Məhkəmə qərarları › İş №2(102)-6340/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6340/2021

07.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6340/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdən istifadəyə törədilən maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(107)993/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. Şəki rayonu, Oxud kənd N.Nərimanov adına kolxozun 1975-ci ilə dair qaytanlanmış torpaq kitabında 853-cü sırada İddiaçı 0,08 ha torpaq sahəsi verildiyi qeyd edilmişdir.

2. Cavabdeh, iddiaçının oğlu Cumay Kərimovla 2014-cü ildə evlənmiş və iddiaçının yaşadığı evə gəlin köçmüşdür. Cavabdehin Cumay Kərimovla nikahı Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(075)-830/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur.

3. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət edərək, Şəki rayonun Oxud kəndində yerləşən fərdi yaşayış evinin 0,0798 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh maneə yaratdığına görə ərazidə çöl ölçmə işlərinin aparılması mümkü n olmamış, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən icraat dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı yaradılmış maneələr aradan qaldırılmaqla, istifadəsində olan torpaq sahəsinin ölçülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Oxud kənd N.Nərimanov adına kolxozun 1975-ci ilin qaytanlanmış torpaq kitabında onun istifadəsində torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olduğu qeyd edilmişdir. Yaşadıqları ev həmin torpaq sahəsində yerləşir. O, mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq adına çıxarış almaq istəyir. Buna görə də DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin keçmiş gəlini - hazırda həmin evdə yaşayan iş üzrə Cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçü işlərini aparmağa imkan verməmiş, buna görə də evinə gəlmiş mütəxəssislər tərəfindən ölçü işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh öz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozur və ona mülkiyyətində olan evindən istifadə etməsinə maneə törədir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı mülkiyyətinə yaradılmış mane ələr aradan qaldırılmaqla istifadəsində olan torpaq sahəsi ölçülərək ona təhvil verilməli, onun üzərindəki ev də adına sənədləşdirilməlidir.

6. Şəki Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(075)-132/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddiа qismən təmin edilmiş, Cavabdeh tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına İddiaçı məxsus əmlakda ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı adına Şəki rayonu, Oxud kəndində torpaq sahəsi vardır və İddiaçı həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi reyestrdə dövlət qeydiyyatına alınmamışdır. Lakin iddiaçının fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Buna baxmayaraq cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına iddiaçıya məxsus əmlakda ölçü işlərinin aparılmasına maneə yaradır. Nəticədə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur.

8. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına ona məxsus əmlakda ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır.

9. Həmçinin məhkəmə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılacağı və fərdi yaşayış evi üzərində çöl ölçmə işlərinin aparılması üçün şərait yaradılacağı halda təkrar müraciət əsas ında ərizəsinin icrasına DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən qanunamüvafiq qaydada baxılacağını nəzərə alaraq, məhkəmə iddiaçının iddia tələbinin istifadəsində olan torpaq sahəsinin ölçülərək ona təhvil verilməsi ilə bağlı hissəsini əsaslı hesab etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(075)- 132/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(107)9 93/2021 saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), İ.Şükürov və V.Məlikov) kassasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1, 152.5, və 157.4-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 10.1-ci maddələrinə istinad etməkdə haq lı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, həmçinin tələbkarın subyektiv hüququnun olubolmamasını araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-i n 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 17.Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.

1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum et mədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyas iya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası m əhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddianın hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (Mülki Məcəllənin 560.1-ci maddəsi).

26. İ ddiaçının verilmiş iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının araşdırılmaması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu cür hüququ vardır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

27. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzə rində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

28. Adı çəkilən Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər müəyyən olunmuşdur.

29. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyə tyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri qeydiyyat üçün əsasdır (2.5-ci bəndi).

30. İddiaçının yaşadığı evin yerləşdiyi torpaq sahəsinin qeydiyyatı üzrə DƏDRX-nin əməkdaşları tərəfindən ölçmə işlərinin görülməsinə maneə törətmək üçün cavabdehin hər hansı hüquqi əsası yoxdur.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Məhkəmələr işin müəyyən olunan halları üzrə düzgün nəticə yə gəlmişdir.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(107)993/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar