Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6356/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X1, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-405/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx.xx.2019-cu il tarixli, 2(001)-380/2019 nömrəli qətnaməsi ilə İ ddiaçı Cavabdeh qarşı “13000 manat” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 13000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 13030 manatın tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, A.Tanrıverdiyev) xx.xx.2020-ci il tarixli, 2(103)-405/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-380/2019 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh İddiaçı xeyrinə 3402 manatın tutulması, qətnamənin cavabdehə münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması, ekspertiza tədqiqatının dəyəri 100 manatın Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 200 manatın isə “xxxx” MMC -nin hesabına Cavabdeh alınaraq ödənilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 manat işlədiyi zəhmət haqqının tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmədə şahid qismində dindirilmiş iddiaçının qızı Ramilə cavabdehin həyat yoldaşıdır və onun təsiri altında məhkəməyə gətirilmiş və ifadə verməyə məcbur edilmişdir. Digər şahid Cəmaləddin Hüseynovu is ə iddiaçı tanımır. Cəmaləddin kameraları quraşdırmamış, kombi sistemini işə salmamış və iddiaçının iştirak etdiyi məhkəmə proseslərində dindirilməmişdir. Görülən işlərə görə cavabdeh iddiaçıya 1000 manat, onunla birlikdə işləyən Elsevər adlı fəhləyə 1000 manat vermişdir. Apelyasiya məhkəməsi ekspert rəyinə istinad etsə də, ekspert iddiaçının iştirakı olmadan və təmir-tikinti işlərini görmədən, onlara baxış keçirmədən qiymət qoymuşdur. İddiaçı həmin rəylə razılaşmamış, təkrar ekspertiza keçirilməsini tələb etmiş, təkrar ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmiş, qarşı tərəf yaşayış evinə baxış keçirilməsinə şərait yaratmadığından Məhkəmə Ekspertizası tərəfindən müəyyən edilmiş ölçülərə əsasən aparılmış təmir-tikinti işlərinin əmək haqqının 3402 manat təşkil etməsi barədə rəy v erilmişdir. Hər iki ekspertiza üzrə qeyri-obyektiv rəy verilmişdir. Hesab edirlər ki, iş obyektiv araşdırılmalı və aparılmış təmir-tikinti işlərinə düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-405/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 27084 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən-1, Korpus-4, 182 saylı fərdi yaşayış evinin qərardadda göstərilən tikinti-təmir işlərinin əmək haqqının təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3168,0 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2020-ci il tarixli, MB 13/748 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən-1, Korpus-4, 182 saylı fərdi yaşayış evinə baxış keçirilməsi üçün qarşı tərəfdən şərait yaradılmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş ölçülərə əsasən aparılmış təmir tikinti işlərinin əmək haqqı 3402 manat təşkil edir. Ekspert rəylərini nəzərə alan apelyasiya kollegiyası hesab etmişdir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddiaçı tərəfindən aparılmış təmir işlərinə görə cavabdehdən tutulmalı olan məbləğ dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 3402 manat tutulmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. B elə ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, iddiaçı kasasiya şikayətində cavabdeh tərəfindən ona və fəhlə işləyən Elsevərə hər birinə ayrılıqda 1000 manat ödənilməsini göstərsə də, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, Elsevər adlı şəxs iddiaçının oğludur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Elsevər də təmir işlərinin haqqı ilə əlaqədar onlar arasında narazılıq olmadığını, cavabdehin ona 1200 verməsini göstərmiş, iddiaçı özü isə cavabdehin ona 650 manat ödəməsini göstərmişdir. Yəni göründüyü kimi, iddiaçı tələb etdiyi məbləğdən əlavə, əldə etdiyi məbləğlə bağlı da ziddiyyətli ifadə vermişdir. Buna baxmayaraq o, ekspert rəylərini qeyri-obyektiv hesab etmiş, lakin rəyin qeyri-obyektivliyi barədə hər hansı sübuta istinad edə bilməmişdir. Kasasiya yoxlaması zamanı həmç inin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidm ətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiy a şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)405/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6356/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-6356/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver