Məhkəmə qərarları › İş №2(102)-6335/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-6335/2022

22.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6335/2022 22.11.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)935/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “həyət qapısının məcburi bağlanması və ödənilmiş dövlət rüsumunun geri qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin həyətyanı sahəsi ilə onun həyətyanı sahəsi arasında açılmış 2 gedi şli qapının bağlanmasına və ödənilmiş dövlət rüsumunun onun xeyrinə cavabdehdən alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Zərdab Rayon Məhkəməsinin 02 iyul 2022-ci il tarixli 2(035)-336/2022 saylı qərardadına əsasən mülki işin icraatına xitam verilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli, 2(035)-37/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti də Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(107)-358/2022 saylı qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş şikayət Zərdab Rayon Məhkəməsinin 2 2 iyun 2022-ci il tarixli 2(035)-336/2022 saylı qərardadına əsasən təmin edilməmiş və mülki iş baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2(107)-935/2022 saylı qərardadına əsasən iddiaçının şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin həmin qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən Şəki Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(107)-935/2022 saylı qərardadına əsasən geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı tərəfindən yenidən verilmiş kassasiya şika yəti Şəki Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(107)-935/2022 saylı qərardadına əsasən geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(107)-935/2022 saylı qərardadına əsasən İddiaçı ərizəsi təmin edilmiş və o dövlət büdcəsi hesabına vəkillə təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən həmin məhkəmənin 19 iyul 2022-ci il tarixli 2(107)-935/2022 saylı qərardadından verilmiş kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 407-408-ci maddələrinə uyğun hesab edilməsi, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi və baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti üzrə dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilmədiyindən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iddia üzrə kassasiya şikayəti verilərkən qanunla nəzərdə tutulmuş 50 manat dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. Həmin Məc əllənin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiy a şikayətin verilməsi qaydalarına riayət olunubolunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı, onun nümayəndəsi Nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəmənin 19 iyul 2022-ci il tarixli 2(107)935/2022 saylı qərardadından verilmiş kassasiya şikayəti icraata qəbul edilmədən imtina edilsin və mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar