Məhkəmə qərarları › İş №2(102)-6364/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6364/2019

19.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6364/2019 19.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlundan və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun ibarət tərkibdə, X5 katibliyi,iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 0 2 oktyabr 2018-ci iltarixliqətnaməsiilə (hakim H.Q.Səlimov; 2(019)-995/18)İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər E8 Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 126 manat ekspertiza xərci alınıb dövlət büdcəsinə AZ.MEM. VÖEN **********, X4, KOD **** VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İV BİK CTREAZ *** hesabına ödənilməsi qət edilmişdir. Şəkı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu tarixli qətnaməsi ilə (hakimlərƏ.T.Məcidov (sədrlik edən və məruzəçi), İ.F.Quliyev və M.A.Əsədli; 2(107)-256/2019) iddiaçıləğv prose sində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununapellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci iltarixliqətnaməsiiddiaçıləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər E8 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər E8 və Cavabdeh2 08.01.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 2928.42 manat əsas, 447.41 manat faiz borcu, 1434.13 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 2123.10 manat dəbbə borcu olmaqla cəmi 6933.06 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş tmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29.11,2012-ci il tarixli, 134 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik faiz dərəcəsi 25% (iyirmi beş) faiz ödənilməklə 3500 (üç min beş yüz) AZN məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı andan qüvvəyə minir və “Bank” qarşısında bu müqavilədən irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi, o, cümlədən kredit və ona hesablanmış faizlərin tam ödənilməsinə qədər qüvvədə olur. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh 2 Aqil qızı həmin vaxtda **** saylı zaminlik müqaviləsi bağlaməşdır. Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən, zaminlər və borcalanlar kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən kredit və onun faizi kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və peniya) ödənilmədiyi və kreditdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda bank qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin bütün bunlara baxmaq Cavabdeh1 kredit müqaviləsinin şərti pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borcluların 08.01.2018-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 2928.42 (iki min doqquz yüz iyirmi səkkiz manat, qırx iki qəpik) AZN əsas borc, 447.41 (dörd yüz qırx yeddi manat, qırx bir qəpik) AZN faiz borcu, 1434.13 (bir min dörd yüz otuz dörd manat, on üç qəpik) AZN Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 2123.10 (iki min yüz iyirmi üç manat, on qəpik) AZN dəbbə borcu olmaqla, cəmi 5933.06 (altı min doqquz yüz otuz üç manat, altı qəpik) AZN təşkil edir. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh E8 iddi qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ASC-dən kredit almamış, kredit müqaviləsinə imza etməmiş və həmin kreditdən xəbəri yoxdur. Ona görə də qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosessində olan İddiaçı ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək həmin işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlər tam məhkəmələr tərəfindən araşdırılmamış, zaminlik müqaviləsi üzrə ekspertiza aparılmamış, kreditin kim tərəfindən götürülməsi araşdırılmamış, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarınının maddələrinə məhəl qoymamış, maddi və prosessual hüquq normaları pozulmuş əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəməkollegiyasınıniclasında iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetdi. Cavabdeh E8 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təs ir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından o, cümlədən 29.11.2012-ci il tarixli, 134 nömrəli Kredit müqaviləsinə əsasən E8 İddiaçı ASC 18 (on səkkiz) ay müddətinə illik faiz dərəcəsi 25% (iyirmi beş) faiz ödənilməklə 3500 (üç min beş yüz) AZN məbləğində istehlak krediti verilmişdir. 29 noyabr 2012-ci il tarixli, **** saylı Zaminlik müqaviləsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 Zaminlik müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən zamin bank qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspe rtiza Mərkəzinin 08 avqust 2016-cı il tarixli, ******** nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, 2(019)-995/2018 nömrəli mülki işin 7-8-ci vərəqələrində olan İddiaçı ACS ilə X9 arasında olan 29.11.2012- ci il tarixli, 134 nömrəli istehlak krediti verilməsi üçün kredit müqaviləsində “Borc alan tərəfindən" qrafasında “Ə6” yazıları önündəki imza, i/v 9-10-da olan ******* nömrəli, 29 noyabr 2012-ci il tarixli zaminlik müqaviləsində “X1” qrafasındakı imza, i/v 12-də olan 29.11.2012-ci il tarixli, 134 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlində Borcalan qrafasındakı imza, i/v 13-də olan 29.11.2012-ci il tarixli məxaric sənədində Müştərinin imzası” qrafasındakı imza - E8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh X6 xəbəri olmadan onun tərəfindən heç bir kredit alınmadan onunla İddiaçı ACS arasında 29.11.2012-ci il tarixli, **** nömrəli Kredit müqaviləsi tərtib olunmuş, müqavilədə X7 18 (on səkkiz) ay müddətinə illik faiz dərəcəsi 25% (iyirmi beş) faiz ödənilməklə 3500 (üç min beş yüz) AZN məbləğində istehlak krediti verildiyi qeyd edilmişdir. İddiaçı həmin müqavilələrə əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1 -ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1 -ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallan istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 470.1-ci mad dəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 460.3-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh X6 iddiaçı ilə müqavilə bağlamamasını, onun qarşısında üzərinə heç biı öhdəlik götürməməsini, kredit müqaviləsi mövcud olmadığı halda zaminliyin də olmamasını nəzərə alaraq iddia əsassız olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmaqla qanuni və əsalı olduğuna görə həmin qətnaməni dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azə rbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar