Məhkəmə qərarları › İş №2(102)-6361/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6361/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6361/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6361/21 (Açar sözlər: kredit hüquq münasibətlərindən irəli gələn tələb) Bakı şəhəri, 14 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-251/2021 nömrəli, 02.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh1 arasında 07.08.2018-ci il tarixli və 001R********** saylı, 17.09.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə 24 ay və 18 ay müddətə 50000 manat və 24000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və həmin məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında 001M**********01 saylı, 07.01.2015-ci il tarixli «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 məxsus Baki şəhəri Xəzər rayonu,Qala qə səbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 23131.77 manat məbləğində kredit borcu, 2097.68 manat məbləğində faiz borcu və 6880.92 manat məbləğində cərimə borcu olmaqla, cəmi 32110,37 manat məbləğində borcun, 001R********** saylı kredit razılaşması üzrə 20354.62 manat məbləğində kredit borcu, 1798.29 manat məbləğində faiz borcu və 5149.18 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27302,9 manat məbləğində borcun, ümumilikdə cəmi 59412,46 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü-fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinin açıq hərracdan satılması, 59412,46 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətdə olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü-fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsinə, onların həmin torpaq sahəsindən çıxarılmasına, həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi X1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2019-cu il tarixli 001R********** saylı və 07.08.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 22131,77 manat məbləğində kredit borcu, 2152,06 manat məbləğində faiz borcu və 7477,46 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31761,29 manat məbləğində borcun, 001R********** saylı kredit razılaşması üzrə 20354,62 ma nat məbləğində kredit borcu, 1798,29 manat məbləğində faiz borcu və 5149,18 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27302,09 manat məbləğində borcun, ümumilikdə cəmi 59063,38 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinin açıq hərracdan satılması, 59063,38 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, Hərracdanəldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyasıyaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü-fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsindən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsinə, həmin torpaq sahəsinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 01L000001708 saylı, 26.02.2009-cu il tarixli kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə 120 ay müddətə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 16.02.2011-ci il tarixli 1708 saylı və 19.12.2017-ci il tarixli 01L000001708S saylı sazişlərlə kredt xəttinə əlavə və dəyişikliklər edilərək kredit xəttinin müddəti 226 ay müddətinə 400000 ABŞ dolları mələğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə bankla Cavabdeh1 arasında 001R********** saylı, 07.08.2018ci il tarixli kredit razılaşması bağlanmış və cavabdehə 24 ay müddətinə 50000 manat verməyi öhdəsinə götürm üş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə bankla Cavabdeh1 arasında 001R********** saylı, 17.09.2019-cu il tarixli kredit razılaşması bağlanmış və cavabdehə 18 ay müddətinə 24000 manat verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında 001M**********01 saylı, 07.01.2015-ci il tarixli «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 məxsus Baki şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında tərtib edilmiş «Ödəniş qrafiki»nə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılması nın müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Kredit xətti müqaviləsi üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öhdəlik götürmüşlər.

5. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(010)208/2021 saylı qətnaməsi ilə (hakim. L.Talıbova) iddia tələbi qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2019-cu il tarixli 001R********** saylı və 07.08.2018- ci il tarixli 001R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada 07.08.2018-ci il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 22131,77 manat məbləğində kredit borcu, 2152,06 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu, 17.09.2019-cu il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 20354,62 manat məbləğində kredit borcu,1798,29 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu olmaqla cəmi 46836,74 (qırx altı min səkkiz yüz otuz altı manat, yetmiş dörd qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh3 məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsindən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən olunması, tələb ipoteka qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 hasahəsindən ibarət torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş və saitindən borcun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh3 tərəfindən Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsindən ibarət torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində həmin torpaq sahəsinin boşaldılıb və alıcıya təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri–145 (yüz qırx beş) manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə iddia tələbini qismən təmin edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 319.1, 385.1, 433.1, 448.1, 462.1, 465.2, 467739.1, 739.2; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33, 34.1, 41.1, 59.1, 59.3-cü maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, E.Mehdiyev və Ş.Məmmə dova) 02.06.2021-ci il tarixli, 2(103)-4884/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(010)208/2021 saylı qətnaməsi 07.08.2018-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə 2152,06 (iki min yüz əlli iki manat altı qəpik) manat məbləğində faiz borcu, 46838,74 (qırx altı min səkkiz yüz otuz səkkiz manat yetmiş dörd qəpik) manat cəmi borc hissələrində dəyişdirilmiş, faiz borcu 1152,06 (min yüz əlli iki manat altı qəpik) manat, cəmi borc 45836,74 (qırx beş min səkkiz yüz otuz altı manat yetmiş dörd qəpik) manat müəyyən edilmiş; Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qət naməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 432.4, 442, 445, 448.1, 462.1, 467; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh1 qətnamə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

17. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin mə zmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə.

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə. 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tən asüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

21. Maddə. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

23. Maddə. 740.1. Borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

24. Maddə. 1.0.9. İlkin satış qiyməti bu qanunun tə ləblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

25. Maddə. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 07.08.2018-ci il tarix li və 001R********** saylı, 17.09.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə 24 ay və 18 ay müddətə 50.000 manat və 24.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında 001M**********01 saylı, 07.01.2015-ci il tarixli «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 məxsus Baki şəhəri Xəzər rayonu,Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş üzrə İddiaçı QSC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməkl ə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələri bağlayaraq kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməyi və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Bunun nəticəsində borclunun bank qarşısında 001R********** saylı, 07.08.2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 22131.77 manat məbləğində kredit borcu, 2152.06 manat məbləğində faiz borcu və 7477.46 manat dəbbə borcu, 001R********** saylı, 17.09.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 20354.62 manat məbləğində kredit borcu, 1798.29 manat məbləğində faiz borcu və 5149.18 manat də bbə borcu yaranmışdır.

30. Kassator yekun qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması ilə bağlı aydın dəlili irəli sürməmiş, işin faktiki hallarının tam araşdırılmamasını qeyd etmişdir.

31. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. İşə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlillər əsassızdır. Həmin hallarla bağlı cavabdeh heç bir sübut təqdim edə bilməmişdir.

33. Məhkəmələr haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarını tətbiq etməklə borcalanların hərə kətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə doğru olaraq iddianı qismən təmin etmişlər. Cavabdeh şikayətin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, düzgün olmayan qərarın çıxarılmasına əsas verən heç bir halı sübut edə bilməmişdir.

34. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-251/2021 nömrəli, 2(103)251/2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədə n saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar