Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-636/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1684/23 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında qohumluq münasibətləri olmaqla, İddiaçı sonuncunun dayısıdır.
2. Sumqayıt, ŞPİ-nin 2-ci PB-nin 31 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, X3 şikayəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh qarşı aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11479 manat məbləğində pul və 125 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun plastik ödəniş kartından 11479 manat məbləğində pulu çıxararaq mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Belə ki, Şahin onun bacısı oğludur. O, gözlərindən birinci qrup əlildir. Buna görə təqaüd alır. 2017-ci ilin oktyabr ayında sol gözündə cərrahi əməliyyat aparılması üçün Şahin onu Bakı şəhərində yerləşən Diaqnostika Mərkəzinə müayinəyə aparmış və 2017-ci ilin noyabr ayında həmin Mərkəzdə onun sol gözünü əməliyyat etmişlər. Həmin vaxt Diaqnostika Mərkəzinə müayinəyə gedib-gəlmək və cərrahi əməliyyat olunmağı üçün Şahin 2000 manat məbləğində pul xərcləmişdir. O, Şahinlə aralarında razılığa gəlmişdir ki, əməliyyatdan sonra ona 2000 manat və əlavə olaraq 500 manat pul verəcəkdir. Bu məqsədlə plastik ödəniş kartını Şahinə vermiş v ə həmin vaxt onun kartında 210 manat məbləğində pul olmuşdur. Beləliklə, onun plastik ödəniş kartı Şahində qalmış, özü isə 2018-ci ilin iyun ayında Rusiya Federasiyasının Moskva Şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə o, Azərbaycan Respublikasına qayıtmışdır. Şahin, qardaşı oğlu X5 vasitəsi ilə ona 1000 manat məbləğində yol pulu göndərmişdir. Onun Şahinlə danışığı belə olmuşdur ki, onun plastik ödəniş kartından 2500 manat pul çıxarsın, qalan pula əl dəyməsin. O, evə qayıdanda Şahinlə əlaqə saxlamış və plastik kartını özünə qaytarmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Şahin onun bacısı X1 vasitəsi ilə ona həm plastik kartını, həm də 1150 manat məbləğində pul göndərmişdir. Bundan sonra o, "xxxx" ASC-nin Quba Şəhər filialına müraciət etmiş və müəyyən olunmuşdur ki, Şahin onun pl astik kartından 16379 manat məbləğində pul çıxarmışdır. Həmin puldan 2500+2150+250 manat çıxdıqda hesab edir ki, Şahin onun 11479 manat məbləğində pulunu mənimsəmişdir. Şahin onun pullarını qaytarmaq istəmədiyinə görə ərizə ilə polisə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsində onun iştirakı olmadan araşdırma aparılmış və xx.xx.2023cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh YYY Polis Bölməsində verdiyi izahatında bildirmişdir ki, onun plastik kartını və eyni zamanda hər ay onun kartından çıxardıb pulları mərhum anasına vermişdir. Həmçinin, qardaşı X2 və bacısı X6 da izahat verərək bu faktı təsdiq etmişlər. Bundan sonra, öz izahatlarında onun psixoloji problemlərinin olması, b ir neçə dəfə RF-da məcburi müalicə almağı, həbsxanada olmağı barədə bildirmişlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, göstərilənlər real həqiqətə uyğun deyildir. Heç bir fakta söykənmir. Anası həyatda olmadığına görə polisdə belə bir izahat vermişlər. Əgər anası sağ olsaydı, təbii ki, belə izahat verə bilməzdilər.
5. Birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hər ay kartdan pul çıxartmış və aparıb özlərinə vermişdir. Ondan heç bir zaman pul istəməmişdir. Nənəsi dünyasını dəyişdikdən sonra onun vəsaitinə əl vurulmamışdır. 1000 manat dayısı oğluna vermişdir ki, İddiaçı göndərsin. 2022-ci ilin may ayından bəri, yəni nənəsi dünyasını dəyişdikdən sonra kartdan pulları çıxartmış, o evə vermiş və onlar da pulları yığmışlar. Onunla əlaqə saxlamam ışdır. Ondan pul istəməmişdir.
6. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X4 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. İddiaçı onlara daim problem yaratmışdır. 2018-ci ildə gözündən əməliyyat olmuşdur. Şahin sürücü qismində iştirak etmişdir. Onu da anasına görə etmişdir. Əməliyyat uğurlu keçmişdir. Bütün xərcləri o, çəkmişdir. Kartı anasına vermişdir. Anası da onların borclarını qaytarmışdır. Kartdan pulu Şahin çıxartmış və anasına vermişdir. 2022-ci ilin may ayının 22-də anası rəhmətə getmişdir.
7. Məhkəmədə şahid qismində iştirak edən X6 izahatında bildirdi ki, Məmməd Rusiya Federasiyasından gəldikdə kor olmuşdur. Kartı anasına vermişdir. Borcları qaytarmaq üçün vermişdir. Şahin onun bacısı oğludur. Kartı Şahinə vermiş, Şahində kartdan pulları çıxardıb gəti rib vermişdir. 2018-ci ildən 2022-ci ilin may ayında qədər pulları çıxardıb vermişdir. 1000 manat göndərilmişdir. Kart ilə bərabər 1150 manat pul verilmişdir. 1 aylıq pensiyası da qalmışdır.
8. Məhkəmədə şahid qismində iştirak edən X2 izahatında bildirmişdir ki, kartı anasına vermişdir. Onun külli miqdarda borcu olmuşdur. Sonra söz vermişdir ki, bütün borcları verəcəkdir. Kartı anasına vermişdir ki, borcları bağlasın. 3 nəfərin pulunu mənimsəmişdir. 3 gün vaxt verilmiş, anası Bakı şəhərinə pul göndərmişdir. Ona həmişə sahib çıxmışlar. Anası iki dəfə insult keçirmişdir. Bacısı da əlil arabasındadır. Bütün işləri Şahinə tapşırmışlar. Kartı anasına verəndən sonra pul istəməyə başlamışdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyun 2023-cü il tarixli, 2(060)-1865/2023 nömrəli qətnaməsi ilə (hakim A.M.Behbudova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, istər məhkəmə iclasında verdiyi izahatlardan, istərsə də iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, öz istəyi ilə kartı verməsini, özünün əməliyyatı üçün borclu olduğunu, pulun bir qisminin çıxardılıb ona verildiyini etiraf etmiş, həmçinin onların arasında digər öhdəliklərin olub-olmaması, yəni kartı verməsinin digər səbəblərinin nədən ibarət olması, sonradan öz razılığı ilə verdiyi kartdan çıxarılan pulları cavabdehdən tələb etməsinin hüquqi əsasların ın nədən ibarət olmasını sübuta yetirə bilməmişdir.
11. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddia tələbinin əsasları MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən sübut olunmadığı üçün məhkəmə işin tədqiq olunan hallarına əsasən məhkəmə iclasında iştirak edən şahidlərin izahatlarını, iş materiallarında olan sübutlar əsasında qiymətləndirərkən iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməsinə əsas vermişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 390.1, 425, 442, 777.1, 777.2, 1091.1, 1091.2, 1092.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76, 77.1, 88, 124.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instans iyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus olan plastik kartın o, Rusiyaya gedən vaxtdan qayıdan günə kimi cavabdehdə olması işin mübahisə olunmayan tərəfidir və həmin kartdan özü olmadığı vaxtlarda pul vəsaitinin çıxarılması və onun məbləği barədə Kapital Bank ASC-dən alınmış çıxarış məhkəməyə təqdim olunmuşdur. Həmin çıxarışda qeyd olunan məbləğdən cavabdehin ona verdiyi məbləği, ona olan 2500 manat borcu çıxdıqda yerdə qalan məbləğ onun iddia etdiyi məbləğdir. Cavabdeh özü də pulu onun kartından çıxardığını etiraf edir. Halbuki, o, cavabdehin üzərinə həmin kartdan on a olan borcundan əlavə pul vəsaitini çıxarmaq və həmin pulu kiməsə vermək öhdəliyini qoymamışdır, ümumiyyətlə onunla cavabdeh arasında belə bir razılaşma olmamışdır. Kartın onda olmasının səbəbi cavabdehə onun müalicəsi ilə bağlı borclu olduğu pulu həmin kartdan çıxarması, qalan pula isə dəyməməsi olmuşdur, yəni o, həmin pulun kartında toplandığını və Azərbaycana qayıtdıqdan sonra həmin vəsaitdən istifadə edəcəyini düşünərək gözləmiş, lakin gəldikdə isə ona məlum olmuşdur ki, həmin vəsaitin hamısını cavabdeh çıxararaq mənimsəmişdir. Onun kartından pul vəsaitini çıxarması məhkəmə tərəfindən tələb olunan kamera görüntüləri ilə də sübuta yetmişdir. Bütün bu hallar cavabdehin ona məxsus olan pulu mənimsəməsi faktını təsdiqləsə də məhkəmə düzgün olmayan yanaşma ilə mübahisəyə qiymət vermiş, ə saslı olan iddia tələbini rədd etmişdir. Belə ki, məhkəmə işdə olan bütün sübutları qarşı tərəfin xeyrinə təhrif etməklə hətta pulun cavabdeh tərəfindən çıxarılmasına dair görüntüləri belə nəzərə almadan onunla qərəzli və ədavətli olan şəxslərin yalan ifadələrini əsas götürmüşdür. O, cavabdehdən kartında olan pulların hamısını çıxararaq mərhum anasına verməsini tapşırmamış, buna ehtiyac da olmamışdır. Belə ki, o, özü 1-ci qrup gözdən əlil olmaqla özünün yardıma, köməyə ehtiyacı vardır. Bundan başqa onun heç kimə borcu olmamışdır. Kartı Şahində qoymağının səbəbi ona müalicə ilə bağlı yaranan 2500 manat borcunu ödəmək olmuşdur. Dindirilən şahidlər cavabdehə yaxın insanlardır, buradan belə aydın olur ki, onun külli miqdarda pulunun mənimsənilməsində bu şəxslər də maraqlı olmuşlar, belə olmasa ydı, onlar məhkəmədə yalan ifadə verməklə guya onun bütün pensiya pullarının anasında olması barədə yalan izahat verməzdilər və onu guya hamıya pul borcu olan, həbsxanalarda yatan, mənfi xarakterizə olunan, hətta psixoloji problemlər yaşayan bir şəxs kimi qələmə verməzdilər. Artıq onların bu izahatları bu şəxslərin onunla qərəzli və ədavətli olmalarına sübutudur. Hətta cavabdeh onun kartında olan pulları çıxararaq digər bir şəxsə vermişsə, buna görə məsuliyyət onun üzərində qalır, çünki həmin pul ona məxsusdur, onun əmlakıdır, ona da çatmalı idi. Pulun onun tərəfindən çıxarılması təsdiq olunduğu kimi, cavabdeh də pulun anasına verilməsini və bu hərəkətini də məhz onun tapşırığı əsasında icra etməsini sübut etməlidir. Lakin o, cavabdehə belə bir tapşırıq və icazə verməmişdir. Bundan başqa o nun pullarının mərhum anasına verilməsi və anasının da bu pulları onun kimlərəsə olan borcuna görə müxtəlif şəxslərə qaytarması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, bu hal isə onun bu işdə zərər çəkdiyini sübuta yetirməklə yanaşı iddia tələbində haqlı olduğunu bir daha sübuta yetirir. Mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Məhkəmə işdə olan mötəbər sübutları-ödəmə qəbzlərini nəzərə almamış və o, haqlı olduğu halda onu haqsız çıxarmışdır. Halbuki o, 1-ci qrup gözdən əlildir, əmək qabiliyyətsiz olmaqla heç yerdə işləmir, mənimsənilən pul onun bir neçə ilinin haqqıdır və bu haqqı da cavabdeh və ətrafına topladığı, onu görmək istəməyən, nifrət hi ssi ilə yanaşan qohumları bu qaydada mənimsəməyə qərar vermiş və məhkəmə də işdə olan mötəbər sübutlara deyil,1-2 yalan ifadə verən onunla qərəzli şahidlərin izahatlarına istinadən bu qanunsuz və ədalətsiz qətnaməni çıxarmış, onun əsaslı olan iddiasını rədd etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1684/2023 nömrəli mülki iş üzrə 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.M.Süleymanova (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 11045 (on bir min qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat İddiaçı xeyrinə tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamaqla həqiqətin müəyyən edilməsi prinsipinin realizəsin i təmin etməmiş, iddianı düzgün olmayaraq təmin etməmişdir.
17. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı 2017-ci ilin dekabr ayında Rusiyaya gedərkən pensiya kartını ona olan borcunun əvəzində 2500 manat pulun kartdan götürməsi məqsədi ilə cavabdehə verdiyini, 2022-ci ilin dekabr ayında Rusiyadan qayıtdığını və həmin vaxt kartın ona qaytarıldığını, bu müddət ərzində pensiya kartının cavabdehin saxlancında qaldığını, göstərilən müddətdə kartına 16379 mədaxil olduğunu, həmin puldan 1000, 1150 manat ona göndərildiyini, onun razılığı ilə 2500 manat və 250 manat cavabdeh tərəfindən götürüldüyünü, qalan 11479 manatın isə heç bir əsas və onun razılığı olmadan cavabdeh tərəfindən kartan götürüldüyünü iddia edir və həmin məbləğin cavabdehdən alınaraq ona qaytarılmasını xahiş edir. Cavabdeh iddiaya etiraz edərək 2017-ci ilin dekabr ayında iddiaçı Rusiyaya gedərkən pensiya kartını anasına verdiyini, ona kart vermədiyini, lakin nənəsinin xahişi ilə iddiaçıya məxsus pensiya kartından pul vəsaitinin hər ay onun tərəfindən bankomatdan çıxarıldığını və nənəsinə verdiyini, iddiaçıya məxsus heç bir məbləğdə pul vəsaitini özü üçün götürmədiyini bildirmişdir.
18. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddiaçının 2017-ci ilin dekabr ayında Rusiyaya getməsi və 2022-ci ilin dekabr ayında Rusiyadan qayıtması, bu müddət ərzində pensiya kartının iddiaçının istifadəsində olmaması tərəflərin də mübahisələndirmədiyi, işin mübahisəsiz halıdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessu al qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
21. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşıs ında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.
22. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
23. İddiaçı iddia tələbinin əsası olaraq pensiya kartından pul vəsaitinin çıxarılmasının cavabdehin özü tərəfindən də etiraf olunm asını, həmçinin "xxxx" ASC tərəfindən təqdim olunan İddiaçı 000 oğlunun istifadəsində olan plastik kartla bankomatdan aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərə istinad etmişdir.
24. Göründüyü kimi, iddiaçıya məxsus kartdan pul vəsaitinin cavabdeh tərəfindən çıxarılması işin mübahisəsiz halıdır.
25. Məhkəmə qeyd etmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Məhkəmə kollegiyası sübutet mə vəzifəsinin bölgüsü baxımından hesab etmişdir ki, cavabdeh etirazını əsaslandığı halları – kartın nənəsində olması, kartdan nağdılaşdırılan vəsaiti nənəsinə verməsi və həmin pul vəsaiti ilə iddiaçının borclarının ödənilməsi barədə göstərdiklərini- pulu kartdan nağdlaşdıran şəxs olaraq sübut etmə vəzifəsi daşıyır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh nə birinci instansiyada, nə də apellyasiya icraatı zamanı etiraz etdiyi hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid ifadələrinə münasibətdə isə qeyd etmişdir ki, həmin şahidlər tərəflərin hər ikisi ilə yaxın qohumluq münasibətdə olan şəxslər olmaqla, həmçinin iddiaçı ilə münasibətlərinin gərgin olması halı olduğundan əsas lı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul edilə bilməz.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçının pensiya kartını sonuncunun anasına verdiyini və bu müddət ərzində kartın anada olduğunu göstərsə də bu faktı təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir.
31. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəməyə təqdim edilərək məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən səs yazısı ilə bağlı isə qeyd etmişdir ki, həmin səs yazısı iddianın rədd edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, səs yazısında əks olunan danışıq mətnləri tam olmamaqla, danışıqların bütövlüyünü, ardıcılığını və ifadə olunan fikirlərin tamlığını, hansı fikrin ifadə edildiyini müəyyən etmək mümkün deyidir.
32. Məhkəmə kollegiyası bununla yanaşı qeyd etməyi zər uri hesab etmişdir ki, kartın iddiaçının anasında olduğu ehtimal olunsa belə bu fakt da iddianın rədd edilməsi qənaətinə gəlməyə yetərli əsas vermir. Belə ki, müəyyən edildiyi və cavabdehin özünün də etiraf etdiyi kimi pul vəsaiti davamlı olaraq hər ay cavabdeh tərəfindən kartdan nağdlaşdırılaraq götürülmüşdür. Bu halda həmin vəsaitin nənəsinə (iddiaçının anasına) verilməsini sübuta yetirmək yükü cavabdehin üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır, bununla bağlı cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.
33. Eyni zamanda cavabdeh kartdan çıxarılan vəsaitin iddiaçının ayrı-ayrı şəxslərə olan borcunun ödənilməsinə sərf edildiyini bildirsə də bununla bağlı da heç bir sübut təqdim etməmiş, borc verən şəxslər barədə məlumat verməmiş, həmin şəxslərin dindirilməsi ilə bağlı vəsatətlə çıxış etməmişdir. Qeyd etmək lazımdır ki, sadalanan bu hallar isə cavabdehin etirazının dəlillərini şübhə altına alan xüsusat kimi qiymətləndirməyə əsas verir.
34. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiy ini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmiş, sübutetmə yükünün bölgüsünə düzgün qiymət verilməmiş, sübutların düzgün qiymətləndirilməsi aparılmamış, iddia rədd edilməklə qanuni və əsaslı qətnamə qə bul edilməmişdir.
36. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq hesab etmişdir ki, iş üzrə araşdırılmış sübutlarlarla iddianın qismən əsaslı olması öz təsdiqini tapmışdır. Odur ki, apellyasiya şikayəti qismən əsaslı hesab edilməli, iddia qismən təmin edilməlidir.
37. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, 2017-ci ilin 01 dekabr tarixindən xx.xx.2022-ci il tarixə İddiaçı 000 oğluna məxsus plastik karta 16379 manat mədaxil olunub, 15945 manat məxaric olunub, balans məbləği 430,40 manat təşkil edir. Həmçinin kart üzrə çıxarış məlumatlardan görünür ki, 2017-ci ilin dekabr ayında kartın balansında iddiaçının göstərdiyi kimi 210 manat olmuşdur.
38. Göründüyü kimi məxaric olunan vəsait 15945 manat təşkil edir, 430 manat isə balansda qalmışdır.
39. İddiaçı 2500 manat, 1000 manat, 1150 manat və 250 manat pulun çıxıldıqdan sonra qalan vəsait olaraq 11479 manat qaytarılmasını tələb edir. Lakin qeyd olunan məbləğlər (cəmi 4900 manat) məxaric olunan məbləğdən (15945-4900) çıxıldığı halda qalıq məbləğ 11045 manat təşkil edir. Kollegiya odur ki, 11.045 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı və işin faktiki hallarına uyğun hesab etmişdir.
40. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2.7, 560.2, 1091, 1092.1 və MPM-in 14.2, 77.1, 372.2, 372.6, 372.7, 384.0.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti Mülki Məcəllənin 386, 1091.1, 1092.2, 8.1,8.2, 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 97.1, 416.1 və 417.1.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh hər iki məhkəmədə - həm Sumqayıt Şəhər Məhkəməsində, həm də Sumqayıt Apellyasiya Məhkəməsində verdiyi izahatlarında pul vəsaitinin hər ay onun tərəfindən nağdlaşdırılaraq xəstə və yaşlı nənəsinə - iddiaçının anası Mariyə Qürbətovaya çatdırıldığını bildirmişdir. O, nənəsinə yardım məqsədi ilə kartı hər ay ondan götürərək pulu çıxarıb pul ilə birlikdə kartı yenə də nənəsinə qaytarıb. Nənəsi yaşlı və xəstə olduğundan o, həmişə nənəsinə yardım edib, həm iddiaçıya, həm də nənəsinə məxsus kartlardan pensiya məbləğlərini çıxarıb ona verib, iddiaçıya məxsus heç b ir məbləğdə pul vəsaitini özü üçün götürməmişdir. Sözügedən xüsusatı şahid qismində izahat verən hər 3 şahid də təsdiq etmiş, lakin buna baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsi qanunsuz olaraq hesab etmişdir ki, “kartın iddiaçının anasında olduğu ehtimal olunsa belə bu fakt da iddianın rədd edilməsi qənaətinə gəlməyə yetərli əsas vermir. Belə ki, müəyyən edildiyi və cavabdehin özünün də etiraf etdiyi kimi pul vəsaiti davamlı olaraq hər ay cavabdeh tərəfindən kartdan nağdlaşdırılaraq götürülmüşdür. Bu halda həmin vəsaitin nənəsinə (iddiaçının anasına) verilməsini sübuta yetirmək yükü cavabdehin üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır, bununla bağlı cavabdeh tərəfindən sübut təqdim edilməmişdir”. Halbuki, cavabdehin təqdim etdiyi sübutlar, iddiaç ının qardaş və bacıları olan şəxslərin şahid qismində verdikləri izahatları həmin aylıq pul vəsaitinin nənəyə çatdırıldığını təsdiq edir. Sumqayıt Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsində isə cavabdehin iddiaçının hesabına əsassız varlanmasını, pul vəsaiti əldə etməsini təsdiq edən hər hansı mötəbər sübut növü yoxdur. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən yalnız hər ay kartdan pul vəsaitinin cavabdeh tərəfindən nağdlaşdırılması faktına istinad etmişdir. Halbuki, iddiaçıya məxsus plastik ödəniş kartından hər ay pul vəsaitinin nağdlaşdırılması, hələ onun ələ keçirilməsini təsdiq etmir. Məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi sübutlara baxmayaraq, onun nə birinci instansiyada, nə də apellyasiya icraatı zamanı etiraz etdiyi hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyini bildirmiş, kollegiya bununla belə obyektiv həqiqətin üzə çıxarılması üçün hər hansı bir fəallıq da nümayiş etdirməmişdir. Qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə olmamışdır. Cavabdehin iddiaçı qarısında öhdəliyinin yaranması üçün zərər vurma, əsassız varlanma və mülki qanunvericilikdə nəzərdə tutulan digər əsaslar da mövcud deyil, yoxdur. İddiaçının guya cavabdehin plastik kartından 11479 manat (iddiaçının iddia etdiyi) və yaxud da mübahisələndirilən qətnamədə göstərilmiş 11045 manat pul vəsaitini qanunsuz yolla əldə etməsinə və mənimsəməsinə dair hər hansı mötəbər sübut növü yoxdur. Kassatorun iddiaçıya məxsus plastik ödəniş kartından hər ay pulu nağdlaşdırması, onun bu vəsaiti əldə etməsinə, özünə götürməsinə dəlalət etmir. Cavabdeh özü də na ğdlaşdırma əməliyyatını etməsini inkar etmir, ancaq bu əməliyyatı xəstə və yaşlı nənəsinin xahişi əsasında etdiyini bildirmiş və hər ay nağdalaşdırdığı pul vəsaitini də nənəsinə çatdırmışdır. Mülki iş üzrə toplanmış digər sübutlar, xüsusən də birinci instansiya məhkəmədə şahid qismində izahat vermiş şahidlərin ifadələri onun bu vəsaiti hər ay iddiaçının anası, cavabdehin isə nənəsi olan Mariyə Qürbətovaya çatdırıldığını təsdiq edir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının mübahisələnidirilən qətnaməsi qanunsuz və əsassızdır. Kassator hesab edir ki, apellyasiya instansiyasının məhkəməsinin qəbul etdiyi qətnaməni əsaslandırmaması, onun irəli sürdüyü arqumentləri götür-qoy etməməsi və nəzərə almamasından irəli gəlib və son nəticədə əsaslandırılmamış qətnamə çıxarılması, onun əd alətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. İddiaçı kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
44. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
45. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
46. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzi fələrin əmələ gəlməsi əsaslarındandır.
47. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
48. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qətnaməsindəki qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
64. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1684/23 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.