Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6353/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X4, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4745/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim H.Hüseynli) xx.xx.2020-ci il tarixli, 2(003)305/2020 nömrəli qətnaməsi ilə İd diaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 7100 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, E.Mehdiyev, X.Sarıyev) xx.xx.2020-ci il tarixli, 2(103)-4745/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-305/2020 saylı qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, cavabdehdən ona borclu olduğu 7100 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil2 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmamış, bununla da cavabdehin hüquqlarını pozmuşdur. Həmçinin cavabdehin şahidlərinin dindirilməsinə şərait yaradılmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4745/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və apelyasiya instansiyası m əhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və cavabdehin vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X1 şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4745/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə i clasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından, birinci instansiya məhkəməsində alınmış şahid ifadələrindən (xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolunda) və eyni zamanda tərəflərin məhkəmə iclaslarında vermiş olduqları izahatlarından da (xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh sonuncu dəfə 2018-ci ilin axırında iddiaçıdan mal aldığını etiraf etmişdir) göründüyü kimi, İddiaçı ilə Cavabdeh Məzlum qızı arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Cavabdeh İddiaçı 2008-ci ildən 2018-ci ilə kimi müxtəlif vaxtlarda nisyə mal almış və sataraq pulun iddiaçıya ödəmişdir. İddiaçı 2018-ci il tarixdə cavabdehin 5000 və 4000 manat məbləğində nisyə mal aldığını və ondan 7100 manat məbləğində borcunun olduğunu bildirmişdir. Cavabdeh 1-ci instansiya və apellyasiya baxışı zamanı iddiaçıdan nisyə mal aldığını, lakin almış olduğu malların borcunu ödədiyini və iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiklərini qismən etiraf edərək, iddiaçıdan nisyə mallar aldığını, lakin onların pul larını ödədiyini və borcunun olmadığını bildirmişdir. Lakin cavabdeh iddiaçıya borcunun olmadığı barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh mal almadığına görə iddiaçının ona qərəzli şəkildə tələb irəli sürdüyünü bildirsə də, bununla bağlı da hər hansı sübut iş materiallarında mövcud deyildir. Əksinə, iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-309/20 saylı, Masallı rayon məhkəməsinin 05 dekabr 2(050) 2932/19 saylı Qətnamələrindən görünür ki, iddiaçı nisyə mal alqı-satqısı qaydasında ticarətlə məşğul olmuş və müxtəlif şəxslərə qarşı iddiaçının borcunun ödənilməsinə dair tələbləri məhkəmə qətnamələri ilə təmin olunmuşdur. Apelyasiya şikayətinə əlavə olunmuş qaimələrlə bağlı apelyatorun dəlillərinə münasibətdə isə apelyasiy a kollegiyası qeyd etmişdir ki, qaimələr hətta sübut kimi qəbul olunarsa belə, 2018-ci ildən əvvəlki tarixlərə aiddir, hazırkı borc isə 2018-cil də alınmış malın dəyərinin ödənilməsi ilə bağlıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, kasasiya şikayətinin dəlilləri əsasında yoxlama həyata keçirilərkən müəyyən edilir ki, cavabdeh iddiaçı ilə aralarında mövcud olmuş alqı-satqı münasibətləri üzrə 2018-ci ildən yaranmış dövr üzrə borcunu ödəməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçıya etdiyi ödənişlər barədə qaimələr isə 2018-ci ildən əvvəlki dövrü əhatə etmişdir. Kasasiya yoxl aması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsa sən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)4745/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6353/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-6353/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver