi ndə icra sənədi üzrə icraata başlamışdır. İddiaçı isə həmin icra qeydində göstərilən borc məbləğinin 5162,08 manatdan az olmasını bildirərək, həmin icra qeydini ləğv edilməsinin xahiş etmişdir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmi ş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Apelyasiya kollegiyası qeyd etmişdir ki, icra qeydinin verilməsinə əsas olmuş borcun mövcudluğu iddiaçı tərəfindən mübahisələndirildiyindən, icra qeydi isə qanunun tələbinə görə yalnız mübahisə olmadığı halda çıxarılmalı olduğundan, iddiaçı isə hal-hazırda bununla bağlı müstəqil iddia qaldırdığından iddianı təmin etməkdə bi rinci instansiya məhkəməsi haqlı olmuşdur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya yoxlaması zamanı da müəyyən edilir ki, iddiaçı icra qeydi üzrə tələb edilən borc məbləğini mübahisələndirmişdir. İcra qeydi isə mübahisə olmadığı halda aparılmalıdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6546/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar