Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6346/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə) 27.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1027/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında 02 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 430 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları 05 sentyabr 2016-cı il təvəllüdlü X1 və 13 dekabr 2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmışlar.
2. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 23 oktyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Qoxmuq kəndində yerləşən 241,3 kv.m. ölçüdə fərdi yaşayış evi Cavabdeh1, ona aid 0,07 ha torpaq sahəsi isə Cavabdeh1, Cavabdeh3, X3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərindədir.
3. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 23 oktyabr 2018-ci il tarixdə hüquq sahibi Cavabdeh1 adına verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, həmin evin yerləşdiyi torpağın sənəd üzrə sahəsi 0,07 ha, faktiki sahəsi, 0,131 ha, tikinti altı sahəsi 0,033 ha, digər sahələr isə 0,1010 ha təşkil edir.
4. Şəki şəhər İHB-nın Qoxmuq kəndindəki nümayəndəsi tərəfindən 08 aprel 2022-ci il tarixdə verilmiş 408 nömrəli arayışdan görünür ki, Qoxmuq kənd İƏD-si üzrə nümayəndəliyinin 2021-2025-ci illər üçün ev təsərrüfatlarının 239 nömrəli şəxsi kitabında 108-ci səhifədə 2014-cü ildə inşa edilmiş 9 otaqlı, ümumi sahəsi 241,3 kv.m., yaşayış sahəsi 146.6 kv.m. olan özünə məxsus fərdi yaş ayış evi qeyd edilmişdir. Ev 2 mərtəbədən ibarətdir, 2-ci mərtəbədə tamamlama işləri yekunlaşmadığı üçün orada yaşayış yoxdur. Hal-hazırda 1-ci mərtəbədə ümumi sahəsi 64,3 kv.m. olan 4 otaqda yaşayış vardır. 2020-ci ildə Cavabdeh1 verdiyi məlumata əsasən evinin bir dam altındakı ön hissəsində olan pilləkənin yerini dəyişmək, ərzaq məhsulları üçün anbar və eyvan yaratmaq məqsədi ilə tikinti işləri aparılmışdır.
5. Şəki şəhər İHB-nın Qoxmuq kəndindəki nümayəndəsi tərəfindən 03 fevral 2022-ci il tarixdə verilmiş 225 nömrəli arayışdan görünür ki, Şəki rayonu Qoxmuq kənd sakini İddiaçı 2015-ci ildən hal-hazıradək Qoxmuq kəndində qayınatası Cavabdeh1 təsərrüfatında qeydiyyata alınmışdır. Hal-hazırda iki azyaşlı övladı ilə atası S.İ.İdrisovun evində yaşayır.
6. İşdə olan Şəki şəhər İHB-nın Qoxmuq kəndindəki nümayəndəsi tərəfindən 22 fevral 2022-ci il tarixdə verilmiş 262 nömrəli arayışdan görünür ki, Şəki rayonu Qoxmuq kənd sakini İddiaçı iki azyaşlı övladları ilə birlikdə hal-hazırda Qoxmuq kəndində atası X4 məxsus 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır.
7. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin 09 mart 2022-ci il tarixli, 906 nömrəli məktubundan görünür ki, Cavabdeh1 (fərdi yaşayış evi və torpaq sahəsi ümumi birgə) və ailə üzvlərinə (torpaq sahəsi ümumi birgə) məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə verilmiş **********34- 10301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş A172480 saylı torpaq sahəsinin planı və ölç üsü sənədi, Şəki rayonu Qoxmuq kənd nümayəndəsinin 28 sentyabr 2018-ci il tarixli, 1183 saylı arayışı və eskiz layihə əsasında verilmişdir.
8. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş A-172480 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı əsasında Cavabdeh1 Şəki rayonu Qoxmuq kəndi ərazisində fərdi yaşayış evi tikmət üçün 700 kv.m. torpaq sahəsi verilmişdir.
9. Azəriqaz İB-nin 11 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Şəki rayonu Qoxmuq kənd sakinləri Cavabdeh2 (abonent kodu: **********00000, sayğac nömrəsi: **********7), Cavabdeh1 (abonent kodu: **********00000, sayğac nömrəsi: **********9) təbii qaz istehlakçısı kimi Birliyin abonentl ərin uçotu bazasında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə (torpaq sahəsi də daxil olmaqla) köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 oktyabr 2015-ci il tarixdə cavabdehlərdən Cavabdeh2 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh2 ilə birgə nikahlarından 05 sentyabr 2016-cı il tarixdə Nəzrin, 13 dekabr 2017-ci il tarixdə isə Pərvin adlı uşaqları anadan olmuşdur. Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən 01 noyabr 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar. Yəni o, həmin tarixdə cavabdehlərin yaşadığı evi tərk edib, uşaqları ilə birlikdə atası evinə qayıtmaq məcburiyyətində qalmışdır. Sonradan Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqları onun himayəsində saxlanılmışlar. Lakin 2021-ci ilin fevral ayında Cavabdeh2 ilə onun arasında ailə mün asibətləri bərpa edilmiş və həmin tarixdən uşaqları ilə birlikdə yenidən cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçüb orada yaşayışını davam etdirmişdir. O, Cavabdeh2 ilə faktiki ailə münasibətlərini davam etdirib, 2021-ci ilin dekabr ayının 08-nə kimi cavabdehlərlə birlikdə Şəki rayonu Qoxmuq kəndində, mübahisə predmeti olan evdə yaşamasına baxmayaraq 2021-ci ilin dekabr ayının 08-də cavabdehlər tərəfindən həmin evdən çıxarılmışdır. Mübahisə predmeti olan evdən çıxarıldıqdan sonra uşaqları ilə birlikdə atası evində yaşamaq məcburiyyətindədir. O, 02 oktyabr 2015-ci il tarixdə Cavabdeh2 ilə ailə qurub cavabdehlərin yaşadıqları mübahisə predmeti olan evə gəlin köçərkən həmin həyətdə iki ev mövcud olmuşdur. Belə ki, həmin evlərdən biri birinci mərtə bəsi istifadəyə hazır vəziyyətdə, ikinci mərtəbəsi isə istifadəyə hazır vəziyyətdə olmayan, birinci mərtəbədə istifayə hazır 3 otaqdan ibarət, 2 mərtəbəli yaşayış evi, digəri isə həmin həyətdə yerləşən Cavabdeh1 mərhum anasının yaşadığı köhnə yaşayış evi olmuşdur. O, ailə qurduqdan sonra eyni həyətdə yerləşən birinci mərtəbədə istifadəyə hazır 3 otağı olan, 2 mərtəbəli yeni evə gəlin köçmüş və orada yaşamışdır. Həmin evin ikinci mərtəbəsi isə o, ailə qurub həmin evə gəlin köçdükdən sonra cavabdehlərdən Cavabdeh2 tərəfindən təmir etdirilmişdir. Həyətdə yerləşən köhnə ev isə Cavabdeh1 anası vəfat etdikdən iki ay sonra, yəni 2019-cuildə sökülmüş, 2019-cu ildəcə, onun gəlin köçdüyü zaman mövcud olmuş, iki mərtəbəli yeni tikiliyə bitişik şəkildə Cavabdeh2 tərəfindən yeni bir ev inşa edilmişdir. Belə ki, əvvəlki iki mərtəbəli evə bitişik şəkildə inşa edilmiş evin inşası 2019-cu ilin iyun ayında başlamaqla 2019-cu ilin oktyabr ayında başa çatdırılmışdır. O, 2019-cu ilin noyabr ayında cavabdehlərin yaşadıqları evi tərk etdiyi dövrədək və 2021-ci ildə həmin evə qayıdıb, yenidən oranı tərk edən müddətdə 2015-ci ildə gəlin köçdüyü evdə yaşamışdır. O, cavabdehlərin evində yaşadığı dövrdə 2015-ci ildə gəlin köçdüyü, 2019-cu ildə inşa edilmiş yeni evlə yanaşı söküldüyü məqamadək həyətdə olan köhnə evdən də istifadə etmiş, gəlin köçdüyü zaman cehizinin bir hissəsi də köhnə evə yığılmışdır. Hazırda da ona məxsus ev və məişət əşyaları gəlin köçdüyü evdədir. 2019-cu ildə inşa edilmiş evdən onlar əşyaların yığılması, yatacaq, uşaqların dərs öyrənmələri məqsədi ilə istifadə etmişlər. Əvvəldə n mövcud olmuş iki mərtəbəli evə bitişik şəkildə 2019-cu ildə inşa edilmiş ev Cavabdeh2 üçün və sonuncu tərəfindən inşa edilmiş bir evdir və əvvəldən mövcud olan 2 mərtəbəli evlə sonradan ona bitişik şəkildə inşa edilmişdir. Sonradan artırılma şəklində tikilmiş evin inşasında onun da böyük əziyyəti olmuşdur. Belə ki, həmin ərəfədə o, uşaqlara, həyətdəki mal-qaraya baxmış, inşa edildikdən sonra isə həmin evdən istifadə etmişdir. Əvvəldən mövcud olmuş 2 mərtəbəli evin və sonradan yeni inşa edilmiş artırılmanın hərəsinin ayrı-ayrılıqda işıq və qaz sayğacları vardır. Belə ki, əvvəllər İbrahimin nənəsinin adına olmuş sayğac hazırda Cavabdeh2 özünün adınadır. O, cavabdehlərin yaşadıqları ünvana gəlin köçərkən həmin evin sənədləri olmadığından cavabdehlərlə bununla bağlı müqavilə bağlaya bilməmiş dir. Cavabdehlər tərəfindən gəlin köçdüyü evdən çıxarıldıqdan sonra atası evində yaşamaq məcburiyyətində qalmışdır ki, atası evində biri ailəli, digəri subay olan iki qardaşı yaşayırlar. Ona görə də onun uşaqları ilə birlikdə atası evində yaşaması üçün lazımi yaşayış şəraiti yoxdur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 02 oktyabr 2015- ci il tarixdə İddiaçı ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. İddiaçı onunla ailə qurub, onun valideynləri ilə birlikdə yaşadığı, Şəki rayonu Qoxmuq kəndində yerləşən və atası Cavabdeh1 mülkiyyətində olan evə gəlin gəlmişdir. Onun İddiaçı ilə birgə nika hlarından 05 sentyabr 2016-cı il tarixdə Nəzrin, 13 dekabr 2017-ci il tarixdə isə Pərvin adlı uşaqları anadan olmuşdur. O, İddiaçı ilə nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən 01 noyabr 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar. Yəni İddiaçı həmin tarixdə onların yaşadığı evi tərk edib, uşaqları ilə birlikdə atası evinə getmişdir. Sonradan Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqları İddiaçı himayəsində saxlanılmışlar. Lakin o, ailə münasibətlərinin davam etdirilməsi məqsədi ilə 2021-ci ilin fevral ayında İddiaçı və uşaqlarını iddiaçının əvvəl gəlin gəldiyi atası Tələtə məxsus evə gətirmişdir. Lakin münasi bətləri uyğun gəlmədiyindən İddiaçı 2021-ci ilin dekabr ayının 08-də uşaqlarını da götürüb, yenidən onunla yaşadığı evi tərk edib getmişdir. İddiaçı ilə 02 oktyabr 2015-ci il tarixdə ailə qurduqda iddiaçı onun atası Tələtin adına olan Şəki rayonu Qoxmuq kəndində yerləşən 2 mərtəbəli yeni tikili evə gəlin gəlmişdir. Fərdi yaşayış evi atasının adına olsa da evin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyətdədir. Belə ki, atasına məxsus 2014-cü ildə inşasının başlanıldığı və 2015-ci ildə inşasının başa çatdığı evin yerləşdiyi torpaq sahəsi 1997-ci ildə aparılan aqrar islahat zamanı paylı mülkiyyətə verilmişdir. Həmin həyətdə əvvəllər onun nənəsinin yaşadığı köhnə bir yaşayış evi də mövcud olmuş, lakin köhnə evdə yaşayış olmadığından və qəzalı vəziyyətdə olduğundan köhnə ev 2019-cu ildə sökülmüşdü r. 2019-cu ildə köhnə ev söküldükdən sonra 2020-ci ildə, iki mərtəbəli yeni evə bitişik şəkildə, yəni evin qarşısında eyvan hissəsi artırılmış, hansı ki, həmin eyvan hissəsindən də evin ikinci mərtəbəsinə pilləkən əlavə olunmuşdur. Evə artırma hissəsi iddiaçının atası evində olduğu dövrdə inşa olunmaqla yanaşı o, ayrıca bir ev deyil, iddiaçının gəlin gəlməsinədək mövcud olmuş 2 mərtəbəli evə əlavədir. Hansı ki, əvvəldən mövcud olan 2 mərtəbəli evin bir girişi vardır. Həmin giriş hissəsi də evə artırılmış hissədə yerləşir. Evə bitişik şəkildə inşa edilmiş eyvanın bir hissəsi isə sökülmüş köhnə evin yerləşdiyi ərazinin bir hissəsini əhatə edir. Əvvəldən inşa edilmiş 2 mərtəbəli evin və sonradan artırılmış eyvan hissəsinin inşasında onun heç bir rolu olmamışdır. Hər iki tikilinin inşası atası Tələtin vəsaiti hesabına aparılmışdır. Əvvəlcədən mövcud olmuş və sonradan artırılmış tikilinin inşasında iddiaçının heç bir rolu olmamışdır. Hətta iddiaçının səhhətində narahatlıqlar olduğundan iki xəstə uşaqlarına belə onların köməkliyi ilə baxmışdır. Uşaqları xəstə olduğundan onun işləyib əldə etdiyi qazancının hamısı uşağın müalicəsinə xərclənmişdir. Buna görə də evin bütün inşaat işləri atasının vəsaiti hesabına həyata keçirilmişdir. Bundan başqa iddiaçının onların ünvanında yaşadığı dövrdə anası xəstə olduqda onlar heyvanlara baxmaq üçün kənar baxıcının köməyindən istifadə etmişlər. İddiaçı heç vaxt onların həyətindəki heyvanlara baxmamışdır. Onun yaşadığı ünvanda quraşdırılmış sayğaclara gəlincə həmin ünvanda onun adına bir qaz sayğacı vardır. Belə ki, onlar əvvəllər ipək qurduna baxdıqlarından, həmin sayğac da əvvəldən bu məqsədlə onların yaşadıqları ünvana quraşdırılmış və əvvələr həmin sayğac nənəsinin adına olmuş, nənəsinin vəfatından sonra isə sayğac onun adına rəsmiləşdirilmişdir. Evin sonradan artırılmış hissəsi evin texniki pasportunda əksini tapmasa da 2014-2015-ci illərdə inşa edilmiş evlə bağlı 2018- ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Həm 2019-cu ildə, həm də 2021-ci ilin dekabr ayında iddiaçı özü könüllü olaraq uşaqlarını da götürüb, onların yaşadığı evi tərk edib getmiş, ona heç bir təzyiq, təsir göstərilməmişdir. Ona və digər cavabdehlərə qarşı qaldırılmış hazırkı iddia əsassızdır və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
13. İddiaçı tərəfin vəsatə ti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, həm iddiaçı, həm də cavabdeh tərəfin uzaq qohumudur. O, İddiaçı ilə Cavabdeh2 ailə qurması ilə bağlı qız evində keçirilən toy mərasimində iştirak etmişdir. Lakin toy mərasiminin hansı tarixdə keçirilməsi xatirində deyildir. İddiaçı ilə Cavabdeh2 ailə qurmasından sonra o, Tələtgilin yaşadığı evə getməmişdir. Lakin o, 2019cu ilin yay aylarında Tələtgilin yaşadıqları evin həyətində mövcud olmuş köhnə evin söküntüsündə 2-3 ay müddətində fəhlə işləmişdir. O, Tələtgilin həyətində fəhlə kimi işlədiyi dövrdə İddiaçı da həmin həyətdə olmuşdur. Söküntü işləri başa çatdıqdan sonra onun həmin həyətdə fəhlə kimi işi başa çatmışdır. İddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 if adəsində göstərdi ki, onun iddiaçı və cavabdeh tərəflə qohumluq münasibətləri yoxdur. Lakin İddiaçı ilə atası evində qonşuluqda yaşayır. O, İddiaçı ilə Cavabdeh2 ailə qurması ilə bağlı qız evində keçirilən toy mərasimində iştiarak etmişdir. Lakin toy mərasiminin hansı tarixdə keçirilməsi xatirində deyildir. O, 2019-cu ildə Tələtgilin yaşadıqları evdə mebelin quraşdırılması üçün ölçü işlərinin aparılmasına getmiş, lakin aralarında razılıq əldə edilmədiyindən o, Tələtgilin evinə mebel quraşdırmamışdır. O, həmin ünvana 2019-cu ilin hansı ayında getməsini xatirlamır. Lakin həmin evə getdiyində Tələt evdə olmamış, lakin Tələtin oğlu İbrahim, Esmira və uşaqları evdə olmuşlar. Tələtgilin evində mebel üçün ölçü işlərinin aparılması zərurətini səhv etmirsə həmin vaxt ona Esmiranın qardaşı Orxan dem işdir.
14. İddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun iddiaçı və cavabdeh tərəflə qohumluq münasibətləri yoxdur. O, Esmiranın atası evinə dəfələrlə, Tələtin yaşadığı evə isə bir neçə dəfə televiziya kanallarının yığılması ilə bağlı getmişdir. Belə ki, o, Tələtin evinə bu məqsədlə bir dəfə İbrahimlə Esmiranın yeni ailə qurduqlarında, bir dəfə isə bundan daha əvvəl getmişdir. O, 2019-cu ilin yay aylarında bir dəfə Esmiranın atası Sabirgildə olduğu zaman Esmira evdə olmamış, həmin vaxt anasının Esmira ilə telefonla danışığından Esmiranın ər evində olmasını bilmişdir.
15. İddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun iddiaçı və cavabdeh tərəflə qohumluq münasib ətləri yoxdur. O, Qoxmuk kənd sakini kimi Cavabdeh1gilin yaşadıqları evə aid yoldan istifadə etmişdir. Belə ki, Tələtgilin qonşuluğunda onun traktor yoldaşı yaşamışdır. O, həmin ünvanda yaşayan tarktor yoldaşının evinə getdiyi vaxtlar Tələtgilin yaşadıqları evin həyət qapısı açıq olduğunda orada tikinti işlərinin aparılmasını görmüşdür. Həmin vaxt Esmiranı orada görməmişdir. Həmçinin bir dəfə Esmiranın qardaşı Orxan onu idarə etdiyi maşınla Tələtgilin evlərinin yaxınlığında saxlamış və özlərinin yaşadıqları evə gedibgəlmələrini təklif etmiş, o da buna etiraz etməmiş və Orxangildən uşağı Tələtin yaşadığı evə gətirmişdir. O, 2019-cu ilin yay aylarında Tələtgilin evlərinin yaxınlığından keçərkən orada ev inşasını görmüşdür.
16. Şəki Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(075)-611/202 2 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia rədd olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə (torpaq sahəsi də daxil olmaqla) köçürülmələri tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir.
17. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri 2015-ci ilin oktyabr ayında yaranmışdır. Həmin dövrdə sözügedən yaşayış evi təsərrüfatbaşına kita bda olan məlumatlara əsasən cavabdehlərdən Cavabdeh1 məxsus olsa da, lakin sonuncunun həmin evlə bağlı sərəncam vermək və ya hər hansı əqd bağlamaq səlahiyyəti olmamışdır.
18. İddiaçı həmin evə gəlin köçərkən qaynatası Cavabdeh1 və ailənin digər üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Yəni 2015-ci ilin oktyabr ayından mübahisəli ev iddiaçının qanuni və daimi yaşayış yeri olmuşdur. Bu hal Şəki şəhər İHB-nın Qoxmuq kənd İƏD üzrə nümayəndəliyinin arayışı və tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Həmin evdə yaşadığı müddətdə iddiaçının 05 sentyabr 2016-cı il təvəllüdlü X1 və 13 dekabr 2017-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşlar. A ilə münasibətləri pozulan iddiaçı 2019-cu ilin noyabr ayında azyaşlı uşaqları ilə birlikdə mübahisəli evi tərk edib həmin kənddəki atası evinə getmiş, aralarında bağlanmış nikahları isə 20 oktyabr 2020-ci il tarixdə pozulmaqla, həmin tarixdən tərəflər arasında rəsmi qaydada qohumluq münasibətlərinə xitam verilmişdir. Lakin iddiaçıya məxsus ev və məişət əşyaları hal-hazıradək gəlin köçdüyü evdə qalmışdır.
19. Şəki rayonu Qoxmuq kəndində yerləşən, iddiaçının 2015-ci ilin oktyabr ayında gəlin köçdüyü mübahisəli fərdi yaşayış evi Cavabdeh1 məxsus olmuş, iddiaçı həmin evə gəlin gələndə Cavabdeh1 həmin evə gözlənilən mülkiyət hüquqları olmuşdur.
20. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 09 mart 2022-ci il tarixdə Cavabdeh1 ünvanlanmış 906 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh1 (fərdi yaşayış evi və torpaq sahəsi ümumi birgə) və ailə üzvlərinə (torpaq sahəsi ümumi birgə) məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə verilmiş **********3410301reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş A-172480 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi, Şəki rayonu Qoxmuq kənd nümayəndəsinin 28 sentyabr 2018-ci il tarixli, 1183 saylı arayışı və eskiz layihə əsasında verilmişdir. Yəni Cavabdeh1 DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin qeyd etdiyi sənədləri hüquqları qeydə alan orqana təqdim etməklə öz adına mübahisəli evə dair çıxarış əldə etmişdir. Yəni, mübahisəli fərdi yaşayış evi Cavabdeh1 məxsus olan evdir.
21. İddiaçı və onun azyaşlı uşaqları isə mübahisəli fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi olan Cavabdeh1 qeyd olunan ailə üzvləri sırasına daxil deyillər və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma mövcud deyildir.
22. İddiaçı məhkəmə iclasında verdiyi izahatında gəlin köçdüyü məqamda cavabdehə məxsus əmlakın mülkiyyət sənədinin olmaması səbəbli belə bir müqavilənin bağlanmadığını göstərsə də, onun tərəfindən gəlin köçdüyü məqamda cavabdehlərə müqavilə bağlanması təklifinin olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
23. Məhkəmə hesab etmişdir ki, İddiaçı və onun azyaşlı uşaqlarının mübahisə predmeti olan fərdi yaşayış evinə dair istifadə hüquqları əmələ gəlməmişdir. İddiaçı həmçinin məhkəmə iclasında verdiyi izahatında onun ər evində olduğu müddətdə Cavabdeh1 məxsus evə bitişik şəkildə 2019-cu ildə yeni bir evin inşa edildiyini, Cavabdeh2 isə tikinti işlərinin 2020-ci ildə iddiaçının orada olmadığı dövrdə aparıldığını göstərməsinə baxmayaraq, məhkəmə iclasında tərəflərin iştirakı ilə evə dair videoçəkilişə baxış keçirildikdə, aparılmış əlavə tikinti işlərinin əvvəldən mövcud olmuş evə artırılma olmaqla, inşaat ilindən asılı olmayaraq vahid dam altında əvvəldən mövcud olmuş eyni evə aid olması müəyyən edilmişdir. Aparılan artırma işləri Cavabdeh1 mülkiyyətində olan evə əlavələr olmaqla məhz ona məxsus evin tərkib hissələridir və digər bir dam örtüyü altında olan ayrıca tikililərdən ibarət deyildir. Bu baxımdan iddiaçının orada yaşadığı dövrdə inşası qəbul edilsə belə Cavabdeh1 məxsus evə aparılan artır maların aparılması iddiaçının və onun uşaqlarının həmin evdən istifadə hüquqlarının əmələ gəlməsi əsası kimi qəbul edilə bilməz. Ona görə ki, Cavabdeh1 məxsus evə aparılan artırmalara da məhz Cavabdeh1 gözlənilən mülkiyyət hüququ mövcuddur.
24. Həmçinin iddiaçı iddia tələdində onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının fərdi yaşayış evi ilə yanaşı Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə də istifadə hüququnun tanınması, həmin torpaq sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrində şəxsin torpaq sahəsindən deyil, yalnız yaşayış binasının tərkib hissəsindən hüquqlarının tanınması imkanları n əzərdə tutulmuş, iddiaçının uşaqları ilə birlikdə mübahisə predmeti olan, Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə istifadə hüququnun tanınması, həmin torpaq sahəsinə köçürülmələri üçün hər hansı bir hüquqi əsasın olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152 və 228-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə məhkəmə iclasında təqdim olunmuş sübutlar əsasında deyil, hakimin öz mülahizələri əsasında çıxarılmışdır. Qətnamə əvvəldən axıra kimi hakim konkret qanunvericilik aktlarına toxunmaqla işin faktiki hallarını araşdırıb hüquqi qiymət vermək əvəzinə dəfələrlə tərəflərin izahatlarını təkrarlamış və onlara təkrar-təkrar müxtəlif aspektlərdən yanaşmaqla fikir yayındırmaq məqsədi ilə əsas məqamlardan uzaqlaşmışdır. Belə ki, işin əsas özəyi olan hallar demək olar araşdırılmamış və hakim əsas məqamların üzərindən keçmişdir.
28. Hakimə məhkəmə iclasında dəfələrlə 0,07 ha torpaq sahəsində əvvəllər yəni 1975ci ildə inşa edilmiş (texniki pasportun 4-cü səhifəsi) köhnə ev olsa da sonradan yəni İddiaçı həmin evə gəlin köçdüyü zaman tamamlanmış və iddiaçının orda gəlin olduğu vaxt yəni 2018-ci ildə mülkiyyət sənədi (çıxarış) alınmış ev ümumi birgə mülkiyy ətdə olan torpaqda iddiaçının əri Cavabdeh2 tərəfindən tikilmiş, lakin Cavabdeh1 adına sənədləşmişdir. Bundan sonra Cavabdeh2 tərəfindən köhnə (1975-ci ildə inşa olunmuş) ev sökülmüş və yeni ev inşa olunmuşdur. Bu fərqlər məhkəmə iclasında təqdim edilmiş video görüntü, foto şəkillərdə də aydın görünür. Məhkəmə iclasında hakimə 2018-ci ildən sonra inşa olunmuş evin mülkiyyət sənədinin olmaması, həmin evin ayrıca işıq və qaz sayğacının olması və yeni tikilmiş evin hakimin deyişi ilə desək gözlənilən mülkiyyət hüququnun kimin adına olacağı bilinmədiyi halda birgə nikah dövründə və ümumi birgə mülkiyyətdə tikilmiş yeni evin Cavabdeh2 məxsus olması danılmazdır.
29. Məhkəmə iclasında yeni evin tikintisinin çıxarışda və texniki pasportda göstərilmədiyini, həmin evin ümumibirgə mülkiyyətdə olan to rpaqda iddiaçının əri Cavabdeh2 tərəfindən tikilməsini, sənədsiz olduğu üçün İddiaçı həmin evə və torpaq sahəsinə istifadə hüquqlarının olmasını bildirdikdə hakim Elçin Mehdiyev bu halların mübahisələndirilmədiyini və bütün bunların cavabdehlər tərəfindən də etiraf edilməsini bildirmişdir. Lakin hakim məhkəmə iclasında bildirdiklərindən tam fərqli bir qətnamə çıxarmış və məhkəmə iclasında bildirdiyi və araşdırılmış halların tam əksinə qətnamə çıxarmışdır. Məhkəmə iclasında mübahisə doğurmayan halları hakim tam əksini yazmışdır. Qətnamədə bu halları mübahisələndirmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında və tərəflərin bərabərlik prinsipi əsasında baxmalı olduğu halda bu prinsipləri hansı məqsədlə pozduğu maraq doğurur. 1975-ci ildə tikilmiş birinci evin əvəzinə yeni tikilmi ş, ayrıca sayğacları olan, ümumi birgə torpaqda olmasına baxmayaraq iki ailə üçün nəzərdə tutulmuş hazırki evlərlə 2018-ci ildə inşa olunmuş evin texniki pasportunda əsaslı fərq var. Qətnaməyə nəzər salınsa hakim buna başqa bir don geyindirmiş və sözün əsl mənasında cavabdehlərin maraqları daxilində ola biləcək sözləri yazmışdır. Hakimə dəfələrlə torpaq sahəsi və evlərə əyani baxılması ilə baxlı vəsatət versə də evin faktiki vəziyyəti ilə sənəd üzərində olan vəziyyətində olan fərqi açıq-aşkar gördüyünü və buna ehtiyac olmamasını bildirirdi. Məhkəmə iclasının video görüntülərində bunu görə bilərsiz. Hakimin evin qurluşu və faktiki vəziyyətinin hansı qaydada olmasını guya bildiyinə inanmadığı üçün məcburən məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin vəsatəti rədd olunmuş və qətnamədən də göründüyü kimi sözügedən 3 ev barəsində natamam anlaşılmış, sübutlara əsaslanmayan və həqiqətlərdən uzaq qətnamə çıxarılmışdır. İddiaçının və azyaşlı uşaqlarının başqa yaşayış yerləri yoxdur. İddiaçı cavabdehlər tərəfindən evdən zorla çıxarılmış və evə daxil olması üçün şərait qərəzli olaraq yaradılmır.
30. İddiaçı gəlin köçdükdən sonra inşa olunmuş evin hələ də sənədinin olmaması (cavabdehlər özləri də bunu etiraf edir), həmin evin çıxarışı və texniki pasportunun olmaması onun sənədsiz ev statusuna aid olmasına dəlalət edir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə sənədsiz evə köçürülmə hüququna malikdir. 2018-ci ildə sənədləşmiş evin əhatə etdiyi torpaq sahəsinin 0,033 ha hissəsini əhatə etməsi nəzərə alınmaqla, sənədsiz olan yeni tikilmiş ev in 0,07 ha torpaq sahəsinin əlavə olaraq 200-300 kv sahəsində tikilməsi ümumi birgə mülkiyyətdə olan 0,07 ha torpağın 0,05-0,06 ha hissəsində tikilinin olmasına dəlalət edir. Ümumi birgə mülkiyyətdə olan torpaqda Cavabdeh2 (iddiaçının ərinin) evi yoxdurmu? Bundan da aydın görünür ki, iddiaçının istifadə hüquqları var və o istənilən halda evlərdən birinə köçürülməlidir. İddiaçı gəlin köçərkən evin sənədi olmamış və ev mülkiyyət sənədi olmamasına baxmayaraq iddiaçı həmin evdə qeydiyyatda olmuş və uşaqlarıda həmin evdə dünyaya gəlmişdir.
31. Bundan əlavə bildirmək lazımdır ki, cavabdeh yüksək əmək haqqı alır və qazancı qənaətbəxş səviyyədədir. Sözügedən ev iddiaçının əri Cavabdeh2 tərəfindən və onun vəsaiti hesabına tikilmişdir. Cavabdeh1 isə işləsə də maaşı İbrahimin maaşından daha azdır. 10 0-150 min manatlıq evi sadə bir dövlət vəzifəsində işləyən şəxs necə tikə bilər? Bu öz növbəsində araşdırılmalıdır. Bundan əlavə hakim qətnamə çıxararkən Mülki Məcəlləyə istinad etmiş və bu istinadının nə ilə əsaslandırdığını bildirməmişdir. Hadisələrin axımı 2015-ci ildən sonraki dövrə düşsə də evin sənədsiz olması onun 1982-ci ilin mənzil məcəlləsinə istinad edilməsinə əsas verməlidir. Hakimin 2009-cu ildən sonra olan hadisələrə Mülki Məcəlləyə istinad etməsi maraqlı bir haldır. Biz bu səbəbdən də qətnamənin əsassız olması, maddi və prosessual normaların pozulması qənaətindəyik. Bundan əlavə məhkəmə sübut kimi Şəki şəhər İHB-nın Qoxmuq kəndindəki nümayəndəsi tərəfindən 08 aprel 2022-ci il tarixdə verilmiş 408 nömrəli arayışa əsaslanıb. Bu arayışın özünü də hakim təhrif edilmiş qaydada tö vsif edir. Arayışa göstərilir ki, “2021-2025-ci illər üçün Ev təsərrüfatının uçotu kitabının 239 №-li şəxsi hesabında 108-ci səhifədə ---“ qeyd olunması (qalan hissəs i önəmsiz olduğu üçün yazmıram) göstərilmişdir. Həmin arayışın 2ci sətrində yazılmışdır ki, “2020-ci ildə Cavabdeh1 verdiyi məlumata əsasən...”. Göründüyü kimi təsərrüfat başına kitab mübahisəli 2015-2020-ci illəri deyil, 2021-2025-ci illərə aiddir. Bundan əlavə 2021-ci ildə hazırlanmış kitabın 108-ci səhifəsi yəqin sorğu verilən gün doldurulmuşdur. 2-ci sətirdə yazılmış Cavabdeh1 verdiyi məlumatlar əsasında sözləri isə ona əsas verir ki, İcra nümayəndəliyi tərəfindən əvvəldən heç bir qeyd aparılmamış, yalnız ev sahiblərindən olan Cavabdeh1 sözlərinə istinad olunmuşdur.
32. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10 7)-1027/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov, Ayaz Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə (torpaq sahəsi də daxil olmaqla) köçürülmələri tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
33. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə hazırki iş üzrə mənzilə istifadə hüququ ilə bağlı hüquq münasibətləri 02 oktyabr 2015-ci il tarixdə, yəni 2009-cu ildən sonra yarandığından Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarının tələbinə əsasən hazırki işə Mülki Məcəllənin 228-ci maddəsi deyil, Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir.
34. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
35. Bu zaman onun digər cavabdeh olan qayınanası Cavabdeh3 qarşı da həmin tələbi irəli sürməyə subyektiv hüququnun olmaması, eyni zamanda mübahisəli yaşayış sahəsinin cavabdeh olan keçmiş əri Cavabdeh2 mülkiyyətində olmaması halı nəzərə alınmışdır.
36. İddiaçının istifadə hüququ tanınmaqla köçürülməsini istədiyi evdə əlavə tikililərin aparılmasında özü və əri tərəfindən çəkilmiş xərclərlə bağlı iddia tələbi mövcud olmadığından həmin hissədə araşdırma aparılmamışdır.
37. İddiaçı məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizasının təyin edilməsi barədə elektron kabinet vasitəsilə məhkəmə verdiyi vəsatəti ilə bağlı məhkəmə ko llegiyası qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(107)-1027/2022 qərardadı ilə cavabdehin ekspertiza keçirilməsi barədə göstərdiklərinə münasibət bildirilmiş və cavabdehin vəsatəti rədd edilmişdir.
38. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsi 30.1, 30.4, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin ş ərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88217.4, 218.1, 372.1, 372.7, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildən mübahisələndirilən evdə qeydiyyatda olmasına və həmin evdə yaşamasına baxmayaraq iddiaçı sözügedən evə köçə bilmir. İddiaçının ev özəlləşərkən razılığın olub-olmaması iş materiallarında yoxdur və araşdırılmamışdır.
41. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan hələdə keçməyən və mülkiyyət hüquqları təsdiqlənməyən evə münasibətdə Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmək qanunsuz olmaqla bərabər iddiaçının konstitusion hüquqlarının pozulmasıdır.
42. Mübahisələndirilən ev iddiaçı, onun əri Cavabdeh2 vəsaiti hesabına və onun ümumi bigə mülkiyyətində olan torpağında birgə nikah dövründə inşa olunmuş və hələ də mülkiyyət sənədi alınmamışdır.
43. İddiaçının azyaşlı övladlarının yaşayış yeri iddiaçının yanı sayılır və bu qətnamə ilə müəyyən olunmuşdur. İddiaçının və azyaşlı övladlarının sözügedən mənzilə köçürülməsi mütləqdir.
44. Məhkəmə iclasında əsas sübutlar araşdırılmamışdır. İşdə əsas sübut kimi götürülmüş təsərrüfatbaşına kitabı qanunsuzdur və 2022-ci il tarixə aiddir.
45. Kassator şikayətini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30, Azərbaycan Respublikasının Konstitusiyasının 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Cavabdeh2 Tələb oğlu kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
21. Ma ddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər.
23. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlə rinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı
24. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Re spublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “X.Məmmədovanın şi kayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarı
26. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən e dilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəll ənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İşdən görünür ki, iddiaçı 2015-cı ilin oktyabr ayında Cavabdeh2lə ailə quraraq cavabdehlərin razılığı ilə Tələb Mehdiyevə məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, həmin vaxt evə dair hüquqlar qeydiyyata alınmasa da, 23 oktyabr 2018-ci il tarixdə yaşayış evi mülkiyyət hüququ əsasında cavabdeh, iddiaçının qaynatası olmuş Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Bundan əvvəl məhkəmənin müəyyən etdiyi kimi Cavabdeh1 fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuşdur.
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair“ 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları va hansi hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddasində nəzərdə tutulan “ailə üzvləri“ anlayışının əhatə dairəsinə daxildir.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş va bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba va nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba va nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçi nin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri“ anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr yuxarıda göstərilən qaydada əsaslandırılm ış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1027/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.