Məhkəmə qərarları › İş №2(102)-6359/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6359/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6359/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-597/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli, 04/120 saylı kredit müqaviləsinə əsasən bank borcalana 28 ay müddətinə, illik 18 % ödəmək şərti ilə 35.837.83 ABŞ dolları məbləğində kredit verməyi, borclu isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan “Kapital Bank" ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli, 02/120 saylı notarial qaydada təsdiq edilmiş Sonrakı İpoteka müqaviləsinə əsasən, 25 aprel 201 6-cı il tarixli, 04/120 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 25,5 kv.m olan qeyri-yaşayış sahəsi borcalanın öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 71.400 manat məbləğində qiymətləndirilmişdir. 16 yanvar 2018-ci il tarixli, 1701/235 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 25 aprel 2016-cı il tarixli 04/120saylı kredit müqaviləsi üzrə 16 yanvar 2018-ci il tarixə kredit üzrə 32.641,77 ABŞ dolları əsas, 8.363,83 ABŞ dolları faiz borcu var. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 11 may 2017-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmu ş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlandığı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19 may 2017-ci il tarixli məktubdan görünür ki, “Kapital Bank“ASC-nin Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli 04/120 saylı kredit müqaviləsinə əsasən 32.641,77 ABŞ dolları əsas, 5.144,71 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipoteka qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən ümumi sahəsi 25,5 kv.m olan 24 saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyd olunan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən olunması və açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəyişiklik barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli 04/120 saylı kred it müqaviləsinə əsasən 32.641,77 ABŞ dolları əsas, 8.363,83 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipoteka qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən ümumi sahəsi 25,5 kv/m olan 24 saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyd olunan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən olunması və açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə 235/10-17/E-13-S saylı, 23 oktyabr 2017-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yer ləşən ümumi sahəsi 25.5 kv.metr olan 24 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri 70.000 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12847 saylı, 03 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 25 aprel 2016-cı il tarixli, 04/120 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 16 yanvar 2018-ci il tarixədək banka olan borcu ümumilikdə 40.342,43 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 32.892,32 ABŞ dolları, faiz borcu üzrə 7.450,11 ABŞ dolları. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(001)- 37/20 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 25 aprel 2016-cı il tarixli, 04/120 saylı kredit müqaviləsi üzrə 32.6 41,77 (otuz iki min altı yüz qırx bir dollar, yetmiş yeddi sent) ABŞ dolları məbləğində əsas, 7.450,11 (yeddi min dörd yüz əlli dollar, on bir sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 40.091,88 (qırx min doxsan bir dollar, səksən səkkiz sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasın, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan qeyri-yaşayış sahəsi satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmadığı təqdirdə məcburi qaydada boşaldılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, Cavabdeh1 25 aprel 2016-cı il tarixli, 04/120 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan kredit borcunun məbləğini müəyyən edərkən mötəbər sübut kimi iş üzrə keçirilmiş 12847 nömrəli, 03 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsaslanmışdır. Həmçinin iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmet lərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İpoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin qeyri-yaşayış sahəsinin qiymətləndirilmə si barədə 235/10-17/E-13-S saylı, 23 oktyabr 2017-ci il tarixli ekspert rəyinə əsasən 70.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427.3, 442, 443.1, 448.1, 448.2, 739.1, 269.1, 269.4, 317.1, 319.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli, 2(001)-37/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilməklə ipoteka predmetinin real qiymətinin müəyyən edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya icraatı zamanı ipoteka predmetinin real bazar və l ikvid dəyərinin müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. "xxxx" MMC-nin 07.04.2021-ci il tarixli MB 14/0434 №-li ekspert rəyinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 25,5 kv.m olan qeyri-yaşayış sahəsinin 07.04.2021-ci il tarixinə likvid dəyəri 95.000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 2(103)-597/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə 09 yanvar 2020-ci il tarixli qətnaməsinin ipoteka predmetinin, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 95.000 (doxsan beş min) manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki,iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışdır. İpoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat müəyyən olunması h issəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, ipoteka predmetinin likvid qiyməti müəyyən edilməlidir. Bunun üçün apellyasiya instansiyası məhkəməsi məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və "xxxx" MMC-nin 07.04.2021-ci il tarixli MB 14/0434 №-li ekspert rəyi ilə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 25,5 kv.m olan qeyri-yaşayış sahəsinin 07.04.2021-ci il tarixinə likvid dəyəri 95.000 manat müəyyən edilmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qeyri yaşayış sahəsinin şəhərin mərkəzinə yaxın ərazidə yerləşməsi və real bazar qiyməti nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Girov və ipoteka hüququ girov qoyanın əşyası barə sində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipote ka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini istəsə də, kassasiya şikayətinin dəlilləri yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı olduğundan qətnamə yalnız həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Cavabdeh kassasiya şikayətində təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin real bazar qiymətinin müəyyən edilməsi üçün təyin edilmiş təkrar ekspertiza rəyinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 25,5 kv.m olan qeyri-yaşayış sahəsinin likvid dəyərini 95.000 manat müəyyən etməklə prosessual hüquq normalarının tələblərini pozmamış, məhkəmə sübutları MPM-in 88-ci maddəsinə əsasən qiymətləndirmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin likvid dəyər ini müəyyən etməsi Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20.07.2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə də uyğundur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-597/2021 nömrəli iş üzrə 06 may 2021 -ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar