Məhkəmə qərarları › İş №2(102)-635/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-635/2020

03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-635/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı “xxxx” İKB ASC-nin Cavabdeh qarşı “kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-538/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayət i üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 13211.55 ABŞ dolları əsas, 8290.79 ABŞ dolları faiz, 467.02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21969.36 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə olunması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, tutmanın cavabdehin mülkiyyətində olan X5 mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcunun ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümu mi qaydada icra edilməsi, cavabdehə məxsus mənzil satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq Banka təhvil verilməsi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı İKB ASC-nin “4 saylı” filialından illik 26%-lə 36 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki X5 mənzili 2012-ci il 07 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial q aydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il yanvarın 04-dək Cavabdeh 2015-ci il 22 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 13211.55 ABŞ dolları əsas, 8290.79 ABŞ dolları faiz, 467.02 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 21969.36 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdar edilməsinə baxmayaraq o, borcun ödənilməsindən boyun qaçırır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Gülsarə İmanova) xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1539/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 13211.55 ABŞ dolları əsas, 8290.79 ABŞ dolları faiz, 467.02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21969.36 ABŞ dolları borc və 60 manat dövlət rüsumu tutularaq İddiaçı İKB ASC-nə ödənilməsi, müvafiq ödəniş cavabdehlər Cavabdeh məxsus olan X5 mənzil açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh qaytarılması və iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi – Şərafət Məmmədova, hakimlər Vüqar Həsənov və Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli 2(103)538/2019 nömrəli mülki iş üzrə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon M əhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1539/2019 saylı qətnaməsi ləğv edilərək Cavabdeh 13211.55 ABŞ dolları əsas, 8290.79 ABŞ dolları faiz, 467.02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21969.36 ABŞ dolları borcun və 60 manat dövlət rüsumunun tutularaq İddiaçı İKB ASC-nə ödənilməsi, müvafiq ödəniş Cavabdeh məxsus olan X5 mənzilin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, mənzilin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərclərinin Cavabdeh aid edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək banka olan borcunun hissə-hissə ödənilməsi və girov qoyulmuş əmlakın cavabdehdə saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Banka girov qoyulmuş mənzil cavabdehin yeganə yaşayış yeridir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin təmin edilməməsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər proses iştirakçıları işə b axılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı İKB ASC-nin “4 saylı” filialından illik 26%-lə 36 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki X5 mənzili 2012-ci il 07 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixə cavabdehin banka 13211.55 ABŞ dolları əsas, 8290.79 ABŞ dolları faiz, 467.02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21969.36 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 6343 saylı rəyi ilə müəyyən olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2018-ci il tarixə “xxxx” İKB ASC-nə olan əsas borcu 13.211.55 ABŞ dolları, faiz borcu 8.290.79 ABŞ dolları, cəmi borcu 2 1.502.34 ABŞ dolları təşkil edir. “X1” MMC-nin ƏEM/A 53-519/19 saylı, xx xxxxx 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh məxsus olan X5 mənzil bazar qiyməti 60.000 manatdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini müəyyən etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, borc məbləğinin cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh məxsus olan X5 mənzilin ilkin satış qiyməti apellyasiya baxışı zamanı qiymətləndirmə rəyində əks olunmuş bazar qiymət həddində müəyyən edilməsi qət edilmişdir. İddianın təmin edilməmiş hissəsindən idd iaçı kassasiya şikayəti vermədiyindən, kassasiya məhkəməsi qətnaməni yalnız iddianın təmin edilmiş hissəsində cavabdehin kassasiya şikayətinin dəliləri əsasında yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılan hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən öhdəliklər lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra edilmədiyindən müqavilədən yaranan öhdəliyə görə cavabdehlərin məsuliyyəti yaranmışdır. Buna görə də, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqavilələrə görə yaranmış öhdəliklər (əsas kredit borcu, faiz və cərimə borcu) icra edilməlidir. Mülki Mə cəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn ö hdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka pre dmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini y erinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, ipoteka ilə yüklü edilmiş mənzil onun yeganə yaşayış yeridir və həmin mənzilə tutmanın yönəldilməsi qanunsuzdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal tələbin borclunun yeganə yaşayış evi olan ipoteka predmetinə yönəldilməməsi üçün əsas olan hal deyildir. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 №-li qərarında qeyd edilmişdir ki, bu siyahının qeyd hissəsində nəzərdə tutulmuş halla r istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, bu siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə girov və ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlak tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə aid deyildir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəyində ekspertin h esablaması xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparıldığından, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixədək edilmiş 1.000.35 ABŞ dolları ödənişlər hesablama zamanı nəzərə alınmadığı göstərilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixədək edilmiş ödənişlər icra məmuru tərəfindən qətnamə icra edilərkən qət edilmiş məbləğdən çıxılmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə kass atora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)538/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar