Məhkəmə qərarları › İş №2(102)-635/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-635/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-635/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində Olan QSC «Bank Standard» Kommersiya Bankının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin müddətinin bitməsindən sonra faiz borcunun hesablanmasının yolerilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil Füzuli qızının iştirakı ilə, İddiaçı Ləğv prosesində Olan QSC «Bank Standard» Kommersiya Bankının Cavabdeh qarşı kredit m üqaviləsi üzrə borcun, faizlərin və dəbə pulunun tutulması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1271/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində Olan QSC «Bank Standard» Kommersiya Bankı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx xxxx 2015-ci il tarixli, 1xx/xx/110752/15 nömrəli kredit müqaviləsinə əsasən ididaçı QSC İddiaçı bundan sonra – iddiaçı və ya bank) tərəfindən Cavabdeh (bundan sonra – cavabdeh) 24 ay müddətinə, illik 25%-lə 3000 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadəyə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1577,83 manat əsas borc, 674,98 manat faiz borcu, 376,05 manat cərimə borcu, ümumilikdə 2628,86 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx xxxxx 2018-ci il tarixinə Banka 1577,83 manat əsas borc, 674,98 manat faiz borcu, 376,05 manat cərimə bo rcu, ümumilikdə 2628,86 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd edilən kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

4. Məhkəməyə təqdim edilmiş xx xxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 1577,83 manat əsas, 674,98 manat faiz və 376,05 manat dəbbə pulu olmaqla, cəmi 2628,86 manat məbləğində borcu vardır.

5. İşə əlavə olunmuş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit borcunun könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

6. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi il ə (hakim Fərid Yaqubov) iddianın qismən təmin edilməsi, cavabdehdən xx xxxx 2015-ci il tarixli, 1xx/xx/110752/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1577,83 manat əsas borc, 674,98 manat faiz borcu, 30 manat cərimə borcu, ümumilikdə isə 2282,81 manat məbləğində pul və 26 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 385.1, 739.1, 739.2, 425.1, 448.1, 467, 442-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır.

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti ver mişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1950 saylı ekspert rəyindən görünür ki, xx xxxx 2015-ci il tarixli 1xx/xx/110752/15 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçı banka olan əsas borc üzrə 1422,57 manat, faiz borcu üzrə 300,32 manat təşkil edir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən xx xxxx 2015-ci il tarixli, 1xx/xx/110752/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1422,57 manat əsas borc, 300,32 manat faiz borcu, 30 manat cərimə borcu, ümumilikdə isə 1752,89 manat məbləğində pul və 26 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

11. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini borcun tutulması hissədə dəyişdirərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə xx xxxx 2015-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. Deməli, müqavilənin müddəti xx xxxx 2017-ci il tarixdə bitmişdir. Buna baxmayaraq iddiaçı məhkəməyə xx xxxx 2018-ci il tarixdə (yəni bir il müddət keçdikdən sonra) müraciət edərək cavabdehdən xx xxxxx 2018-ci il üçün hesablanmış faiz borcu, yəni 674,98 manat pul tələb etmişdir.

12. İş üzrə keçirilmiş ekspertiza rəy i ilə cavabdehin iddiaçı banka olan əsas borc üzrə 1422,57 manat, faiz borcu üzrə 300,32 manat borcunun olması müəyyə edilmişdir.

13. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas və faiz hissəsində qətnamə dəyişdirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil Füzuli qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin cavabydehin apellyasiya şikayətinin təmin edilməsi barədə mövqeyi düzgün deyildir. Belə ki, iddia barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə daha ədalətli olmaqla apellyasiya i nstansiyası məhkəməsinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsaslanmaqla iddia ərizəsində bank tərəfindən tələb edilmiş borc məbləğinin əsas və faiz hissəsini azaltmış, nəticədə ümumi məbləğdə çox azalma olmuşdur. Halbuki ekspert rəyi məhkəmə üçün qətnamənin çıxarılması zamanı məcburi xarakter daşımır, kredit müqaviləsi bağlanan zaman tərəflər arasında faizlərin və cərimələrin hesablanması barədə məlumatlar əks etdirilmiş, borclu ödənişləri vaxtında və lazımi məbləğdə ödəmə öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pu l və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. İşdən göründüyü kimi, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı bank tələbin rədd edilən hissəsindən (cərimə borcunun azaldılması) apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni cavabdehin apellyasiya şikayətinə əsasən yoxlamış və əsas və faiz borcunun tutulması hissədə qətnamə dəyişdirimişdir.

28. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni yalnız əsas və faiz borcunun rədd edilən hissədə qətnamə mübahisələndirir. Ona görə də, qətnamə yalnız mübahisəl əndirilən hissədə kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçı kassasiya şikayətində əsas və cərimə borcunun azaldılmasının əsassız olmasını qeyd etmişdir. Lakin işdən görünür ki, məhkəmə bu hissədə əsas və faiz borcunu azaldarkən ekspert rəyinə istinad etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbində bank müqavilə müddətindən sonrakı dövr üçün borc tələb etmişdir ki, bu da yolerilməzdir.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti t ərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

32. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

33. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqav iləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

34. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır.

35. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

36. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MMnin 339.4-cü m addəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

37. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kr edit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda fai zlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

38. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilən hüquqi mövqe baxımından kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi yalnız kredit müqaviləsinin icra müddətinin bi tdiyi tarixədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində Olan QSC «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətləri Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1271/2020 nömrəli iş üzrə xx xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar