Məhkəmə qərarları › İş №2(102)-6350/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6350/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6350/2021 22.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin tətbiqinə dair ərizə verilməsi; iddia müddətinin keçməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5063/2021 saylı iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaç ı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 2006-cı ildə kredit müqaviləsi bağlanmışdır. 2. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit“QSC-yə keçmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

4. İddia tələbi onunla əsa slandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 07.07.2006-cı İl tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15% olmaqla 12 ay müddətinə 101025 ABŞ Dolları məbləğində kredit verilmişdir. Borcalana verilən vəsaitindən istifadə müddəti 12 ay müəyyən edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda 7956.02 ABŞ Dolları məbləğində faiz borcu qalmışdır.

5. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Aqrarkredit" QSC Cavabdeh qarşı faiz borcu üzrə 7956,02 ABŞ Dolları məbləğində kredit borcunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qə bul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası vətəndaşıdır, hərbiçidir. 2006-ci ildə X2 Filialından Vaz 2107 markalı avtomobili ipoteka yolu ilə almış və həmin krediti tam olaraq ödəmişdir. 2016-cı ildə Cavabdeh Azərbaycan Respublikası DİN Baş Müətəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış, dindirilmiş və ona məlum olmuşdur ki, 07 iyul 2006-cı il tarixdə Cavabdeh 101025 ABŞ Dolları məbləğində kredit verilməsi barədə saxta kredit müqaviləsi yazılmışdır. Cinayət işi üzrə ekspertiza təyin edilmiş, müəyyən edilmişdir ki, həmin müqavilə və məxaric sənədlərində imzalar saxtalaşdırılmış, kredit verilən zaman qanunvericiliyin tələbləri pozulmuş, Cavabdeh həmin müqavilədən tamamilə xəbəri və məlumatı olmamış, həmin sənədlərdə Sadiq Vəliyevin imzaları saxtalaşdırılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, həmin kredit üzrə Cavabdeh adından götürülən məbləğ ödənildiyindən Azərbaycan Beynəlxalq Bakı ASC-yə vurulmuş zərər ödənilməsi kimi nəzərə alınmışdır. Cavabdeh Azərbaycan Respublikası DİN BMCMİ-nin icraatında olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 02 may 2016-cı il tarixli, 6625 saylı ekspertiza rəyini əldə etmişdir. Həmin rəyin 146-cı hissəsində Cavabdeh adına yazılan kredit müqaviləsindəki və qəbzlərdəki imzaların ona məxsus olmaması, Cavabdeh kredit müqaviləsindən xəbəri olmaması öz təsdiqini tapmışdır. İş üzrə sənədlərə əlavə olunmuş 02 may 2016-cı il tarixli, 6625 saylı eskpertiza rəyindən də görünür ki, hazırki iş üzrə cavabdehin istinad etdiyi müqavilə əhəmiyyətsizdir. Cavabdeh 7 iyul 2006-cı il tarixində adına rəsmiləşdirilmiş 101025 ABŞ dolları məbləğində kredit müqaviləsindən tamamilə xəbərsiz olub. O, kredit müqaviləsini və kredit dosyesindəki digər sənədləri, vəsaitin bank hesabından nağd məxaric edilməsi barədə kassa məxaric orderini imzalamayıb. Halhazırda da həmin müqavilələrdə olan imzalar cavabdehə aid deyil. Sözügedən məbləği, ümumiyyətlə görməyib, həmin vəsaitin kim tərəfindən alınması, rəsmiləşdirilməsi, istifadə edilməsi və ödənilməsi barədə də məlumatlı olmayıb. 02 may 2016-cı il tarixli, 6625 saylı ekspertiza rəyində də göstərilir ki, kreditin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Mərkəzi X3 03 aprel 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalar”ın 1 nömrəli əlavəsinin tələbləri də gözlənilməyib. Belə ki, dosyedə tələb olunan minimum sənədlər toplusu (Mərkəzkəşdirilmiş kredit reyestrindən çıxarış, borcalanın şəxiyyət vəsiqəsinin surəti, kreditin ödənilməsi mənbələri, kreditin təminatı, bank tərəfindən hazırlanmış borcalanın krediti borcalanın krediti ödənə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat, kredit sifarişi, aylıq gəlirləri, iş yerindən arayış, bank rəyi və s. sənədlər aşkar edilməyib. Digər tərəfdən, ekspertiza rəyində də göstərilir ki, 07 iyul 2006-cı il tarixində bağlanmış müqavilə üzrə bu borc 29 sentyabr 2010-cu il tarixində, 3 il 2 ay gecikmə ilə hesaba nağd vəsait mədaxil edilərək ödənilib və tam bağlanıb və 01 mart 2016-cı il tarixə alınmış kreditin əsas məbləği və faiz borcu üzrə qalığı olmayıb. Buna baxmayaraq iddiaçı halhazırda məhkəməyə mür aciət edərək cavabdehin bağlamadığı və digər bir şəxs tərəfindən bağlansa belə bütün borcun ödənildiyi müqavilə üzrə 7956.02 ABŞ dolları məbləğində faiz borcu ödəməyini tələb edir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizəyə ilə müraciət edərək, iddia müddətinin keçməsi əsasına görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə 23 fevral 2021-ci il tarixli 2(001)-354/2021 saylı qətnaməsi ilə (hakim N.X.Nəbizadə) qət olunub ki, iddia rədd edilsin, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37 3.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı 07.07.2007-ci il tarixdən başlamış və 07.07.2010-cu il tarixdə başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı 31.05.2020-ci il tarixdə irəli sürmüşdür. Belə olan halda iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

10. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, “Azərbay can Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 3 iyun 2013-cü il tarixli Qərarına və Mülki Məcəllənin 373.2, 375.1, 375.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

11. Qətnamədən narazı qalan İddiaçı QSC BOKT tərəfindən apellyasiya şikayəti verilərək, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(001)-354/2021 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı QSC-nin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5063/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrliyi və məruzəsi ilə), E.Mehdiyev və X.Sarıyev) İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Kredit müqaviləsi 07.07.2006-cı il tarixdə 12 ay müddətinə bağlanıb, həmin müddət 07.07.2007-ci il tarixdə bitib, iddia müddəti 07.07.2010-cu il tarixdə başa çatıb, iddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi baş verməyib. İddia ərizəsi iddia müddəti bitdikdən 10 ilə yaxın vaxt keçdikdən sonra – 31.05.2020-ci il tarixdə verilib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

14. İddiaçı QSC BOKT (vəkili X1) tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5063/2021 saylı iş üzrə 11 iyun 2021ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəl iyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur. Həmçinin, cavabdeh ilə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir ki, bu müqavilə aşağıdakı hallarda xitam olunur: Bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdehin banka olan borcu ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamı şdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 399.3, 399.4-cü maddələrinin tələblərinə görə həmin şərt onu göstərir ki, müqavilənin qüvvəsi bitməmişdir, hal-hazıradək davam edir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəinki pozmuş, faktiki olaraq cavabdeh tərəfindən iddia tələbinin olmadığı və əqdin iştirakçıları arasında bu barədə hər hansı mübahisənin olmadığı halda kredit müqaviləsinin qaydalarına qiymət verməmiş, son nəticədə qeyri-obyektiv bir qətnamə qəbul etmişdir.

16. Bundan başqa, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Qeyd edilən əsaslardan göründüyü kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmələr də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişlər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 425.1, 425.2-ci maddələrinin tələblərindən də göründüyü kimi cavabdeh öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarını araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM- nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir.

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə alt ı ildir.

21. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur.

25. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

28. Maddə 418.3 Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§25).

30. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§26).

31. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§25). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. İş üzrə İddiaçı QSC BOKT tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütünlüklə mübahisələndirildiyindən və qətnamənin ləğv edilib, yeni apellyasiya baxışına göndərilməsi xahiş edildiyindən qətnamə tam yoxlanılır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, kredit müqaviləsi 07.07.2006-cı il tarixdə 12 ay müddətinə bağlanıb, həmin müddət 07.07.2007ci il tarixdə bitib, iddia müddəti 07.07.2010-cu il tarixdə başa çatıb, iddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi baş verməyib. İddia ərizəsi iddia m üddəti bitdikdən 10 ilə yaxın vaxt keçdikdən sonra 31.05.2020-ci il tarixdə verilib. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

35. Məhkəmə kollegiyası apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, maddi hüquq normalarının tələblərinin pozulması, o cümlədən Mülki Məcəllənin 405.1, 399.3, 399.4-cü maddələrinin tələblərinin nəzərə alınmaması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına və Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinin tələblərinə əsasən kassasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi a nını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəy yən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması f aktı öz- özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.

36. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Ple numu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

37. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, İddiaçı QSC-nin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§27).

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şi kayəti təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5063/2021 saylı iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar