Məhkəmə qərarları › İş №2(102)-634/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-634/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-634/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbinə dair 07.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(105)-1635/2022 saylı qətnaməsindən cavabdeh X6nun verdiyi kassasiya şikayəti üzrə işə 07 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Cavabdeh X6 iddiaçı "xxxx" MMC-nin is tehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 303.948,0 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olan cavabdehlə müəssisənin məhsullarının satışından əldə edib müəssisəyə ödəmədiyi borcla bağlı 25 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri, 38 saylı Dövlət Notariat Kontorunda “Mövcud borcun etirafı haqqında” qarşılıqlı razılıq əsasında müqavilə bağlamışlar. Müqavilənin 1 və 2-ci bəndinə görə cavabd eh iddiaçının istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cu illər ərzində satışından əldə etdiyi və iddiaçıya ödəmədiyi, cəmi 298.038 manat borcunun olduğunu etiraf etmiş və borcunu 30 oktyabr 2014-cü il tarixinədək tam həcmdə ödəməyi, müqaviləni gələcəkdə mübahisələndirməməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh hər dəfə yalanlar danışaraq pulu ödəməkdən yayınmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Müqavilə bağlandıqdan bir müddət sonra cavabdeh yenə iddiaçını inandıraraq işləməyə davam etmişdir. Çünki evinin sənədlərini təqdim edərək satıb pulu ödəyəcəyini bildirmişdir. Hazırda onun müəssisəyə 298.038 manat deyil, 303.948 manat borcu qalmışdır. Bu faktı müəssisədə hesabatda iştirak edən cavabdehin atası X2 18 oktyabr 2014-cü il tar ixdə cavabdehin iddiaçıya 305.000 manat borcunun olması ilə bağlı məhkəməyə təqdim etdiyi izahatında təsdiq etmişdir. Lakin, cüzi ödəniş aparıldığından, bu borc 303.948 manata düşmüşdür. Həmin məbləğdə borcunun olmasını cavabdeh borcun qaytarılması ilə bağlı 01 yanvar 2014-cü il tarixdə tərtib olunmuş üzləşmə aktında 23 oktyabr 2014-cu il tarixdə öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 öz ifadəsində xx.xx.2013-cü il tarixli üzləşmə aktındakı yazı nümunələrinin iddiaçıda mühasib işləyən X3 aid olduğunu əminliklə bildirmişdir. İddiaçıdan borcla bağlı xx.xx.2014-cü il tarixli üzləşmə aktının əslinin təqdim olunması tələb olunsa da, aktın əsli məhkəməyə təqdim olunmamışdır. İddiaçı isə cavabdehə verilmiş xx.xx.2013-cü il tarixli üzləşmə aktının saxta olduğunu bi ldirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən xəttşunaslıq ekspertizası təyin edilərək ekspertin vəsatətinə əsasən iddiaçıdan sənədlərin əsli tələb olunmasına baxmayaraq, iddiaçı sənədlərin əslini ekspertə təqdim etməmişdir. Beləliklə, xx.xx.2013-cü il tarixli üzləşmə aktının saxta olması sübuta yetirilməmişdir. İddiaçı tərəfindən məhkəməyə surəti təqdim olunmuş xx.xx.2014-cü il tarixli müqavilədə qeyd olunmuşdur ki, iddiaçı istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cü illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298.038 manat olan borcunu xx.xx.2014-cü il tarixədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürür. Surəti təqdim edilmiş xx.xx.2014-cü il tarix li üzləşmə aktına əsasən, X6 2013 və 2014-cü illərdə iddiaçıdan mal götürmüş və ay ərzində həmin malların ödənişini edərək iddiaçıya cəmi 303.943 manat borcu qalmışdır. Cavabdeh tərəfindən əsli və surəti təqdim edilmiş xx.xx.2013-cü il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, cavabdeh 2013 və 2014-cü illərdə iddiaçıdan mal götürmüş və ay ərzində həmin malların ödənişini edərək cəmiyyətə cəmi 4.161,80 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14, X7, X11 cavabdehlə ət məhsullarının satışı ilə məşğul olduqlarını, 2014-cü ilin axırlarında iddiaçının mühasibi X1 iştirakı ilə işlədikləri ərazilər (dükanlar) üzrə pulları və depozitləri iddiaçıya təhvil verdiklərini bildirmişlər, X7 isə, həmçinin cavabdeh tərəfindən iddiaçıya 3 ədəd “Ford” avtomobilinin qaytarıldığın ı, onların qiymətinin 12.000-13.000 manat olduğunu, Nazim müəllimə 33.000 manat veriləndə şahidi olduğunu, 11.000 manat pulu cavabdehin atası Nazim müəllimə verəndə də orada olduğunu, cavabdehin həqiqətən də borcunun olduğunu, lakin borcunu qaytardığını bildirmişdir. İddiaçı isə şahid ifadələrinin təkzib olunması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Sənədlərin texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2019-cu il tarixli rəyinə əsasən, tərəflər arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı 01 yanvar 2014-cü il və xx.xx.2013-cü il tarixli üzləşmə aktlarının üzərindəki möhur əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərinin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş tərəflər ar asında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı 01 yanvar 2014-cü il tarixli 03 vərəqdən ibarət üzləşmə aktlarının üzərilərində olan “Azərbaycan Respublikası MMC” "xxxx" məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş tərəflər arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı xx.xx.2014-cü il və xx.xx.2013-cü il tarixli üzləşmə aktlarının üzərilərində möhür əksləri öz aralarında eynilik təşkil etmirlər. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra– birinci instansiya məhkəməsi) 2(034)-14/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddianın qismən təmin edilməsi, cavabdehdən 4.161 manat borcun iddiaçının xeyrinə tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Məhkə mə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıya 303.948 manat borcunun olması sonuncu tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli üzləşmə aktının surətində öz əksini tapsa da, cavabdeh borcla bağlı təqdim edilmiş üzləşmə aktının saxta olduğunu bildirərək, iddiaçıya olan borcunu ödədiyini və cəmi 4.161,80 manat borcunun qalmasını etiraf etmişdir. Cavabdeh bunun sübutu kimi ona 2013- 2014-cü illərdə iddiaçıda mühasib işləmiş X5 tərəfindən tərtib edilərək verilmiş xx.xx.2013-cü il tarixli üzləşmə aktının əslini və surətini təqdim etmişdir. Məhkəmə “Mövcud borcun etirafı haqqında” müqavilə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə bağlanmış həmin müqaviləyə dair öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair əsas sənədləri, yəni qaimə fakturalarını, 01 ya nvar 2014-cü il tarixində tərtib olunmuş üzləşmə aktının əslini dəfələrlə tələb olunmasına baxmayaraq məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən – cavabdehin etiraf etdiyi məbləğdə təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 157.2, 385.1, 442, 443.1, 448.1, 739.1, 739.2-ci maddələrinə, habelə MPM-in 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 88, 89.1, 97.5, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanun suz və əsassızdır. Məhkəmə qətnaməsinin təsviri və əsaslandırıcı hissələri bir-biri ilə ziddiyyət təşkil edir. Araşdırılmış sübutlar, sənədlər, izahatlar, qaimə fakturaları, müqavilələr iddia tələbinin əsaslı olduğunu sübut etsə də, məhkəmə qərəzli şəkildə iddia tələbini təmin etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-776/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- S.Qafari sədrlik edən, məruzəçi, Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuş, həmçinin cavabdehdən keçirilmiş ekspertizanın dəyəri 61,52 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qeyd etmişdir ki, istər tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilədən, istərsə də 01 yanvar 2014-cü il tarixli üzləşmə aktından, eləcə də cavabdehin özünün müxtəlif vaxtlarda iddiaçıya ünvanladığı ərizələrdən, o cümlədən qardaşı Elmin Cəfərquliyevin yazdığı 17 iyul 2014-cü il tarixli qəbzdən görünür ki, cavabdehin iddiaçıya borcu olmuşdur. Cavabdehin iddiaçıya 303.948 manat borcunun olması mülki iş materialları ilə öz təsdiqini tapmışdır, cavabdeh isə bunu inkar edən tutarlı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh (vəkil X15) kassasiya şikayəti və sonra şikayətə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4367/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər– A.Q.Hüseynov sədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin qanuni əsasının hansı hüquq norması olduğunu və onun dispozisiya əlamətlərinin nədən ibarət olduğunu göstərməmiş, öz qətnaməsində ümumiyyətlə hər hansı maddi hüquq normasına istinad etməmişdir. Belə olan halda qəbul edilmiş məhkəmə aktının qanuniliyini, yəni maddi və prosessual hüquq normalarına uyğun olub-olmadığını müəyyən etmək mümkün deyildir. Baxılan iş üzrə iddiaçı birinci instansiya məhkəməsinə təqdim et diyi ilk ərizəsində cavabdehdən 298.038 manat pul tələb etmiş və iddia tələbinin əsası kimi onunla cavabdeh arasında notariat qaydada təsdiq edilmiş mövcud borcun etirafı haqqında xx.xx.2014-cü il tarixli müqaviləyə istinad etmişdir. Cavabdeh iddiaya etirazını istinad olunan müqavilənin bağlanmasınadək aralarında tərtib olunmuş müxtəlif üzləşmə aktlarına və maliyyə sənədlərinə istinadla əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan Mülki Məcəllənin 882-ci maddəsini mübahisəyə tətbiq etməmiş, işdə olan sübutları sadəcə sadalayaraq, onlara tətbiq edilməli maddi hüquq normalarına müvafiq olaraq qiymət vermədən iddianı tam təmin etmişdir. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.5, 882.1, 882.2, 882.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-403/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən borcla bağlı 01 yanvar 2014cı il tarixli üzləşmə aktının əsli məhkəməyə təqdim olunmamışdır. İddiaçı cavabdehə verilmiş 01 yanvar 2013-cü il tarixli üzləşmə aktının saxta olması ilə baglı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası tərəflər arasında 25 oktyabr 2014-cü il tarixdə bağlanmış Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddəsinə əsasən “Mövcud borcun etirafı haqqında” müqavilə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış həmin müqaviləyə dair öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair əsas sənədləri, yəni qaimə fakturaları, 01 yanvar 2014-cü il tarixdə tərtib olunmuş üzləşdirmə aktının əslini məhkəməyə təqdim edə bilməmişdir və onun notariat qaydada təsdiqlənməsini qeyd etmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim olunmuş 01 oktyabr 2013-cü il tarixli üzləşdi rmə akt ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələrinin təkzib olunması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdeh tərəfindən təqdim olunmuş 01 oktyabr 2013-cü il tarixli üzləşdirmə aktının saxta olduğunu bildirmişdir. Lakin sənədlərin əsli təqdim edilmədiyi üçün həmin aktın saxta olması sübuta yetməmişdir. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 135.1, 135.2, 157.2, 385.1, 386.1, 442, 739.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2878/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov məruzəçi, M.Əhmədova və Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kollegiyanın mövqeyi belə olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini cavabdehin təqdim etdiyi xx.xx.2013-cü il tarixli üzləşmə aktı əsasında, həmin aktda göstərilən həcmdə təmin etmişdir. Hansıki, bundan əvvəlki apellyasiya icraatı zamanı borcun məbləği həmin üzləşmə aktından sonra tərtib edilmiş 01 yanvar 2014-cü il tarixli üzləşmə aktına əsasən 303.948 manat müəyyən ediləndə, kassasiya məh kəməsinin göstərişi belə olmuşdur ki, tərəflər arasında sonuncu etibarlı müqavilə borcun etirafı barədə müqavilədir və məbləğin müqavilədən 10 ay əvvəl tərtib edilmiş hesabat əsasında müəyyən edilməsi əsaslı deyil. Ona görə kassasiya instansiyası məhkəməsi həmin qərarında borcun etirafı müqaviləsi, onun mahiyyəti, tətbiqi əsasları ilə bağlı ətraflı şərh vermişdir. Kassasiya məhkəməsi həmin qərarında açıq-aşkar işə yenidən baxacaq məhkəməyə tətbiq olunmalı maddi hüquq norması ilə bağlı izah vermiş, normanın mahiyyətini şərh etmişdir. Qeyd olunan qərarda məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəl i sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Kassasiya məhkəməsinin aydın şərhinə baxmayaraq i şə yenidən baxan məhkəmə borcun etirafı barədə notariusda təsdiq edilmiş müqaviləni heçə sayaraq həmin müqavilənin bağlanmasından xeyli əvvəl tərtib edilmiş, həqiqiliyi şübhə doğuran cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli üzləşmə aktı əsasında borcun məbləğini müəyyən etmişdir. Hansıki, əvvəlki icraatda cavabdehin təqdim etmiş olduğu həmin sənədlə bağlı məhkəmələrin dəyərləndirməsi başa çatmışdı və cavabdehin kassasiya şikayəti əsasında qətnaməni yoxlayan kassasiya məhkəməsi öz qərarında onun yenidən sübut kimi qəbul edilib-edilməməsi barədə şərh verməmiş, maddi hüquqqun hansı situasiyaya və hallara tətbiqi (borcun etirafı barədə müqaviləyə tətbiqi) barədə göstəriş vermişdir. Borcun etirafı barədə müqavilənin mövcudluğu halında, borcun məbləğinin yaranması, m üqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımadıqları barədə maddi hüquq normasının məzmununa və bu barədə kassasiya məhkəməsinin şərhinə zidd olaraq Apelyasiya Məhkəməsi təkrar olaraq həmin hallara istinad edərək iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsinə əsaslanaraq müqaviləni heçə saymaqla cavabdehin əsassız hesab olunmuş etirazını (xx.xx.2013-cü il tarixli üzləşmə aktı) əsas tutaraq mübahisəni həll etmişdir. Kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarının məzmunundan aydın görünür ki, həmin məhkəmə sübutların qəbuledilənliyini və hüquqi dəyərləndirməni iddiaçının təqdim etdiyi 01 yanvar 2014-cü il tarixli üz ləşdirmə aktı ilə, 25 oktyabr 2014-cü il tarixdə 38 saylı notariat kontorunda təsdiq edilmiş borcun etirafı müqaviləsi arasında aparmalı olması barədə göstərişlər vermişdir. Ona görə də üzləşmə aktı əsasında tutulmuş borcu mötəbər saymamış və vurğulamışdır ki, üzləşmə aktı borcun etirafı müqaviləsindən 10 ay əvvəl bağlanmışdır. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 881 və 882-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 14.2, 31.2, 220.4, 392.1.5 və 420-ci maddələrinə istinadən əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(105)-1635/2022 saylı qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov sədrlik edən, məruzəçi, F.Ə.Məmmədov və Z.T.Məmmədov) apellyasiya şikayəti qismən təmin ed ilmiş, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia qismən- cavabdehdən 298.038 manat pulun tutulub iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə təmin olunmamışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə notariat qaydada “Mövcud borcun etirafı haqqında” müqavilə imzalanmışdır. Bununla əlaqədar birinci instansiya məhkəməsinin ondan əvvəl imzalanmış üzləşmə aktlarına istinad etməsi əsaslı deyildir. Belə ki, 25 oktyabr 2014-cü il tarixli müqavilənin 2-ci bəndinə əsasən cavabdeh iddiaçının istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarını 2013-2014-cü illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298.038 manat borcunu 30 o ktyabr 2014-cü il tarixədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməyi öhdəsinə götürür. Mövcud borcun etirafı haqqında bağlanmış müqavilə üzrə tərəflərin hüquq və vəzifələri həmçinin Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. İddiaçının sonradan iddia tələbini artıraraq cavabdehdən 303.948 manat pul tələb etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bu məbləği əsaslandıran sübut qismində məhkəməyə “Mövcud borcun etirafı haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin bağlanmasından əvvəl tərtib olunmuş xx.xx.2014-cü il tarixli üzləşmə aktına və digər sübutlara istinad etmişdir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməklə, “Mövcud borcun etirafı haqqında” tərəflər arasında notariat qaydada bağlanmış 25 oktyabr 2014-cü il tarixli müqavilənin şərtləri əsas götürülməklə 298.038 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 399.1, 882.1 və 882.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, cavabdehdən 4.161 manat borcun iddiaçının xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə ə saslandırılmışdır ki, məhkəmə tərəfindən qanun pozuntuları sadalansa da sonda gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə öz mülhizəsinə əsasən qərar çıxara bilməzdi. Araşdırılmaqla qətnamə çıxarılsaydı daha ədalətli və qərəzsiz qətnamə olardı. Cavabdeh iddiaçıda mal bələdçisi kimi sonuncunun istehsal etdiyi müxtəlif çeşidli ət və məhsulların satışı ilə məşğul olaraq həmin məhsulların satışından əldə edilmiş gəlirləri iddiaçıya ödəmədiyindən onun iddiaçıya 303.943.0 manat borcu yaranmış və bu borc iddiaçı tərəfindən təqdim edilmiş 01 yanvar 2014-cü il tarixli üzləşmə aktının surətində öz əksini tapsa da, cavabdeh iddiaçı tərəfindən həmin borcla bağlı təqdim edilmiş mübahisəli üzləşdirmə aktının həm məhkəmə iclasında verdiyi izahatında onun saxta olmasını bildirərək, iddiaçıya ola n borcunu ödəyərək, cəmi 4.161,80 manat borcu qalmasını etiraf etmiş və bunun sübutu kimi ona 2013-2014-cü illərdə iddiaçıda mühasib işləmiş D.D.Kazımova tərəfindən tərtib edilərək verilmiş 01 oktyabr 2013-cü il tarixli üzləşmə aktının əslini və surətini təqdim etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən x bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 01 oktyabr 2013-cü il tarixli üxləşmə aktındakı yazı nümunələrinin iddiaçıda mühasib işləyən x aid oldugunu bildirmişdir. İddiaçı tərəfindən borcla bağlı 01 yanvar 2014-cı il tarixli üzləşmə aktının əsli məhkəməyə təqdim olunmamış və iddiaçı onlar tərəfindən cavabdehə verilmiş 01 yanvar 2013-cü il tarixli üzləşmə aktının saxta olması ilə baglı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cava bdehlə bağladığı müqaviləyə dair öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair əsas sənədləri, yəni qaimələri, fakturaları, 01 yanvar 2014-cü il tarixdə tərtib olunmuş üzləşdirmə aktının əslini təqdim edə bilməmişdir və onun notariat qaydada təstiqlənməsini qeyd etmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim olunmuş 01 oktyabr 2013-cü il tarixli üzləşdirmə akt ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələrinin təkzib olunması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdeh tərəfindən təqdim olunmuş 01 oktyabr 2013-cü il tarixli üzləşdirmə aktının saxta olduğunu bildirmişdir. Lakin sənədlərin əsli təqdim edilmədiyi üçün həmin aktın saxta olması sübuta yetməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasib ətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. 4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın yalnız 4.160 manat məbləğdə təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə notariat qaydada “Mövcud borcun etirafı haqqında” müqavilə imzalanmışdır və müqavilənin 2-ci bəndinə əsasən cavabdeh iddiaçının istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarını 20132014-cü illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298.038 manat borcunu 30 oktyabr 2014-cü il tarixədək tam həcmdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 399.1-ci maddəsində göstərilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıya ödənilməmiş 298.038 manat borcunun olması mülki iş materialları ilə istisna edilmədiyindən, iddianı 4.160 manat məbləğdə qismən təmin etməklə birinci instans iya məhkəməsi düzgün nəticəyə gəlməmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. İddiaçının sonradan iddia tələbini artıraraq cavabdehdən 303.948 manat pul tələb etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı bu məbləği əsaslandıran sübut qismində məhkəməyə “Mövcud borcun etirafı haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin bağlanmasından əvvəl tərtib olunmuş xx.xx.2014-cü il tarixli üzləşmə aktını və digər sübutları təqdim etmişdir. Halbuki, sözügedən müqavilədə tərəflər qalan borcun bütövlükdə 298.038 manat olduğunu etiraf etmişlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdeh kassasiya şikayətində iddiaçıya olan borcunun bütöv lükdə 4.160 manat olduğunu göstərib iddiaya etiraz etsə də, sözügedən müqavilədə razılaşdırılmış 298.038 manat borcun olmadığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aidd ir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə ko llegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi, qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X6nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(105)-1635/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar