Məhkəmə qərarları › İş №2(102)-634/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-634/2019

04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-634/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-634/2019 Bakı şəhəri 04 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı-nin nümayəndəsi X1 və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.08.2018-ci il tarixli, 2(103)982/2018 nömrəli qətnaməsindən Ləğv Prosesində olan İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN E TDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim E.Kazımov) 20.06.2017-ci il tarixli, 2(008)-47/2017 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh3-nə, Cavabdeh1 və Cavabdeh2 qarşı“16.12.2010-cu il tarixdə bağlanmış ******* saylı kredit xətti müqaviləsi üzrə yaranmış borcun (əsas məbləğin və hesablanmış faizin) ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi”tələbinə dair iddiası qismən təmin edilərək,Cavabdeh3-dən 1.450.000 manat əsas, 598.125 manat faiz və 1000 manat cərimə borcu olmaqla, cəmi 2.049.125 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq Ləğv prosesində olan İddiaçı-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh3-dən alınaraq AZ. MEM VÖEN ********** AZ******************** X2, KOD ******* VÖE N ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: ******; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, M.Məmmədov, E.Nağıyeva) 15.08.2018-ci il tarixli qətnaməsi ilə Ləğv Prosesində olan İddiaçı-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20.06.2017-ci il tarixli, 2(008)-47/2017 nömrəli qətnaməsinin qismən - əldən çıxmış faydanın təmin edilməməsi, cəmi borc məbləğinin müəyyən edilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissələ rdə qismən təmin edilməsi, Cavabdeh3-dən Ləğv Prosesində olan İddiaçı-nin xeyrinə 177020.8 manat məbləğində əldən çıxmış fayda, cəmi 2226145.8 (iki milyon iki yüz iyirmi altı min yüz qırx beş manat səksən qəpik) manatın tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh3-dən alınaraq AZ. MEM VÖEN ********** AZ41NABZ******************** X2, KOD ******* VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: ******; Büdcə səviyyəsinin kodu: 3 hesabına keçirilməsi qət edilmişdir. Ləğv Prosesində olan İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.08.2018-ci il tarixli qətnaməsindən kassa siya şikayəti vermişdir. İşin halları: İddiaçı-nin cavabdehlər Cavabdeh3-nə, Cavabdeh1 və Cavabdeh2 qarşı“16.12.2010-cu il tarixdə bağlanmış ******* saylı kredit xətti müqaviləsi üzrə yaranmış borcun (əsas məbləğin və hesablanmış faizin) ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi”tələbinə dair iddia ərizəsi ilə 11.11.2014-cü il tarixdə məhkəməyə müraciət edərək, 16 dekabr 2010-cu il tarixdə bağlanmış *********** saylı kredit xətti müqaviləsi üzrə yaranmış ******* manat məbləğində əsas borc, 545200 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, cəmi ******* manat məbləğində borc və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3-dən tutulması, tutmanın 16 dekabr 2010-cu il tarixli********* saylı girov müqaviləsinə əsasən Cavabdeh2 məxsu s Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri ******************* küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr, 60 kv.metr həcmində olan 4 qeyri- yaşayış sahəsinə olan sahiblik hüquqlarına və 28 dekabr 2010-cu il tarixli *********** girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı ildə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri ************** küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr həcmində 10 qeyriyaşayış sahəsinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyriyaşayış sahələri satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3-dən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 16 dekabr 2010-cu il tarixdə bağlanmış****** saylı kredit xətti müqaviləsi üzrə yaranmış ******* manat məbləğində əsas borc, 598125 manat kredit müqaviləsi üzrə ödəniş müddətində hesablanmış faiz borcu, 158775 manat məbləği ndə əldən çıxmış fayda, 652500 manat hər gecikdirilmiş günə görə hesablanmış penya, cəmi - 2 859 430 manat məbləğində borc və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3-dən tutulması, tutmanın 16 dekabr 2010-cu il tarixli ******* saylı girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri *********** küçələri arasındakı 610-cu məhəllə, 2ci binanın, 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr, 60 kv.metr həcmində olan 4 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqlarına və 28 dekabr 2010-cu il tarixli *********** girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli K ağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı ildə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri *********** küçələri arasındakı 610-cu məhəllə, 2ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr olan 10 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyri-yaşayış sahələri satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3dən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan Ləğv prosesində ol an İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 dekabr 2010-cu il tarixdə bağlanmış ********* saylı kredit xətti müqaviləsi üzrə yaranmış 1 450 000 manat məbləğində əsas borc, 598125 manat kredit müqaviləsi üzrə ödəniş müddətində hesablanmış faiz borcu, 638000 manat məbləğində əldən çıxmış fayda, 652 500 manat hər gecikdirilmiş günə görə hesablanmış penya, cəmi - 3 338 000 manat məbləğində borc və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətindən Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tutmanın 16 dekabr 2010-cu il tarixli ****** saylı girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövl ət Komitəsi tərəfindən 24 iyul 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri *********** küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 1ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr həcmində olan 4 qeyri - yaşayış sahəsinə olan sahiblik hüquqlarına və 28 dekabr 2010-cu il tarixli ****** girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı ildə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri *********** küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr həcmində 10 qeyriyaşayış s ahəsinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyri – yaşayış sahələri satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3-dən tutularaq Ləğv prosesində olan İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassator Ləğv prosesində olan İddiaçı-nin vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, bank 598125 manat məbləğində faiz borcunu kredit müddəti (16.12.2010-cu ildən 16.12.2014-cü ilədək olan 48 ay) üçün tələb etmişdir. 17.12.2014-cü ildən (kredit müddətinin bitdiyi tarixdən) 25.05.2017-ci ilədək (iddia ərizəsinin verildiyi və tələbin artırıldığı tarixədək) olan dövrə görə bank əldən çıxmış fayda kimi 638000 manat tələb etmişdir. Bank həmin məbləği illik 18% dərəcəsi ilə (kredit müqaviləsində göstərilən faiz dərəcəsi ilə) hesablamışdır. Lakin apelyasiya insitansiya məhkəməsi əsassız şəkildə əldən çıxmış fayda məbləğini azaltmışdır. Həmçinin qətnamə qəbul edilərkən cərimə borcunun müəyyən edilməsi hissəsində maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cərimə məbləğini ağlabatan həddə deyil, əsassız olaraq həddindən artıq azaltmışdır. Məhkəmə, iddia tələbinin tutmanın qeyri-yaşayış sahələrinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi hissəsini 3 halı əsas gətirməklə təmin etməmişdır. Məhkəmənin bu hissədə gəldiyi nəticədən belə başa düşülür ki, Əlavə Razılaşmaya əsasən kredit müqaviləsinin müddəti girovqoyanların razılığı olmadan artırıldığından girov müqaviləsi həmin tarixdən qüvvəsini itirmiş və ya xitam verilmişdir. Lakin girovla (ipoteka ilə) təmin edilmiş öhdəliyin xitamı məhkəmənin gəldiyi qənaətlə heç bir mənada öz əksini tapmır. Məhkəmə qeyd etmişdir ki, kredit müddətinin uzadılması girovqoyan cavabdehlərin hüquqlarını pozmuşdur. Lakin bu mövqe əsassızdır. Belə ki, kredit müqaviləsinin yalnız müddəti artmışdır və bu müddətin artması girovqoyan cavabdehlər üçün heç bir əlavə öhdəlik yaratmamışdır. Ona görə də girov müqavilələrinin yenilənməsinə ehtiyac yox idi. Məhkəmə öz mövqeyini belə girovqoyanlar girov qoyduqları vaxt girov riskini 2012-ci ilədək yaranmış öhdəliklərə görə müəyyən ediblər. 201-4cü ilədək yaranmış öhdəliyə görə girovqoyanlar məsuliyyət daşıya bilməz. Məhkəmənin mövqeyindən belə çıxır ki, 2012-ci ilədək yaranan öhdəliklərə görə girovqoyanlar məsuliyyət daşıyırlar. 2014-cü ildə olan öhdəliyə görə məsuliyyət daşımırlar. O zaman məhkəmə qərar qəbul etməli idi ki, 2012-ci ilədək yaranan məbləğ girov qoyulmuş əmlaka yönəldilsin., 2012-ci ildən sonra yaranmış öhdəliklər isə ümumi qaydada icra olunaraq Cavabdeh3 ASC-dən alınaraq iddiaçıya ödənilsin. Lakin məhkəmənin tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələbi ümumilikdə təmin etməməsi qanunsuz və əsassız olmuş, tələbin girova yönəldilməsi ilə bağlı iddiaçının hüquqların a təminat verən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə girov müqaviləsinin bağlanma tarixini, Əlavə razılaşmaya əsasən kredit müqaviləsinin uzadılması tarixini və məhkəməyə müraciəıt edilmə tarixin düzgün nəzərə almamış, nəticədə Azərbaycan Respublikasının MM-nin 303.2-ci maddəsinə düzgün olmadan istinad etmiş və yalnış qərar qəbul etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxs lər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh3 ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv Prosesində olan İddiaçı-nin vəkili Sadıqova Zibeydə Söhbət qızı kassasiya şikayətini müdafiə edərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,“İddiaçı" ASC tərəfindən Cavabdeh3-yə dövriyyə vəsaiti kimi istifadə məqsədilə 18 ay müddətinə ödəmək şərti ilə illik 36 % hesablanmaqla ******* manat kredit verilmiş, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 16 dekabr 2010-cu il tarixli *********** s aylı kredit xətti müqaviləsinə 14 dekabr 2012-ci il tarixli Əlavə Razılaşmadan görünür ki, həmin Razılaşmaya əsasən 16 dekabr 2010-cu il tarixli ******* saylı kredit xətti müqaviləsinin 2.3-cü bəndinə dəyişiklik edilərək kreditdən istifadə müddəti 24 ay, yəni 16 dekabr 2014-cü ilədək uzadılmışdır. Razılaşmanın 2-ci bəndinə əsasən 16 dekabr 2010-cu il tarixli *********** saylı ipoteka müqaviləsi üzrə yüklü edilmiş qeyri - yaşayış sahələri də artırılmış müddət ərzində də həmin müqavilənin 2.2-ci bəndinə əsasən 16 dekabr 2010-cu il tarixli *********** saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı hesab edilmiş, həmçinin tərəflərin münasibətlərini tənzimləyən digər şərtlərin də kredit və ipoteka müqaviləsi ilə təyin edilməsi qərara alınmışdır. Bundan əlavə, İddiaçı ilə Cavabdeh2 a rasında bağlanmış 16 dekabr 2010-cu il tarixli *******/G saylı girov müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 16.12.2010-cu il tarixli *********** nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri *********** küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr həcmində olan, 4 qeyriyaşayış sahəsinə olan sahiblik hüquqları bank qarşısında yüklü edilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən girov qoyulan hüquqların ümumi bazar dəyəri 668000 manat təşkil etmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağl anmış 28 dekabr 2010-cu il tarixli *********** saylı girov müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 16.12.2010-cu il tarixli ****** nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı ildə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri *********** küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 kv.metr, 52,48 kv.metr həcmində olan 10 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqları bank qarşısında yüklü edilmişdir. Müqavilənin 4.2-ci bəndinəəsasən girov qoyulan hüquqların ümumi bazar dəyəri ****** * manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 14.03.2011-ci il tarixdə qeydiyyata alınmış, *********** nömrəli “Bütün qiymətli kağızların girovunun rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus “xxxx” MMC-nin MS seriyalı ********, ********, ********, ******** saylı 5 ədəd mənzil sertifikatları 28.12.2010-cu il tarixli ********* Girov müqaviləsi üzrə 16 dekabr 2012-ci il tarixədək yüklü edilmişdir. İş materiallarında olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 14.03.2011ci il tarixdə verilmiş *********** nömrəli “Bütün qiymətli kağızların girovunun rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus “xxxx” MMC-nin MS seriyalı ********, ********, ********, ****** **, ********, ********, ********, ********, ********, ******** saylı 10 ədəd mənzil sertifikatları 28.12.2010-cu il tarixli *********** Girov müqaviləsi üzrə 16 dekabr 2012-ci il tarixədək yüklü edilmişdir. İş materiallarında olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 25.09.2014cü il tarixdə verilmiş *********** nömrəli məktubun surətindən görünür ki, Cavabdeh3 tərəfindən 16.12.2010-cu il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə borc tam icra edilmədiyinə görə 14.03.2011-ci il tarixdə *********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınmış, 28.12.2010-cu il tarixli *********** Girov müqaviləsi üzrə girov hüququna əsasən X3 məxsus “xxxx” MMC-nin MS seriyalı ********, ********, ********, ********, ******** saylı 5 ədəd mənzil sertifikatlarına tutmanın yönəldilməsi haqqı nda bildirişlər “Bütün qiymətli kağızların girovunun rəsmi reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 26.09.2014-cü il tarixdə verilmiş 06-853 nömrəli məktubun surətindən görünür ki, “Cavabdeh3’’ MMC tərəfindən 16.12.2010-cu il tarixli *********** nömrəli kredit müqaviləsi üzrə borc tam icra edilmədiyinə görə 14.03.2011 -ci il tarixdə *********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış 28.12.2010-cu il tarixli *********** Girov müqaviləsi üzrə girov hüququna əsasən Cavabdeh1 məxsus “xxxx” MMC-nin MS seriyalı ********, ********, ********, ********, ******** saylı 5 ədəd mənzil sertifikatlarına tutmanın yönəldilməsi haqqında bildirişlər “Bütün qiymətli kağızların girovunun rəsmi reyestrində” qeydə alınmışdır. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının 23.11.2015-ci i tarixli 16800 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 16.12.2010-cu il tarixli *********** saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh3-yə İddiaçı tərəfindən verilmiş ******* manat əsas kredit borcu məbləğinə hesablanmış borc, 438970 manat məbləğində faiz borcundan ödənişlər çıxılmaqla faizləri düzgün hesablanaraq, 16.12.2012-ci il tarixə ******* manat, 16 dekabr 2014-cü il tarixə ******* manat məbləğində müəyyən edilir. O cümlədən: 16.12.2012-ci il tarixə əsas borc üzrə 1450000, faiz borcu üzrə 76125 manat, 16.12.2014-cü il tarixə əsas borc üzrə 1450000, faiz borcu üzrə 598125 manat müəyyən edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 16 dekabr 2010-cu il tarixli, *********** saylı kredit xətti müqaviləsinə və 14 dekabr 2012-ci il tarixli Əlavə Razılaşmaya əsasən öhdəliklərini tam yerinə yetirmədiyindən Cavabdeh3-dən ******* manat əsas, kredit müqaviləsinin müddətinin uzadıldığı dövr də nəzərə alınmaqla 598125 manat faiz borcu alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı-nin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi əldən çıxmış faydanın rədd edilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəf sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi sahəsində kreditin qaytarılmamasına görə gəlir əldə etmək h üququndan məhrum olmaqla, ona əldən çıxmış fayda qismində zərər dəymişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 04 iyun 2018-ci i tarixli, 33203 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 16.12.2010-cu il tarixli *********** saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh3-yə İddiaçı tərəfindən verilmiş ******* manat əsas kredit borcu məbləğinə hesablanmış borc, 438970 manat məbləğində faiz borcundan ödənişlər çıxılmaqla faizləri düzgün hesablanaraq, 16.12.2012-ci il tarixə ******* manat, 16 dekabr 2014-cü il tarixə ******* manat məbləğində müəyyən edilir. O cümlədən: 16.12.2012-ci il tarixə əsas borc üzrə 1450000, faiz borcu üzrə 76125 manat, 16.1 2.2014-cü il tarixə əsas borc üzrə 1450000, faiz borcu üzrə 598125 manat müəyyən edilir. İddiaçı üzrə əldən çıxmış faydanın məbləği kredit müqaviləsi bitən tarixdən, yəni 16.12.2014-cü il tarixdən iddia ərizəsinin tarixinə, yəni 25 may 2017-ci il tarixinədək illik 5% dərəcəsi ilə hesablanmaqla 177020,8 manat müəyyən edilmişdir. Kollegiya ekspertizanın rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab etmişdir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilməli, qətnamə əldən çıxmış faydanın tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh3-dən iddiaçı Ləğv prosesində olan İddiaçı-nin xeyrinə 177020,8 manat məbləğində əldən çıxmış fayda tutulmalıdır. Hə mçinin kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cərimə məbləğini tənasübsüz surətdə həddindən artıq yüksək məbləğlər hesab edərək, onun azaldılması qənaətinə gəlmiş, buna görə də, Cavabdeh3-dən ödəməli olduğu cəriməni 652500 manatdan 1000 manatadək azaldılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia tələbinin tutmanın qeyri-yaşayış sahələrinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyri-yaşayış sahələri satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcün ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3-dən tutularaq iddiaçıya ödənilməsi hissəsini əsaslı hesab etməyərək həmin hissədə iddi anın təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 16 dekabr 2010-cu il tarixli *********** saylı kredit xətti müqaviləsinə 14 dekabr 2012-ci il tarixli Əlavə Razılaşmada kreditdən istifadə müddəti 24 ay, yəni 16 dekabr 2014-cü ilədək uzadılarkən iş üzrə digər cavabdeh-girov qoyanlar Cavabdeh1 və Cavabdeh2 razılığı alınmalı olduğu halda, həmin razılıq alınmamış, iddiaçı ilə borcalan arasında olan bu öhdəliyin dəyişməsi nəticəsinə faktiki olaraq yaranmış yeni öhdəliyə görə girov qoyanların məsuliyyəti artmış, onlar üçün əlverişsiz olan nəticələrə səbəb olmuşdur. Buna görə də, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini tutmanın qeyri-yaş ayış sahələrinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyri-yaşayış sahələri satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcün ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3-dən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 269, 271, 279, 303, 385, 442 və 467-ci maddələrinin tələblərinə,“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına və “Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına istinad edərək işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirməklə apelyasiya instansiyası məhkəməsi Ləğv Prosesində olan İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(00 8)-42/2018 saylı qətnaməsi qismən- əldən çıxmış faydanın təmin edilməməsi, cəmi borcun məbləğinin müəyyən edilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissələrdə qismən təmin edilməsi, Cavabdeh3-dən Ləğv prosesində olan İddiaçı-nin xeyrinə 177020,8 (yüz yetmiş yeddi min iyirmi manat səksən qəpik) manat məbləğində əldən çıxmış fayda, cəmi 2226145,8 (iki milyon iki yüz iyirmi altı min yüz qırx beş manat səksən qəpik) manatın tutulması qənaətinə gəlmişdir Lakin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassatorun ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, apellyasiya şikayətinin dəlillərini, sübutları tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarının tələblərinə düzgün əməl etm əmişdir. Belə ki, apelyasiya insitansiyası məhkəməsi, Azərbaycan Respunblikasının MM-nin 467-ci maddəsinə istinad edərək, cərimə borcunun 1000 manat həddində müəyyən edilməsinin düzgün olması qənaətinə gələrkən normanın tələblərinə əməl etməməklə tənasübü kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almadan müəyyən etmiş, cərimə məbləğini tənasübə uyğun azaltmamışdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan əlavə apelyasiya instansiyası məhkəmə iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsinə də düzgün hüquqi qiymət verməmiş, hüquq normasını düzgün tətbiq etməməklə əsassız olaraq iddia tələbinin bu hissəsini təmin etməmişdir. Belə ki, girovqoyanlar ilə iddiaçı təşkilat arasında girov müqaviləsi bağlanarkən həmin müqavilənin 1.3-cü bəndinə əsasən girovqoyanlar bu müqavilənin müddalarının tərəflər arasında gələcəkdə bağlanılacaq başqa kredit müqavilələrinə və ya bağlanmış kredit müqaviləsinə edilə biləcək əlavələrə də şamil olunması barədə üzərlərinə öhdəlik götürmüşlər və bundan sonra 14 dekabr 2012-ci il tarixli Əlavə Razılaşmaya əsasən 16 dekabr 2010-cu il tarixli *********** saylı kredit xətti müqaviləsinin 2.3-cü bəndinə dəyişiklik edilərək kreditdən istifadə müddəti 24 ay, yəni 16 dekabr 2014-cü ilədək uzadılmışdır. İddiaçı təşkilat isə cavabdehlərə qarşı müqavilə müddətinin bitməsindən əvvəl, yəni 11.11.2014-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Girov müqavilələrinin göstərilən bəndinə əsasən Əlavə Razılaşma bağlanarkən girovqoyanların razılığına lüzum olmamışdır. Çünki bu halın yaranma ehtimalını tərəflər əvvəlcədən razılaşmışlar və öz iradə ifadələri ilə müqavilə şərti olaraq həmin bəndi girov müqaviləsinə daxil etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittiha mı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolu nmamasıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünə sasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməs i üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassatorun kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, cərimə borcunun tənasübsüz azaldılması və tutmanın ipoteka predmetinə yönəldilməməsi ilə bağlı dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassatorun kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.08.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellya siya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngö stərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X6rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv Prosesində olan İddiaçı-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.08.2018-ci il tarixli 2(103)-982/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar