Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6344/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 MMCyə qarşı, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 MMC-nin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia-borc müqaviləsinin ləğv edilməsi, ipoteka predmetlərinin hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçı şəxsə olan borcunun ödənilməsi və ödənilmiş dövlət rüsumunun tutulması, qar şılıqlı iddia-borc, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil3, Cavabdeh1 Firmasının vəkili X3, Cavabdeh2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5041/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Firması tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabd eh1 Firması arasında 15 avqust 2017-ci il tarixdə Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış borc müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı Cavabdeh1 Firmasına 50.000 (əlli min) ABŞ dolları məbləğində pulu (Mərkəzi Bankın müəyyən etdiyi ödəniş günündəki məzənnəyə uyğun olaraq manat ekvivalenti ilə) nağd qaydada borc vermiş, sonuncu bu məbləğdə pulu qəbul etmişdir. Borc məbləği faktiki alındığı təqvim günündən 12 (on iki) ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağd qaydada geri qaytarılmalıdır (borc müqaviləsinin 5-ci bəndi). Bu müqavilə imzalandığı gündən hüquqi qüvvəyə minir və borcun tam məbləği geri qaytarılana qədər qüvvədə qalır (borc müqaviləsinin 10-cu bəndi). Borc məbləğinin razılaşdırılmış müddət üzrə geri q aytarılması gecikdirildiyi halda, borc alan Cavabdeh1 Firması gecikdirilən hər gün üçün qalıq borcun 0,1% hissəsi qədər dəbbə pulu ödəyəcəkdir (borc müqaviləsinin 17-ci bəndi). 15 avqust 2017-ci il tarixli 057852 seriyalı kassa mədaxil orderinin surətindən görünür ki, müvafiq qəbzə əsasən 50.000 (əlli min) ABŞ dolları məbləğində pulun manat ekvivalenti olaraq 85.035 (səksən beş min otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən 15 avqust 2017-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh1 Firmasının hesabına mədaxil edilmişdir; kreditor İddiaçı ilə borclu Cavabdeh1 Firması və zamin Cavabdeh2 arasında bağlanmış 16 avqust 2017-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan görünür ki, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zam in Cavabdeh2 müvafiq öhdəlikləri öz üzərinə götürmüşdür. İpoteka saxlayan İddiaçı ilə ipoteka qoyan və borc alan Cavabdeh1 Firması arasında Xaçmaz rayonu 1 nömrəli notariat kontorunda bağlanmış 17 avqust 2017-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə sonuncu mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsini; 1,093634 ha torpaq sahəsini və 2,080338 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. İpoteka dövlət qeydiyyat orqanında qeydə alınmış və bu barədə müvafiq olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar da veri lmişdir. Əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anına daxildir (İpoteka müqaviləsinin 9-cu bəndi). Kreditor İddiaçı ilə borclu Cavabdeh1 Firması və zamin Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin məzmunundan görünür ki, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zamin Cavabdeh3 müvafiq öhdəlikləri öz üzərinə götürmüşdür. Zaminlər (Cavabdeh2 və Cavabdeh3) borclunun (Cavabdeh1 Firması) kreditor (İddiaçı) qarşısında 15 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər (z aminlik müqavilələrinin 1.1-ci bəndi). 10 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsində borclu Cavabdeh1 Firması kreditor İddiaçı qarşısında 15 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmişdir. 10 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi ilə kreditor (İddiaçı) və borclu (Cavabdeh1 Firması) aralarındakı qalıq borc məbləğini 27.000 (iyirmi yeddi min) ABŞ dolları müəyyənləşdirmişlər; borc alan/ipoteka qoyan Cavabdeh1 Firmasına borc verən/ipoteka saxlayan İddiaçı tərəfindən ünvanlanmış 06 noyabr 2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş-xəbərdarlığın məzmunundan görünür ki, müəyyən edilmiş borcun məhkəmədənkənar qaydada həll edilməsi üçün 3 (üç) iş günü ərzində ödənilməs i tələb edilmiş, əks təqdirdə həmin borcun Cavabdeh1 Firmasına məxsus Xaçmaz rayonu Sahillər qəsəbəsində olan üç torpaq sahəsi-0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borc verən/ipoteka saxlayan şəxsin borcunun ödənilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş addımların atılacağı barədə borc alan/ipoteka qoyan şəxs xəbərdar edilmişdir. Borc verən/ipoteka saxlayan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanladığı 11 noyabr 2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ərizəsinin məzmunundan görünür ki, borc alan/ipoteka qoyan C avabdeh1 Firması tərəfindən müvafiq öhdəliklər vaxtında icra edilmədiyindən borc öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin borc verən/ipoteka saxlayan İddiaçı ünvanladığı 27 noyabr 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır; borc verən/ipoteka saxlayan İddiaçı borclular/zaminlər Cavabdeh2 və Cavabdeh3nə ünvanladığı 16 dekabr 2019-cu il tarixli borcun ödənilməsinə dair xəbərdarlıq-bildirişlərin məzmunlarından gö rünür ki, borc alan/ipoteka qoyan Cavabdeh1 Firmasının borclu olduğu məbləğin tərəflər arasında bağlanmış müvafiq zaminlik müqavilələrinə əsasən 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə və qanunvericiliklə irəli gələn hüquqların istifadə edəcəyi barədə zamin şəxslər xəbərdar edilmişlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 oktyabr 2020-ci il tarixli QR 309M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan kənd təsərrüfatı təyinatlı 0,403555 ha, 1,093634 ha və 2,080338 ha torpaq sahələrinin bazar dəyəri müəyyənləşdirilmiş və 07 oktyabr 2020-ci il tarixə birgə analoji bazar dəyəri 53.660 (əlli üç min altı yüz altmış) manat, likvid dəyəri isə 43.000 (qırx üç min) manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına, Cavabdeh2 və Cavabdeh3nə qarşı “borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə hesablanmış borcun cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçı şəxsə olan borcunun ödənilməsi və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış 15 avqust 2017-ci il tarixli 3M-1576 reyestr nömrəli borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas borc, 2.430 (iki min dörd yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borc vəsaitinin Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahəsinə yönəldilməsi, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinin, 1,093634 ha torpaq sahəsinin və 2,080338 ha torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 İddiaçı olan ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun ödənilməsi, iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dö vlət rüsumunun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 05 noyabr 2020-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış 15 avqust 2017-ci il tarixli 3M-1576 reyestr nömrəli borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas borc, 11.016 (on bir min on altı) ABŞ dolları məbləğində dəbbə pulu, 2.700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik beş faiz məbləği, 50.000 (əlli min) ABŞ dolları məbləğində əldən çıxmış fayda və 10.000 (on min) ABŞ dolları məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 100.716 (bir yüz min yeddi yüz on altı) ABŞ dolları məbləğində borc vəsaitinin cavabdehlər Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahəsinə yönəldilməsi, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinin, 1,093634 ha torpaq sahəsinin və 2,080338 ha torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 İddiaçı olan ümumilikdə 100.716 (bir yüz min yeddi yüz on altı) ABŞ dolları məbləğində borcun ödənilməsi, iddia ərizəsi üzrə ödənilmi ş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 Firması arasında 15 avqust 2017-ci il tarixdə Bakı şəhəri 6 nömrəli notariat kontorunda borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı Cavabdeh1 Firmasına 50.000 (əlli min) ABŞ dolları məbləğində pulu (Mərkəzi Bankın müəyyən etdiyi ödəniş günündəki məzənnəyə uyğun olaraq manat ekvivalenti ilə) nağd qaydada borc vermiş, sonuncu bu məbləğdə pulu qəbul etmişdir. 15 avqust 2017-ci il tarixli 057852 seriyalı kassa mədaxil orderinin qəbzinə əsasən 50.000 (əlli min) ABŞ dolları məbləğində pulun manat ekvivalenti olara q 85.035 (səksən beş min otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən 15 avqust 2017-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh1 Firmasının hesabına mədaxil edilmişdir. Borc müqaviləsinin 5-ci bəndinə əsasən borc məbləği faktiki alındığı təqvim günündən 12 ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağd qaydada geri qaytarılmalıdır. Borc müqaviləsinin 17-ci bəndinə əsasən borc məbləğinin razılaşdırılmış müddət üzrə geri qaytarılması gecikdirildiyi halda, borc alan Cavabdeh1 Firması gecikdirilən hər gün üçün qalıq borcun 0,1% hissəsi qədər dəbbə pulu ödəyəcəkdir. Borc müqaviləsinin 10-cu bəndinə əsasən bu müqavilə imzalandığı gündən hüquqi qüvvəyə minir və borcun tam məbləği geri qaytarılana qədər qüvvədə qalır. Borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə sonuncu mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsini; 1,093634 ha torpaq sahəsini və 2,080338 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. Bununla bağlı ipoteka saxlayan İddiaçı, ipoteka qoyan və borc alan Cavabdeh1 Firmasının iştirakları ilə 17 avqust 2017-ci il tarixdə Xaçmaz rayonu 1 nömrəli notariat kontorunda ipoteka müqaviləsi bağlanmışdır. İpoteka dövlət qeydiyyat orqanında qeydə alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar da verilmişdir. İpoteka müqaviləsinin 9-cu bəndində qeyd edilir ki, əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtın da icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anına daxildir. Həmçinin, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə kreditor İddiaçı, borclu Cavabdeh1 Firmasının və zamin Cavabdeh2 iştirakları ilə 16 avqust 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə kreditor İddiaçı, borclu Cavabdeh1 Firmasının və zamin Cavabdeh3 iştirakları ilə 10 sentyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər (Cavabdeh2 və Cavabdeh3) borclunun (Cavabdeh1 Firması) Kreditor (İddiaçı) qarşısında 15 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. 10 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsində borclu Cavabdeh1 Firması kreditor İddiaçı qarşısında 15 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmişdir. 10 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi ilə kreditor (İddiaçı) və borclu (Cavabdeh1 Firması) aralarındakı qalıq borc məbləğini 27.000 (iyirmi yeddi min) ABŞ dolları müəyyənləşdirmişlər. Borc müqaviləsinin 17-ci maddəsinin tələblərinə əsasən, həmin tarixdən 10 dekabr 2019-cu il tarixədək olan müddət üzrə qalıq borc məbləğinə 2.430 (iki min dörd yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu hesablanmışdır (27.0 00 (iyirmi yeddi min) x 0,1% x 90 (doxsan) gün = 2.430). Cavabdehlər Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “borc, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış 15 avqust 2017-ci il tarixli 3M-1576 reyestr nömrəli borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas borc, 2.430 (iki min dörd yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka qoy ulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahəsinə yönəldilməsi, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinin, 1,093634 ha torpaq sahəsinin və 2,080338 ha torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 İddiaçı olan ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun ödənilməsi, iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh 1 firması arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış borc müqaviləsinin, 17 avqust 2017-ci il tarixli ipoteka müqaviləsinin, həmçinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 avqust 2017-ci il tarixli zaminlik müqaviləsinin və İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış 15 avqust 2017-ci il tarixli 3M-1576 reyestr nömrəli borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas borcun, 2.430 (iki min dörd yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə va 2,080338 ha torpaq sahəsinə yönəldilməsi, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinin, 1,093634 ha torpaq sahəsinin və 2,080338 ha torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 İddiaçı olan ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun ödənilməsi, iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məb ləğində dövlət rüsumunun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda mülki iş məhkəmənin icraatındadır. Məhkəmənin nəzərinə çatdırılmalıdır ki, Cavabdeh1 firmasının direktoru X2 ilə İddiaçı arasında 15 avqust 2017-ci il tarixdə borc müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh1 firmasına 50.000 (əlli min) ABŞ dolları məbləğində borc verməyi, sonuncu isə həmin məbləği 12 ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağd qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilənin təminatı olaraq Cavabdeh1 firmasına məxsus Xaşmaz rayonu, Sahillər qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2,08034 ha torpaq sahəsi, Xaçmaz rayonu, Sahillər qəsəbəs i, ünvanında yerləşən ümumi sahəsi 0,403555 ha olan torpaq sahəsi və Xaçmaz rayonu, Sahillər qəsəbəsi ünvanında yerləşən sahəsi 1,09363 kv.metr olan torpaq sahəsi 17 avqust 2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş və əlavə olaraq İddiaçı ilə Cavabdeh2 arasında 16 avqust 2017-ci il tarixdə, Cavabdeh3 ilə isə 10 sentyabr 2019-cu il tarixində zaminlik müqaviləsi bağlanılmışdır. Hesab edirlər ki, İddiaçı ilə Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış borc, ipoteka və zaminlik müqavilələri etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh1 Firması ilə Babək Babayev və Fuad Rzayev arasında 20 may 2017-ci il tarixli icarə müqaviləsinə əsasən firma sonunculara məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mə rtəbəsində yerləşən “Outlet” sahəsində fəaliyyət göstərən 1.055 kv.metr qeyri-yaşayış sahəsini paltar satışı mağazası məqsədilə icarəyə götürmüşdür. 09 fevral 2018-ci il tarixində Babək Babayevlə 441,9 kv.metr qeyriyaşayış sahəsinin və Fuad Rzayevlə 843,1 kv.metr qeyri-yaşayış sahəsinin, cəmi 1.285 kv.metr qeyri-yaşayış sahəsinin icarə müqaviləsi bağlanmış, həmin müqavilələrə 10 avqust 2019-cu il tarixdə sonradan xitam verilmişdir. 2017-ci ilin may ayında sözügedən qeyriyaşayış sahəsi tam təmirsiz olduğundan, razılaşmaya əsasən, o cümlədən müqaviləyə 4 nömrəli əlavədə sahənin təmir bəzək işlərinin görülməsi Cavabdeh1 firmasına tapşırılmışdır. Həmin sahədə faktiki olaraq istismara yararsız olduğundan həmin sahənin təmirinə xeyli miqdarda vəsait tələb olunurdu. Qeyd edilməlidir ki, həmin döv rdə obyektin təmirinə və avadanlıqların alınmasına yüksək məbləğdə pul xərcləmək lazım idi. Həmçinin, icarə müqaviləsinin şərtlərinə əsasən mağazaya soyutma sistemlərinin xətləri çəkilməli, yeni fankloillər alınmalı və quraşdırılmalı, obyekt LOFT dizayn əsasında təmir edilib qurulmalı və s. əsaslı təmir işlərinin aparılması Cavabdeh1 firmasından tələb olunurdu. Bu zaman obyektin sahibləri Babək Babayev və Fuad Rzayev Cavabdeh1 firmasına təklif etmişdilər ki, onlara məxsus və obyektin daxilində mövcud olan havalandırma, soyutma və isitmə sistemlərinin (fankoilləri) münasib qiymətə və nisyə formada, sonradan pulu ödənilmək şərtilə satsınlar. Lakin alqı-satqı prosesini sadələşdirmək və əlavə xərcləri azaltmaq (vergilər və s.) məqsədilə, yaxın qohumları, o cümlədən Babək Babayevin sahibliyində olan “Yeni Həyat” şirkətlər qrupunun bütün inşaat işlərində tanınan iş icraçısı İddiaçı tərəfindən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin 1 ildən sonra qaytarmaq şərti ilə faizsiz, guya “borc” adı ilə Cavabdeh1 firmasına verilmişdir. Cavabdeh1 firması səlahiyyət sahiblərinə inanaraq 15 avqust 2017-ci il tarixində borc müqaviləsi, ipoteka və zaminlik müqavilələrinə imza atmışdır. Əslində, borc müqaviləsinin mahiyyəti pulu öz ehtiyacları üçün əldə edib, sonradan onu qaytarmaq olmuşdur. Lakin həmin məbləğ onlara verilməmişdir. Qeyd edilməlidir ki, əslində borc onlara nisyə alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq verilib və qeyd edilən müqavilə obyektə soyutma-isitmə və havalandırma sistemlərinin alınmasına və quraşdırılmasına rəsmiləşdirmək üçün görüntü yaratmaq üç ün bağlanmışdır. Yəni, tərəflər arasında bağlanmış borc müqaviləsi başqa bir əqdi, yəni nisyə alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Mülki qanunvericiliyə uyğun olaraq bu cür əqdlər əhəmiyyətsiz əqdlərdir. Bundan başqa İddiaçı qohumları Babək Babayev və Fuad Rzayev qeyri-yaşayış sahəsini Cavabdeh1 firmasına əsaslı təmir etdirməklə əsassız varlanmışdır. Habelə həmin təmir işləri icarəyəverənlərin razılığı və göstərişi ilə həyata keçirilmişdir. Xüsusi bir məqam ondan ibarətdir ki, İddiaçı ilə “Avand firması, Cavabdeh2 və Cavabdeh3 yaxın münasibəti olmamış, əvvəllər bir-birini tanımamışlar. Sual yaranır ki, şəxs tanımadığı birisinə faizsiz olaraq xeyli miqdarda pulu verməsinin səbəbi nə ola bilərdi?! Habelə göründüyü kimi, pulun iddiaçılara verildiyi zamanla qeyri-yaşayış sahəsinə məxsus obyektə təmir işləri başlanması vaxtı üst-üstə düşür. Belə bir halın olması onlara deməyə əsas verir ki, tərəflər arasında bağlanmış borc, zaminlik və ipoteka müqavilələri əslində “formal” və “görünüş” məqsədilə bağlanmışdır. Həmçinin, sonradan həmin pulun geri ödənilməsini zəmanət altına almaq üçün Cavabdeh1 firmasına məxsus torpaq sahələri ipoteka ilə yüklü edilmiş və əlavə olaraq Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən verilən borcun mahiyyət etibarı ilə formal olmasını şərtləndirilən əsas amillərdən biri də, Cavabdeh1 firmasının “Meqafun” ticarət mərkəzində olan mağazadan icarədən çıxması və 10 avqust 2019-cu il tarixində Cavabdeh3 həmin mağazada icarə fəaliyyətinə başlamasından sonra, mağaza sahiblərinin göstərişi ilə İddiaçı ilə Cavabdeh3 arasında 15 avqust 2017-ci il tarixli borc müqaviləsinə görə zaminlik müqaviləsi bağlanılması olmuşdur. Çünki, Cavabdeh3 Cavabdeh1 firmasının öhdəliklərinə görə əslində heç bir cavabdehlik daşımırdı. Sadəcə obyekt sahibləri pulun qalan hissəsinin ödənilməsini təmin etmək məqsədilə mağazada icarədə olan Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçı həmin müqavilənin bağlanmasını həvalə etmişlər. Əslində, onlar işgüzar adətlərdən irəli gələrək aralarında olan razılaşmaya əməl etmiş və soyutmaistilətmə-havalandırma sistemlərinin pulunun 23.000 (iyirmi üç min) ABŞ dolları hissəsini geri qaytararaq, qalan pulun geri ödənilməsini təmin etmək niyyətində idilər. Lakin Cavabdeh1 firmasının sözügedən qeyri-yaşayış sahəsindən istifadəsinə 10 avqust 2019cu il tarixdə xitam verilsə də, firmanın müəyyən qi smində payı olan Cavabdeh3 obyektin 1.285 kv.metrinin 843,1 kv.metr hissəsində icarəçi kimi fəaliyyətini davam etdirirdi. Lakin tərəflər arasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 02 sentyabr 2027-ci il tarixədək istifadədə olması barədə qüvvədə olan icarə müqaviləsi olmasına baxmayaraq, obyekt sahibləri Babək Babayev və Fuad Rzayev özləri anlaşmanı pozmuş və 24 oktyabr 2019-cu il tarixdə saat 15:20-də “Meqafun” AVM-nin direktoru kimi özünü təqdim edən Olena Quba 3 nəfər əməkdaşı ilə mağazanın içərisinə daxil olaraq işçilərə və müştərilərə mağazanı dərhal tərk etməyi tələb etmiş, mağaza işçiləri müdriyyətlə əlaqə saxlamağı xahiş edərək məsələyə aydınlıq gətirilməsini istəsələr də, Olena Quba və yanında olan mühafizə xidmətinin əməkdaşları güc tətbiq edərək əməkdaşları mağazada n bayıra çıxarmağa nail olmuşlar. Gün ərzində əməkdaşlar mağazanın açılmasını gözləyərək ticarət mərkəzində olsalar da, mağazanın dəmir örtüyü (jalüz) bağlanması səbəbindən mağazaya daxil ola bilməmişlər. Qeyd etmək lazımdır ki, mağaza işçilərinə gün ərzində edilmiş satış pulunun kassadan haqq-hesab edilərək mağazada yerləşən seyfə qoyulmasına, hətta iş formasını dəyişib gündəlik geyimlərini geyilməsinə belə imkan verilməmiş, mağazanın qapı örtüyünün (jalüzin) pultunu almağa nail olmadıqda isə mağazaya gələn elektrik xətti AVM-nin müdriyyəti tərəfindən söndürülmüş, onlar isə bütün bu göstərişləri icarəyəverənlərdən aldıqlarını bildirmişlər. “Meqafun” AVM-nin direktoru kimi özünü təqdim edən Olena Qubanın bu özbaşınalığı nəticəsində mağazaya xeyli miqdarda ziyan dəyişmişdir. Yalnız məhkəməy ə müraciət etdikdən 1 ay 3 gün mağaza bağlı qaldıqdan sonra yenidən həmin obyektdə icarəçi fəaliyyətini bərpa edə bilmişdir. Lakin mağazada fəaliyyət bərpa edildikdən sonra obyektə məxsus reklamların yayımlanması dayandırılmış və faktiki olaraq icarəçilərin sahibkarlıq fəaliyyətlərinə mane yaradaraq mağazadan öz xoşları ilə çıxmaları üçün obyekt sahibləri tərəfindən qanunsuz olaraq məhdudiyyətlər yaradılmışdır. İcarəçilərə yaradılan məhdudiyyətlərin qanunsuz hesab edilməsi, onların mağazada fəaliyyətinin qeyd-şərtsiz bərpa edilməsi və icarə müqaviləsinin şərtlərinə əsasən mağazanın reklamlarının yayımlanması ilə bağlı məhkəməyə iddia təmin tədbiri barədə iki vəsatət verilməsinə baxmayaraq təəssüf ki, müraciətləri təmin edilməmiş və hakimin qərəzli olması səbəbindən mülki işin aidiyyəti üzr ə göndərilməsi barədə vəsatət verilmişdir. Hazırda həmin mübahisə ilə bağlı iş Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan əlavə obyekt sahibləri onlara 10 dekabr 2019-cu il tarixli məktubla müraciət edərək, aralarında olan icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiklərini bildirmişlər. Əslində əgər onlar arasında olan icarə müqaviləsinə icarəyəverənlər tərəfindən birtərəfli qaydada xitam verilməsəydi, bu razılaşmanı davam etdirmək niyyətində idilər. Mövcud vəziyyət Cavabdeh1 firmasını ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Belə ki, Cavabdeh1 firmasının təklifi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qiymətləndirici şirkəti tərəfindən Bakı şəhəri, Xətai rayo nu, Nobel prospekti, 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Outlet” sahəsində fəaliyyət göstərən 1.285 kv.metr qeyri-yaşayış sahəsinin əsaslı təmir edilməsinə Cavabdeh1 firması tərəfindən çəkilmiş xərclər bazar qiymətinə əsasən hesablanmış və mütəxəssis rəyinə görə 15 yanvar 2020-ci il üçün 453.278 (dörd yüz əlli üç min iki yüz yetmiş səkkiz) manat təşkil etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.Əsədova, iş № 2(005)-102/2021) ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 Firması arasında Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış 15 avqust 2017-ci il tarixli borc müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Firmasından 15 avqust 2017-ci il tarixli borc müqav iləsinə əsasən 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas, 2.000 (iki min) ABŞ dolları məbləğində dəbbə borcu və 2.700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik beş faiz məbləği olmaqla, cəmi 31.700 (otuz bir min yeddi yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, Cavabdeh1 Firmasından tutulmalı olan məbləğ - 31.700 (otuz bir min) ABŞ dolları məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsi, 1,093634 ha torpaq sahəsi və 2,080338 ha torpaq sahələrinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 Firmasına verilməsi, ipoteka predmetləri olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsi, 1,093634 ha torpaq sahəsi və 2,080338 ha torpaq sahələrinin ilkin satış qiyməti 53.660 (əlli üç min altı yüz altmış) manat məbləğində müəyyən edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə, habelə cavabdehlər Cavabdeh2 və Cavabdeh3nə münasibətdə təmin edilməməsi, iddiaçılar Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “borc, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Firması kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, İddiaçı olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Cavabdeh1 Firması tərəfindən İddiaçı ödənilməli olan əsas borcu nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcun Cavabdeh1 Firmasından tutulması hissəsində tam təmin olunmalı, 15 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borc vəsaiti Cavabdeh1 Firmasından İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin borc müqaviləsinə əsasən əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə q ismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli, 11.016 (on bir min on altı) ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu 2.000 (iki min) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 Firmasından iddiaçı “İddiaçı xeyrinə tutulmalıdır. 15 avqust 2017-ci il tarixli borc müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin şəxslər Cavabdeh2 və Cavabdeh3 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, İddiaçı zamin şəxslərə qarşı 15 avqust 2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəld iyi, eləcə də iddiaçı şəxsin zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin borc müqaviləsi üzrə yaranmış müvafiq borcun zamin şəxslər Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zamin şəxslərə qarşı tələb irəli sürülmədiyindən zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh3nə aid hissədə rədd edilməlidir. Məhkəmə iddia ərizəsinin 50.000 (əlli min) ABŞ dolla rı məbləğində əldən çıxmış faydanın cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, tərəflər arasında imzalanmış müvafiq borc müqaviləsində verilmiş borc məbləğinin qaytarılmasının gecikdirilməsi zamanı gecikən məbləğə hansı miqdarda əldən çıxmış faydanın hesablanması ilə bağlı müddəa öz əksini tapmadığından, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin 10.000 (on min) ABŞ dolları məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitu siyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX böl məsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 Firması tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahələrinə yönəldilməli, həmin torpaq sahələri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 Firmasına qaytarılmalıdır. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 oktyabr 2020-ci il tarixli QR 309M nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı şəxslər tərəfindən kredit müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və ilkin iddia ərizəsi üzrə iddiaçı şəxsin nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddia nın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmiş, şikayətlərini qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işə iştirakları olmadan baxdığını, sübutlara obyektiv qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, prosessual normaları pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmadığını irəli sürmüşlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-5041/2021) Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2021 saylı iş üzrə 22 fevral 2021- ci tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Firması (vəkil X6) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5041/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilib, işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 Firmasının vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasın da kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası Cavabdeh2 izahatını dinləməmişdir. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Firması kassasiya şikayəti vermiş, qətnaməni qismən mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaş dırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə m əsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürmə klə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya ə qdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Azərbaycan Resp ublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka sax layanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47. 4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hal ların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayəti ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, «… borc və ipoteka müqavilələrinə bilavasitə ilkin iddiaçı və Cavabdeh1 Firmasının səlahiyyətli şəxsi imza etmiş, müqaviləyə dair hüq uqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyyənləşdirilmiş, borc məbləği Firmanın hesabına mədaxil olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflərin həqiqi niyyəti podrat müqaviləsi, yaxud digər müqavilə bağlamaq olsaydı, onlar notariusda iradələrini sərbəst şəkildə ifadə edib həmin müqaviləni bağlaya bilərdilər. Çünkü işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, ilkin iddiaçı, Cavabdeh1 Firmasını məhz borc müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. … Cavabdeh1 Firmasının müvafiq müqavi lə bağlandıqdan sonrakı davranışları da qarşılıqlı iddia tələbinin əsassız hesab olunmasını şərtləndirən hal kimi nəzərdən keçirilməlidir; işin hallarından görünür ki, Firma borc aldıqdan sonra ipoteka və zaminlik müqavilələrinin bağlanması ilə əlaqədar müqavilələrin rəsmiləşdirilməsinə iştirak etmiş, aldığı borcun bir hissəsini qaytarmışdır. … Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd oluna n müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5041/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədə n saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6344/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6344/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver